Məhkəmə qərarları › İş №1(102)-292/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-292/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-292/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkumun müdafiəçisi Qasımlı Anar Elman oğlunun iştirakları ilə, xx.xx.1975-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında daimi qeydiyyatda olan, hal-hazı rda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2023-cü il tarixli, 1(105)-158/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Qasımlı Anar Elman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 1(124)-108/2022 nömrəli hökmü ilə (sədrlik edən H.S.Əliyev, hakimlər A.T.Rzayeva və F.Z.Hümbətovdan ibarət məhkəmə tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Xaçmaz Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(067)-104/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Məhkum qəti olaraq 16 (on altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəlinin onun tutulduğu vaxtdan, yəni 30 iyul 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Qasımlı Anar Elman oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2023-cü il tarixli, 1(105)-158/2023 saylı qərarı ilə (sədrlik edə n R.O.Əsgərova, hakimlər A.İ.İsmayılov və R.Ə.Ağayevdən ibarət məhkəmə tərkib) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsi hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi A.E.Qasımlı tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum nikahdan kənar qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ondan ayrılaraq qardaşı X3 evinə köçməsi, həmçinin Zərərçəkmiş şəxs işlədiyi Xaçmaz şəhərində yerləşən X2 geyim mağazasının filial müdiri vəzifəsində işləyən X7 ilə aralarında yaxın münasibətlərin olmasından şübhələnərək qısqanclıq motivi ilə Zərərçəkmiş şəxs öldürmək qə rarına gəlmiş, bu məqsədlə 30 iyul 2021-ci il tarixdə saat 09 radələrində narkotik sərxoşluğu halında yaşadığı evdən soyuq silah hesab edilməyən, mətbəx bıçağını götürüb corabında gizlədərək "Azərbaycan Dəmir Yolları” QSC-nin Xaçmaz stansiyasına gedib orada Zərərçəkmiş şəxs işə getməsini gözləmiş, həmin vaxt Zərərçəkmiş şəxs yaxın rəfiqələri Şahid1 və Şahid2 ilə gəldiyini görüb sonunculara yaxınlaşaraq qeyd olunan stansiyanın 2 və 5-ci dəmiryolları arasında, 2496-cı kilometrin 7-ci piketində Şahid1 və Şahid2 gözləri qarşısında hər ikisinə xüsusi əzab və iztirab verdiyini dərk edib, bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə özü ilə gətirdiyi bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı ardıcıl zərbələr vurub sonuncuya "daxili və xarici qanaxma ilə müşayiət olunmuş hər iki ağ ciyərin və qara ciyərin zədələnməsilə döş və qarın boşluqlarına keçən dörd ədəd kəsilmiş-deşilmiş yaralar” kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, "döş qəfəsində 2 ədəd, bel nahiyəsində 1 ədəd, sağ bazu nahiyəsində 2 ədəd və sol said nahiyəsində 1 ədəd kəsilmiş və deşilmiş-kəsilmiş yaralar” kimi sağlamlığa yüngül zərər vuran və "sol qaş və alın nahiyələrinin qançırları” kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni xüsusi amansızlıqla həmin şəxsi qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Qasımlı Anar Elman oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum Zərərçəkmiş şəxs öldürülməsində ifadə olunmuş əməli düzgün tövsif olunmamış, on a həddindən artıq ağır cəza təyin edilmişdir. Kassasiya şikayətində müdafiəçi iddia edir ki, hadisənin şahidləri Şahid1 və Şahid2 zərərçəkmiş şəxsin iş yoldaşları olduğu halda məhkəmələr adları çəkilən şəxsləri sonuncunun yaxın adamlar kimi qiymətləndirərək Məhkum əməlinin CM-nin 120.2.4-cü maddəsinə tövsif etmişlər. Məhkum zərərçəkmiş şəxsin yaxınlarına xüsusi əzab verməsi niyyəti olmamış, o zərərçəkmişi qısqanclıq zəminində həyatdan məhrum etmiş və bu səbəbdən də onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif edilməlidir. Müdafiəçi Qasımlı Anar Elman oğlu kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yenidən baxılması üçün ape llyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instan siyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Qasımlı Anar Elman oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum əməli ağırlaşdırcı hallar olmadan qəsdən adam öldürmə kimi tövsif edilməli olduğu halda, düzgün olmayaraq xüsusi amansızlıqla adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü mad dəsi ilə tövsif olunduğunu və həddindən artıq ağır cəzaya məruz qaldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, dəyişdirilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə al ınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Kassasiya şikayətinin müəllifi hesab edir ki, Məhkum əməli ağırlaşdırıcı hallar olmadan qəsdən adam öldürmə kimi tövsif edilməli olduğu halda, düzgün olmayaraq xüsusi amansızlıqla adam öldürmə kimi Cin ayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkum əməlində qeyd olunan cinayətinin tərkibinin olması barədə iddiasını onunla əlaqələndirir ki, zərərçəkmiş şəxsin yanında olan şəxslər, hadisənin bilavasitə şahidləri Şahid1 və Şahid2 mərhum Zərərçəkmiş şəxs yaxınları olmamaqla yanaşı, Məhkum həmin şəxslərə xüsusi əzab və iztirab vermək niyyəti olmamış, əslində o, Zərərçəkmiş şəxs qısqanclıq zəminində həyatdan məhrum etdiyindən, onun əməlinə Cinayət Məcəlləsinin (CM 120.1) həmin əməli nəzərdə tutan maddəsi tətbiq edilməli idi. Cinayət Məcəlləsinin mübahisələndirilən məsələyə həsr olunmuş normalarından çıxış etməklə hazırki işin materiallarına, bu materiallardan irəli gələn faktiki hallara baxdıqda, müdafiəçinin məhkumun əməlinə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin düzgü n şamil edilmədiyini iddia etməkdə haqlı olduğu müəyyən edilir. Belə ki, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə baxdıqda, aydın olur ki, sözügedən əlamətlə cinayətin törədilməsi barədə şəxsə qarşı ittihamın irəli sürülməsi üçün onun qəsdinin zərərçəkmiş şəxsə və yaxud hadisəni görən onun yaxınlarına məhz xüsusi əzab və iztirab verməyə yönəlməsi, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi iztirab çəkməsinə) münasibətdə onun birbaşa və ya dolayı qəsdlə hərəkət etməsi tələb olunur. Birbaşa və dolayı qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2 və 25.3-ci maddələrinə görə isə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qaba qcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”, “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur” Bu səbəbdən təqsirkarın öz hərəkətlərinin həmin şəxslərə xüsusi əzab, iztirab verməsi kimi əlamətlərlə müşayiət olunduğunu dərk edib buna şüurlu surətdə yol verməsi, yəni həmin əlamətlərə münasibətdə dolayı qəsdin mövcudluğu kifayətdir ki, onun əməli xüsusi amansızlıqla törədilən qəsdən adam öldürmə kimi tövsif edilsin (təbii ki, cinayət tərkibinin digər əlamətləri də müəyyən edildiyi təqdirdə). Bu yan aşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Plenum qərarının 8-ci bəndində qeyd olunur ki, “Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dər k etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.” Plenum qərarının həmin müddəalarına və Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin mənasına görə qəsdən adam öldürmə cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxslərin qohumluq münasibətindən məlumatlı olsun, eyni zamanda onun niyyəti seçdiyi üsulla zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirməklə öldürmək olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yax ınlarının xüsusi əzab çəkməsinə) münasibətdə onun birbaşa və ya dolayı qəsdlə hərəkət etməsi müəyyən olunsun. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab verilməsi və iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün işin faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi və apellyasiya instansiyası məhkəməsinin razılaşdığı faktiki hallardan görünür ki, Məhkum qeyri-rəsmi münasibətlərində olduğu Zərərçəkmiş şəxs ondan ayrılaraq başqa şəxslə yaxın münasibətlərdə olmasından şübhələnərək qısqanclıq motivi ilə "Azərbaycan Dəmir Yolları” QSC-nin Xaçmaz stansiyasına gələrək, o rada Zərərçəkmiş şəxs yaxın rəfiqələri Şahid1 və Şahid2 gözləri qarşısında hər ikisinə xüsusi əzab və iztirab verdiyini dərk edib, bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə özü ilə gətirdiyi bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı ardıcıl zərbələr vurub sonuncunu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Verilmiş ittihama diqqət etdikdə aydın olur ki, Məhkum əməlinin CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilməsi üçün əsas sonuncunun Zərərçəkmiş şəxs onun yaxın rəfiqələri (adamları) olan Şahid2 və Şahid1 gözləri qarşısında hər ikisinə xüsusi əzab və iztirab verdiyini dərk edib, bunu arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməsi olmuşdur. Məhkəmə kollegiyası hazırkı işin xüsusiyətlə rini nəzərə alaraq aşağıdakı hallar aydınlıq gətirilməsini zəruri hesab edir. _ “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002ci il tarixli 3 saylı qərarında əksini tapmış “yaxın adamlar” ifadəsinin nə anlam verməsinə, _ Baş vermiş hadisənin şahidləri olmuş Şahid2 və Şahid1 mərhum Zərərçəkmiş şəxs “yaxın adamları” dairəsinə daxil olub olmamasına, _ Məhkum hadisənin şahidləri olmuş Şahid2 və Şahid1 mərhum Zərərçəkmiş şəxs ilə yaxınlıq münasibətlərindən məlumatlı olub olmamasına (göstərilən hal xüsusi ilə əhəmiyyət kəsb edir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 7.0.32 və 7.0.33-cü maddələrində yaxın qohumlar və qohumlar dairəsi dəqiq müəyyən edildiyi halda “yaxın adamlar” anlayışına hər hansı izah verilməmişdir. Hüquq ədəbiyyatında zərərçəkmiş şəxsin yaxın adamları dedikdə - zərərçəkmiş şəxsin yaxın qohumları və qohumları ilə yanaşı, mövcud şəxsi münasibətlər baxımından zərərçəkmiş şəxsi özlərinə əziz sayan, onun həyat və sağlamlığına önəm verən, onu dəyərli insan kimi özlərinə yaxını hesab edən şəxslər qəbul olunurlar. Cinayət işinin materiallarından görünür ki, hadisənin bilavasitə şahidləri olan Şahid1 və Şahid2 mərhum Zərərçəkmiş şəxs aralarında qohumluq əlaqəsi olmamış, onlar rəfiqə olmaqla bir yerdə işləmişlər, hətta birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs ilə 2020-ci ildə "X2" mağazasında işlədiyi müddət tanış olduqlarını, həmin mağazada 2 ay işlədiyini daha sonra işdən çıxdığını, hadisədən 2 gün öncə həmin mağazaya işə döndüyünü işdən çıxdığı müd dət ərzində Zərərçəkmiş şəxs ilə əlaqə saxlamadığını bildirmişdir. Digər Şahid1 birinci instansiya məhkəməsində şahid qismində dindirilərkən verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs 2020-ci ilin iyul ayından "X2" mağazasında birlikdə işlədikləri vaxtdan tanıdığını, X3lə 4-5 dəfə sonuncunun qardaşının evində bir yerdə görüşdüklərini, X3ün vəfatından sonra onun uşaqlarının harada olmasından məlumatlı olmadığını bildirmişdir. Şahidlərin məhkəmə iclasında verilmiş ifadələrindən müəyyən olunur ki, sonuncuların Zərərçəkmiş şəxs ilə tanışlıqları məhz iş ortamında yaranmış, tanışlıqlarının daha sıx mərhələyə keçid dövrü isə ölkədə Koronavirus (COVİD-19) infeksiyasının qlobal pandemiya elan olunduğunu, virusun geniş yayılma tendensiyasının davam etdiyi və xüsusi karantin rejiminin tətbiq ilə bağlı vətəndaşların sosial təcrid dövrünə təsadüf olunmuşdur. Göstərilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, qısa müddət ərzində iş ortamında tanış olmuş, ölkədə yayılmış Koronavirus (COVİD-19) epidemiyası ilə bağlı yaşadıqları və ya olduqları yerdə təcrid olunmaqla sıx təmasdan uzaq, iş mühitindən kənar ünsiyyətdə olmayan (Şahid2 ifadəsi işdən çıxdığı müddət ərzində Zərərçəkmiş şəxs ilə əlaqə saxlamamış), həmçinin hazırkı halda mərhum zərərçəkmiş şəxsin övladlarının taleyindən məlumatsız olan Şahid1 və Şahid2 ibtidai istintaq orqanın və onun ardınca məhkəmələrin Zərərçəkmiş şəxs yaxın adamları dairəsinə aid etmələri əsassız olmuşdur. Həmçinin öyrənilmiş cinayət işi matertiallarında müəyyən olunur ki, Məhkum nə Şahid1 nə də ki, Şahid2 şəxsən tanımamış, sonuncuların Zərər çəkmiş şəxs yaxın münasibətdə olmalarından məlumatlı olmamışdır. Belə ki, təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsində Məhkum Zərərçəkmiş şəxs yanında olan şəxslərin adlarını belə bilməmiş, sadəcə olaraq sonuncuların X3ün iş yoldaşları və rəfiqələri olduğunu göstərmişdir. Hazırki işin aspektində Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə baxdıqda, aydın görünür ki, sözügedən əlamətlə cinayətin törədilməsi barədə Məhkum qarşı ittihamın irəli sürülməsi üçün onun qəsdinin hadisəni görən Zərərçəkmiş şəxs yaxınlarına mövcud vəziyyətdə rəfiqələrinə (qohumları yox məhz rəfiqələrinə) məhz xüsusi əzab və iztirab verməyə yönəlməsi, yəni onun birbaşa qəsdlə (verilmiş ittihamda çıxış edərək) hərəkət etməsi tələb olunur. Lakin, yuxarıda sadalanmış hallardan müəyyən olunur ki, Məhkum ibtidai i stintaq orqanın və məhkəmələrin Zərərçəkmiş şəxs yaxın adamları dairəsinə aid etdikləri Şahid1 və Şahid2 zərərçəkmiş şəxsin yaxınlıq münasibətindən məlumatlı olmadığından (adlarını belə bilməmiş) qeyd olunan şəxslərə əzab və iztirab verə biləcəyini görməsi və ya dərk etməsi mümkün deyil. Məhkum qəsdi ona xəyanət etməsindən şübhələndiyi Zərərçəkmiş şəxs qisas almağa, o cümlədən, sonuncunun həyatdan məhrum edilməsinə yönəlmişdir ki, bu da adları çəkilən şəxslərə münasibətdə Məhkum nə birbaşa, nə də ki, dolayı qəsdi ehtiva olunan hərəkətlərə yol verməməsinə dəlalət edir. Cinayət tərkibinin subyektiv cəhətinə aid həmin zəruri əlamətin müəyyən edilməməsi isə (tövsifedici hala münasibətdə) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda təsvir olunan normalarına, o cümlədən 3-cü maddəsinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Məhkum cinayətkar hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsifini istisna edir. Qeyd olunan və digər ağırlaşdırıcı (tövsifedici) əlamətlər olmadan qəsdən adam öldürməni cinayət olaraq məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi nəzərdə tutmuşdur. Odur ki, məhkəmələr tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 120.2.4-ci maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmamaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olmadığından, kollegiya bu məsələ ilə əlaqədar müdafiəçinin irəli sürdüyü iddia ilə (təq sirkarın əməlinin CM-in 120.1-cü maddəsinə tövsif olunması ilə bağlı) və bu iddianın əsaslandırılması üçün gətirilən dəlillərlə razılaşır. Beləliklə Məhkum cinayət əməlinin hüquqi tövsifi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən 120.1-ci maddəsinə dəyişdirilməli və həmin maddə ilə Məhkum Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq – törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, onun cəzasını yüngülləşdirən halların (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən azyaşlı uşaqlarının olmasını, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, 59.2-ci maddəsinə əsasən oğlu X6 Müharibəsində iştirak etməsini) olması, həmçinin ağırlaşdıran halların olmaması, Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 60-cı maddəsinin tələbləri, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti isə 11 (on bir) il həddində müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum həmin cəzanı təyin etməklə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə çatmaq mümkündür. Təsvir olunanlar müdafiəçinin kassasiya şikayətinin məhkəmə kollegiyası tərəfindən qəbul edilən dəlillər hissəsində əsaslı olduğunu, məhkəmələr tərəfindən mübahisələndirilən qərarın kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinay ət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 29 mart 2023-cü il tarixli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Qasımlı Anar Elman oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhk əməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 29 mart 2023-cü il tarixli, 1(105)-158/2023 nömrəli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif olunmuş əməli həmin maddədən Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilsin, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə Məhkum 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.3-cü maddələrinə əsasən Məhkum hazırki qərarla təyin olunmuş cəza ilə ona Xaçmaz Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(067)-104/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılsın, Məhkum qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar