Məhkəmə qərarları › İş №1(102)-2935/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2935/2025

08.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2935/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Zaur Nazim oğlu Hüseynovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, müdafiəçi müdafiəçi1 iştirakları ilə, Naxçıvan MR Ali Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2025-ci il tarixli 1(108)- 34/2025 nömrəli qərarından məhkum Məhkum qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Gülnar Səfərəliyeva) 31 iyul 2025-ci il tarixli, 1(078)-46/2025 nömrəli hökmü ilə, 07 iyul 2008-ci il tarixdə Şərur rayonu Ələkli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Şərur rayonu Ələkli kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 31 iyul 2025-ci il tarixdən hesablanmasışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum təqsirli bilinmişdir ona görə ki, o, 07 yanvar 2025-ci il tarixdə saat 20 radələrində Naxçıvan şəhəri Təbriz küçəsində yerləşən kirayə yaşadığı evdə aşkar surətdə yetkinlik yaşına çatmamış, yəni on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan 20 sentyabr 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Naxçıvan MR Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vüqar Quliyev (sədrlik edən və məruzəçi), İlqar Mirzəyev və Fərman Abbasov) 29 sentyabr 2025-ci il tarixli 1(108)- 34/2025 nömrəli qərarı ilə Naxçıvan Şəhər Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 1(078)- 46/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Z.Qanuni nümayəndə qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Naxçıvan MR Ali Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2025-ci il tarixli 1(108)- 34/2025 nömrəli qərarından məhkum Z.Qanuni nümayəndə qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılması 08 aprel 2026-cı il tarixə təyin edilmiş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə kassasiya qaydasında baxılanadək, yəni 07 aprel 2026-cı il tarixdə məhkum Z.Qanuni nümayəndə qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə kollegiyasına ərizə ilə müraciət etmişdir. Həmin ərizədə məhkumun qanuni nümayəndəsi göstərmişdir ki, o, özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, məhkum Z.Qanuni nümayəndə qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Məhkum Z.Qanuni nümayəndə qanuni nümayəndəsi Qanuni nümayəndə ərizəsi təmin edilsin. Naxçıvan MR Ali Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2025-ci il tarixli 1(108)- 34/2025 nömrəli qərarından məhkum Z.Qanuni nümayəndə qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Kassasiya şikayətinə baxılmasına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar