Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2926/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Zaur Nazim oğlu Hüseynovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və zərərçəkmiş şəxsin hüquqi varisi Məhəmməd Mola oğlu Xələfovun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2024-cü il tarixli *(***)- ***/**** nömrəli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Bilal Məmmədov (sədrlik edən), Tural Əfəndizadə və Xaliq Məmmədov) 23 yanvar 2024-cü il tarixli *(***)-*/**** nömrəli hökmü ilə 01 sentyabr 1990-cı ildə Ucar rayonu Yuxarı Şilyan kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Ucar rayonu Yuxarı Şilyan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 263-1.3-cü və 264-cü maddələri ilə təqsirli bilinərək, CM-in 263-1.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü və 66.4cü maddələrinə əsasən əsas cəza əsas cəza ilə əlavə cəza əlavə cəza ilə qismən toplanılmaqla Məhkum qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Məhkum təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı 23 yanvar 2024-cü il tarixdən hesablanması, Məhkum əlavə cəza kimi təyin edilmiş 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 3 (üç) il müddətə şamil edilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum məhkum edilmişdir ona görə ki, o, 29 avqust 2022-ci il tarixdə saat 18 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş halda idarə etdiyi "Mercedes Benz C230” markalı, 57-CH-182 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ucar rayonu Yuxarı Şilyan kəndinin içərisində asfalt örtüklü yolla Ucar şəhəri istiqamətində hərəkətdə olarkən «Yol Hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyərək yolun sağ çiynindən sol çiyninə doğru keçmək istəyən 29 vevral 1984-cü il təvəllüdlü piyada X6 gördükdə idarə etdiyi avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmayaraq hərəkətini dаvаm еtdirib, sonuncunu vurub ona açıq kəllə-beyin travması, kəllə əsasının xətti sınığı, baş beyinə qansızma, sağ baldır, burun sümüklərinin qapalı sınığı, bədən səthinin çoxsaylı sıyrıqları ilə müşayiət edilən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirib еhtiyаtsızlıqdаn zərərçəkmiş şəхs X6 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən qaçmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Xəqani Səmədov, hakimlər Akif Eyvazov və İmanverdi Şükürovdan ibarət tərkibdə) 07 noyabr 2024-cü il tarixli *(***)-***/**** nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli *(***)-*/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və təqsirləndirilən şəxsin müdafiəçisi İbrahimov Xəyal Rahim oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum Məhkum müdafiəçisi müdafiəçi2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2024-cü il tarixli *(***)-***/**** nömrəli qərarının ləğv edilməsi və onun barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və ədalətsizdir. Belə ki, kassatorun fikirincə Məhkum barəsində olan cinayət işinin həm ibtidai araşdırması zamanı və işə aşağı instansiya məhkəmələrində baxılarkən kobud səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlarla əsaslandırılmış, aşağı instansiya məhkəmələri bu səhvləri aradan qaldırmağa çalışmamış və sonda mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlar əsasında Məhkum barəsində ittiham hökmü çıxarmışdır. Aşağı instansiya məhkəmələri cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis, şahidlər X2, X8, X3, Cavadov İxtiyar Nuruş oğlunun, X7, Cavadov Afiq İlyaz oğlunun ibtidai istintaq zamanı verdiyi ifadələrinə əsaslanmaqla və bunları mötəbər sübut kimi qiymətləndirməklə Məhkum haqqında ittiham hökmü çıxarmış, hansı ki, müdafiə tərəfinin fikrincə bu sübutlara əsasən sonuncunun cinayət əməli törətməsinə və təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının olmasını söyləmək faktiki olaraq mümkün deyil. Çünki qeyd edilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə məhkəmə istintaqı zamanı verdikləri ifadələri arasında ziddiyyətlər olmuşdur. Məhkəmə baxışı zamanı keçirilmiş məhkəmə xəttşünaslıq ekspertizasının 27 aprel 2023-cü il tarixli */*** nömrəli rəyi ilə müəyyən edilmişdir ki, cinayət işinin 1-ci cildinin 6-10-cu vərəqələrində olan Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 29 avqust 2022ci il tarixli protokolun 1-5-ci vərəqələrində “3” rəqəmi qarşısındakı imzalar, 11-ci vərəqində olan protokola əlavə olunmuş sxemdə “Sürücü: 1.” Qrafasındakı imza - Məhkum tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Buna baxmayaraq, iş materiallarına əlavə edilmiş foto şəkillərdə hadisə yerində heç bir tormoz izinin olmadığını görə-görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum imzalarını saxtalaşdıran həmin müstəntiqin hadisə yerində guya tormoz izlərinin qalması barədə məhkəmə kollegiyasına verdiyi məlumatı sübut kimi qəbul edərək, təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin etmişdir. İs üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 23 noyabr 2022-ci il tarixli */**** saylı rəyində nəqliyyat vasitəsinin tam dayanma yolunu 27,4-31,8 metr olduğunu müəyyən etmişdir. Təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 25 sentyabr 2023-cü il tarixli */**** nömrəli rəyində isə nəqliyyat vasitəsinin tam dayanma yolununu 9,4- 11,8 metr, yəni 3 dəfə az olduğu müəyyən edilmişdir. Müdafiə tərəfinin təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 25 sentyabr 2023-cü il tarixli */**** nömrəli rəyinin “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbIərinə cavab vermədiyi üçün həmin rəyin mötəbər sübut kimi qiymətləndirilməməsi barədə xahişini aşağı instansiya məhkəmələri nəzərə almamışdır. Çox təəssüflə qeyd etmək istəyirik ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum da daxil olmaqla iş üzrə dindirilən bütün şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri deyil, ibtidai istintaq zamanı verdikləri ifadələri mötəbər sübut kimi qəbul etmişdir. Kassator hesab edir ki, aşağı instansiya məhkəmələrində işə baxılarkən tədqiq olunmuş sübutların məcmusuna əsasən Məhkum cinayətin törədilməsində təqsirli müəyyən edilmədiyi üçün onun barəsində ittiham hökmü çıxarıla bilməzdi, onun barəsində bəraət hökmü çıxarılması üçün qanuni əsaslar olmuşdur. Məhkum həmin cinayət hadisəsini törətməsi sübuta yetirilməmişdir. Həmin faktı təsdiq edən mötəbər və təkzibedilməz sübutlar toplanılmamışdır, işdəki sübutlar isə məhkumun zərərinə şərh edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Müdafiəçi müdafiəçi2 kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsiri mötəbər sübutlarla təsdiq olunmur, lakin məhkəmələr qeyri-mötəbər, mümkün olmayan və ziddiyyətli sübutlara əsaslanaraq qanunsuz olaraq məhkum barəsində Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələri ilə ittiham hökmü çıxarmışlar. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, eyni məzmunlu dəlillər müdafiəçi tərəfindən apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətində göstərilən bütün dəlilləri ayrı-ayrılıqda araşdırmış, onlara hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olması barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə qanunvericiliyin tələblərinə tam riayət etməklə baxmış, irəli sürülmüş dəlilləri hərtərəfli yoxlamış və gəldiyi nəticələr cinayət işi üzrə toplanmış sübutlara, iş materiallarına və əlavə araşdırma zamanı əldə edilmiş məlumatlara tam uyğun olmuşdur. Müdafiəçinin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edən, onların əsassızlığını şübhə altına alan hər hansı yeni hal və ya sübut təqdim edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və eyni məzmunlu kassasiya şikayətinin dəlillərinin yenidən müzakirə olunmasını zəruri hesab etmir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinin yuxarıda göstərilən tələblərinə uyğun olaraq birinci və apellyasiya məhkəmələrinin qanun normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 263-1.3-cü və 264-cü maddələrində nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Belə ki, məhkum Məhkum məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-in 263-1.3-cü və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla – zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, məhkəmə yol-nəqliyyat və məhkəmə-tibbi ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər iş materialları ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri iş üzrə toplanmış sübutlara və işin hallarına uyğun gəlmir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkum Məhkum əməli CM-in 263-1.3-cü və 264-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, məhkum Məhkum barəsində Azərbaycan Respublikası CM-in 263-1.3cü və 264-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Həmçinin məhkəmələr məhkum Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini və işin hallarını kifayət qədər nəzərə almış və ona ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsinə nəzərdə tutulmuş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 07 noyabr 2024-cü il tarixli *(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 263-1.3-cü və 264-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2024-cü il tarixli *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2926/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2926/2025
08.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver