Məhkəmə qərarları › İş №1(102)-293/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-293/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-293/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Zərərçəkmiş şəxs iştirakları ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, Zərərçəkmiş şəxs və vəkili Müdafiəçi3 tərəfindən birgə, Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (sədrlik edən hakim X7) 20 may 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1969-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Naxçıvan Dövlət Universitetində müəllim işləyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olub yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 ( bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə olduğu (tutulduğu) 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 20 may 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilməsi və məhkəmə iclası zalından dərhal həbsə alınması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tə rkibdə) 1 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 1(043)-50/2022 saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, həmçinin müdafiəçi və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum ondan 360000,00 ABŞ dolları borcun ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi gün dolların manata nisbəti nəzərə alınaraq Azərbaycan manatı ilə tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə d air Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 23 noyabr 2015-ci il tarixli, 2(001)-11536/2015 saylı qətnaməsinin icrasının təmin edilməsi üçün Gəncə Şəhəri üzrə İcra İdarəsinə göndərildikdən sonra icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb olunması barədə icra orqanının verdiyi 19 noyabr 2018-ci il tarixli inzibati xəta haqqında protokolu ilə Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-238/2018 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktının icrasının təmin edilməsi üçün yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 30 noyabr 2018-ci il, 18 yanvar 2019-cu il tarixdə xəbərdarlıq təqdim edilməsinə baxmayaraq cinayə t təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 04 fevral 2019-cu il tarixədək şəxsi maraq niyyəti ilə həmin məbləğdə zərərçəkmiş şəxsə ziyan vuraraq qanuni qüvvədə olan məhkəmə aktını qərəzli icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Kassasiya protestində qeyd edilir ki, Məhkum ədalət mühakiməsi əleyhinə olmaqla, az ağır cinayətlər kateqoriyasına aid olan cinayət əməlini şəxsi maraq və tamah niyyətilə birbaşa qəsdlə həyata keçirmişdir. Məhkum törətdiyi cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, o, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etməməklə məhkəmə orqanını nüfuzdan salmış, həmçinin külli miqdarda (360000,00 ABŞ dolları) zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməməklə qanun la müəyyən edilmiş müddətdə zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının bərpası istiqamətində hər hansı bir addım atmamışdır. Məhkəmə hökmdə Məhkum qətnamənin icrasına olan münasibətini, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini illərlə icra etmədiyini və bunun nəticəsində zərərçəkmiş şəxsin kifayət qədər yüksək məbləğdə maddi zərərə məruz qaldığını, eləcə də məhrum olduğu əmlak hüquqlarının uzun müddət ərzində bərpa olunmadığından onun mənəvi və psixi iztirablar keçirməsinə səbəb olduğunu və Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 8, 41, 58-ci maddələrinin tələblərini nəzərə alaraq Məhkum azadlıqdan məhrum etmə cəzasından yüngül cəza novünün təyin olunmasının mümkün olmadığını qeyd etsə də, nədənsə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutul an aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Məhkəmə şərh edilənləri nəzərə almamış və təqsirləndirilən şəxsə nə üçün aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməli olduğunu yekun qərarda əsaslandırmamışdır. Təyin edilmiş cəzaya münasibətdə məhkum edilmiş şəxsin islah olunacağı barədə əminlik onun şəxsiyyətini səciyyələndirən hallara əsaslanmalıdır. Məhkum məhkəmə iclasında nəinki törətmiş olduğu cinayət əməlindən səmimi peşman olduğunu bildirmiş, əksinə ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilməmişdir. Cinayətin törədilmə mexanizmi, zərərçəkmiş şəxsə vurulmuş ziyanın məbləği (360000 ABŞ dolları) və təqsirkarın reaksiyası ona aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini mümkünsüz etmişdir. Məhkəmə q eyd edilənləri düzgün qiymətləndirməmiş və təqsirləndirilən şəxsə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Bununla da, Məhkum əməli istər xarakterinə, istərsə də ictimai təhlükəlilik dərəcəsinə və törədilməsi hallarına və şəxsiyyətinə münasibətdə məhkəmə tərəfindən gəlinmiş nəticəyə uyqun deyil. Kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Zərərçəkmiş şəxs və onun vəkili tərəfindən birgə verilmiş kassasiya şikayətində göstərilir ki, Məhkum real imkanları olduğu halda tələbkara olan borcunu qaytarmaqdan qərəzli şəkildə yayınır. Məhkəmədə verdiyi ifadəsindən də göründüyü kimi mülkiyyətində ə mlaklarının olmasına və rəsmi iş yeri olmaqla əmək haqqı almasına baxmayaraq uzun illərdir ki, tələbkara olan külli miqdarda borcunu qərəzli şəkildə qaytarmır. Hal hazırkı iş üzrə ona təyin edilmiş bir il azadlıqdan məhrum etmə cəzası da Məhkum tərəfindən tələbkara qarşı olan qərəzinin davam etdirilməsi üçün əsasdır. Belə ki, təqsirləndirilən şəxs hazırkı hökmlə ona təyin edilmiş kifayət qədər yüngül cəzanı çəkib azad olunduqdan sonra tələbkara olan 360.000 ABŞ dollarını ümumiyyətlə qaytarmayacaq və icra qurumu tərəfindən də artıq ona qarşı qanunvericiliyin nəzərdə tutduğu və tətbiq edilməli olan bir təsir tədbirləri olmayacaq. Həmçinin Məhkum istintaq orqanının çağırışlarına məhəl qoymamış və xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək axtarışda olmuşdur. Bu hal isə onun tək vətə ndaşa deyil, həm də dövlət qurumlarına qarşı olan etinasız və cinayətkar münasibətidir. Məhkəmə araşdırması zamanı da təqsirləndirilən şəxs Məhkum etdiyi əməllərdən nəticə çıxarmayaraq əksinə cinayətkar əməllərinə haqq qazandıraraq özünün təqsirli olmamasını, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq borcunun olmamasını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxs Məhkum cəzasını yüngülləşdirən halların belə olmadığını nəzərə almayaraq, ödəyicilik qabiliyyəti olduğu halda kifayət qədər yüksək məbləğdə borcunu ödəmədiyi bir vəziyyətdə nədənsə ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın yüksək həddini deyil, əksinə aşağı həddində cəza təyin etmişdir. Məhkəmələr tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilsə də təqsirləndirilən şəxsə cəza təyin edilərkən onun əməllərinin ictimai təhlükəlilik dərəcəsi və bu hərəkətlərə münasibətdə onun şəxsiyyəti kifayət qədər nəzərə alınmayaraq təqsirləndirilən şəxs Məhkum barəsində aşağı həddə cəza təyin etməklə ədalətsiz hökm çıxarılmışdır. Kassasiya şikayətində Məhkum barəsində olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü və həmin hökmlə bağlı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 sentyabr 2022-ci il tarixli qərarının cəza hissəsində dəyişdirilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin olunması xahiş olunmuşdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, məhkəmə onun ali təhsilli ziyalı şəx s, xeyriyyəçi sahibkar, nümunəvi vergi ödəyicisi, bir oğlunun torpaqların işğaldan azad olunması üçün təmas xəttində ön cəbhədə olmasını, digərinin tərxis olunaraq Füzuli bölgəsində hərbi xidmət keçirməsini nəzərə almamış və ona ağır, ədalətsiz cəza təyin etmişdir. O, əczaçılıq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən dolların kursunun aşağı olduğu zaman zərərçəkmiş şəxslə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən zərərçəkmiş şəxs ona 360.000 ABŞ dolları pul verməli olsa da, müqavilə notariat qaydasında bağlanandan sonra bundan imtina etmiş və sonradan ona qarşı məhkəmədə əsassız iddia qaldırmışdır. Hesab edir ki, onun əməlində cinayət tərkibi yoxdur, ümumiyyətlə cinayət hadisəsi baş verməmişdir. Məhkum kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 1 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması, zərərçəkmiş şəxs və vəkili tərəfindən birgə verilmiş kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiy a protesti və kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində və kassasiya şikayətlərind ə məhkum edilmiş şəxsə təyin edilən cəza, məhkum tərəfindən verilmiş kassasiya şikayətində həmçinin onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə əsassız məhkum edilməsi mübahisələndirilir. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini, məhkumun, zərərçəkmiş şəxsin və vəkilinin birgə verdiyi kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsin i təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraə t verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlük əli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası ilk əvvəl məhkumun kassasiya şikayətinin dəlillərinə qiymət verib qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə nəticənin əsaslı olması barədə qənaətini əsaslandırarkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Müdafiə tərəfi kassasiya şikayətində birinci instansiya məhkəməsinin çıxardığı ittiham hökmünün və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu qeyd etmiş, Məh kum qətnamənin icrasından qərəzli boyun qaçırmadığını, bununla da onun əməlində cinayət tərkibinin olmadığını qeyd edərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, istinad olunan cinayət əməlinin Məhkum tərəfindən törədilməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə qərarları və icra vərəqələri, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş sübutların məcmusu ilə tam təsdiq edilir və birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutların cəminə obyektiv hüquqi qiymət verməklə onun əməlini Azər baycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, təqsirləndirilən şəxsin qətnaməni icra etməməsi onun maddi vəziyyəti ilə əlaqədar deyildir və onun ötən müddət ərzində qətnamənin icrasına olan qərəzli münasibəti şübhə doğurmur. Təqsirləndirilən şəxsin icra məmuruna verdiyi izahatında, eləcə də məhkəmə iclasında verdiyi ifadəsində də qətnaməni şübhə altına alması, tutulan məbləği əsassız hesab etməsini nəzərə aldıqda təqsirləndirilən şəxsin qətnaməni icra etməməsinin qərəzli münasibətdən qaynaqlandığı müəyyən edilir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 30 6.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Adı çəkilən qərarda həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməs inin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, ic ra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarın ın icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən ed ilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibat i məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Cinayət işi üzrə müəyyən edilmiş hallardan və araşdırılmış sübutların müqayisəli təhlilindən göründüyü kimi, Məhkum məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan sonra ötən müddət ərzində qətnamənin icra edilməsi ilə bağlı heç bir əməli tədbir görməmişdir. Məhkum qətnamə üzrə tələbin əmlaklarına yönəldilməsinə etiraz etmədiyini bildirsə də, həmin əmlaklara tutma yönəldilməsi barədə qərardaddan son instansiyaya qədər şikayət vermişdir. Digər tərəfdən Məhkum həmin əmlakların ipoteka ilə yüklü olduğu və son qiymətləndirməyə əsasən həmin əmlakların ilkin satış qiymətinin belə ipotekasaxlayanın tələblərini ödəməyə kifayət etmədiyini bildiyi halda qətnamənin icrası ilə bağlı real tədbirlər görmək əvəzinə tələbin həmin əmlaklara yönəldilməsini tələb etməklə faktiki olaraq icradan boyun qaçırmışdır. Məhkum dostu X4 öz evini könüllü olaraq onun borcunun əvəzinə zərərçəkmiş şəxsə verməyə razı olduğunu bildirsə də həmin evin dəyəri ilə bağlı zərərçəkmiş şəxslə aralarından fikir ayrılığının olmasını əsas göstərib həmin evi zərərçəkmiş şəxsin qəbul etmədiyini bildirmişdir. Buna baxmayaraq əgər həmin evin qiyməti həqiqətən də 200 000 manat olmuşdursa, həmin evi satıb pul şəklində icra sənədinin icra edilməsinə sərf etmək üçün də hər hansı addım atmamışdır. Məhkum zərərçək miş şəxsə hər ay 3000 manat ödəyə biləcəyini bildirməsinə baxmayaraq heç vaxt bu ödənişi etməmişdir. Halbuki, ötən müddətdə hər ay 3000 manat pul ödənilsə idi, icra sənədi üzrə tutulmalı olan məbləğ xeyli azalmış olacaqdı. Zərərçəkmiş şəxsin icranı hissə- hissə qəbul etməməsinə baxmayaraq təqsirləndirilən şəxsin ödənişləri icra orqanının depozit hesabına ödəmək imkanı olmuşdur. Göstərilənləri nəzərə alaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2015-ci il tarixli qətnaməsinin üzərindən 7 ilə yaxın müddət keçməsinə, icra məmurunun qanuni tələblərini yerinə yetirməməyə görə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq həmin qətnamə borclu Əİiyev Nəcəf Alim oğlu tərəfindən icra edilməmişdir. Əİiyev Nəcəf Alim oğlunun borcunu tələbkar a ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi cinayət işi üzrə toplanmış təkzibedilməz sübutlarla öz təsdiqini tapmışdır. İbtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinay ət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs, şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətlərinə və apellyasiya protestinə baxılması zamanı apellyasiya məhk əməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası A li Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qər ar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhk əmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsə lələr yalnız sübutlar əsasında müəyyən edilməlidir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında məhkum edilmiş şəxsin CM-in 306.1-ci maddəsi ilə təqsirli olması barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin məhkuma bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən dəlillər olmaqla əsassızdır. Məhkum edilmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, Məhkum bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Kassasiya protestində və ka ssasiya şikayətlərində həmçinin məhkum edilmiş şəxs Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş cəza mübahisələndirilmiş və ittiham tərəfi təyin edilən cəzanın ağırlaşdırılmasını xahiş etmiş, müdafiə tərəfi isə cəzanın ədalətsiz və ağır olmasını bildirmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin edilmiş cəza ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırla şdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilə n cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iş tirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəf indən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını müəyyən etmişdir. Məhkum edilmiş şəxs Məhkum cəza təyi n edərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində qanuni və ədalətli cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi də tamam ilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya şikayətinə məhkəmə baxışı zamanı Məhkum cəzasını yüngülləşdirən hər hansı bir əlavə hal müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, təqsirldəndirilən şəxsə təyin olunmuş cəzanın ağırlaşdırılaraq ona yuxarı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi ədalət prinsipinə (maddə 8), humanizm prinsipinə (maddə 9), cəzanın məqsədinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58) ziddir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza da kifayət qədər ciddi və onun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda ona təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələbləri nə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Kassasiya məhkəmə kollegiyası məhkum olunmuş şəxsə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının həddinin dəyişdirilməsinin (azaldılması və ya artırılması) islah təsiri baxımından mütənasib saymamaqla qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plen umunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddinin dəyişdirilməsinin məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya protestinin və kassasiya şikayətlərinin bu bar ədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 sentyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti, Zərərçəkmiş şəxs və vəkili Müdafiəçi3 tərəfindən birgə verilmiş kassasiya şikayəti və Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 sentyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar