Məhkəmə qərarları › İş №1(102)-293/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-293/2019

30.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-293/2019 30.01.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 293/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "30" yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 0 7 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyev Rəşad Şəmşir oğlu) xx xxxx 1993-cü il tarixdə Şamaxı rayonu, Çarhan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq qazancından 15% məbləğində tutulmaqla 01 il 03 ay 06 gün müddətə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qərarı ilə "Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət məsuliyyətindən azad edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün (10.10.2017-ci il tarixdən 12.10.2017-ci il tarixədək) müddət təyin olunmuş cəza müddətinə hesablanmaqla qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X1 həyat yoldaşı - Bakı Hərbi Məhkəməsinin 02.12.2016-cı il tari xli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş X2 müdafiəçisinin şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsində apellyasiya qaydasında işə baxılarkən müdafiə nazirliyində işləyən yüksək vəzifəli qohumunun vasitəsi ilə 7.500 manat müqabilində azadlığa buraxdıracağını X1 yalandan vəd verib və Təqsirləndirilən şəxs X9lə aralarında olan razılığa əsasən özünü müdafiə nazirliyində yüksək vəzifədə işləyən X4 adı ilə X1ya təqdim edib, inandırmaqla onu aldadaraq X9 2017-ci ilin fevral ayının əvvəllərində X1nın qohumu X7 Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən təcili yardımın yarımçıq binasında 1.500 manat,07.02.2017-ci il tarixdə ünvan 1 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinin qarşısın da X1nın qohumu X5 3.500 manat və 2017-ci ilin fevral ayının sonlarında hissə-hissə olmaqla Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən təcili yardımın yarımçıq binasında X1nın özündən 2.550 manat alaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 7.550 manat pulu Təqsirləndirilən şəxsla birlikdə ələ keçirməklə X1ya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakimlər Qasımov Əflatun İbrahim oğlu, hakimlər Bayramov Əmir Novruz oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) 03 avqust 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılm ış, kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və ona azadlıqdan məhrum etmə cəzasına alternativ cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ona cəza təyin edərkən, apellyasiya məhkəməsi isə həmin cəzanı dəyişdirmədən saxlayarkan qanunvericiliyin humanism prinsiplərini pozmuş, qanunvericiliyin azadlıqdan məhrum etmə cəzasının alternativ cəza ilə əvəz edilməsi müddəalarını nəzərə almamış və qiymətləndirməmişdir. Qeyd olunanları nəzərə ala raq məhkum apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və ona azadlıqdan məhrum etmə cəzasına alternativ cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2018-ci il tarixli qərarı isə dəyişdirilməd ən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmiş, apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməli düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Bunlara dair apellyasiya məhkəməsinin gəldiyi nəticənin və qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində də bu məsələlər mübahisələndirilmir. Kassas iya şikayətində təyin edilmiş cəzanın sərt olduğu iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...məhkəmə kollegiyası məhkumun şikayətinə münasibətdə, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının, həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növləri ilə əvəz edilməsinə əsaslar müəyyən etmir. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqınd a» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ile hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, İştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin qərarda göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza teyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxan həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunurlar. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 178,2.1, 178.2.4-cü maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs səmimi peşmançılığını cəzam yüngülləşdirən ha! q ismində nəzərə almış, onun cəzasını ağırlaşdıran hallar isə müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsi müzakirə edilərkən, şəxsiyyətini səciyyələndirən hallar, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza təyin etmənin ümumi prinsipləri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyəsi düzgün nəzərə alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində tətbiq etdiyi cəza növünü cinayət qanunvericiliyinin tələbləri baxımından tam əsaslandırma aparmaqla və prosessual hüquq normalarının tələblərinə riayət etməklə tətbiq etmişdir. Belə ki, Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tut an 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya diger cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Habelə, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpasını, məhkumun islah edilməsini və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; yeni cinayətlər törədilməsinin qarşısının alınması. Sosial ədalətin bərpası cəzanın mə qsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün saymır və bu əsasla, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin (yeni redaksiyada) 178.2.1, 178.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasına alternativ nəzərdə tutulmuş daha yüngül cəza növlərinin barəsində tətbiq edilməsini əsaslı saymır. 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş "Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikası CM-nin 178.2-cü maddəsinin sanksiyası ilə nəzərdə tutu lmuş azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək, iki ildən beş ilədək həddə müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 10.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin mehkumluğu üstündən göt ürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs barəsində, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanununun tələbinə uyğun hesab edir. Beləliklə, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 59-cu maddələrinə müvafiq, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyələrinə uyğun olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini düzgün nəzərə alaraq, ona cəzanın məqsədlərini təmin edən qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cu bəndində qeyd olunmuşdur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, him də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza te yin etmək hallarına yol verməmelidir». Qeyd olunan xüsusatlara əsasən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökmünün dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ədalətli olması barədə nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına, qa nunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 0 3 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar