Məhkəmə qərarları › İş №1(102)-292/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-292/2021

20.04.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-292/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3. 2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 mart 2019-cu il tarixli qərarından Məhkumun müdafiəçisi Əliyeva Könül Nəriman qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.A.Xankişiyev, hakimlər Ş.B.Məmmədova və F.Ə.Qəniyevdən ibarət tərkibdə) 26 aprel 1980-ci il tarixdə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, Ünvan1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə dövlət və yerli özünüidarəe tmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə və ev dustaqlığında saxlandığı 02 (iki) il 20 (iyirmi) gün ona təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il 11 (on bir) ay 10 (on) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəyə və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Abdulov Rəşad Məhərrəm oğlu, hakimlər Səfərov Rizvan Kamal oğlu və X1 ibarət tərkibdə) 19 mart 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum haqqındakı 26 dekabr 2018-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, hökm məhkəmə xərclərinin ödənilməsi və maddi sübutlar məsələsinin həll edilməsi hissəsində dəyişdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 mart 2019-cu il tarixli qərarından Məhkumun müdafiəçisi Əliyeva Könül Nəriman qızı tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı X2 işlədiyi «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin sifarişləri əsasında idarəni yataq dəstləri, vaqonların amartizatorları ilə təmin edilməsi və Respublikadaxili yük daşımalarla məşğul olaraq pul qazanacağına yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan 2011-ci ilin noyabr ayında Bakı şəhəri, Binəqədi rayonunda yerləşən «Dayirman» restoranında həmin dövrün məzənnəsi ilə 78.690 manat təşkil edən 100.000 ABŞ dolları, 15 yanvar 2012-ci ildə «xxxx» Qapalı Səhmdar cəmiyyətindəki iş otağında həmin dövrün məzənnəsi ilə 393.200 manat təşkil edən 500.000 ABŞ dolları, 2012-ci ilin mart ayı ər zində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 28 nömrəli binanın həyətində olan qarajların yanında həmin dövrün məzənnəsi ilə 1.572.800 manat təşkil edən 2.000.000 ABŞ dollarını, 2012-ci ilin aprel ayında «xxxx» Qapalı Səhmdar Cəmiyyətindəki iş otağında həmin dövrün məzənnəsi ilə 629.040 manat təşkil edən 800.000 ABŞ dollarını və 2012-ci ilin may ayında «xxxx» Qapalı Səhmdar Cəmiyyətindəki iş otağında 1.725.000 manat pulunu götürüb ələ keçirərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsa ümumilikdə 4.398.730 mat məbləğdə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2, «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin sifarişləri əsasın da kommersiya fəaliyyəti ilə məşğul olmaq adı ilə 2013-cü ilin iyul ayında Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 28 nömrəli binanın həyətində həmin dövrün məzənnəsi ilə 196.125 manat təşkil edən 250.000 ABŞ dolları məbləğində pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1, elektron kartlarla işləyən turniketlərin satışı ilə məşğul olmaq və qazanc əldə etmək adı ilə vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ondan 2014-cü ilin iyul ayında ondan Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyov küçəsi 63 A nömrəli binanın qarşısında 8.000 manat, 2014-cü ilin avqust ayı ərzin də həmin dövrün məzənnəsi ilə 4.863 manat təşkil edən 6.200 ABŞ dolları və hissə - hissə 14.500 manat məbləğində pulunu ələ keçirərək Namiq Mehdiyevə ümumilikdə 27.363 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1, kommersiya fəaliyyəti ilə məşğul olmaq və qazanc əldə etmək adı ilə vəd verib aldadaraq, 2015-ci ilin yay aylarında, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən «Həsən Bağı» restoranında ümumilikdə 25.000 manat məbləğində pulunu ələ keçirərək Namiq Mehdiyevə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun m üdafiəçisi Əliyeva Könül Nəriman qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan əməllər onun tərəfindən törədilmədiyi üçün, onun belə cinayəti törətməsi nə ibtidai istintaq, nə də birinci instansiya məhkəməsində sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1 və 39.1.2-ci maddəsinə uyğun olaraq onun barəsində bəraət hökmü çıxarılmalı idi. Belə ki, Məhkum barəsində qanunsuz hökm çıxarılarkən istinad olunan və onun qeyriobyektiv araşdırmalar nəticəsində məhkum olunmasına səbəb olan, kassasiya şikayətində göstərilən sübutlar CPM-nin müvafiq maddələrinə görə sübut kimi istifadə oluna bilməz və Məhkumun təqsirli sayılması üçün heç bir əsas yoxdur. Bununla bağlı olaraq, müdafiə tərəfi qeyd edir ki, Məhkuma verilmiş ittihamla və hökmlə razı deyil və Məhkum özünü təqsirli hesab etmir. Belə ki, 2009-cu ildən 2013-cü ilədədək, X14 Yol İdarəsinə mal gətirmək üçün imkanlı dostlarından pul yığmış, biznes əlaqələri qurmuş, saxta firmaların adı ilə Dəmir Yolu İdarəsinə mallar gətirmişdir. Özünü sığorta etmək üçün Məhkumdan istifadə etmişdir. Elnar Əskərov həmin illərdə Dəmir Yol İdarəsinə mallar gətirmiş və baha qiymətə büdcədən pulları sildirmişdir. Qazandığı milyonlardan da onun adından istifadə etməklə ona gəlir olaraq, faiz vermişdir. Həmin illərdə adları kitablarda olan şəxslərdən faizlə pullar almış və üç ildə həmin şəxslərə faiz vermişdir. Sonradan xərclədiyi pulları batırmaq üçün özü ərizə ilə 2013-cü ildə onu tutdurmuş və qalıq pull arı batırmaq istəmişdir. İş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsə gəldikdə isə həmin vaxtı yəni 2013cü ildə Zərərçəkmiş şəxs də həmin idarədə ifadə vermiş və ərizə verərək, onunla onun heç bir pul əlaqəsinin olmadığını bildirmişdir. Bu həqiqətən də belə olmuşdur. Çünki, o öz bacanağı Elnar Əskərovla iş görmüşdür. Bundan başqa, məhkəmə iclasında Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsindən fərqli ifadə vermişdir. Belə ki, istintaqda verdiyi ifadəsində pulların özünə məxsus olduğunu və 10 faizlə Məhkuma verdiyini qeyd etsə də, məhkəmə iclasında tək pulların dostuna məxsus olduğunu və məhkəmə prosesində 5 nəfər dostunu gətirərək, dostlarının ifadəsini aldırmışdır. Zərərçəkmiş şəxs 2013-cü ildən hər dəfə fərqli ifadələr vermiş və olmayan məbləği Məhkumun üzərində qoymaq istəmişdir. Məhkə mədə onun ifadələrində ki ziddiyyətlərə heç bir hüquqi qiymət verməmişdir. İş materiallarında Zərərçəkmiş şəxsin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə təqdim etdiyi ərizəsi vardır ki, həmin ərizədə ona borcu olmamasını təsdiq etmişdir. Bundan başqa, məhkəmədə ifadə vermiş şahidlərdən heç biri Rahibin zərərçəkmiş şəxslərdən pul almasını təsdiqləməmişlər. Lakin, məhkəmə yalnız ibtidai istintaq dövründə olanlara qiymət vermiş, məhkəmə istintaqı zamanı araşdırılmış faktlara, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinə, həmçinin müdafiə tərəfinin sübut kimi təqdim olunmuş kitablara və qəbzlərə yəni maddi sübutlara qiymət verməmişdir. Bununla da, məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırılmasına və həqiqətin müəyyən edilməsinə nail olmamışdır. Bakı Ağı r Cinayətlər Məhkəməsində istintaq düzgün aparılmadığından, vəsatətlər baxılmadığından, şahidlər tam olaraq çağırılıb dindirilmədiyindən və düzgün araşdırma aparılmadığından apellyasiya məhkəməsində Məhkum barəsində olan cinayət işinin istintaqla aparılması zəruri olduğu halda apellyasiya məhkəməsi bu barədə vəsatətləri təmin etməmiş və heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 mart 2019-cu il tarixli qərarını dəyişdirməklə Məhkuma bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiya sı məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək, Məhkumun müdafiəçisi Əliyeva Könül Nəriman qızı tərəfindən verilmiş kassasiya şikayətində məhkuma bəraət verilməsini xahiş etdiyini, lakin Məhkumun cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə təsdiq olunduğunu bildirib, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayətin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 mart 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsasla rdan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya şikayətində müdafiəçi məhkum edilmiş şəxsin təqsirlilik məsələsi mübahisələndirilərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyinə, şəxslərin təqsirliyini təsdiq edən və məhkəmələr tərəfindən istinad olunaraq tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirilməməsinə, ziddiyətli sübutlara istinad olunmasına, müdafiə tərəfinin qaldırığı çoxsaylı vəsatətlərə məhkəmələr tərəfindən bax ılmamasına bununla da məhkum barəsində qeyri-qanuni və əsassız ittiham hökmü çıxarılmasına istinad edərək, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.1 (məhkəmənin sübutların tətqiqindən əsassız imtina etməsi), 416.1.2 (məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 mart 2019-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. İlkin olaraq işə baxan Bakı Ağır Cinayətlər Məhkəməsi ittiham hökmündə Məhkuma verilmiş ittihamın məhkəmə baxışında dindirilmiş zərərçəkmiş şəxslər və şahid ifadələrinin məcmusu ilə tam təsdiq olunduğunu, məhkəmə baxışı iclasında məhkumun törətdiyi cinayəti etiraf etməməsi barədə verdiyi ifadələrində irəli sürdüyü dəlillərin məhkəmədə araşdırılan mötəbər sübutlarla tam təkzib olunduğunu nəzərə alaraq, onun göstərdiyi həmin xüsusatları yalnız özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istinta qı zamanı təqsirləndirilən şəxs və müdafiəçisi məhkəməyə müraciət edərək çoxsaylı yazılı şəkildə vəsatətlərlə (zərərçəkmiş şəxsin məhkəmədə istintaqdan fərqli ifadə verməsini nəzərə alaraq şahidlərlə birgə təkrar dindirilməsini, barəsində məcburi gətirilməsi barədə qəbul edilmiş qərarın icrasının təmin olunmasını, ödənişləri barədə kitablarda adı keçən şəxslərin şahid qismində məhkəməyə dəvət edilərək dindirilməsini, zərərçəkmiş şəxsin ifadəsinə əsasən pulların verilməsini təsdiq edən kitabçanın maddi sübut kimi tətqiq olunmasını, iş üzrə ekspertizanın təyin edilməsini, pulların mənbəyinin müəyyən edilməsinə dair əldə olunmuş sorğulara hüquqi qiymət verilməsini, 2013-cü ildə Məhkum barəsində (həmin vaxt 11 ay həbsdə olmuş) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmış cina yət işinin tələb edilərək tədqiq edilməsi və s.) çıxış etmişdir. İşə baxan birinci instansiya məhkəməsi qeyd edilən vəsatətlərin bir hissəsinə baxmamış (bu barədə iclas protokolunda hər hansı qeyd yoxdur), bir hissəsini isə heç bir əsaslandırma aparmadan, yalnız “vəsatətlər əsassız olduğu üçün təmin edilməsin” cümləsinə istinad etməklə təmin etməmiş və şəxs barəsində yuxarıda qeyd edilən qaydada ittiham hökmü çıxarmışdır. Müdafiə tərəfi məhkəmə iclas protokolları ilə tanış olaraq zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin təhrif olunduğunu, tam qeyd edilmədiyini, məhkəmə iclasında iştirak etməyən şəxsin protokolda iştirak etməsi kimi göstərildiyini, şəxs barəsində məcburi gətirmə haqqında qərar qəbul edilsə də, bu barədə protokolda qeyd edilməməsinə dair protokola yazılı qeydlər vermiş, məhkəmə kollegiyası isə həmin qeydlərlə razılaşmadığı barədə qərar qəbul etmişdir. Mudafiə tərəfinin verdiyi apellyasiya şikayətində və apellyasiya şikayətinə əlavədə birinci instansiya məhkəməsinin CPM-nin 121 və 323-cü maddələrin tələblərini pozaraq cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədilə qaldırılmış vəsatətlərə baxmaqdan imtina etməklə müdafiə tərəfin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan pozuntulara yol verməsini əsaslandırmaqla, yazılı şəkildə vəsatətlə çıxış edərək məhkəmə istintaqının aparılmasını xahiş etmiş, eyni zamanda apellyasiya məhkəmə kollegiyası qarşısında aşağıda qeyd edilən 14 (on dörd) yazılı vəsatət qaldırmışdır (i.m. cild 7, səh. 244-28 3): - 2011-2013-cü illərdə Dəmir yol idarəsinə şəxslərin giriş-çıxışı barədə qeydiyyat kitabına baxış keçirməsinə dair; - Daxili İşlər Nazirliyinə sorğu verərək törədilmiş və ya hazırlanan cinayətlər barədə qeydiyyat kitabına baxış keçirilməsinə dair; - Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanmasına dair; - birinci instansiya məhkəməsində pozulmuş çarpaz dindirmə hüququnun təmin edilməsi üçün zərərçəkmiş şəxsin iştirakı ilə şahidlərin dindirilməsinə dair; - Zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi verilən pulların qeydiyyatı apardığı kitabın məhkəməyə təqdim olunaraq tədqiq edilməsinə dair: - iş üzrə maddi sübut kimi tanınmış kitablara baxış keçirilərək tədqiq olunmasına dair; - Zərərçəkmiş şəxsin qanunsuz sahibkarlıq fəalliyəti barədə; - 2013-cü ildə Məhkum barəsində Baş Mütəşəkkil Ci nayətkarlıqla Mübarizə İdarəsində aparılmış cinayət işinin tələb edilərək tədqiq edilməsi barədə; - həmin iş üzrə Zərərçəkmiş şəxsin həmin orqana verdiyi ərizənin surətinin iş materiallarına əlavə edilməsinə dair; - xxx xxxxx ilə qeyd edilən tarixlərdə görüşməsinin respublika ərazisində olmadığına görə qeyri-mümkün olmasını təsdiq edən məhkumun ölkədən çıxışgirişi barədə Dövlət Sərhəd Xidmətinə sorğu verilməsinə dair; - Zərərçəkmiş şəxsin zərərçəkmiş şəxs kimi tanınmasına xitam verilməsinə dair; - 2011-2013-cü illərdə verilmiş pulların məbləğinin müəyyən edilməsi üçün maddi sübutlara əsasən məhkəmə xəttşünaslıq və mühasibatlıq ekspertizası təyin edilməsinə dair. Qeyd edilən vəsatətlərin bir hissəsi birinci instansiya məhkəməsində qaldırılmış (hətta ibtidai istintaqda da qaldırılmış) lak in, ümumiyyətlə baxılmamış və ya təmin edilməmiş vəsatətlər olmuş, digər vəsatətlər isə məhkəmənin yekun qərarına əsasən apellyasiya şikayətinin dəlillərində istinad olunan halların araşdırılması üçün qaldırılan vəsatətlər olmuşdur. Əlavə olaraq müdafiə tərəfi birinci instansiya məhkəməsinin CPM-nin 121, 323-cü maddələrin tələblərini kobud şəkildə pozaraq qeyd edilən vəsatətlərə qiymət verilməməsini nəzərə alıb apellyasiya məhkəmə iclasında da məhkəmə istintaqının keçirilməsinə dair iki vəsatət qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2019-cu il tarixli apellyasiya şikayətinə ilkin baxılması qərarına əsasən bütün vəsatətlər ümumilikdə bir cümlə ilə əsassız hesab edilmiş, məhkəmə istintaqı aparılmadan məhkəmə iclası təyin edilmiş, məhkəmə kollegiyası məhkum barəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq 19 mart 2019-cu il tarixdə yekun qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkumun ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsini təsdiq edən sübutlar birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilməmiş, bir-biri ilə uzlaşmayan, mümkünlüyü və mötəbərliyi təkzib olunan sübutların məcmusuna istinad edilmiş, apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi müdafiə tərəfin şikayətlərinin dəlillərinə (onların üzərində qurulmuş iddialara) heç bir hüquqi qiymət vermədən və CPM-nin 121 və 323-cü maddələrinin tələblərini pozaraq cina yət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədilə qaldırılmış vəsatətlərə baxmaqdan imtina etməklə (faktiki sübutların tətqiqindən əsassız imtina etməklə) müdafiə tərəfin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan pozuntulara yol verdiyi üçün kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 mart 2019-cu il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Əvvəla qeyd etmək lazımdır ki, ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41 9.1-ci maddəsində təsbit olunmuşdur ki, “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kas sasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktik hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi ü zrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkumlara bəraətin verilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. Belə mülahizə üçün cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi, və ədalətliliyi prinsipi (CPM, maddə 28), cinayət prosesində tərəflərin çəkişməsi prinsipi (CPM, maddə 32), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi (CPM, maddə 33), apellyasiya baxışında məhkəmə istintaqının aparılması və sübutların tədqiq edilməsi əsaslarına aid cinayət-prosessu al qanunun 392.3, 400.2, 397.3-cü maddələri ilə yanaşı İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu təsbit edən 6-cı maddəsi və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent təcrübəsi də əsas yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı ittih am və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirlir. Bütün instansiya məhkəmələrində aparılan icraatlara, o cümlədən apellyasiya müraciətləri üzrə icaata şamil edilən bu prinsip hər bir tərəfin məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər imkanlara malik olmasını ehtiva edir (maddə 32.2.2). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəsləni lməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsinə görə “birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 400.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması aşağıdakılar hesab edilir: “400.2.1. işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik ol an halların təsdiq və təkzib edilməsi üçün şəxslərin dindirilməməsi, sənədlərin, maddi və ya digər sübutların tələb edilməməsi; 400.2.2. bu və ya digər halın tədqiqinin zəruriliyinin apellyasiya şikayətinin və ya apellyasiya protestinin apellyasiya instansiyası məhkəməsində baxışı zamanı təqdim edilmiş yeni materiallardan irəli gəlməsi;”. Apellyasiya baxışı zamanı yeni sübutları tədqiq etməyə isə apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 397.3-cü maddəsinə görə ən azı aşağıdakı hallardan biri mövcud olduqda haqlıdır: - cinayət prosesinin iştirakçıları yeni sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsini onlardan asılı olmayan səbəblərlə əsaslandırdıqda (maddə 397.3.1); - birinci instansiya məhkəməsi bu sübutların tədqiqini obyektiv səbəb olmadan rədd e tdikdə (maddə 397.3.2). Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir”. Bu maddənin apellyasiya icraatına tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyi bir çox presedentlərdə əksini tapmışdır. Belə ki, “Ekbatani İsveçə qarşı iş” üzrə 26 may 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusunu müəyyən edərkən xüsusilə ona əsaslanmışdı ki, apellyasiya məhkəməsi həm fakt, həm də hüquq üzrə məsələlərə baxmaq vəzifəsini daşıyırdı, onun qarşısında mübahisələndirilən əsas məsələ isə ərizəçinin cinayətdə təqsirli bilinməsi idi. Bu səbəbdən həmin məsələ ərizəçinin özünün, eləcə də zərərçəkmiş şəxsin ifadələri bilvasitə tədqiq edilmədən düzgün həll edilə bilməzdi. “Siqbatullin Rusiya Federasiyasına qarşı iş” üzrə 23 aprel 2009-cu il tarixli qərarında isə Avropa Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “Şikayətlər üzrə prosedurlarda hansılarda ki, işlərə faktlar və hüquq nöqteyinəzərindən yenidən baxılır, Konvensiyanın 6-cı maddəsi bütün hallarda işə açıq və şəxslərin bilavasitə iştirakı ilə baxılmasını tələb etmir.... Bu məsələnin həlli zamanı konkret baxışın xüsusiyyətləri və həll edilməli olan məsələlərdən və onların şikayət vermiş şəxs üçün əhəmiyyətindən asılı olaraq müdafiə tərəfinin təmsilçiliyinin və manefelərinin nə dərəcədə təmin olunduğu nəzərə alınmalıdır.... Misal üçün, şikayətə baxan məhkəmə şəxsin təqsirli olub-olmaması məsələsini araşdırmalıdırsa, təqsirləndirilən şəxsin ona istinad edilən cinayətləri törətməməsini əsaslandırmaq üçün təqdim etdiyi sübutları bilavasitə qiymətləndirmədən həmin məsələni həll etmək mümkün deyil”. Yuxarıda təsvir olunanlar milli qanunvericilikdə öz əksini tapmaqla imperativ qaydada vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymətin öz əksini tapmasını müəyyən etmiş, eyni zamanda cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənaf elərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsinin yol verilməz olduğunu təsdiq etmişdir.(CPM-nin 121.2-ci maddə) Eynilə, məhkəmə araşdırması zamanı CPM-nin 323.5.1-ci maddəsi cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda məhkəmələr üçün həmin vəsatətin təmin edilməsini imperativ qaydada məcburi hesab etmişdir. Məhkəmələrin müdafiə tərəfinin təklif etdiyi sübutların tədqiqindən yuxarıda şərh olunan qaydada imtina etməsi məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-ci maddəsində göstərilən pozuntu kimi çıx ış edir. Kassasiya araşdırması zamanı müəyyən olundu ki, müdafiə tərəfi qeyd olunan məsələlərin yenidən araşdırlması və iddia etdikləri halların müəyyən edilməsi üçün çoxsaylı vəsatətlər qaldırmaqla apellyasiya baxışında sübutların bilavasitə tədqiq edilməsini və bu məqsədlə məhkəmə baxışının qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsini müvafiq vəsatətlərində apellyasiya məhkəməsindən xahiş etmişlər. Bununla belə, apellyasiya məhkəməsi 01 mart 2019-cu il tarixli ilkin baxış qərarında heç bir əsaslandırma aparmadan bu müraciətləri rədd etmiş, ekpertiza təyin edilməsi barədə vəsatətə baxılmasının xüsusi qaydası müəyyən edildiyi halda buna əməl etməmiş, beləliklə də apellyasiya baxışında məhkəmə istintaqı aparmaqdan, sübutları bilavasitə tədqiq etməkdən, faktik halları araşdırmaqdan imt ina etmişdir. Halbuki, apellyasiya məhkəməsi verilmiş vəsatətləri müdafiə tərəfinin apellyasiya şikayətləri ilə birlikdə nəzərdən keçirsəydi, görə bilərdi ki, əslində şikayətlərdə gətirilən dəlillərin əksəriyyəti, o cümlədən bütün ittihamlar üzrə işin faktiki hallarının tam, hərətərfli, obyektiv araşdırılmaması, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların pozulması, sübutların tədqiqindən əsassız imtina edilməsi kimi dəlillər məhz CinayətProsessual Məcəllənin 392.3, 400.2, 397.3-cü maddələrində təsbit edilmiş apellyasiya baxışında məhkəmə istintaqının keçirilməsi, sübutların tədqiq edilməsi əsasları ilə əlaqəli olan dəlillər idi. Apellyasiya məhkəməsinin bu şəkildə, yəni apellyasiya şikayətlərində gətirilən dəlillərin xarakterinə əhəmiyyət vermədən məhkəmə istintaqının keçir ilməsindən imtina etməsi, faktiki olaraq onun əsaslandırılmamış qərarla məhkəmə istintaqının keçirilməsinə dair vəsatətləri rədd etməsi kimi çıxış edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsi məhkəmə qərarlarının qanuni və əsaslı olmasını tələb edir. Cinayət-prosessual qanunun 121.2-ci maddəsinə görə “vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır”. Avropa Konvensiyasının 6-cı maddəsi də (Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqelərinə görə) məhkəmə qərarlarının əsaslandırılmasını məhkəmə müdafiəsi, xüsusilə də, şəxslərin öz mövqeyini məhkəməyə çatdırmaq, məhkəmə tərəfindən dinlənilmək hüququnun mühüm aspekti kimi nəzərdə tutur və məqsədi şəxslə ri özbaşnalıqdan müdafiə etmək olan hüquqi vasitə kimi xarakterizə edir. Apellyasiya məhkəməsi məhkəmə baxışının gedişində də məhkəmə istintaqının keçirilməsi üçün zərurətin olmaması haqqında 01 mart 2019-cu il tarixli qərarında ifadə etdiyi mövqeyindən geri çəkilməmiş, beləliklə də, nəinki digər sübutları və faktları bilavasitə araşdırmadan, heç təqsirli olduğunu mübahisələndirən məhkum edilmiş şəxsin özünün belə ona istinad edilmiş ittihamlar, bu ittihamların faktiki əsasını təşkil etmiş hallar üzrə ifadələrini almadan apellyasiya baxışını yekunlaşdırıb, Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmışdır. Beləliklə, yuxarıda təsvir edilənlər, yəni müdafiə tərəfinin apellyasiya şikayətində Məhkumun təqsirlil iyi, birinci instansiya məhkəməsində sübutların tədqiqi, onun tərəfindən müəyyən edilmiş faktiki hallar mübahisələndirildiyi və məhkuma bəraət verilməsi haqqında tələblər irəli sürüldüyü halda apellyasiya instansiyası məhkəməsinin əsaslandırılmamış ilkin baxış qərarı ilə məhkəmə istintaqını aparmaqdan imtina etməsi, ümumi şəkildə bütün vəsatətləri təmin etməməklə, məhkəmə baxışında bilavasitə sübutları tədqiq etməkdən imtina etməsi, faktları araşdırmadan apellyasiya şikayəti (və apellyasiya şikayətinə əlavə) ilə qaldırılan məsələlər haqqında yekun nəticələrə gəlməsi onu deməyə əsas verir ki, apellyasiya məhkəməsində aparılmış məhkəmə baxışı yuxarıda gətirilən cinayətmühakimə icraatının prinsiplərinə, digər cinayət-prosessual normalara, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə uyğun olmamış və bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətlərinə onların məzmununa və irəli sürülmüş apellyasiya tələblərinin xarakterinə adekvat olan prosedurda – məhkəmə istintaqı aparılmaqla təkrarən baxılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, cinayət-prosessual qanun məhkəmə istintaqının keçirilməməsi barədə əvvəl qəbul edilmiş qərar ləğv edilmədən də məhkəmə baxışının gedişində zərurət yarandığı hallarda (məsələn, CPM-in 400.2.2-ci maddəsinin nəzərdə tutduğu vəziyyətdə) apellyasiya məhkəməsi tərəfindən həmin məsələyə yenidən baxılmasının və məhkəmə istintaqının keçirilməsi barədə qərarın qəbul edilməsinin qarşısını almır. Məhkəmə kollegiyası apell yasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi əsası kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.12-cü maddəsində göstərilən halları nəzərə alır. Həmin normalara əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməməsi, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəm ə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Əliyeva Könül Nəriman qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 mart 2019-cu il tarixli qərarı məhkum müdafiəçisi Əliyeva Könül Nəriman qızının kassasiya şikayətinə əsasən ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar