Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-292/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, Məhkum müdafiəçisi – XXX80nın vəkili Müdafiəçi iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 sentyabr 2019-cu il tarixli q ərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim R.Ə.Sadıxov, hakimlər R.A.Allahverdiyeva və N.A.Kərimovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1998-ci il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan3ndə fərdi e vdə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 29 avqust 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.M.Əhmədov, hakimlər F.G.Zeynallı və M.Ə.Rzayevdən ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddələrindən 126.1-ci maddəsinə tövsif edilmiş, həmin maddə ilə Məhkum 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermiş, Məhkum müdafiəçisi Müdafiəçi isə kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, bacısı X6 istifadəsində olan +994 (51) ***-**-** mobil telefon nömrəsinə tanışı Zərərçəkmiş şəxs istifadəsində olan +994 (55) ** *-**-** mobil telefon nömrəsindən “Whatsapp” ani mesajlaşma mobil əlavəsi vasitəsi ilə mesaj yazmasına görə sonuncu ilə həmin mobil telefon nömrəsindən yazışan zaman bir-birilərinin şərəf və layəqətini təhqir edən ifadələr işlətdiklərindən Zərərçəkmiş şəxs qisas alıb qəsdən onu öldürmək qərarına gəlmiş, bu məqsədlə 28 avqust 2018-ci il tarixdə saat 23:30 radələrində yaşadığı evin həyətindən soyuq silah hesab edilməyən mətbəx bıçağı götürərək sonuncunun yaşadığı ünvan 3 ünvanına gedib, Zərərçəkmiş şəxs evin giriş qapısının qarşısına çağıraraq salamlaşmaq üçün ona yaxınlaşdıqda özü ilə götürdüyü həmin bıçaqla sonuncunun qarnının ön divar nahiyəsinə iki dəfə vurmaqla hemoperitonium, hemoragik və İİİ dərəcəli travmatik şok, ağır formalı posthemoragik anemiya, sekostomiya ilə nəticələnmiş mədən in, nazik, köndələn-çənbər bağırsağın dəlib-keçən, köndələn çənbər bağırsaq müsariqəsinin, qara ciyərin, qarnın ön divarının boşluğa keçən iki ədəd kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən, hər biri ayrı-ayrılıqda və ümumilikdə yetirildiyi anda həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirmiş, öz niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyələrinə növbəti zərbələri vurmaq istədikdə sonuncu onu itələyərək özündən uzaqlaşdırmağa çalışdığından həmin zərbələr Zərərçəkmiş şəxs sağ bazu nahiyəsinə dəyərək iki ədəd kəsilmiş-deşilmiş yaraları kimi hər biri ayrı-ayrılıqda və ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, sonuncu həyatını q orumaq məqsədi ilə yaşadığı mənzilə daxil olub qapını örtmək istədikdə o, öz cinayətkar niyyətinə nail olmaq üçün qapını açmağa çalışsa da, Zərərçəkmiş şəxs anası XX95nın köməyi ilə qapının cəftəsini bağlaması, hadisə yerinə gəlmiş həkimlərin Zərərçəkmiş şəxs vaxtında Sumqayıt Şəhər Təcili X8 çatdıraraq ixtisaslı tibbi xidmət göstərməsi nəticəsində öz iradəsindən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönələn hərəkətlərini başa çatdıra bilməyib qəsdən onu öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq Məhkum Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, onun yuxarıda təsvir edilən hərəkətləri ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurması haqqında nəticəyə gəlmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, nəticədə Məhkumnun əməli, o, zərərçəkmiş şəxsi qisas almaq niyyəti ilə qəsdən öldürməyə cəhd edib Cinayət Məcəlləsinin 29,120.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətdiyi halda, əssassız və qanunsuz olaraq həmin maddədən Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2 və 416.0.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Sumqayıt Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Məhkumnun müdafiəçisi Müdafiəçi kassasiya protestinə qarşı etirazında protestin əsassız olduğunu qeyd edərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkumnun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən onun məsuliyyətini yüngülləşdirən hallar, xüsusilə də könüllü olaraq polis orqanına gəlib təqsirini boynuna alması və cinayətin əlati olmuş bıçağı atdığı yeri könüllü olaraq göstərib onu təqdim etməsi nəzərə alınmamış, məsuliyyətini yüngülləşdirən halların məcmusu on a Cinayət Məcəlləsinin 62-ci maddəsinin qaydaları əsasında cəzanın təyin edilməsinə əsas versə də, ona həddindən artıq ağır – 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərarının dəyişdirilməsini, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsini n kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassas iya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulduğunu, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 29,120.1-ci maddələrindən həmin Məcəllənin 126.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.2 və 416.0.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum müdafiəçisi Müdafiəçi isə apellyasiya instansiyası məhkəməsinin qərar ının dəyişdirilməsi, Məhkum cəzasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin qaydaları əsasında yüngülləşdirilməsi barədə kassasiya tələbini apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmaması, ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə həddindən artıq ağır cəzanın təyin edilməsi kimi dəlillərlə, yəni cinayət-prosessual qanunun 416.0.21-ci maddəsində nəzərdə tutulmuş halla əsaslandırmışdır. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsd ən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında isə izah olunur ki, “qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər” (qərarın 2-ci bəndi). Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cin ayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Cinayət Məcəlləsinin 120.1-ci maddəsində təsbit olunmuş cinayətin ictimai təhlükəli nəticəsi olaraq şəxsin həyatdan məhrum edilməsi çıxış edir. Apellyasiya instansiyası məhkəməsi isə hazırki cinayət işinə baxılması nəticəsində Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs həyatdan məhrum etməyi arzu etməməsi haqqında nəticəyə gəlmişdir. Lakin, bu nəticə işin aşağıdakı faktiki halları ilə ziddiyyət təşkil edir: _ cinayət təqibi orqanının əldə etdiyi, birinci və apellyasiya instansiyası məhkəmələrinin qəbul etdikləri sübutlara əsasən Məhkum bacısına mobil telefon vasitəsi ilə “mesajlar” yazmasına görə zərərçəkmiş Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə sonucnunun evinə getmişdir; _ Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs evinə getməzədən əvvəl Zərərçəkmiş şəx s “hazırlaş gəlirəm” “ana bacı dediklərini.... (nalayiq ifadə)” məzmunda mobil telefon vasitəsi ilə “mesaj”lar yollamış və özü ilə ümumi uzunluğu 202 mm., tiyəsinin uzunluğu 100 mm. ağzı kəsici, ucu iti olan və bu üzdən xassələrinə görə insanı həyatdan məhrum etmək üçün kifayət edən bıçağı özü ilə götürmüşdür (hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında istinad olunmuş Məhkum və Zərərçəkmiş şəxs istifadə etdikləri mobil telefonların yaddaşlarındakı məlumatlara baxış keçirilməsi haqqında protokol, məhkəmə soyuq silah ekspertizasının 12 noyabr 2018-ci il tarixli rəyi); _ kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının 16 noyabr 2018-ci il tarixli rəyi ilə Məhkum psixi cəhətdən sağlam olması, öz hətəkətlərinin mənasını dərk etməsi, onları ölçüb-biçmək iqtidarında olması müəyyən edilmiş, Məhkum öz hərəkətlərinin mənasını dərk etməsini, o cümlədən bıçağın xassələrini bilməsini, bıçaqla bədənə vurulan zərbənin hansı nəticələr doğura biləcəyini anlamasını müdafiə tərəfi belə cinayət prosesində şübhə altına almamışdır; _ Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs yaşadığı mənzilin giriş qapısına çağırmış və sonuncu onunla görüşmək istəyərkən, yəni XXXX44 hücum etmədiyi, müdafiə olunmadığı, hətta gözləmədiyi vəziyyətdə həmin bıçaqla ona zərbələr endirmişdir (apellyasiya instansiyası məhkəməsinin özünün belə müəyyən edilmiş saydığı və cinayəti təsvir edərəkən göstərdiyi xüsusatlar); _ məhkəmə-tibbi ekspertizasının 16 oktyabr 2018-ci il tarixli rəyinə əsasən bıçaq zərbələri nəticəsində yetirilən zədələr Zərərçəkmiş şəxs həyati əhəmiyyətli orqanlarının yerləşdiyi nahiyə də yerləşmişdir; _ həmin rəyə görə Zərərçəkmiş şəxs bıçaqla ümumilikdə dörd xəsarət yetirilmiş, onlardan ikisi (qarın nahiyəsində yerləşməklə qarın boşluğuna nüfuz edərək mədənin, nazik bağırsağın, köndələn-çənbər bağırsaq müsaqirəsinin, qara ciyərin zədələnməsi ilə müşayiət olunan xəsarətlər) həyat üçün təhlükə yaradan sağlamlığa ağır zərər vuran xəsarətlər olmuşdur; _ həmçinin məhkəmə-tibbi ekspertizasının 16 oktyabr 2018-ci il tarixli rəyinə görə digər iki yara sağlamlığa yüngül zərər vurmaya aid olmaqla Zərərçəkmiş şəxs sağ bazu nahiyəsində yerləşmişdir. _ İbtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin sübutlara, o cümlədən hadisəni bilavasitə müşahidə etmiş şəxslərin – Zərərçəkmiş şəxs, şahidlər X1, X3 ifadələrinə əsasən müəyyən etdikləri hallara görə zərərçəkmiş Zərərç əkmiş şəxs Məhkum ona bıçaqla zərbələr endirməsinin qarşısını almaq üçün əli ilə sonuncunu itələyib mənzilə daxil olmağa cəhd etmiş, lakin Məhkum əməlini davam etdirməkdə israrlılığını və qətiyyətini nümayiş etdirərək məhz bu vəziyyətdə onun sağ bazu nahiyyəsindən bıçaqla vurub onun sağlamlığına yüngül zərər vuran xəsarətləri yetirmiş və Zərərçəkmiş şəxs mənzilə daxil olub qapını örtməsinə mane olmuşdur; _ Cinayət təqibi orqanının və birinci instansiya məhkəməsinin həmin ifadələrə əsasən müəyyən etdiklərinə görə Məhkum əməlini davam etdirə bilməməsinə Zərərçəkmiş şəxs mənzilə daxil olub anası XX95nın köməyi ilə (Məhkum əks tərəfdən qapıya təzyiq etməsinə baxmayaraq) qapını örtüb arxadan cəftəni bağlamaları (yəni, Məhkumun iradəsindən aılı olmayan hal) səbəb olmuşdur. Qeyd olunan halların f onunda apellyasiya məhkəməsinin artıq Məhkumla barışmış (apellyasiya instansiyası məhkəməsində əvvəl verdikləri ifadələrin ziddinə məlumatlar verən və mülahizələr yürüdən) Zərərçəkmiş şəxs və şahid XX95nın lazımınca yoxlanılmayan məlumatlarından və subyektiv qiymətləndirmələrindən çıxış edərək Məhkum heç nə ona mane olmadığı və zərərəçəkmiş Zərərçəkmiş şəxs bıçaqla zərbələr vurmağı davam etdirmək üçün real imkana malik olduğu şəraitdə əməlini dayandırması (onun öz evinə getməsi, zərərçəkmiş şəxsin isə “sakitcə” öz mənzilinə girməsi, qapını bağlamaqda çətinlik çəkməsinin və anasını köməyə çağırmasının isə Məhkum qapıya təzyiq etməsindən deyil, “qapının nasaz olmasından” törəməsi) haqqında qənaətə gəlməsi və buna görə Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs öldürməyi arzu etməməsi barədə mülah izə yürütməsi sübutların cinayət-prosessual qanunun tələblərinə müvafiq qaydada tədqiq edilib-qiymətləndirilməsindən hasil olunmuş nəticə kimi qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs mobil telefonuna “hazırlaş gəlirəm”, “ana bacı dediklərini... (nalayiq ifadə)” məzmunda ismarış yollayıb özü ilə bıçaq götürməklə Zərərçəkmiş şəxs mənzilinə getməsini özü də həqiqət kimi qəbul etdiyi halda, Məhkum Zərərçəkmiş şəxs yanına getməsinə bacısına “mesaj” yazması məsələsini “araşdırmaq” olması, bıçağı isə “əgər XXX77 ona hücum edərsə özünü müdafiə etmək üçün götürməsi” barədə mülahizələr yürütməsini də sübutların həqiqi məzmunu ilə uzlaşan qənaət (CPM-in 143-146-cı maddələrinin ehtiva etdiyi obyektiv qiymətləndirmə) kimi qəbul etmək mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edi lməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsinə görə isə aşağıdakılar təmin olunduqda məhkəmənin hökmü (yəni, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarı) əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Sübutların tədqiqinə dair Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinin tələblərinə əməl olunmadığı vəziyyətdə məhkəmənin müəyyən edilmiş saydığı halların onun tədqiq etdiyi sübutlara uyğun gəlməsi, həmin hallara cinayət qanunu normasının düzgün şamil edilməsi barədə nəticə çıxarmaq mümkün deyil. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2 və 416.0.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, dövlət ittihamçısının kassasiya protestini əsaslı sayır və qeyd olunan əsaslarla mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası yuxarıda təsvir edilən dəlillərə görə məhkumun vəziyyətinin pisləşdirilməsini ehtiva edən kassasiya protesti ilə razılaşdığından, elə həmin dəlillərə görə məhkumun müdafiəçisinin Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin olunmuş cəzanın yüngülləşdirilməsini ehtiva edən kasasiya şikayətini əsassız müraciət kimi qiymətləndirir və onun t əmin edilməsi üçün hər hansı bir əsasın mövcud olmadığını qeyd edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə, müdafiəçinin kassasiya şikayətinin isə təmin edilməməsinə dair dövlət ittihamçısının, habelə kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin isə təmin edilməməsinə dair müdafiəçinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti isə təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 05 sentyabr 2019-cu il tarixli qərarı ləğv olunmalı, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhb ər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti isə təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 05 sentyabr 2019-cu il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə əsasən ləğv edilsin, cinayət işi Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasında yeni məhkəmə baxışına təyin edilsin. Sədrlik edən: Hafiz Nəsibov
Məhkəmə qərarları › İş №1(102)-292/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-292/2020
12.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver