Məhkəmə qərarları › İş №1(102)-2930/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2930/2025

30.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2930/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov Ilqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 nümayəndəsi müdafiəçi3, məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1680/2025 nömrəli, 09 sentyabr 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları

1. Məhkum Məhkum ## #### 1988-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, x daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq x ünvanında yaşamışdır.

2. 13 iyul 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.1, 178.2.2, 178.2.4, 182.3.2 və 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. 09 avqust 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum qəsdən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu məqsədlə zərərçəkmiş şəxs4 guya geniş işgüzar və şəxsi əlaqələrinin olması barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verərək inam və etibarını qazanmaqla sonuncunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yüksək əmək haqqı nəzərdə tutulmuş sürücü kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə 2019-cu ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri Xətai rayonunda yerləşən Bakı Metropoliteninin “Xətai” stansiyasının yaxınlığında cinayətkar qrupun digər üzvü X5 vasitəsilə 1.500 manat, 14 oktyabr 2019-cu il tarixdə ünvan 9 ünvanında yerləşən “Ballı Market” adlı qeyri-yaşayış obyektində olan “Milli ön” ödəmə terminalı vasitəsilə Məhkum məxsus Bakı şəhəri, Nəsimi rayonu, ünvan 11 ünvanında yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətində mövcud olan bank hesabına zərərçəkmiş şəxs4 köçürdüyü 1.500 manat, 2019-cu ilin oktyabr ayının sonlarında ünvan 8 ünvanında yerləşən “Bizim Market” qeyri-yaşayış obyektinin qarşısında qrup üzvü X5 vasitəsilə 1.000 manat, daha sonra 2020-ci ilin oktyabr ayında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən 2 saylı uşaq poliknikasının qarşısında zərərçəkmiş şəxs4 istifadəsində olan mobil telefon vasitəsilə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, ünvan 11 ünvanında yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətində mövcud olan bank hesabına elektron köçürdüyü 400 manat və 2020-ci ilin noyabr ayının əvvəlində ünvan 10 ünvanın yaxınlığında qrup üzvü X5 vasitəsilə 300 manat olmaqla ümumilikdə 4.700 manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 ümumilikdə 4.700 (dörd min yeddi yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən tamah niyyəti və özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2020-ci ilin yay aylarında tanış olduğu qanuni nümayəndə1 həmin vaxt nikahda olmasına baxmayaraq cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə inam və etibarını qazanaraq əri zərərçəkmiş şəxs1 gizli şəkildə aralarında şəxsi münasibətlərinin yaranmasına nail olub Rusiya Federasiyasında yaşayan zərərçəkmiş şəxs1 ilə telefon əlaqəsi saxlayaraq özünü qanuni nümayəndə1 yaxın rəfiqəsinin oğlu kimi təqdim etməklə həmin şəxslərin qohumu zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs1 olan 103.000 manat məbləğində borcunun guya geri qaytarılmasına köməklik göstərəcəyini bildirsə də zərərçəkmiş şəxs1 onun yardımından imtina etməsinə baxmayaraq öz təşəbbüsü ilə zərərçəkmiş şəxs2 ilə görüşüb sonuncunu borcu geri qaytarmayacağı halda ailə üzvlərinə qarşı zor tətbiq edəcəyi ilə hədələyərək guya zərərçəkmiş şəxs1 təhqir etdiyini bəhanə edib hədə-qorxu yolu ilə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində avtomobil yolunun kənarında həmin vaxt idarə etdiyi avtomobilin içərisində zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs1 üzr istəməyə məcbur edərkən qeydə aldığı videogörüntünü “Whatsapp” ani mesajlaşma mübadilə sistemi mobil tətbiqi vasitəsi ilə zərərçəkmiş şəxs1 göndərmiş, bununla da zərərçəkmiş şəxs2 ilə zərərçəkmiş şəxs1 münasibətlərinin pisləşərək bir-biri ilə heç bir əlaqəsinin olmamasından cinayətkar niyyətini həyata keçirmək üçün istifadə edib zərərçəkmiş şəxs1 guya zərərçəkmiş şəxs2 məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin borc əvəzində onun adına qeydiyyata alınacağını bildirərək sonradan həmin evin satışından əldə edəcəyi pul vəsaitlərini zərərçəkmiş şəxs1 verəcəyinə dair yalan vəd verib aldadaraq 2021-ci ilin may ayında ünvan 3 ünvanında sözügedən fərdi yaşayış evinin adına qeydiyyata alınması məqsədi ilə xərclərin çəkilməsi adı ilə zərərçəkmiş şəxs1 məxsus 7.200 manat pulu sonuncunun tanışı şahid9 etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 7.200 (yeddi min iki yüz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, sonradan cinayət əməlini pərdələmək məqsədi ilə adına heç bir daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçmədiyi halda zərərçəkmiş şəxs1 “Whatsapp” ani mesajlaşma mübadilə sistemi mobil tətbiqi vasitəsi ilə ünvan 5 ünvanında yerləşən 204,9 kvadrat metr sahəsi olan fərdi yaşayış evinin guya adına qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 iyun 2021-ci il tarixli 1218977 nömrəli heç bir hüquqi qüvvəsi olmayan çıxarışın fotoşəklini göndərmişdir. Bundan başqa, Məhkum, təkrarən tamah niyyəti və özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə şəxsi münasibətlərinin olduğu qanuni nümayəndə1 etibarından sui-istifadə edərək əri zərərçəkmiş şəxs1 tərəfindən Rusiya Federasiyasından müvəqqəti saxlaması üçün həyat yoldaşına göndərilmiş həmin dövrün məzənnəsi ilə 34.000 manat təşkil edən 20.000 ABŞ dolları pulun guya başqa şəxslər tərəfindən oğurlanmaması üçün gizlədib sonradan özünə qaytaracağına dair yalan vəd verib aldadaraq 2021-ci ilin iyun ayında ünvan 2 ünvanında 20.000 ABŞ dolları məbləğində həmin pul vəsaitlərini etibardan suiistifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 34.000 (otuz dörd min) manat məbləğində yəni, xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən tamah niyyəti və külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxs2 özünün və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, eləcə də qohumu zərərçəkmiş şəxs1 üzr istəməyə məcbur edərkən qeydə aldığı videogörüntüdən ibarət rüsvayedici məlumatları zərərçəkmiş şəxs1 “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi göndərməklə, həmçinin internet resursları və sosial şəbəkələrdə daha geniş izləyici kütləsinə yayma hədəsi ilə 2021-ci ilin may ayında Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinin avtomobil yolunun kənarında həmin vaxt idarə etdiyi avtomobildə zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs1 borclu olduğu külli miqdarda 103.000 manat pulu sonuncunun məlumatı olmadan öz təşəbbüsü ilə hədəqorxu ilə tələb etmiş, vahid niyyətlə əhatə olunmuş qəsdlə həmin cinayət əməllərinin davamı olaraq 2021-ci ilin may ayından iyul ayınadək olan müddət ərzində ilk dəfə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Bakı Metropoliteninin “20 yanvar” stansiyasının yaxınlığında 15.000 manat, daha sonra Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “OBA Market” qeyri-yaşayış obyektinin yaxınlığında şahid8 vasitəsilə 10.000 manat və sonuncu dəfə Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Quba- Rusiya magistral avtomobil yolunun 9-cu kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi Idarəsinin 712 saylı stasionar nəzarət postunun yaxınlığında 20.000 manat olmaqla, ümumilikdə 45.000 (qırx beş min) manat pulu zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 hədəqorxu ilə tələb etməklə alıb ələ keçirmişdir. Bundan başqa, Məhkum, təkrarən tamah niyyəti və özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Rusiya Federasiyasında yaşayan zərərçəkmiş şəxs1 özünü sonuncunun arvadı qanuni nümayəndə1 yaxın rəfiqəsinin oğlu kimi təqdim edib həmin şəxslərin qohumu zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs1 olan 103.000 manat məbləğində borcunun guya geri qaytarılmasına köməklik göstərəcəyinə, habelə zərərçəkmiş şəxs2 ilə zərərçəkmiş şəxs1 münasibətlərinin pisləşərək bir-biri ilə heç bir əlaqəsinin olmamasından cinayətkar niyyətini həyata keçirmək üçün istifadə edib zərərçəkmiş şəxs1 guya zərərçəkmiş şəxs2 məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin borc əvəzində onun adına qeydiyyata alınacağını bildirərək sonradan həmin evin satışından əldə edəcəyi pul vəsaitlərini zərərçəkmiş şəxs1 verəcəyinə dair yalan vəd verib aldadaraq zərərçəkmiş şəxs1 təhqir etdiyini bəhanə edib hədə-qorxu yolu ilə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində avtomobil yolunun kənarında həmin vaxt idarə etdiyi avtomobilin içərisində zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs1 üzr istəməyə məcbur edərkən qeydə aldığı videogörüntünü “Whatsapp” ani mesajlaşma mübadilə sistemi mobil tətbiqi vasitəsi ilə zərərçəkmiş şəxs1 göndərməklə daha da etibarını qazanıb vahid niyyətlə əhatə olunmuş qəsdlə 2021-ci ilin may ayından iyul ayınadək olan müddət ərzində zərərçəkmiş şəxs1 çatdıracağı adı ilə ilk dəfə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Bakı Metropoliteninin “20 yanvar” stansiyasının yaxınlığında zərərçəkmiş şəxs2 15.000 manat, daha sonra Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “OBA Market” qeyri-yaşayış obyektinin yaxınlığında şahid8 10.000 manat və Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Quba-Rusiya magistral avtomobil yolunun 9-cu kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi Idarəsinin 712 saylı stasionar nəzarət postunun yaxınlığında şahid8 20.000 manat olmaqla ümumilikdə zərərçəkmiş şəxs1 məxsus 45.000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 45.000 (qırx beş min) manat məbləğində yəni, xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən tamah niyyəti və özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə ələ keçirmək məqsədi ilə şəxsi münasibətlərinin olduğu qanuni nümayəndə1 özünün və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, eləcə də aralarında olan şəxsi münasibətləri və birlikdə olan şəkillərindən ibarət rüsvayedici məlumatları əri zərərçəkmiş şəxs1 və digər yaxın qohumlarına göndərməklə haqqında rüsvayedici məlumatları yayma hədəsi 2021-ci ilin yay aylarında ünvan 2 ünvanında nağd pul və əmlakını hədə-qorxu ilə tələb etmiş, vahid niyyətlə əhatə olunmuş qəsdlə həmin cinayət əməllərinin davamı olaraq əvvəlcədən dələduzluqla ələ keçirdiyi zərərçəkmiş şəxs1 məxsus 20.000 ABŞ dolları pul vəsaitini guya geri qaytaracağını bildirib 15 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, “8 Noyabr” prospekti 23 ünvanında yerləşən hazırda fəaliyyət göstərməyən “X1” bankının Bakı filialında qanuni nümayəndə1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3068-ci məhəllə, ev 4 ünvanında yerləşən 19 saylı mənzili girov qoymaqla 50.000 manat kredit vəsaiti əldə etməyə məcbur edərək sonuncuya məxsus həmin pul vəsaitindən 16.000 manat pulu, habelə əvvəlcədən dələduzluqla ələ keçirdiyi zərərçəkmiş şəxs1 məxsus 7.200 manat pulu guya geri qaytaracağını bildirib qanuni nümayəndə1 məxsus “Toyota Rav 4” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili 17 avqust 2021-ci il tarixdə sərəncamvermə səlahiyyətlərini özündə ehtiva edən etibarnamə əsasında adına rəsmiləşdirilməsinə nail olduqdan sonra “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həmin avtomobili girov qoyaraq X2 adına texniki şəhadətnamə ilə rəsmiləşdirilməsini təşkil edib istintaqa məlum olmayan məbləğdə pul vəsaiti götürdükdən sonra həmin MMC qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyindən 2021-ci ilin sentyabr ayında qanuni nümayəndə1 yaşadığı ünvan 1 ünvanında həmin dövrün məzənnəsi ilə 69.700 manat təşkil edən 41.000 ABŞ dolları dəyərində olan avtomobili ələ keçirərək 21 sentyabr 2021-ci il tarixdə baş etibarnamə əsasında X6 təşkil edib əldə etdiyi pul vəsaitləri hesabına “xxxx” MMC-i qarşısında olan öhdəliyini yerinə yetirmiş və şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs qanuni nümayəndə1 ümumilikdə 85.700 (səksən beş min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla külli miqdarda əmlak əldə etmək məqsədi ilə təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirmişdir. Bundan başqa, Məhkum qeyd olunan dələduzluq və hədə-qorxu ilə tələb etmə cinayət əməllərini törətdikdən sonra cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə 26 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası hüdudlarını Ukrayna istiqamətində qanuni əsaslarla tərk edib Ukrayna ərazisində gizlənmiş, Azərbaycan Respublikası ərazisində törətdiyi həmin cinayət əməllərinə görə Bakı Şəhər Baş Polis Idarəsinin Istintaq və Təhqiqat Idarəsində cinayət işinin ibtidai istintaqının aparıldığını, axtarışının elan olunduğunu və Azərbaycan Respublikasının dövlət sərhədini qanuni əsaslarla keçəcəyi halda saxlanılıb həbs olunacağını bildiyindən ölkəyə qanunsuz yolla gəlmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda Iran Islam Respublikasına gələrək 04 dekabr 2023-cü il tarixdə, saat 05 radələrində qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasının Astara rayonu istiqamətinə keçib ünvan 4 ünvanında gizlənmiş, 24 yanvar 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda yaxalanmışdır.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-435/2025 nömrəli, 10 iyun 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 182.3.2 və 318.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 cü maddələri ilə 03 (üç) il müddətə, Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə 11 (on bir) il müddətə, Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı 02 sentyabr 2021-ci tarixdən 04 sentyabr 2021-ci il tarixədək - 02 (iki) gün həbsdə olduğu müddətin ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 24 yanvar 2024-cü il tarixdən hesablanması, Məhkum zərərçəkmiş şəxs qanuni nümayəndə1 xeyrinə 85.700 (səksən beş min yeddi yüz) manat və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 xeyrinə 45.000 (qırx beş min) manat maddi zərərin və ödənilmiş 422 (dörd yüz iyirmi iki) manat dövlət rüsumunun əvəzinin tutularaq ödənilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 182.3.2-ci maddələrinin tərkib əlamətlərinin olmadığından həmin maddələr üzrə barəsində bəraətverici əsasla hökm çıxarılmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1680/2025 nömrəli, 09 sentyabr 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-435/2025 nömrəli, 10 iyun 2025-ci il tarixli hökmü apellyasiya şikayətiinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi4 tərəfindən kassasiya şikayəti verilmişdir.

II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, müdafiəçi onları təkrarlayaraq qeyd etmişdir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları düzgün tədqiq etməmiş, nəticədə məhkum Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.1 və 182.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətmədiyi halda həmin maddələrlə təqsirli bilinərək məhkum edilmişdir. Bu səbəblərə görə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1680/2025 nömrəli, 09 sentyabr 2025-ci-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul olunması xahiş edilir.

10. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır.

III. Hüquqi məsələlər 11.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. 12.Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 13.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. 14.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. 15.Kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət işi üzrə toplanmış sübutların düzgün tədqiq edilmədiyi, təqsirliliyi sübuta yetirilmədiyi halda Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.1 və 182.3.2-ci maddələri ilə məhkum edildiyi iddia edilir, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir. 16.Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1680/2025 nömrəli, 09 sentyabr 2025-ci-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. 19.Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını,

20. cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).

21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası məhkum Məhkum təqsirliliyinin sübuta yetirilmədiyi barədə müdafiəçinin dəlillərini əsassız hesab edir. 22.Belə ki, məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, lakin onun Azərbaycan Respublikası CM-nin 178.2.1 və 182.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri: - Zərərçəkmiş şəxslərin və şahidlərin cinayət təqibinin bütün mərhələlərində verdikləri ifadələri; - zərərçəkmiş şəxs4 21 dekabr 2019-cu il tarixli ərizəsi; - 15 may 2021-ci il tarixli “video diskə baxış keçirilməsi barədə”, 14 mart 2024-cü il tarixli zərərçəmiş şəxs zərərçəkmiş şəxs4 və təqsirləndirilən şəxs Məhkum arasında olan üzləşdirmə haqqında, şahid zərərçəkmiş şəxs2 və təqsirləndirilən şəxs Məhkum arasında olan üzləşdirmə haqqında, zərərçəkmiş şəxs qanuni nümayəndə1 və təqsirləndirilən şəxs Məhkum arasında olan üzləşdirmə haqqında protokollar; - “Whatsapp” ani mesajlaşma proqramında və mobil telefonunda olan danışıqlar, yazışmalar və videogörüntülər; - digər istintaq və məhkəmə hərəkəti protokolları; - cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

23. Daha sonra məhkum Məhkum birinci instansiya məhkəməsinin hökmündən eyni dəlillər üzrə verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırkı qərarın işin hallarına aid hissəsində təsviri verilən hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 182.3.2 və 318.1-ci maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməllərində Cinayət Məcəlləsinin ittiham olunduğu maddələrində nəzərdə tutulan cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. 24.Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkum Məhkum ittiham olunduğu cinayət əməllərinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür. 25.Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin müvafiq dəlillərini müzakirə edərək hesab edir ki, hazırda mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də məhkəmə təcrübəsinə uyğundur. 26.Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. 27.Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

28. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 29.Nəticə etibarilə, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1680/2025 nömrəli, 09 sentyabr 2025-ci-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA A L D İ: Məhkum Məhkum müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1680/2025 nömrəli, 09 sentyabr 2025-ci-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar