Məhkəmə qərarları › İş №1(102)-293/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-293/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-293/2024 22.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum1, məhkum X4 və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun nümayəndə si Tural Əfəndiyevin iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2023-cü il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin (hakim Xıdır Quliyev) 1(067)-13/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli hökmü ilə xx xxx 1984-cü ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Qaraqurtlu kəndində yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib, CM-in 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddə tə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2 və 66.4cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları tam toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 10 yanvar 2023-cü il tarixdən hesablanmış, 06 avqust 1982-cü ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Qaraqurtlu kəndində yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-in 32.4, 308.1, 312-1.1 və 32.4, 313-cü maddələri ilə təqsirli bilinib, CM-in 32.4, 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 312-1.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 10 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum1 01 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı Ərazi Vergilər İdarəsində ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsilə (VÖEN) qeydiyyata alınaraq əsas fəaliyyət istiqaməti tumlu və çəyirdəkli meyvələrin becərilməsi olmaqla fərdi sahibkar kimi fəaliyyət göstərərək “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 15 dekabr 1992-ci il tarixli, 405 nömrəli Qanununun 7-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək, işə qəbul edilən vətəndaşlarla müqavilələr (bağlaşmalar), habelə lazım gəldikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə əmək kollektivlərinin adından çıxış edən həmkarlar ittifaqları ilə kollektiv müqavilələr bağlamaq, işçilərin əmək haqqını Azərbayca n Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum məbləğindən az olmayan səviyyədə ödəmək, müvafiq icra hakimiyyəti orqanına, habelə işçilərin sosial müdafiəsi məqsədilə yaradılan digər fondlara müəyyən edilmiş qaydada və həcmdə ayırmalar vermək, qanunvericilikdə müəyyən edilmiş vergilər ödəmək, işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə (bağlaşmalara) müvafiq əmək şəraiti yaratmaq, qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) almaq, öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar vermək və digər funksiyaları həyata keçirmək kimi təşkilati-sərəncamverici səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi ünvanlı dövlət sosial yardım alma sından ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün 2021-ci ilin yanvar ayının sonlarında qardaşı Məhkum2 müraciət etmiş sonuncunun tanışları Şahid1 və X2 işləmədikləri halda formal olaraq qeyd edilən informasiya resursuna bilə-bilə onların işləməsinə dair yalan məlumatlar daxil etməklə ünvanlı sosial yardım almasında köməklik göstərilməsinə dair həmin müddətdə Məhkum2 özünə müraciəti ilə əlaqədar sonuncu ilə razılaşmaqla sövdələşib, sonuncunun təhriki ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanmaq, eləcə də Şahid1 ünvanlı dövlət sosial yardım almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyət lərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardım almasından ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün Məhkum2 müraciət etmiş Şahid1 guya 20 fevral 2021-ci il tarixdə Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən özünə məxsus tumlu və çəyirdəkli meyvələrin becərilməsi ilə bağlı fəaliyyət sahəsində fəhlə-sənətkar vəzifəsinə, həmçinin X1 da guya 01 fevral 2021-ci il tarixdə Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən özünə məxsus tumlu və çəyirdəkli meyvələrin becərilməsi ilə bağlı fəaliyyət sahəsində ixtisassız-fəhlə vəzifəsinə işə götürülmələrinə dair bilə-bilə yalan məlumatları özünə məxsus ***-******* nömrəli asan imza ilə rəsm i informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 20 fevral 2021-ci il tarixdə Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən evində istifadəsində olan kompüterdə daxil edib, Şahid1 aid həmin tarixli, 59H4BGY000300 nömrəli əmək müqaviləsi bildirişini, həmçinin Günay Qəribxanovaya aid həmin tarixli, 4K14ZPB000200 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X6 və Təyinat Altsistemində (VEMTAS) 1 aprel 2021-ci il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid1 1 aprel 2021-ci il tarixdən hesablanmaqla ayda 327,72 manat olmaqla, 8 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 29 noyabr 2021-ci il tarixədək olan müddətdə ümumilikdə 2.621,76 manat (iki min altı yüz iyirmi bir manat yetmiş altı qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid1 adına "xxxx" ASC-də olan 676867******0493 nömrəli hesaba köçürülməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən Xaçmaz rayonu ərazisində yerləşən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olub ünvanlı dövlət sosial yardım almasına şərait yaratmaqla, dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə ed ilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla Məhkum2 təhriki ilə vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sonuncunun təhriki ilə vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, qeyd edilən təşkilati-sərəncamverici səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, ünvanlı dövlət sosial yardımı almasından ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməkli k göstərilməsi üçün 2021-ci ilin fevral ayında qardaşı Məhkum2 müraciət etmiş sonuncunun tanışları Şahid2 və sonuncunun oğlu Şahid3 işləmədikləri halda formal olaraq qeyd edilən informasiya resursuna bilə-bilə onların işləməsinə dair yalan məlumatlar daxil etməklə ünvanlı sosial yardımı almasında köməklik göstərilməsinə dair həmin müddətdə Məhkum2 özünə müraciəti ilə əlaqədar sonuncu ilə razılaşmaqla sövdələşib, sonuncunun təhriki ilə təkrarən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanmaq, eləcə də Şahid2 ünvanlı dövlət sosial yardım almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetini n 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət s osial yardım almasından ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün Məhkum2 müraciət etmiş Şahid2 və Şahid3 guya 01 mart 2021-ci il tarixdə Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən özünə məxsus tumlu və çəyirdəkli meyvələrin becərilməsi ilə bağlı fəaliyyət sahəsində fəhləsənətkar vəzifəsinə işə götürülmələrinə dair bilə-bilə yalan məlumatları özünə məxsus ********** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 01 mart 2021-ci il tarixdə Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən evində istifadəsində olan kompüterdə daxil edib, Şahid2 aid həmin tarixli, xxxxx xx000400 nömrəli əmək müqaviləsi bildirişini, həmçinin Şahid3 aid həmin tarixli, 39GDMDE000400 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X6 və Təyinat Altsistemində (VEMTAS) 1 aprel 2021-ci il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid2 1 aprel 2021-ci il tarixdən hesablanmaqla ayda 534,02 manat olmaqla, 8 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 29 noyabr 2021-ci il tarixədək olan müddətdə ümumilikdə 4.272,16 manat (dörd min iki yüz yetmiş iki manat on altı qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid 2 adına "xxxx" ASC-də olan 676867******6805 nömrəli hesaba köçürülməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən Xaçmaz rayon ərazisində yerləşən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılmasına nail olub ünvanlı dövlət sosial yardım almasına şərait yaratmaqla, dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə vahid niyyətlə mühüm zərər vurmaqla Məhkum2 təhriki ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istif adə etmiş, sonuncunun təkriki ilə vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, qeyd edilən təşkilati-sərəncamverici səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, ünvanlı dövlət sosial yardım almasından ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün 2021-ci ilin mart ayının sonlarında qardaşı Məhkum2 müraciət etmiş sonuncunun tanışı Şahid4 işləmədiyi halda formal olaraq qeyd edilən informasiya resursuna bilə-bilə onun işləməsinə dair yalan məlumatlar daxil etməklə ünvanlı sosial yardım almasında köməklik göstərilməsinə dair həmin müddətdə Məhkum2 özünə müraciəti ilə əlaqədar sonuncu ilə razılaşmaqla sövdələşib, sonuncunun təhriki ilə təkrarən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanmaq, eləcə də Şahid4 ünvanlı dövlət sosial yardım almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardım almasından ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün Məhkum2 müraciət etmiş Şahid4 guya 01 aprel 2021-ci il tarixdə Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən özünə məxsus tumlu və çəyirdəkli meyvələrin becərilməsi ilə bağlı fəaliyyət sahəsində maşın operatoru vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları özünə məxsus ***-******* nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 01 aprel 2021-ci il tarixdə Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən evində istifadəsində olan kompüterdə daxil edib, həmin tarixli, Şahid4 aid həmin tarixli, 56F********** nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X6 və Təyinat Altsistemində (VEMTAS) 1 iyun 2021-ci il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid4 1 iyun 2021-ci il tarixdən hesablanmaqla ayda 305,08 manat ünvanlı dövlət sosial yardımının təyin edilməsinə nail olub, dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə vahid niyyətlə mühüm zərər vurmaqla Məhkum2 təhriki ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sonuncunun təkriki ilə vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyy ətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs Məhkum2 2021-ci ilin yanvar ayının sonlarında ünvanlı dövlət sosial yardım almasından ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət edən tanışı Şahid1 həmin köməkliyin göstərilməsi üçün 01 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı Ərazi Vergilər İdarəsində ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsilə (VÖEN) qeydiyyata alınaraq əsas fəaliyyət istiqaməti tumlu və çəyirdəkli meyvələrin becərilməsi olmaqla fərdi sahibkar kimi fəaliyyət göstərərək “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 15 dekabr 1992-ci il tarixli, 405 nömrəli Qanu nunun 7-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək, işə qəbul edilən vətəndaşlarla müqavilələr (bağlaşmalar), habelə lazım gəldikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə əmək kollektivlərinin adından çıxış edən həmkarlar ittifaqları ilə kollektiv müqavilələr bağlamaq, işçilərin əmək haqqını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum məbləğindən az olmayan səviyyədə ödəmək, müvafiq icra hakimiyyəti orqanına, habelə işçilərin sosial müdafiəsi məqsədilə yaradılan digər fondlara müəyyən edilmiş qaydada və həcmdə ayırmalar vermək, qanunvericilikdə müəyyən edilmiş vergilər ödəmək, işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə (bağlaşmalara) müvafiq əmək şərait i yaratmaq, qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) almaq, öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar vermək və digər funksiyaları həyata keçirmək kimi təşkilati-sərəncamverici səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs olan qardaşı Məhkum1 qeyd edilən ərəfədə müraciət edib Şahid1 və sonuncunun arvadı X1 adını işləmədikləri halda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsini bildirməsinə əsasən, Məhkum1 razılığını almaqla onunla sövdələşib, təhriki əsasında sonuncu xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üst ünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan Şahid1 guya 20 fevral 2021-ci il tarixdə Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən ona məxsus tumlu və çəyirdəkli meyvələrin becərilməsi ilə bağlı fəaliyyət sahəsində fəhləsənətkar vəzifəsinə, həmçinin X1 da guya 01 fevral 2021-ci il tarixdə Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən ona məxsus tumlu və çəyirdəkli meyvələrin becərilməsi ilə bağlı fəaliyyət sahəsində ixtisassızfəhlə vəzifəsinə işə götürülmələrinə dair bilə-bilə yalan məlumatları Məhkum1 ona məxsus ********** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 20 f evral 2021-ci il tarixdə Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən evində istifadəsində olan kompüterdə daxil edib, Şahid1 aid həmin tarixli, 59H4BGY000300 nömrəli əmək müqaviləsi bildirişini, həmçinin Günay Qəribxanovaya aid həmin tarixli, 4K14ZPB000200 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X6 və Təyinat Altsistemində (VEMTAS) 1 aprel 2021-ci il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid1 1 aprel 2021-ci il tarixdən hesablanmaqla ayda 327,72 manat olmaqla, 8 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 29 noyabr 2021-ci il tarixədək olan müddətdə ümumilikdə 2.621,76 manat (iki min altı yüz iyirmi bir manat yetmiş altı qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid1 adına "xxxx" ASC-də olan 676867******0493 nömrəli hesaba köçürülməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən Xaçmaz rayonu ərazisində yerləşən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olub ünvanlı dövlət sosial yardım almasına şərait yaratmaqla, Məhkum1 dövlətin insanların sosial təlabatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keç irən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və vəzifəli şəxs kimi informasiya resursuna bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil etməklə vəzifə saxtakarlığına təhrik etmişdir. Bundan başqa, o, ünvanlı dövlət sosial yardımı almasından ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2021-ci ilin fevral ayında özünə müraciət edən tanışı Şahid2 ilə Xaçmaz şəhəri, Nəsimi küçəsində görüşləri zamanı sonuncuya özünün 01 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı Ərazi Vergilər İdarəsində ********** saylı vergi ödəyicisinin eyniləşdirm ə nömrəsilə (VÖEN) qeydiyyata alınaraq əsas fəaliyyət istiqaməti tumlu və çəyirdəkli meyvələrin becərilməsi olmaqla fərdi sahibkar kimi fəaliyyət göstərərək “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 15 dekabr 1992-ci il tarixli, 405 nömrəli Qanununun 7-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək, işə qəbul edilən vətəndaşlarla müqavilələr (bağlaşmalar), habelə lazım gəldikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə əmək kollektivlərinin adından çıxış edən həmkarlar ittifaqları ilə kollektiv müqavilələr bağlamaq, işçilərin əmək haqqını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum məbləğindən az olmayan səviyyədə ödəmək, müvafiq icra hakimiyyəti orq anına, habelə işçilərin sosial müdafiəsi məqsədilə yaradılan digər fondlara müəyyən edilmiş qaydada və həcmdə ayırmalar vermək, qanunvericilikdə müəyyən edilmiş vergilər ödəmək, işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə (bağlaşmalara) müvafiq əmək şəraiti yaratmaq, qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) almaq, öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar vermək və digər funksiyaları həyata keçirmək kimi təşkilati-sərəncamverici səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs olan Məhkum1 qardaşı olması ilə əlaqədar sonuncu ilə aralarındakı münasibətə əsasən, həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxs olan Məhkum1 Şahid2 və sonu ncunun oğlu Şahid3 işləmədikləri halda onların adını rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, bunun üçün həmin görüş zamanı Şahid2 özü üçün dolayı yolla, yəni ayrılacaq ünvanlı dövlət sosial yardımı üzrə maddi nemət qismində alacağı pul vəsaitindən 30 manat məbləğini şəxsən istəyib, Şahid2 razılığını aldıqdan sonra cinayətkar niyyətinin realizəsinə davam edərək, 2021-ci ilin fevral ayında Məhkum1 müraciət edib Şahid2 və Şahid3 adını işləmədikləri halda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsini, buna görə Şahid2 pul vəsaiti istəməsini ondan gizlətməklə, bildirməsinə əsasən, Məhkum1 razılığını almaqla onunla sövdələşib, təhriki əsasında sonuncu təkrarən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştat ların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan Şahid2 və sonuncunun oğlu Şahid3 guya 01 mart 2021-ci il tarixdə Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən ona məxsus tumlu və çəyirdəkli meyvələrin becərilməsi ilə bağlı fəaliyyət sahəsində fəhlə-sənətkar vəzifəsinə işə götürülmələrinə dair bilə-bilə yalan məlumatları Məhkum1 ona məxsus ***-******* nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 01 mart 2021-ci il tarixdə Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən evində istifadəsində olan kompüterdə daxil edib, Şahid2 aid həmin tarixli, xxxxxxx000400 nömrəli əmək müqaviləsi bildirişini, həmçinin Şahid3 aid həmin tarixli, 39GDMDE000400 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X6 və Təyinat Altsistemində (VEMTAS) 1 aprel 2021-ci il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid2 1 aprel 2021-ci il tarixdən hesablanmaqla ayda 534,02 manat olmaqla, 8 a y müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 29 noyabr 2021-ci il tarixədək olan müddətdə ümumilikdə 4.272,16 manat (dörd min iki yüz yetmiş iki manat on altı qəpik) məbləğində ünvanlı dövlət sosial yardımının Şahid2 adına "xxxx" ASC-də olan 676867******6805 nömrəli hesaba köçürülməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən Xaçmaz rayonu ərazisində yerləşən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılmasından sonra 2021-ci ilin yay aylarında cəmi 30 manat məbləğində pul vəsaitini Şahid2 özü üçün dolayı yolla şəxsən ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin Xaçmaz filialının qarşısında alıb şəxsi ehtiyaclarına sərf edərək, Məhkum1 qərarına qanunsuz təsir göstərmiş (nüfuz alveri etmiş), Şahid2 adına qeyd edilən karta köçmüş qalan pul vəsaitinin sonuncu tərəfindən şəxsi ehtiyaclarına sərf edilməsinə nail olub ünvanlı dövlət sosial yardımı almasına şərait yaratmaqla, Məhkum1 dövlətin insanların sosial təlabatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və vəzifəli şəxs kimi informasiya resursuna bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığına təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, 2021-ci ilin mart ayının sonlarında ünvanlı dövlət sosial yardım almasından ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət edən tanışı Şahid4 həmin köməkliyin göstərilməsi üçün 01 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı Ərazi Vergilər İdarəsində ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsilə (VÖEN) qeydiyyata alınaraq əsas fəaliyyət istiqaməti tumlu və çəyirdəkli meyvələrin becərilməsi olmaqla fərdi sahibkar kimi fəaliyyət göstərərək “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 15 dekabr 1992ci il tarixli, 405 nömrəli Qanununun 7-ci maddəsinə əsasən qeyd edilən təşkilatisərəncamverici səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs olan qardaşı Məhkum1 həmin ərəfədə müraciət edib Şahid4 adını işləmədiyi halda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsini bildirməsinə əsasən, Məhkum1 razılığını almaqla onunla sövdələşib, təhriki əsasında sonuncu təkrarən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Q aydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan Şahid4 guya 1 aprel 2021-ci il tarixdə Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən özünə məxsus tumlu və çəyirdəkli meyvələrin becərilməsi ilə bağlı fəaliyyət sahəsində maşın operatoru vəzifəsinə işə götürülməsinə dair bilə-bil ə yalan məlumatları Məhkum1 ona məxsus ***-******* nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 1 aprel 2021-ci il tarixdə Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən evində istifadəsində olan kompüterdə daxil edib, Şahid4 aid həmin tarixli, 56F********** nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X6 və Təyinat Altsistemində (VEMTAS) 1 aprel 2021-ci il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid4 1 i yun 2021ci il tarixdən 305,08 manat ünvanlı sosial dövlət yardımının təyin edilməsinə nail olub, Məhkum1 dövlətin insanların sosial təlabatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və vəzifəli şəxs kimi informasiya resurslarına biləbilə yalan məlumatları şəxsi niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığına təkrarən təhrik etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Azər İsmayılov (sədrlik edən və məruzəçi hakim), Rəşadət Ağayev və Ruhiyyə Əsgərova) 02 may 2023cü il tarixli 1(105)-202/2023 nömrəli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 1(067)-13/2023 nömrəli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən Məhkum1 həmin maddə ilə cəza təyin edilməmiş, birinci instansiya məhkəməsinin hökmündən Məhkum1 aid hissədən CM-in 66.2-ci və 66.4-cü maddəsinə əsasən ona cəza təyin olunmasına dair müddəalar xaric edilmiş, təqsirləndirilən şəxs Məhkum1 üzərində CM-in 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında m addi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən Məhkum2 cəza təyin edilməmiş, təqsirləndirilən şəxs Məhkum2 CM-in 32.4, 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan m əhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökmün qalan hissəsi dəyişdirilmədən saxlanımışdır. Məhkumlar Məhkum1 və Məhkum2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 02 may 2023-cü il tarixli qərarının dəyişdirilməsini, onlara təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın müddətinin azadlılmasını və yaxud barələrində daha yüngül cəza növünün təyin edilməsi barədə qər ar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona təyin olunmuş cəza müddəti yüngülləşdirilməlidir. Belə ki, barəsində cəza təyin edilərkən təqsirli bilindiyi maddənin sanksiyasında olan yüngülləşdirici halların heç biri nəzərə alınmamış, nəticə barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. Onun ilk dəfə məhkum olunmasını, heç bir yerdə işləməməsini, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasının nəzərə alınmasını xahiş edir. Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərarından narazıdır. Belə ki, özünü təqsirli bilmir. O, günahsız yerə həbsdədir. Barəsində təqsirli bilindiyi CM-in 312-1.1-ci maddəsi CM-də qüvvədən düşməsinə baxmayaraq ona hökm oxunmuşdur. Məhkəmə ona cəza təyin edərkən onun şəxsiyyətini səciyyələndirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə məhkum olunmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, bədəninin sol əlinin şikəst olmasını, sol böyrəyinin 2020-ci il götürülməsini, sağ böyrəyinin 50 faiz dərəcəsində işləməsini, səhhətində ciddi problemlər olmasını, himayəsində yaşlı ata-ana və üç azyaşlı övladının olmasını, İİ qrup əlil olmasını nəzərə almadan ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum1 kassasiya şikayəti təmin edilməməli, Məhkum2 kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ona aid olan hissədə dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum1 kassasiya şikayətinin başlıca dəlili ona məhkəmələr tərəfindən təyin edilmiş cəzanın ağır olması, Məhkum2 kassasiya şikayətinin başlıca dəlili isə işin hallarını, onun şəxsiyyətini nəzərə almadan ona ağır cəza təyin edilməsi və onun CM-in 312-1.1-ci maddəsi ilə təqsirli bilinməsinin qanunsuz olması ilə bağlıdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri müzakirə edərək ilk-öncə məhkumların əməllərinin tövsifi barədə münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum1 fərdi sahibkar kimi fəaliyyət göstərərək “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 15 dekabr 1992-ci il tarixli, 405 nömrəli Qanununun 7-ci maddəsi onun üzərinə qoyulmuş vəzifələrinin icrası ilə əlaqədar öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, onun həmin əməlin nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurulması, habelə onun vəzifə saxtakarlığını törətməsi tam təsdiq olunmuşdur. Məhkəmələr iş üzrə bu nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum1 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum1 əməlləri Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin məhkəmələr məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən etmişlər ki, həmin cinayət əməllərinin törədilməsinə Məhkum1 onun qardaşı Məhkum2 təhrik etmiş, buna görə də X7 Tağıyevdən 30 manat pul almışdır. Məhkəmələr nəticəyə gəlmişlər ki, Məhkum2 bu hərəkətləri ilə CM-in 32.4,308.1, 312-1.1 və 32.4,313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır və həmin maddələrlə Zamir Tahirovu təqsirli bilinib barəsində ittiham hökmü çıxarmışlar. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən təqsirləndirilən şəxs Məhkum2 törətmiş olduğu cinayət əməllərinin CM-in 32.4,308.1 və 32.4,313-cü maddələri ilə tövsif edilməsi barədə gəldikləri nəticəni əsaslı hesab etsə də, onun əməlinin eyni zamanda CMin 312-1.1-ci maddəsi də tövsif edilməsi barədə gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, həm ibtidai istintaq orqanı, həm birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum2 qardaşı Məhkum1 öz xidməti vəzifələrindən sui-istifadəyə və saxtakarlığa təhrik etməyə görə 30 manat pulu alması vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməsi (nüfuz alveri) kimi qiymətləndirərək onun bu əməli CM-in 32.4,308.1 və 32.4, 313- cü maddələri ilə yanaşı CM-in 312-1.1-ci maddəsi ilə tövsif edərkən hüquqi səhvə yol vermişlər. Belə ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 312.1-1-ci maddəsini dispozisiyasında vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin ist ənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsində ifadə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər t ərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd edilməlidir ki, “nüfuz alveri” cinayət qanunu ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməl kimi Azərbaycan Respublikasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyasına qoşulması ilə əlaqədar, həmin Konvensiyanın müddəalarına uyğun olaraq Cinayət Məcəlləsinə daxil edilmişdir. Belə ki, 1999-cu il yanvarın 27-də Strasburq şəhərində qəbul edilmiş “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyası Azərbaycan Res publikasının 30 dekabr 2003-cü il tarixli 570-İİQ Qanunu ilə təsdiq edilmiş və bu Qanun 2004-cü ilin yanvarın 1-dən qüvvəyə minmişdir. Korrupsiya cinayətlərinə aid əməllərin təsviri və Konvensiyaya qoşulmuş dövlətlərin həmin əməllərə görə məsuliyyət müəyyən edilməsi öhdəlikləri Konvensiyanın “Milli seviyyədə görülən tədbirlər bölməsi”ndə olan maddələrdə öz əksini tapmışdır. Konvensiyanın həmin bölməsinə əsasən korrupsiya cinayətlərinə aşağıdakı göstərilən əməllər aid edilmişdir. Maddə 2 Milli dövlət vəzifəli şəxslərinin rüşvətlə aktiv ələ alınması Hər bir Tərəf, hər hansı bir şəxs tərəfindən onun istənilən dövlət vəzifəli şəxsinə o, öz funksiyalarını yerinə yetirən zaman hər hansı bir hərəkətin edilməsinə və ya onun edilməsindən çəkinməyə görə, həmin şəxsin özü və ya istənilən digər şəxs üçün birbaşa və ya dolayısı ilə hər hansı bir qeyri-qanuni üstünlüyün vəd edilməsini, təklif edilməsini, yaxud da verilməsini, bu bilə-bilə edildikdə, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün lazımi qanunvericilik və digər tədbirlər görür. Maddə 3 Milli dövlət vəzifəli şəxslərin rüşvətlə passiv ələ alınması Hər bir Tərəf, onun istənilən dövlət vəzifəli şəxsi tərəfindən, öz funksiyalarını yerinə yetirdiyi zaman hər hansı bir hərəkətin edilməsinə və ya onun edilməsindən çəkinməyə görə, bu şəxsin özü və ya istənilən digər şəxs üçün birbaşa və ya dolayısı ilə hər hansı bir qeyri-qanuni üstünlüyün istənilməsini və ya alınmasını, yaxud da bu cür üstünlük təklifinin qəbul edilməsini və ya ona vəd edilməsini, bu qəsdən edildikdə, öz daxili hüququna uyğun olara q cinayət hüquqpozmaları kimi tövsif etmək üçün lazım ola biləcək qanunvericilik və digər tədbirlər görür. Maddə 4 Milli seçkili orqanların üzvlərinin rüşvətlə ələ alınması Hər bir Tərəf, 2-ci və 3-cü maddələrdə nəzərdə tutulan əməli, qanunvericilik və ya inzibati səlahiyyətləri həyata keçirən hər hansı milli dövlət seçkili orqanların üzvü olan istənilən şəxsə aid olduqda, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün lazım ola biləcək qanunvericilik və digər tədbirlər görür. Maddə 5 Xarici vəzifəli şəxslərin rüşvətlə ələ alınması Hər bir Tərəf, 2-ci və 3-cü maddələrdə nəzərdə tutulan əməli, digər hər hansı bir dövlətin vəzifəli şəxsinə aid olduqda, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün lazım ola biləcək qanunvericilik və digər tədbirlər görür. Maddə 6 Xarici dövlətlərin seçkili orqanları üzvlərinin rüşvətlə ələ alınması Hər bir Tərəf, 2-ci və 3-cü maddələrdə nəzərdə tutulan əməli, hər hansı bir digər dövlətdə qanunvericilik və ya inzibati səlahiyyətləri həyata keçirən hər hansı bir seçkili orqanın üzvü olan istənilən şəxsə aid olduqda, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün lazım ola biləcək qanunvericilik və digər tədbirlər görür. Maddə 7 Özəl sektorda rüşvətlə aktiv ələ alma Hər bir Tərəf, özəl sektorun müəssisələrinə rəhbərlik edən və ya onlarda bu və ya digər vəzifədə işləyən hər hansı bir şəxsə, kommersiya fəaliyyətini həyata keçirən zaman öz vəzifəsinə zidd olaraq hər hansı bir hərəkətin edilməsinə və ya onun edilməsindən çəkinməyə görə həmin şəxsin özü və y a hər hansı bir digər şəxs üçün birbaşa və ya dolayısı ilə hər hansı bir qeyri-qanuni üstünlüyün vəd edilməsini, təklif edilməsini və ya verilməsini öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün lazım ola biləcək qanunvericilik və digər tədbirlər görür. Maddə 8 Özəl sektorda rüşvətlə passiv ələ alma Hər bir Tərəf, özəl sektorun müəssisələrinə rəhbərlik edən və ya onlarda bu və ya digər vəzifədə işləyən hər hansı bir şəxs tərəfindən, kommersiya fəaliyyətini həyata keçirən zaman öz vəzifəsinə zidd olaraq hər hansı bir hərəkətin edilməsinə və ya onun edilməsindən çəkinməyə görə, həmin şəxsin özü üçün və ya hər hansı bir digər şəxs üçün birbaşa və ya dolayısı ilə hər hansı bir qeyri-qanuni üstünlüyün istənilməsini və ya alınmasını və yaxud onun tərəfindən bu cür üstünlük təklifinin qəbul edilməsini və ya ona vəd edilməsini öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün lazım ola biləcək qanunvericilik və digər tədbirlər görür. Maddə 9 Beynəlxalq təşkilatların vəzifəli şəxslərinin rüşvətlə ələ alınması Hər bir Tərəf, 2-ci və 3-cü maddələrdə nəzərdə tutulan əməli, Tərəfin üzv olduğu hər hansı bir beynəlxalq və ya üstmilli təşkilatın və ya orqanın - onların şəxsi heyəti haqqında müddəalar anlamında - hər hansı bir vəzifəli şəxsinə və ya müqavilə üzrə cəlb edilən digər əməkdaşına, habelə bu cür vəzifəli şəxslərin və ya əməkdaşların yerinə yetirdiyi funksiyalara uyğun olan funksiyaları yerinə yetirən ezam edilən və ya ezam edilməyən istənilən şəxsə aid olduqda, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kim i tövsif etmək üçün tələb oluna biləcək qanunvericilik və digər tədbirlər görür. Maddə 10 Beynəlxalq parlament assambleyaları üzvlərinin rüşvətlə ələ alınması Hər bir Tərəf, 4-cü maddədə nəzərdə tutulan əməli, bu, Tərəfin üzv olduğu beynəlxalq və ya üstmilli təşkilatların parlament assambleyalarının istənilən üzvlərinə aid olduqda, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün lazım ola biləcək qanunvericilik və digər tədbirlər görür. Maddə 11 Beynəlxalq məhkəmələrin hakimlərinin və vəzifəli şəxslərinin rüşvətlə ələ alınması Hər bir Tərəf, 2-ci və 3-cü maddələrdə nəzərdə tutulan əməli, məhkəmə orqanlarında vəzifə tutan hər hansı şəxslərə və ya yurisdiksiyasını həmin tərəfin tanıdığı hər hansı beynəlxalq məhkəmənin vəzifəli şəxslərinə aid olduqda, öz daxili h üququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün lazım ola biləcək qanunvericilik və digər tədbirlər görür. Maddə 12 Nüfuz alveri Hər bir Tərəf, 2, 4-6 və 9-11-ci maddələrdə adı çəkilən hər hansı bir şəxs tərəfindən qərarın qəbul edilməsinə qeyri-qanuni nüfuz edə biləcəyini bəyan edən və ya təsdiq edən istənilən şəxsə, ediləcək nüfuz müqabilində, onun özünə və ya hər hansı bir digər şəxsə təqdim edilib-edilməməsindən asılı olmayaraq, hər hansı bir qeyri-qanuni üstünlüyün birbaşa və ya dolayı vəd edilməsini, təklif edilməsini və ya təqdim edilməsini, habelə bu cür nüfuzun edilib-edilməməsindən və güman olunan edilmiş nüfuz nəticəsində arzu olunan nəticənin alınıb-alınmamasından asılı olmayaraq, ediləcək nüfuz müqabilində, bu cür üstünlüyün istənilməsini, alınmasını, qəbulu nu və ya təklif edilməsini, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün lazım ola biləcək qanunvericilik və digər tədbirlər görür. Göründüyü kimi “Nüfuz alveri” anlayışı və həmin əmələ görə cinayət məsuliyyətinin əsasları məhz bu Konvensiyanın 12-ci maddəsində verilmişdir. Həmin maddədə özəl sektorda çalışan şəxsin qərarına qanunsuz təsir etməyə görə pul və ya digər maddi və sair nemətin istənilməsi və ya alınması nüfuz alverinə aid edilməmiş, belə əməl cinayət hüququna zidd əməl kimi nəzərdə tutulmamışdır. Cinayət işinin materiallarından isə görünür ki, Məhkum2 məhz özəl sektorda fəaliyyət göstərən qardaşı Məhkum1 qərarına qanunsuz təsir etməyə görə vətəndaş İsmayılov Şahid2 30 manat pul almış, bu isə onun əməlinin nüfuz alveri kimi qiymətləndirilməsini, yəni Azərbaycan Respublikası CM-in 312-1.1-ci maddəsi ilə tövsif edilməsini istisna edir. Buna baxmayaraq işə baxan məhkəmələr Məhkum2 312.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə onu təqsirli bilməkdə haqlı olmamışlar. İşə kassasiya şikayəti üzrə baxan məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya və apellyasiya instansiyası işin hallarına düzgün və obyektiv qiymət verməmiş və bununla da, təqsirləndirilən şəxsin Məhkum2 əməlinin CM-in 32.4, 308.1 və 32.4,313cü maddələri ilə yanaşı, həmin Məcəllənin 312.1-1-ci maddəsi ilə tövsifi barədə düzgün olmayan nəticəyə gəlmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2016, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2016, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv“ anlayışının təhlili zamanı məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən süi-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Beləliklə, məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları və işin hallarını tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edərək, belə nəticəyə gəlir ki, Məhkum2 törətdiyi əməldə CM-in 312-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud deyil. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirl əndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar hüquqi mövqedə olan və yuxarıda iqtibas olunmuş İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirsizlik prezumsiyası prinsi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən şəxsin əməlində cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin t örədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almadan ağır cəzanın təyin edilməsi barədə məhkumların kassasiya şikayətlərinin dəlilləri ilə aşağıda göstərilən səbəblərə görə razılaşmır. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəx slər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Ci nayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 və Məhkum2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumların törətdiyi cinayətlərin xarakterin ə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Azərbaycan Respublikası CPM-in 416.1.6 və 416.1.15-ci maddələrinə görə məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, Məhkum2 kassasiya şikayətinin onun əsassız olaraq CM-in 312-1.1-ci maddəsi ilə məhkum olunması ilə əlaqədar dəlilləri əsaslı olduğundan şikayət həmin hissədə təmin edilməli, Məhkum1 kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2023-cü il tarixli qərarı Mə hkum2 aid hissədə dəyişdirilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2023-cü il tarixli və Xaçmaz Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli hökmü üzrə Məhkum2 CM-in 312-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair hissədə ləğv edilməli, Məhkum2 barəsində CM-in 312-1.1-ci maddəsi ilə olan cinayət işinin icraatına əməlində cinayət tərkibi olmadığına görə xitam verilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 may 2023-cü il tarixli qərarından Məhkum2 CM-in 312-1.1-ci maddəsi ilə cəza təyin edilməsi və CM-in həmin Məcəllənin 66.2 və 66.4-cü maddələrinə əsasən ona qəti cəza təyin edilməsi müddəalar çıxarılmalıdır. Məhkum2 cəzanı 10 yanvar 2023-cü il tarixdə çəkdiyini nəzərə alıb o, CM-in 32.4,308.1-ci maddəsi ilə təyin edilmiş əsas cəzanı çəkmiş h esab edilməli və cəzaçəkmə müəssisəsindən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.6, 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313-cü maddələri və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.1, 312-1.1 və 32.4,313-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2023-cü il tarixli qərarı dəyişdirilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2023-cü il tarixli qərarı və Xaçmaz Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qərarı Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirli bilinib məhk um olunmasına dair hissədə ləğv edilsin. Məhkum2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə olan cinayət işinin icraatına əməlində cinayət tərkibi olmadığına görə xitam verilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 02 may 2023-cü il tarixli qərarından Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə cəza təyin edilməsi və həmin Məcəllənin 66.2 və 66.4-cü maddələrinə əsasən ona qəti cəza təyin edilməsi barədə müddəalar çıxarılsın. Məhkum2 azadlıqdan məhrum etmə cəzasını 10 yanvar 2023-cü il tarixdən, yəni 1 (bir) il 4 (dörd) ay 12 (on iki) gün müddəti çəkməsi nəzərə alınsın və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.1-ci maddəsi ilə təyin edilmiş əsas cəzanı çəkmiş hesab edilsin. Məhkum2 cəzaçəkmə müəssisəsindən azad edilsin. Qərar qalan hissədə deyişdirilmədən saxlanılsın. Məhkum2 kassasiya şikayəti qismən təmin edilsin. Məhkum1 kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar