Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-293/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun və Məhkum iştirakı ilə, Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2019cu il tarixli qərarından verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim S.H.Hacıyev, hakimlər M.A.Bayramov və R.V.Salmanovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1977-ci ildə ünvan3ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 03 iyul 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.O.Əsgərova, hakimlər N.R.Mövsümov və M.Ə.Rzayevdən ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, onun müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ildən 6 (altı)ilə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 2 iyul 2018-ci il tarixdə saat 08:00 radələrində yaşadığı ünvan 2 ünvanda yerləşən evin həyətində şəxsi münasibətlər zəminində - arvadı X5 ona xəyanət etdiyini düşünərək, sonuncu ilə sözlə mübahisə edib yaşadığı evdən götürdüyü soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə X5nın üzərinə yeridiyi zaman sonuncu həyətdə yerləşən birmərtəbəli tikiliyə daxil olub gizləndiyi üçün, tikilinin qapısını açmaq məqsədi ilə bıçağı tikilinin qarşısındakı soyuducunun üstünə qoymuş, bu zaman qardaşı arvadı Zərərçəkmiş şəxs ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, yəni X5nın hər hansı xəsarət almasının qarşısını almaq üçün ona kömək etmək məqsədi ilə Məhkum soyuducunun üstünə qoyduğu bıçağı götürüb qaçdığı zaman sonuncu Zərərçəkmiş şəxs yaşadığı ikimərtəbəli evin arxasındakı bağda saxlayıb həmin bıçağ ı əlindən almaqla sonuncunun kürək, sol və qarın nahiyələrinə qəsdən bıçaqla zərbələri vuraraq sol saidin aşağı üçdə birini deşib-keçən kəsilmiş-deşilmiş yara, qarının sağ və sol divarlarının, sağ saidin kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, hemopnevmotoraks və plevropulmonal şokla müşayiət olunmuş döş qəfəsinin sağ arxa tərəfindən daxilə keçən bir ədəd kəsilmişdeşilmiş yara ilə nəticələnən həyat üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, hadisəni törədərkən əsəbi vəziyyətdə olduğundan qardaşı arvadı Zərərçəkmiş şəxs hansı şəraitdə bıçaqla xəsarət xetirməsini xatırlamır və bu səbəbdən hesab edi r ki, onun əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda düzgün olmayaraq zərərçəkmiş şəxsin sağlamlığına ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar ağır zərər vurma kimi Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi ilə tövsif olunmuş və o, məsuliyyətini yüngülləşdirən hallar, xüsusilə də ailəli olması, himayəsində azyaşlı uşağının olması nəzərə alınmadığı üçün həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2019-cu il tarixli qərarının dəyişdirilməsini, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsindən 126.1-ci maddəsinə tövsif edilməsini və yaxud Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cəzasının yüngülləşd irilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edil məsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən əməlinin ağırlaşdırıcı hallar olmadan qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilməli olduğu halda, düzgün olmayaraq qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar ağır zərər vurma kimi Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi ilə tövsif olunduğunu və məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadığı üçün həddindən artıq ağır cəzaya məruz qaldığını iddia ed ərək, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsi, əməlinin Cinayət Məcəlləsinin 126.2.2 -ci maddəsindən 126.1-ci maddəsinə tövsif edilməsi və yaxud cəzasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin qaydaları əsasında yüngülləşdirilməsi haqqında kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.15 və 416.0.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığın ı yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona hökmlə isnad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməlini törətməsi (qəsdən qardaşı arvadı X1 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar ağır zərər vurması) birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mörəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (təqsirkarın əməlində qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ictimai borc unu yerinə yetirməsi ilə əlaqədar ağır zərər vurma cinayətinin deyil, bu və digər ağırlaşdırıcı əlamətlər olmadan qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin tərkibinin olması barədə iddia) Məhkum barəsində verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə, o cümlədən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətlərində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarl a əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, onların həqiqi məzmununa uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutlar ın, onlardan irəli gələn halların müdafiə tərəfinin dəlilləri ilə obyektiv müqayisəsi üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. Məhkum cəza təyin edilərkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cəza hissəsində birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib Məhkum Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini 7 (yeddi) ildən 6 (altı) ilə endirməklə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları – Məhkum zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM, maddə 59.1.2), himayəsində bir azyaşlı uşağının olmasını (CM, maddə 59.1.4), yaşayış yerindən müsbət xarakterizə olunmasını və cəzanı ağırlaşdıran halların olmamasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin yol verdiyi həddə və 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəzərə aldığı halları fərqli şəkildə, yəni Məhkum təyin olunmuş cəzanın daha da (o cümlədən, Cinayət Məcəlləsinin 62-ci maddəsinin qaydaları əsasında) yüngülləşdirilməsini mümkün edən h allar kimi qiymətləndirmək üçün əsas görmür. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.15 və 416.0.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və kassasiya şikayətinin təmin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 17 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən sa xlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 17 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-293/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-293/2020
05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver