Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-294/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Mülki iddiaçının nümayəndəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Zərərçəkmiş şəxs hüquqşünası Əhmədov Samir Cavanşir oğlunun Cinayət məsuliyyətindən azad edilmiş şəxs X3 müdafiəçisi, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Yusifov Ülvi Rövşən oğlunun iştirakları ilə xx xxx 1978-ci il tarixdə Naxçıvan MR-nın Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, “xxxx” MMC-nin direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2an X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunması və barəsində cinayət təqibinə xitam verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından mülk iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakimV.Məlikov) X5 barəsində CM-in 213.2.2-ci maddəsi ilə başlanılmış cinayət məsuliyyətindən azad olunması və həmin maddə ilə təqsir ləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Zərərçəkmiş şəxs Departamentinin mülki iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin həmin qərarından dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və mülki iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cuil tarixli qərarı ilə (hakimlər: R.Ə.Əliyev (sədrlik edən), A.M.Eyvazov və İ.H.Şükürov) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş və Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxs X hüquqi ünvanı Yevlax şəhəri, Nizami küçəsi, ev 2, dalan 4 olan, Zərərçəkmiş şəxs departa mentində vergi ödəyicisi kimi qeydiyyata alınmış,Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici dairəvi, 3121-ci məhəllədə fəaliyyət göstərən “xxxx” MMC-nin 2013-cü ilin avqust ayı üzrə əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 5.084.745,76 manat, ƏDV-ni 915.254,24 manat, əvəzləşdirilən ƏDV-ni 856.531,80 manat, büdcəyə ödənilməli ƏDV-ni 58.722,44 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 5.084.745,00 manat, ƏDV-ni 915.254,10 manat, əvəzləşdirilən ƏDV-ni 866.531,81 manat, büdcəyə ödənilməli ƏDV-ni 48.722,29 manat göstərərək 10.000,14 manat ƏDV-ni az; sentyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 5.084.745,78 manat, ƏDV-ni 915.254,24 manat, əvəzləşdirilən ƏDV-ni 892.353,43 manat, büdcəyə ödənilməli ƏDV-ni 22.900,81 manat göstərməli ol duğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 5.084.745,00 manat, ƏDV-ni 915.254,10 manat, əvəzləşdirilən ƏDV-ni 902.353,45 manat, büdcəyə ödənilməli ƏDV-ni 12.900,65 manat göstərərək 10.000,16 manat ƏDV-ni az; oktyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 5.932.203,39 manat, ƏDV-ni 1.067.796,61 manat, əvəzləşdirilən ƏDVni 1.111.853,19 manat, büdcədən qaytarılan ƏDV-ni 44.056,58 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 5.932.203,00 manat, ƏDV-ni 1.067.796,54 manat, əvəzləşdirilən ƏDV-ni 1.122.619,43 manat, büdcədən qaytarılan ƏDV-ni 54.822,89 manat göstərərək 10.766,31 manat ƏDV-ni az; noyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 4.237.288,14 manat, ƏDV-ni 762.711,87 manat, əvəzləşdirilən ƏDV-ni 715.589,28 manat, büdcə yə ödənilməli ƏDV-ni 47.122,59 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 4.237.288,00 manat, ƏDV-ni 762.711,84 manat, əvəzləşdirilən ƏDV-ni 727.589,43 manat, büdcəyə ödənilməli ƏDV-ni 35.122,41 manat göstərərək 12.000,18 manat ƏDV-ni az; dekabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 9.491.525,41 manat, ƏDV-ni 1.708.474,57 manat, əvəzləşdirilən ƏDV-ni 1.516.982,46 manat, büdcəyə ödənilməli ƏDV-ni 191.492,11 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 9.491.525,00 manat, ƏDV-ni 1.708.474,50 manat, əvəzləşdirilən ƏDV-ni 1.524.270,31 manat, büdcəyə ödənilməli ƏDV-ni 184.204,19 manat göstərərək 7.287,92 manat ƏDV-ni az; 2014-cü ilin yanvar ayı üzrə ƏDV tutulan dövriyyəsinin və ƏDV-nin olmadığını, əv əzləşdirilən ƏDV-ni 95.349,11 manat, büdcədən qaytarılan ƏDV-ni 95.349,11 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəsinin və ƏDV-nin olmadığını, əvəzləşdirilən ƏDV-ni 110.271,67 manat, büdcədən qaytarılan ƏDV-ni 110.271,67 manat göstərərək 14.922,56 manat ƏDV-ni az; fevral ayı üzrə ƏDV tutulan dövriyyəsi 3.389.830,51 manat, ƏDV-ni 610.169,49 manat, əvəzləşdirilən ƏDV-ni 647.390,16 manat, büdcədən qaytarılan ƏDV-ni 37.220,67 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 3.389.830,00 manat, ƏDV-ni 610.169,40 manat, əvəzləşdirilən ƏDV-ni 659.851,45 manat, büdcədən qaytarılan ƏDV-ni 49.682,05 manat göstərərək 12.461,38 manat ƏDV-ni az; mart ayı üzrə ƏDV tutulan dövriyyəsi 2.796.610?17 manat, ƏDV- ni 503.389,83 manat, əvəzləşdirilən ƏDV-ni 331.570,68 manat, büdcəyə ödənilməli ƏDV-ni 171.819,15 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 2.796.610,00 manat, ƏDV-ni 503.389,80 manat,əvəzləşdirilən ƏDV-ni 348.070,66 manat, büdcəyə ödənilməli ƏDV-ni 155.319,14 manat göstərərək 16.500,02 manat ƏDV-ni az; aprel ayı üzrə ƏDV tutulan dövriyyəsi 2.542.372,89 manat, ƏDV-ni 457.627,12 manat, əvəzləşdirilən ƏDV-ni 2.934.017,22 manat, büdcədən qaytarılan ƏDV-ni 2.476.390,10 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 2.542.373,00 manat, ƏDV-ni 457.627,14 manat, əvəzləşdirilən ƏDV-ni 2.947.017,24 manat, büdcədən qaytarılan ƏDVni 2.489.390,10 manat göstərərək 13.000,00 manat ƏDV-ni az; may ayı üzrə ƏDV tutulan dövriyyəsi 4.237.288,14 manat, ƏDV-ni 762.711,87 manat, əvəzləşdirilən ƏDV-ni 742.274,11 manat, büdcəyə ödənilməli ƏDV-ni 20.437,76 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 4.237.288,20 manat, ƏDV-ni 762.711,28 manat, əvəzləşdirilən ƏDV-ni 786.434,17 manat, büdcədən qaytarılan ƏDV-ni 23.722,29 manat göstərərək 44.160,05 manat ƏDV-ni az; iyun ayı üzrə ƏDV tutulan dövriyyəsi 3.389.830,51 manat, ƏDV-ni 610.169,49 manat, əvəzləşdirilən ƏDV-ni 469.553,27 manat, büdcəyə ödənilməli ƏDV-ni 140.616,22 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 3.189.830,00 manat, ƏDV-ni 574.169,40 manat, əvəzləşdirilən ƏDV-ni 501.953,24 manat, büdcəyə ödənilməli ƏDV-ni 72.216,16 manat göstərərək 68.400,06 manat ƏDV-ni az; iyul ayı üzrə ƏDV tutulan dövriyyəsi 4.232.137,09 manat, ƏDV-ni 761.784,68 manat, əvəzləşdirilən ƏDV-ni 643.341,41 manat, büdcəyə ödənilməli ƏDV-ni 118.443,27 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 4.237.188,00 manat, ƏDV-ni 762.693,84 manat, əvəzləşdirilən ƏDV-ni 741.181,61 manat, büdcəyə ödənilməli ƏDV-ni 21.512,23 manat göstərərək 96.931,04 manat ƏDV-ni az; avqust ayı üzrə ƏDV tutulan dövriyyəsinin və ƏDV-nin olmadığını, əvəzləşdirilən ƏDV-ni 57.279,96 manat, büdcədən qaytarılan ƏDV-ni 57.279,96 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəsinin və ƏDV-nin olmadığını, əvəzləşdirilən ƏDV-ni 62.279,82 manat, büdcədən qaytarılan ƏDV-ni 62.279,82 manat göstərərək 4.999,86 manat ƏDV-ni az; sentyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 2.942.176,27 manat, ƏDV-ni 529.591,73 manat, əvəzləşdirilən ƏDV-ni 498.354,09 manat, büdcəyə ödənilməli ƏDV-ni 31.237,64 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 2.942.176,00 manat, ƏDV-ni 529.591,68 manat, əvəzləşdirilən ƏDV-ni 498.354,08 manat, büdcəyə ödənilməli ƏDV-ni 31.237,60 manat göstərərək 0,04 manat ƏDV-ni az; oktyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 2.542.372,89 manat, ƏDV-ni 457.627,12 manat, əvəzləşdirilən ƏDV-ni 468.328,81 manat, büdcədən qaytarılan ƏDV-ni 10.701,69 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 2.542.372,00 manat, ƏDV-ni 457.626,96 manat, əvəzləşdirilən ƏDV-ni 475.174,85 manat, büdcədən qayta rılan ƏDV-ni 17.547,89 manat göstərərək 6.846,20 manat ƏDV-ni az; noyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 1.694.915,26 manat, ƏDV-ni 305.084,75 manat, əvəzləşdirilən ƏDV-ni 364.210,59 manat, büdcədən qaytarılan ƏDV-ni 59.125,85 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 1.694.915,00 manat, ƏDV-ni 305.084,70 manat, əvəzləşdirilən ƏDV-ni 376.010,59 manat, büdcədən qaytarılan ƏDV-ni 70.925,89 manat göstərərək 11.800,04 manat ƏDV-ni az; dekabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 894.023,88 manat, ƏDV-ni 160.924,30 manat, əvəzləşdirilən ƏDV-ni 138.071,04 manat, büdcəyə ödənilməli ƏDV-ni 22.853,26 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 894.023,00 manat, ƏDV-ni 160.924,14 manat, əvəzləşdirilən Ə DVni 149.271,04 manat, büdcəyə ödənilməli ƏDV-ni 11.653,10 manat göstərərək 11.200,16 manat ƏDV-ni az; 2015-ci ilin yanvar ayı üzrə ƏDV tutulan dövriyyəsinin və ƏDV-nin olmadığını, əvəzləşdirilən ƏDV-ni 5.039,42 manat, büdcədən qaytarılan ƏDV-ni5.039,42 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəsinin və ƏDV-nin olmadığını, əvəzləşdirilən ƏDV-ni 6.439,42 manat, büdcədən qaytarılan ƏDV-ni 6.439,42 manat göstərərək 1.399,99 manat ƏDV-ni az; mart ayı üzrə ƏDV tutulan dövriyyəsi 423.728,82 manat, ƏDV-ni 76.271,19 manat, əvəzləşdirilən ƏDVni 37.721,51 manat, büdcəyə ödənilməli ƏDV-ni 38.549,67 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 423.728,00 manat, ƏDV-ni 76.271,04 manat, əvəzləşdirilən ƏDV -ni 73.721,51 manat, büdcəyə ödənilməli ƏDV-ni 2.549,53 manat göstərərək 36.000,15 manat ƏDV-ni az; noyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 456.422,88 manat, ƏDV-ni 82.156,12 manat, əvəzləşdirilən ƏDV-ni 25.451,47 manat, büdcəyə ödənilməli ƏDV-ni 56.704,65 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 456.422,88 manat, ƏDV-ni 82.156,12 manat, əvəzləşdirilən ƏDV-ni 82.851,35 manat, büdcədən qaytarılan ƏDV-ni 695,23 manat göstərərək 57.399,88 manat ƏDV-ni az, cəmi 446.076,13 manat məbləğində ƏDV-ni; 2013-cü ilin 3-cü rübü üzrə cəmiyyət tərəfindən avtomobil yolları, yollar və küçələrin salınması yerinə yetirilmiş təmir tikinti işləri üzrə vergi orqanlarında uçota alınmayan fiziki şəxslərə hesablamalı olduğu 489.664,28 manat əmək haqqından Azər baycan Respublikası Vergi Məcəlləsinin 101.1 və 150.1.7-ci maddələrinə əsasən 14 faiz dərəcə ilə 68.553,00 manat ödəmə mənbəyində tutulan vergi hesablayıb ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməməklə 68.553,00 manat ödəmə mənbəyində tutulan vergini; 4-cü rübü üzrə cəmiyyət tərəfindən avtomobil yolları, yollar və küçələrin salınması yerinə yetirilmiş təmir tikinti işləri üzrə vergi orqanlarında uçota alınmayan fiziki şəxslərə hesablamalı olduğu 920.614,28 manat əmək haqqından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1 və 150.1.7-ci maddələrinə əsasən 14 faiz dərəcə ilə 128.886,00 manat ödəmə mənbəyində tutulan vergi hesablayıb ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməməklə 128.886,00 manat ödəmə mənbəyində tutulan vergini; 2014-cü ilin 1-ci rübü üzr ə cəmiyyət tərəfindən avtomobil yolları, yollar və küçələrin salınması yerinə yetirilmiş təmir tikinti işləri üzrə vergi orqanlarında uçota alınmayan fiziki şəxslərə hesablamalı olduğu 382.921,42 manat əmək haqqından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1 və 150.1.7-ci maddələrinə əsasən 14 faiz dərəcə ilə 53.609,00 manat ödəmə mənbəyində tutulan vergi hesablayıb ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməməklə 53.609,00 manat ödəmə mənbəyində tutulan vergini; 2-ci rübü üzrə cəmiyyət tərəfindən avtomobil yolları, yollar və küçələrin salınması yerinə yetirilmiş təmir tikinti işləri üzrə vergi orqanlarında uçota alınmayan fiziki şəxslərə hesablamalı olduğu 446.014,28 manat əmək haqqından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1 və 150.1.7-ci maddələrinə əsasə n 14 faiz dərəcə ilə 62.442,00 manat ödəmə mənbəyində tutulan vergi hesablayıb ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməməklə 62.442,00 manat ödəmə mənbəyində tutulan vergini 3-cü rübü üzrə cəmiyyət tərəfindən avtomobil yolları, yollar və küçələrin salınması yerinə yetirilmiş təmir tikinti işləri üzrə vergi orqanlarında uçota alınmayan fiziki şəxslərə hesablamalı olduğu 535.057,14 manat əmək haqqından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1 və 150.1.7-ci maddələrinə əsasən 14 faiz dərəcə ilə 74.908,00 manat ödəmə mənbəyində tutulan vergi hesablayıb ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməməklə 74.908,00 manat ödəmə mənbəyində tutulan vergini; 4-cü rübü üzrə cəmiyyət tərəfindən avtomobil yolları, yollar və küçələrin salınması yerinə yetirilmiş təm ir tikinti işləri üzrə vergi orqanlarında uçota alınmayan fiziki şəxslərə hesablamalı olduğu 385.750,00 manat əmək haqqından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1 və 150.1.7-ci maddələrinə əsasən 14 faiz dərəcəsi ilə 54.005,00 manat ödəmə mənbəyində tutulan vergi hesablayıb ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməməklə 54.005,00 manat ödəməmənbəyində tutulan vergini; 2015-ci ilin 1-ci rübü üzrə cəmiyyət tərəfindən avtomobil yolları, yollar və küçələrin salınması yerinə yetirilmiş təmir tikinti işləri üzrə vergi orqanlarında uçota alınmayan fiziki şəxslərə hesablamalı olduğu 59.400,00 manat əmək haqqından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1 və 150.1.7-ci maddələrinə əsasən 14 faiz dərəcəsi ilə 8.316,00 manat ödəmə mənbəyində tutulan vergi hesablayıb ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməməklə 8.316,00 manat ödəmə mənbəyində tutulan vergini; 2-ci rüb üzrə cəmiyyət tərəfindən avtomobil yolları, yollar və küçələrin salınması yerinə yetirilmiş təmir tikinti işləri üzrə vergi orqanlarında uçota alınmayan fiziki şəxslərə hesablamalı olduğu 56.333,57 manat əmək haqqından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1 və 150.1.7-ci maddələrinə əsasən 14 faiz dərəcəsi ilə 7.886,70 manat ödəmə mənbəyində tutulan vergi hesablayıb ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməməklə 7.886,70 manat ödəmə mənbəyində tutulan vergini, cəmi 458.605,70 manat ödəmə mənbəyində tutulan vergini; həmin cəmiyyətin 2014-cü il üzrə ümumi gəliri 28.661.557,65 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 28.318.503,86 manat, vergiyə cəlb olunan mənfəəti 343.053,79 manat və bundan 20% dərəcəsi ilə mənfəət vergisi 68.610,76 manat olduğu halda, vergi orqanına mənfəət vergisi bəyannaməsində ümumi gəliri 28.420.039,00 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 28.283.488,00 manat, vergiyə cəlb olunan mənfəəti 136.551,00 manat və bundan 20% dərəcəsi ilə mənfəət vergisi 27.310,20 manat göstərərək 41.300,56 manat məbləğində hüquqi şəxsin mənfəət vergisini, ümimilikdə, külli miqdar təşkil edən 945.982,39 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya şikayətinin dəlilləri: Mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə ittiham hökmü çıxarılaraq Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülk i iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsixahiş olunur. Şikayət müəllifi hesab edir ki, məhkəmə tərəfindən maddi və prosessual qanunvericiliyin tələbləri pozulmaqla qərar çıxarılmışdır. Belə ki, “xxxx” MMC-nin sahibkarlıq fəaliyyəti ilə əlaqədar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi rəsmiləşdirilmişdir. Müəyyən edilmişdir ki,2013-2015-ci illər ərzində cəmiyyət tərəfindən ümumilikdə 986.784,14 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməmişdir. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2017ci il tarixli 11141 nömrəli rəyi ilə səyyar vergi yoxlamasının nəticəsi öz təsdiqini tapmışdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən isə qərar qəbul edilərkən məhkəmə istintaqı zamanı Yevlax Rayon Məhkəməsi tərəfindən təyin edil ərək keçirilmiş təkrar məhkəməmühasibatlıq ekspertizasının xx xxxx 2018-ci il tarixli 9485 nömrəli və xx xxxxxx 2018-ci il tarixli 19048 nömrəli, Şəki Apellyasiya Məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş komisyon məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxx 2019-cu il tarixli 8262 nömrəli rəyləri mötəbər sübut kimi qiymətləndirilmişdir. Mülki iddiaçı hesab edir ki, iş materiallarında hazırkı işlə bağlı eyni qurum tərəfindən verilmiş müxtəlif ekspert rəyləri olmasına baxmayaraq, məhkəmə qərar qəbul edərkən məhkəmə istintaqı zamanı təyin edilmiş ekspertizalar nəticəsində əldə edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəylərinə əsaslanmaqla haqlı olmamışdır. Belə ki, məhkəmələrin istinad etdiyi ekspert rəylərində göstərilmişdir ki, hesablanmış öd əmə mənbəyində tutulan vergi ilə bağlı həmin verginin hesablanmasına dair iş materiallarında sənəd mövcud deyildir və Vergi Məcəlləsində ödəmə mənbəyində tutulan verginin səyyar vergi yoxlaması aktında göstərilən üsulla hesablanması nəzərdə tutulmamışdır. Mülki iddiaçı hesab edir ki, VM-nin 67.1.5-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar əsasında vergitutma obyekti müəyyən etmək hüququ vardır. Həmçinin VM-nin 67.1.9-cu maddəsinə əsasən vergi orqanı əldə etdiyi, mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında vergitutma obyekti müəyyən etmək hüququna malikdir. İş materiallarından göründüyü kimi, yoxlanılan dövr ərzində vergi orqanları tərəfindən cəlb olun muş mütəxəssislər tərəfindən “xxxx” MMC-nin Bakı Dairəvi-2 yolun XocahəsənLökbatan ünvanında və Cəlilabad-Yardımlı yolu ünvanında təmir-tikinti işlərində əmək tutumu 3.381.373 adam/saat, həmin əmək tutumu üzrə 12.176.835 manat məbləğində əmək (xidmət) haqqı müəyyən edilmişdir. VM-nin 150.1.7-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə görə həmin fiziki şəxslərə ödənilmiş haqqa ödəmə mənbəyində 458.605,70 manat məbləğində vergi hesablanmışdır. Lakin ekspertlər əsassız olaraq belə nəticəyə gəlmişlər ki, verginin qeyd edilən üsulla hesablanması VM-də nəzərdə tutulmamışdır. Mülki iddiaçı hesab edir ki, ekspertlərin mənfəət vergisi ilə bağlı rəyləri də əsassız olmuş və məhkəmələr bunu nəzərə almamışlar. Belə ki, ilkin mühasibatlıq sənədləri ilə vergi ödəyicisinin bəyannamələri arasında fərq olmaması qeyd edilməklə mənfəət vergisi üzrə yayınma olmaması qənaətinə gəlinmişdir. Halbuki, səyyar vergi yoxlamasında mənfəət vergisi üzrə kənarlaşmanın hansı sənədə əsasən müəyyən edilməsi və iş materiallarına vergi ödəyicisinin bank hesabından və ƏDV-nin depozit hesabına daxil olmuş vəsait barədə çıxarışlar əlavə edilmiş, lakin ekspertlər tərəfindən həmin sənədlərə əhəmiyyət verilməmişdir. Mülki iddiaçının fikrincə, ekspertlərin təqdim olunmuş sənədləri tədqiq etməmələri nəticəsində 48.303,73 manat mənfəət vergisinin əsassız olaraq dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilməmişdir. Mülki iddiaçı hesab edir ki, ekspertlər “xxxx” MMC-nin yol vergisi üzrə rəyi də əsassızdır. Belə ki, həmin vergi növü üzrə VM-nin 2015-ci ilin yanvarın 1-dək qüvvədə olan 212.3-cü maddəsinə istinad edilməli olduğu halda, ekspertlər Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə istinad etməklə, ”yol vergisinin az hesablanması müəyyən edilmir” nəticəsinə gəlmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə mülki iddiaçının nümayəndəsi S.Əhmədovun, kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçi Ü.Yusifov və dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsin in (bundan sonra CPM-nin) 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində X10 oğlu barəsində əsassız olaraq cinayət təqibinə xita m verilməsi qeyd olunur və Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın tam təmin edilməsi və ümumilikdə 986.784,14 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilmiş dəlilləri əsassız hesab edir və öz mövqeyini əsaslandırmaq üçün aşağıdakıları qeyd edir: İş materiallarında olan, məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2017-ci il tarixli 21508 nömrəli rəyində göstərilmişdir ki, “xxxx” MMC-nin adından tərtib edilmiş görülmüş işlər və onun dəyəri haqqında arayışlarda, bank çeklərində, müqavilələrdə olan imzalar X5 tərəfindən icra olunmuşdur. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2017-ci il tarixli, 11141 nömrəli rəyindən müəyyən edilmişdir ki, “xxxx” MMC-də 2013–2014-cü illər üz rə 40.801,75 manat yol vergisi, 2014-cü il üzrə 41.300,56 manat mənfəət vergisi, 2013-cü ilin avqust – 2015-ci ilin yanvar, mart və noyabr ayları üzrə 446.076,13 manat əlavə dəyər vergisi olmaqla, eləcə də vergi orqanına bəyannamə təqdim etməməklə, 2013-cü ilin 3-cü – 2015-ci ilin 1-ci və 4cü rübləri üzrə 458.605,70 manat ödəmə mənbəyində tutulan vergi olmaqla, 986.784,14 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməməsi müəyyən olunur. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Xin vəsatəti əsasında təyin edilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizasının xx xxxx 2018-ci il tarixli 9485 nömrəli rəyində göstərilmişdir ki, “xxxx” MMC üzrə xx.xx.2013-cü ildən xx.xx.2016-cı ilədək olan dövrdə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilərin 446.07 5, 23 manat məbləğində az hesablanması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs Departamentinin nümayəndəsi X6 vəsatəti əsasında keçirilmiş komisyon məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 19048 nömrəli rəyində göstərilmişdir ki, “xxxx” MMC üzrə xx.xx.2013-cü ildən xx.xx.2016-cı ilədək olan dövrdə aparılmış əməliyyatlara görə 2013-cü ilin oktyabr ayı üzrə YGB üzrə əvəzləşdirilmiş 3.483,86 manat ƏDV və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxxxx 2015-ci il tarixli qərarı nəzərə alınmaqla dövlət büdcəsinə ödənilməli olan ƏDVnin 446.075,23 manat məbləğində az hesablanması müəyyən edilir. Zərərç əkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş vəsatəti üzrə keçirilmiş təkrar komisyon məhkəmə-mühasibatlıq eskpertizasının xx xxxxx 2019-cu il tarixli 8262 nömrəli rəyində göstərilmişdir ki, “xxxx” MMC üzrə xx.xx.2013-cü ildən xx.xx.2016-cı ilədək olan dövrdə aparılmış əməliyyatlara görə 2013-cü ilin oktyabr ayı üzrə YGB üzrə əvəzləşdirilmiş 3.483,86 manat ƏDV və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxxxx 2015-ci il tarixli qərarı nəzərə alınmaqla dövlət büdcəsinə ödənilməli olan ƏDV-nin 446.075,23 manat məbləğində az hesablanması müəyyən edilir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, ittihamın əsasını vergidən yayınma, vergidən yayınmanın əsasını isə mühasibatlıq sənədləri təşkil etdiyindən, iş üzrə ekspert rəyləri mötəbər sübutlar kimi qəbul edilməlidir. İbtidai istintaq zamanı keçirilmiş xx xxx 2017-ci il tarixli 111141 nömrəli məhkəmə-mühasibatlıq ekspertizası rəyi səyyar vergi yoxlamasına dair mütəxəssislər tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli akta əsasən verilmişdir və ekspert rəydə göstərir ki, səyyar vergi yoxlaması aktında göstərilənlər istintaq orqanı tərəfindən əsaslı hesab olunduğu təqdirdə, xx.xx.2013-cü ildən xx.xx.2016-cı ilədək olan dövr üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 41.300,56 manat məbləğində mənfəət vergisinin, 446.076,13 manat məbləğində ƏDV-nin, 40.801,75 manat məbləğində yol ve rgisinin, 458.605,70 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunur. Göründüyü kimi, ekspert öz rəyini səyyar vergi yoxlaması aktında göstərilənlərin istintaq orqanı tərəfindən əsaslı hesab olunacağı ehtimalı ilə əsaslandırmışdır. Bu o deməkdir ki, həmin rəy məhkəmə tərəfindən də mötəbər sübut kimi qəbul ediləcəyi təqdirdə H.Tarquliyevin batəsində ittiham hökmünün çıxarılması üçün əsas ola bilərdi. Birinci instansiya məhkəməsi baxışı zamanı isə əvvəlcə müdafiə tərəfinin vəsatəti ilə, daha sonra isə zərərçəkmiş şəxsin nümayəndəsinin özü tərəfindən verilmiş vəsatəti əsasında təkrar komisyon məhkəmə-mühasibatlıq eskpertizası təyin edilərək rəylər alınmışdır. İşin apellyasiya instansiyası məhkəməsində baxışı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən ve rilmiş vəsatət əsasında təkrar komisyon məhkəməmühasibatlıq eskpertizası təyin edilərək rəy alınmışdır. Həm birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertizalara dair xx xxxx 2018 və xx xxxxxx 2018-ci il tarixli ekspert rəylər, həm apellyasiya instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertizaya dair xx xxxxx 2019-cu il tarixli rəy ekspert qarşısında qoyulmuş suallara, təqdim olunmuş iş materiallarına və sənədlərə, aparılmış məhkəmə mühasibatlıq ekspertizalarının gəldiyi nəticələrə əsaslandığına görə məhkəmə kollegiyası həmin ekspert rəylərini mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası aşağı instansiya məhkəmlərinin “xxxx” MMC tərəfindən xx.xx.2013-cü ildən xx.xx.2016-cı ilədək olan dövr üzrə dövlət büdcəsinə ödənilməli olan verginin məbləğini n 446.075,23 manat müəyyən edilməsi, X3 vergi ödəciyisi kimi hüquqi ünvanı Yevlax şəhəri, Nizami küçəsi, ev 2, dalan 2 olan Zərərçəkmiş şəxs deparmetində qeydiyyatda olan “xxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən xx.xx.2013-cü ildən xx.xx.2016-cı ilədək olan dövr ərzində “xxxx” MMC tərəfindən aparılmış əməliyyatlara görə 446.075.23 manat məbləğində ƏDV-nin ödənilməsindən yayınması, lakin cinayət işinin materiallarında olan sənədlər və məhkəməyə təqdim edilmiş xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, 22.006.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli qəbzlərə əsasən, ümumilikdə “xxxx” MMC-nin dövlət büdcəsinə vergilər üzrə yaranan ödənilməmiş 44 6.075,23 manat borcunun X tərəfindən dövlət büdcəsinə ödənilməsini nəzərə alaraq onun CM-in 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyanın tamamilə ödənilməsinə görə xitam verilməsi və Xin cinayət məsuliyyətindən azad edilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyan tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırıb qanunvericiliyin tələblərini rəhbər tutmaqla haqlı olaraq ibt idai istintaq dövründə keçirilərək əldə edilmiş ekspert rəylərini deyil, məhkəmə istintaqı zamanı keçirilərək əldə edilmiş ekspert rəylərini əsas götürmüş və qeyd edilən ekspert rəyləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2.1-ci maddəsini rəhbər tutmaqla X5 tərəfindən dəymiş ziyanın tam şəkildə könüllü olaraq ödənilməsini əsas götürərək onun barəsində cinayət təqibinə xitam vermişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı təyin olunaraq keçirilmiş təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizası məhz mülki iddiaçının nümayəndəsinin vəsatəti əsasında keçirilmiş və məhz onun vəsatətdə göstərdiyi suallar ekspertiza rəyininə dair qərarda əks etdirilməklə ekspertə göndərilmiş və həmin qərar əsasında xx xxxxx 2019-cu il tarixli, 8262 saylı ekspert rəyi alınmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, CPM-nin 409.5-ci maddəsinin tələblərinə müvafiq olaraq mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri hökmdən mülki iddiaya aid hissədə və yalnız birinci instansiya məhkəməsinə verilmiş tələblərə uyğun olaraq şikayət vermək hüququna malikdirlər.Bu isə o deməkdir ki,mülki iddiaçı öz kassasiya şikayətlərində iddia tələblərindən kənara çıxa bilməzlər,o cümlədən cinayət törətmiş şəxsin ittihamının həcmini mübahisələndirə bilməzlər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək im kanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan onun təmin edilməsi və Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cuil tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublik ası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətitəmin edilməsin. X5 barəsində Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cuil tarixli qərarı mülk iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-294/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-294/2020
01.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver