Məhkəmə qərarları › İş №1(102)-292/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-292/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-292/2023 26.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi i lə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tovuz Rayon Məhkəməsinin (sədrlik edən hakim Hünmətov Zaur Adil oğlu) 25 may 2022-ci il tarixli hökmü ilə 06.06.76-cı il tarixdə Tovuz rayonu, Qəribli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, evli, Tovuz rayonu, Qəribli qeydiyyatda olmaqla yaşayab Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Məhkum ev dustaqlığı qətimkan tədbiri qismində saxlanıldığı 05 (beş) ay, 19 (on doqquz) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılaraq və üzərində qəti olaraq 01 (bir) il 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə Tovuz rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Çingiz Böyükxan oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Salman Bilal oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə) 03 avqust 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinməlsinə dair Tovuz rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 1(062)-67/2022 nömrəli hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikasının Cina yət Məcəlləsinin 228.1-ci maddəsi il təqsirli bilinərək təyin edilmiş 2 (iki) il 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Məhkum ev dustaqlığı qətimkan tədbiri qismində saxlanıldığı 05 (beş) ay 19 (on doqquz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 1956-cı ildə Tula silah zavodununda istehsal olunmuş, 5,6 mm kalibri, texniki cəhətdən saz və atəşə yararlı vəziyyətdə olan, 119861 №, TOZ-8 modelli odlu yivli silahı və zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kiçik kalibri Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli tüfənglərdən atəş açmaq üçün nəzrədə tutulmuş, döyüş sursatı sayılan, istifadə və atəş üçün yararlı olan 52 ədəd patronu 2017-ci ilin istintaqa məlum olmayan tarixində həmkəndlisi və qonşusu Əhmədova Gülnaz Piri qızından, polisə təqdim etmək adı ilə alaraq əldə edib ov etmək məqsədi ilə yaşadığı Tovuz rayonu Qəribli kəndidə yerləşən fərdi yaşayış evinin yataq otağında olan taxta paltar dolabında (şkafda) saxlamış, 30 noyabr 2021-ci il tarixdə saat 02:35-də həmin silah, eləcə də döyüş sursatı Tovuz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilərək götürülmüşdür. Kassasiya pro testinin dəlilləri: Kassasiya protestində göstərilir ki, Məhkum əməlinin hüquqi tövsifı mübahisə doğurmasa da, təyin edilmiş cəzanın yüngüllüyünə görə məhkəmə kollegiyasının həmin qərarı əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışma təyin edilməlidir. Lakin, həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəmələri tərəfindən Məhkum ittiham olunduğu CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza növü təyin edilərkən, cinayət qanununun normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə. Ali Məhkəmənin Plenumunun şərh olunan qərarlarındakı tövsiyələrinə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Hökmdən və yekun qərarda n göründüyü kimi Məhkum törətyi cinayəti etiraf edib əməlindən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağının olmasını və ilk dəfə az ağır cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirən məhkəmələr törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq hesab etmişlər ki, ona aşağı həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə islah olunması mümkündür. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, apellyasiya məhkəmə kollegiyası isə həmin cəzanı Məhkum münasibətdə cüzi artırmaqla qüvvədə saxlayarkən təqsirkarların törətdikləri cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağının olmasını və ilk dəfə az ağır cinayət törətmələrini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alsalar da, həmin halların cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsinin motivlərini hökmdə və yekun qərarda əsaslandırmamış və həmin halların hansı hərəkətlərlə ifadə olunduğunu sübut etməmiş, bununla da CPM-nin 139-cu maddəsinin tələblərini pozmuşlar. İşin faktiki hallarına əsasən isə müəyyən olunur ki, Məhkum istintaqa məlum olmayan tarixdə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı tüfənglər və patronlar polis əməkdaşlarının keçirdiyi müvafiq tədbir nəticəsində aşkar edilərək götürülmüşdür. Yekun qərardan göründüyü kimi məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlini əməlindən səmimi peşman olsını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. İş mat eriallarından göründüyü kimi, ibtidai istintaq zamanı Məhkum hərəkətində könüllü gələrək təqsirini boynuna alması kimi yüngülləşdirici hal olmamış, onun törətyi cinayət az ağır cinayətlər kateqoriyasına aid olmuş, o cinayətin üstünün açılmasında köməklik etməmiş, ibtidai istintaq orqanı tərəfindən toplanmış təkzib olunmaz mötəbər sübutlarla ifşa olunduqdan sonra törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmədə isə səmimiyyət görünüşü yaratmaqla cəzasını yüngülləşdirmək məqsədi ilə əməlindən peşman olduğunu bildirmişdir. Hər iki məhkəmə instansiyası cəza təyin edərkən əməlin ictimai təhliikəliliyini kifayət qədər yüksəldən halları – Məhkum qeyd olunan ifadəsi özünümüdafiə xarakterli olmuş, həmin müddət ərzində, yəni 2017-ci ilin qış aylarından 30 noyabr 2021-ci ilə kimi olan dövrdə o, q eyd olunan silah və patronları könüllü olaraq polisə təhvil verə biləcəyi halda həmin vaxtdan 04 (dörd) ildən artıq müddət keçməsinə baxmayaraq o, silah və patronları könüllü olaraq polisə təhvil verməmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2022-ci il tarixli qərarı ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsə lələr üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinc i və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edi lib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən azadlığın məhdudlaşdırılması cəzasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası protestdə göstərilən “təqsirkarın törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşman olması”, “yaşayış yeri üzrə müsbət xarakterizə olunması” və “ilk dəfə az ağır cinayət törətməsi” kimi halların cəzasını yüngülləşdirən hallar kimi nəzərə almasına qiymət verərək, qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində cəza təyini zamanı cəzanı yüngülləşdirən halların siyahısı müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı belə hallar müəyyən edildikdə m əhkəmə cəza təyin edərkən mütləq nəzərə almalı və hökmdə bunu əsaslandırmalıdır. Həmin Məcəllənin 59.2-ci maddəsində qeyd olunur ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə təcrübəsinə əsasən, istənilən hallar AR CM-in 59.2-ci maddəsi əsas gətirilməklə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməz. Belə hallar öz xarakteri, məzmunu, mahiyyəti baxımından 59.1-ci maddəsində qeyd olunan hallara uyğun gəlməli və əməlin, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə təsir etməlidir. Məhkəmə təcrübəsinə əsasən, belə hallara təqsirləndirilənin səhhətinin vəziyyəti, ictimai faydalı fəaliyyətlə məşğul olması, himayəsində xəstə və yaşlı valideynlərinin olmasını, əlilliyi, Vətən qarşısında xidmətləri, təltifləri və sairə aid etmək olar. Hər bir halda məhkəmə bu qənaətə gələrkən, belə halların nə üçün cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olma, ilk dəfə cinayət törətmə, əməlindən səmimi peşiman olma kimi hallar hökmdə əsaslandırmadan cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalı deyil. Qeyd etmək lazımdır ki, qanun belə halların yüngülləşdirici hallar kimi qəbul edilməsini istisna etmir, lakin hər bir halda məhkəmə bu halların nə üçün cəzanı yüngülləşdirən hal kimi qəbul etməsinin motivlərini göstərməlidir. Məsələn, şəxsin yaşayış, təhsil və iş yeri üzrə müsbət səciyyələn dirilməsi yalnız formal təqdim edilmiş arayışlardan məlum olmamalı, onların hansı fərdi xüsusiyyətlərinə, şəxsi keyfiyyələrinə, iş yoldaşları, təhsil yoldaşları və qonşuları arasında hansı fəaliyyətinə görə məhz müsbət səciyyələndirilmələri arayışda və ya digər sübutlarda əks edilməli, məhkəmə də bu halları nə üçün cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını əsaslandırmalıdır. Şəxsin ilk dəfə cinayət törətməsi, ümumiyyətlə cəzanı yüngülləşdirən hal hesab edilə bilməz. Onun əvvəllər cinayət törətməməsi cəmityyət qarşısında xidməti kimi hesab edilməməli, bu onun ilk öncə dövlət qarşısında qanunlara əməl etməklə bağlı vətəndaşlıq borcudur. Şəxsin əməlindən səmimi peşiman olması - onun cinayət törətdikdən sonra könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması və sairə bu kimi hərəkətləri ilə müşahidə olunmalıdır. Bu halların hər biri 59.1-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən hallar hesab edilir. Məhkəmədə, istintaqda şəxsin sözlərlə ifadə olunan və heç bir hərəkətlə müşayət olunmayan ifadələri səmimi peşimanlıq kimi cəzanı yüngülləşdirən hal hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum oğlu barəsində istər birinci instansiya məhkəməsi, istər də apelyasiya instansiya məhkəməsi təqsirkarın törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və ilk dəfə az ağır cinayət törətməsi kimi halları cəzanı yüngülləşdirən hal kimi qəbul edəndə qərarlarında bu halların nə üçün yüngülləşdirici hal kimi qəbul etmələrini əsaslandırmamışlar. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmələr cəza təyin edərkən, tövsif olunan maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəzanın təyin edilməsi qənaətinə gəldikdə bunu hökm və qərarlarında əsaslandırmalıdırlar. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təy in edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah o lunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası və apelyasiya instansiya məhkəməsi Məhkum cəza təyini məsələsini həll edərkən, təqsirkarın törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və ilk dəfə az ağır cinayət törətməsini yüngülləşdirici hallar kimi nəzərə almaqda yanlışlığa yol versələr də, ümumilikdə, tövsif edilən maddənin sanksiyasında nəzərdə tutulan alternativ cəzanı – müəyyən müddətə azadlığın məhdudlaşdırması cəzasını təyin etməkdə haqlı olmuşlar. Hökm və apelyasiya məhkəməsinin qərarından görünür ki, cəza təqsirləndirilən tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində azyaşlı olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alınmaqla təyin edilmiş, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyasının həddində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası islah təsiri baxımından yetərli olmaqla sosial ədalət prinsipinin tələblərinə uyğun olmuş, cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyanda nəzərdə tutulmuş daha ağır cəza olan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün heç bir qanuni əsaslar görmür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqd an məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası kassasiya protestinin məhkuma təyin edilmiş cəzanın yüngül olması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, yuxarıda şərh olunanlara əsasən məhkumlara təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası və onun həddi ədalətli, qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericil iyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinay ətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cava b verir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsə təyin edilmiş cəza törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri baxımından qanuni və əsaslı cəza hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhk um olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar