Məhkəmə qərarları › İş №1(102)-292/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-292/2019

05.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-292/2019 05.03.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-292/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 05 mart 2019-cu il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin iştirakı ilə, Bakı Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının 05 sentyabr 2017-cı il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Z.Ə.Axundova) 28 iyul 2017-ci il tarixli hökmü ilə xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanda yaşamış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 03 fevral 2017-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X7 da təqsirli bilinib məhk um olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 11.01.2017-ci il tarixdə saat 21:00 radələrində tanışı X7 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında ünvan 1 ünvanda yerləşən X1 məxsus yaşayış sahəsi olan evin içərisinə qanunsuz daxil olub oradan 450 manat dəyərində 1 ədəd “Grundig” markalı, 42 VLE 9481 SL” modelli 42 düyümlü televizor, 1 ədəd 25 manat dəyərində saçqırxan aparat, 50 manat dəyərində saçqırxan və üzqırxandan ibarət aparat dəsti, 1 ədəd 35 manat dəyərində “WiFı” modemi, 15 manat məbləğində qəpik pull arı gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 575 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 24.01.2017-ci il tarixdə saat 22:00 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi olan evin içərisinə qanunsuz daxil olub oradan 40 manat dəyərində 1 ədəd “İnterskol” markalı preforator, 50 manat dəyərində 1 ədəd böyük ölçülü preforator, 1 metrinin dəyəri 4 manat olan 45 metr uzunluğunda, diametri 10 mm olan elektrik naqili, 100 manat dəyərində 1 top - 100 metr uzunluğunda, diametri 4 mm olan elektrik naqili, 1 metrinin dəyəri 0,50 qəpik olan 200 metr uzunluğunda elektrik naqili və 20 manat dəyərində 1 ədəd elektrik uzadıcısını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 490 manat məbləğində maddi z iyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 29.01.2017-ci il tarixdə saat 22:00 radələrində ünvan 2 ünvanda yerləşən X1 məxsus yaşayış sahəsi olan evin həyətinə qanunsuz daxil olub oradan 1 ədəd 650 manat dəyərində 1 ədəd 32 kilovatt olan “Airfel Riello” markalı kombi aparatını gizli olaraq talayıb zərərçəkmiş şəxsə 650 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər F.A.Qasımov (sədrlik edən və məruzəçi), S.A.Mirzəyev və E.Y.Şamayevdən ibarət tərkibdə) 05 sentyabr 2017-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 tərəfin dən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs verdiyi kassasiya şikayətində xahiş edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilsin və ona yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs onunla əsaslandırır ki, məhkəmə tərəfindən təyin edilmiş cəza ədalətsizdır. Belə ki, cəza təyin edilərkən məsuliyyətini yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, qərar d əyişdirilməməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutla ra hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini n başlıca dəlili ona təyin edilmiş cəzanın ədalətsiz və ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cə za başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs X4ə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxs X4ün ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona, CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2-ci maddəsinin sanksiyasında 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiyası məhkəməsi də maddənin sanksiyasının aşağı həddinə yaxın həddə cəza təyin etmişdir. Belə cəzanı heç də ağır hesab etmək mümkün deyildir. Həmçinin, cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin bu barədəki dəliləri ilə razılaşmaq olmur. Azərbayc an Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut e dildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası məhkəmələrin məhkum Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2017-ci il tarixli məhkum Təqsirləndirilən şəxs haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2017-ci il tarixli məhkum Təqsirləndirilən şəxs haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar