Məhkəmə qərarları › İş №1(102)-2933/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2933/2025

02.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2933/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər: Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X1 iştirakı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinən Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakim Məmmədov Xaliq Musa oğlunun sədrliyi ilə, hakimlər X6 və X7 ibarət tərkibdə) ## #### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə, ## ###### 1971-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağdam rayonunun Ətyeməzli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Məhkum Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, tutulduğu və ev dustaqlığında saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilərək cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu ## ###### 2023-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilərək onun məhkəmə iclas zalında həbsə alınması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cinayət işi üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan bir ədəd baltanın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 30,60 (otuz manat altmış qəpik) manat məbləğində pul vəsaitinin Məhkum tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməsi hökm edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hаkimlər X14 (sədrlik edən və məruzəçi), X10 və X2аn ibаrət tərkibdə) ## ##### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum CM-in 126.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmiş, Məhkum cinayət əməli CM-in 126.2.4-cü maddəsindən CM-in 127.2.3-cü maddəsinə tövsif olunmuş, Məhkum CM-in 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu ## ###### 2023-cü il tarixdən hesablanmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qərarından dövlət ittihamçısı dövlət ittihamçısı4 tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinаyət Kоllegiyаsının (Hakimlər X19 (sədrlik edən və məruzəçi), X3 və X8 ibarət tərkibdə) ## ###### 2024-cü il tarixli, *(***)- ****/**** nömrəli qərarı ilə dövlət ittihamçısı dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan ## ##### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərarа alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Hakimlər X20 (sədrlik edən və məruzəçi), X9 və X4 ibarət tərkibdə) ## ######## 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum Аzərbаycаn Respublikаsı CM-in 126.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmiş, Məhkum cinayət əməli Аzərbаycаn Respublikаsı CM-in 126.2.4-cü maddəsindən Аzərbаycаn Respublikаsı CM-in 127.2.3-cü maddəsinə tövsif olunmuş, məhkum Azərbаycаn Respublikаsı CM-in 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məmmədоv Fаiq Şikаr оğlunun Şəki Аpellyаsiyа Məhkəməsinin ## ##### 2024-cü il tаrixli qərаrı ilə Аzərbаycаn Respublikаsı CM-in 127.2.3cü mаddəsi ilə təqsirli bilinərək оnа təyin оlunmuş 01 (bir) il 03 (üç) аy müddətə аzаdlıqdаn məhrum etmə cəzаsını çəkməsi nəzərə аlınаrаq о, hаzırki qərаrlа təyin оlunmuş cəzаnı çəkmiş hesаb olunmuş və hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmişdir. Həmin qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Işin halları: Təqsirləndirilən şəxs Məhkum ittiham edilmişdir ona görə ki, o, qəsdən xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Belə ki, verilmiş ittihama görə Məhkum ## ###### 2023-cü il tarixdə saat 17 radələrində özünə məxsus «Xəzər» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində hərəkətdə olarkən, avtomobili yolun sağ yan kənarı ilə, yəni öz hərəkət hissəsi ilə hərəkət etdirməli olduğu halda, buna əməl etməyərək avtomobili yolun mərkəz hissəsi ilə şəhərin H.Əliyev prospekti istiqamətində hərəkət etdirərkən, onun idarə etdiyi avtomobillə eyni istiqamətdə arxadan hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi «Mercedes Benz» markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etməsinə maneə yaratdığı üçün Zərərçəkmiş şəxs ona avtomobili yolun mərkəz hissəsi ilə hərəkət etdirməsinə etiraz olaraq səs siqnalından istifadə etdiyi üçün o, avtomobili yolun mərkəzində saxlayıb, pəncərəsini aşağı endirərək avtomobilin səs siqnalından istifadə etdiyinə görə Zərərçəkmiş şəxs irad tutduqda onunla Zərərçəkmiş şəxs arasında söz mübahisəsi yaranmış, bundan sonra o, «Xəzər» markalı, 02-BM 369 dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin H.Əliyev prospektinə daxil olub, avtomobili prospektin «Sənaye parkının» inzibati binasının qarşısında asfalt yolun sağ kənarında saxlayıb, avtomobilin salonundan bayıra çıxmış, onun avtomobili saxladığını və salondan düşdüyünü görən Zərərçəkmiş şəxs də idarə etdiyi avtomobillə şəhərin H.Əliyev prospektinə daxil olduqdan sonra, bir qədər irəlidə yerləşən avtobus dayanacağında avtomobili saxlamış, həmin vaxt o, «Xəzər» markalı avtomobilinin yanında dayanaraq, Zərərçəkmiş şəxs avtomobildən düşməsini gözləmiş, Zərərçəkmiş şəxs avtomobildən düşdükdən sonra isə o, əli ilə Zərərçəkmiş şəxs yaxınlığına gəlməsini işarə etdiyi üçün sonuncu asta addımlarla onun dayandığı istiqamətə tərəf gəlib, ona çatmasına az bir məsafə qalmış o, avtomobilinin salonundan götürdüyü və sağ əlində saxladığı, habelə Zərərçəkmiş şəxs ona yaxınlaşdığı anadək nümayiş etdirmədiyi, dəstəyi qırmızı və qara rəngli plastmasa bənzər materialdan hazırlanmış, üzlük geydirilmiş çapıcı-kəsici və əzici xassəyə malik olan, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı balta ilə qəfil olaraq Zərərçəkmiş şəxs üzərinə hücum çəkib, sonuncunun qanunazidd davranışı və hər hansı bir zorakı hərəkəti ilə qarşılaşmadığı halda, heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyəti fövqündə qoymaqla və bununla da cəmiyyətin fərdi kimi ona qarşı açıqca hörmətsizlik ifadə etməklə, habelə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirməklə sağ əlində saxlamağa davam etdiyi, qeyd olunan balta ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən bir dəfə zərbə endirib, öz təşəbbüsü ilə başladığı mübahisə zamanı Zərərçəkmiş şəxs çapıcı əşyanın-baltanın təsirindən əmələ gəlməyə xarakterik, subdural hematoma ilə müşayiət olunan açıq kəllə beyin travması, alın sümüyünün açıq sınığının yaranması ilə nəticələnən, yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində sübutların araşdırılması zamanı toplanmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi təsdiq olunduğu halda apellyasiya instansiya məhkəməsi cinayət-prosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən 127.2.3-cü maddəsinə dəyişmişdir. Dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlinməsini göstərən hallar kimi xüsusilə ona istinad etmişdir ki, məhkəmə işdəki sübutların düzgün müqayisəli təhlilini aparmadan iş üzrə keçirilmiş məhkəmətibbi ekspertizalarda yaranmış ziddiyyəti aradan qaldırmadan əsassız olaraq Məhkum əməlini Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə tövsif etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, işdə iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, Məhkum əməlini əsassız olaraq Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilməsi və barəsində yüngül cəza çıxarılması barədə məhkəmə qərarının əsasını yolverilməz sübutlar təşkil etdiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən Cinayət Məcəlləsinin 127.2.3cü maddəsinə tövsif edilməsinə dair cinayət işi üzrə CPM-in 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayətprosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Insan Hüquqlarının və X17 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın düzgün hüquqi qiymətləndirilmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların həmin sübutlara uyğun gəlmədiyini müəyyən etmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, X5 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə deyil, iş üzrə sübutların məcmusuna uyğun olaraq 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilməlidir. Bu baxımdan, ittiham tərəfinin təqdim etdiyi sübutların xarakteri, onların məzmunundakı ziddiyyətlər və işin faktiki halları ilə uzlaşma dərəcəsi nəzərə alınaraq, əməl daha yüngül tərkibli cinayət kimi qiymətləndirilmiş və müvafiq olaraq yenidən tövsif olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. Insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cinayət işində olan materialları nəzərdən keçirərək, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın düzgün hüquqi qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların həmin sübutlara uyğun gəlmədiyini müəyyən etmişdir. Məhkəmə, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin digər sübutlarla aradan qaldırılmasının mümkün olmadığını və belə şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə deyil, iş üzrə sübutların məcmusuna uyğun olaraq 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilməlidir. Bu baxımdan, ittiham tərəfinin təqdim etdiyi sübutların qeyri-mötəbərliyi, ziddiyyətli olması və işin faktiki halları ilə uzlaşmaması nəzərə alınaraq, əməl yenidən hüquqi qiymət verilərək müvafiq maddə ilə tövsif olunmuşdur. Cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı mərhələlərində toplanmış, həmçinin apellyasiya baxışı zamanı tam, hərtərəfli və obyektiv qaydada araşdırılmış sübutların müqayisəli təhlili əsasında belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə sübutlar arasında mövcud olan ziddiyyətlər aradan qaldırılmamış, ittiham aktında göstərilən halların sübuta yetirilməsində yaranmış şübhələr isə təqsirləndirilən şəxsin ziyanına deyil, onun xeyrinə şərh olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyaları tərəfindən araşdırılmış sübutların məcmusu Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini tam və qəti şəkildə təsdiq etmir, əksinə, bu ittihamın düzgün hüquqi qiymətləndirilmədiyini göstərir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin əmələ daha düzgün hüquqi qiymət verilməsi və onun daha yüngül maddə ilə tövsif olunması barədə gəldiyi nəticə qanuni və əsaslı hesab olunur. Eyni zamanda, kassasiya məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanı tərəfindən ittihamın sübuta yetirilməsi zamanı qanunvericiliyin tələblərinə tam riayət edilməmiş, təqdim olunmuş sübutların mötəbərliyi və qarşılıqlı uyğunluğu lazımi səviyyədə yoxlanılmamış, habelə Məhkum ona istinad edilən əməldə təqsirsizliyini istisna edən inandırıcı və mötəbər sübutlar əldə edilməmişdir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə kassasiya instansiyası tərəfindən də düzgün və əsaslandırılmış hesab edilir. Buna görə də, məhkəmə kolegiyası əməlin CM-in 127.2.3-cü maddəsinə tövsif olunmasını hüquqi və qanuni hesab edir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə ## #### 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənin 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “Insan hüquqlarının və X17 haqqında” Konvensiyanın 6cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ######## 2025-ci il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143- 146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun əməlinin tövsif edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apelyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-cü il tarixli, *(***)-***/**** nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar