Məhkəmə qərarları › İş №1(102)-294/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-294/2021

17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-294/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ AAzərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: F.A.Qəribov (sədrlik edən), R.Ə.Sadıxov və Ə.N.Hacıyevdən ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli hökmü ilə xx xxxx 1958-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olmuş, Bakı Ağır Cinayətər Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2.-ci maddəsi ilə təqsirli bilinib cəzası şərti hesab edilməklə 05 il 08 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cə zasına məhkum edilməklə 03 il sınaq müddəti tətbiq olunmuş, həmin hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxxxxx 2017-ci il tarixli Qanununa uyğunlaşdırılaraq qeyd edilən hökmlə ona təyin edilmiş cəza 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 114-də qeydiyyatda olan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib 5 (beş) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2.-ci maddəsi ilə təqsirli bilinib 05 il 08 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 03 il şərti olaraq sınaq müddətinin tətbiq olunmasına dair və Bakı Ağır cinayətlər məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə üzərində qəti olaraq saxlanılmış 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə şərti məhkum etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm və qərarla təyin edilmiş 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirməklə ona qəti olaraq 06 (altı) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Onun 08 (səkkiz) ay, 01 (bir) gün müddətində şübhəli şəxs kimi tutulduğu, ev dustaqlığı qətimkan tədbiri qismində saxlanıldığı müddət onun cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs Məhkum tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 vurulmuş zərərlərin tam olaraq ödənilməsi nəzərə alınmış, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş, 21 min manat pul Məhkum alınaraq Zərərçəkmiş şəxs2 verilməsi. Zərərç əkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq barədə hüquqları izah edilməsi hökm edilmişdir. Zərərçəkmiş şəxs1 barəsində məhkəmə iclas protokolundan çıxarış edilməklə aidiyyatı üzrə yoxlanması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: X6 (sədrlik edən), X12 və X3 ibarət tərkibdə) məhkumun müdafiəçisi və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə küll i miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını X4, X7 və X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 onu Azərbaycan Respublikasının rayonlarından birinə hərbi komissar vəzifəsinə işə bərpa etdirəcəklərinə dair yalan vəd verib aldatmaqla xx xxxxx 2010-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu 8ci mikrarayon Ə. Naxçıvani küçəsində yerləşən 11 C saylı binanın həyətində Zərərçəkmiş şəxs1 30.000 manat, xx xxxxx 2010-cu il tarixdə Bakı şəhəri Nərimanov rayonu Atatürk prospektində «Texnikabankın» baş ofisinin qarşısında «Hyundai Sonata» markalı 10-517 dövlət qeydiyyat nişanlı avtomobilin salonunda 40.000 manat və xx xxx xxx 2010-cu il tarixdə isə 110.000 manat məbləğində pulunu Bakı şəhəri Yasamal rayonu ərazisində Xarici İşlər Nazirliyinin qarşısındakı «Çeburaşka» aptekinin qabağında Ə.Əsgərovun idarə etdiyi «Sonata» markalı avtomobilin salonunda alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək S.Vəliyev, M.Mürsəlov və Ə.Əsgərovla aralarında bölüşdürüb Zərərçəkmiş şəxs1 ümumilikdə 180.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edərək tanışı Zərərçəkmiş şəxs2 oğlu X8 əvvəlcə Rusiya Federasiyasının Sank-Peterburq şəhərində yerləşən Smolni Universiteti nə qəbul etdirib sonradan Azərbaycan Dövlət İqtisad Universitetinə köçürmə yolu ilə qəbul etdirəcəyinə dair yalan vəd edib aldatmaqla 2009-cu ilin avqust ayında yaşadığı ünvan 1 ünvanında Zərərçəkmiş şəxs2 12.000 manat, bir müddət sonra 2010-cu ilin oktyabr aynda yaşadığı həmin ünvanda 19.000 manat, 2012-ci ilin mart ayında isə sənədləşmə işinə lazım olduğunu bildirməklə əlavə Bakı şəhəri Nərimanov rayonu Azərbaycan Respublikası Təhsil Nazirliyinin qarşısında 1.000 manat pulunu Zərərçəkmiş şəxs2 oğlu Y Yun vasitəsilə alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 32.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-i n 178.3.2.-ci maddəsi ilə təqsirli bilinib 05 il 08 ay 29 gün müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum edilməklə 03 il şərti olaraq sınaq müddətinin tətbiq olunmasına baxmayaraq, sınaq müddəti dövründə, məhkumluğu götürülmədən və ödənilmədən, yenidən qəsdən təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin işçisi kimi təqdim edərək geniş əlaqələrinin olduğunu bildirib qohumu X10 təhsil aldığı Azərbaycan Kooperasiya Universitetindən Bakı Slavyan Universitetinə dəyişdirəcəyinə dair yalan vəd verib aldatmaqla 2015-ci ilin iyun ayının ortalarında Bakı şəhər Nəsimi rayonu Azadlıq prospekti Cəfər Cabbarlı heykəlinin qarşısında ondan 7. 000 manat pul alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 7.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs5 Pəncalı oğluna özünü Tələbə Qəbulu Komissiyasının əməkdaşı kimi təqdim edərək oğlu B Bni Azərbaycan Respublikası Kooperasiya Universitetinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla xx xxxxxx 2015-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında 12.000 manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 Pəncalı oğluna 12.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgəni n külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 geniş əlaqələrinin olduğunu bildirib oğlu X11 Azərbaycan Respublikası CM-nin 144.2.3., 144.2.5. və 148.1.-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini təmin etdirəcəyinə dair yalan vəd verib aldatmaqla xx xxxxxx 2015-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında Zərərçəkmiş şəxs3 40.000 manat və həmin dövrdə Azərbaycan manatına olan məzənnə ilə 10.486 manat təşkil edən 10.000 ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 50.486 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Məhkum kassasiya şikayətində işin hallarının düzgün araşdırılmadığını, məhkəmələr tərəfindən sübutlara əsaslı qiymət verilmədiyini vurğulamışdır. Məhkum kassasiya şikayətində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 32.000 manat zərər vurması tamamilə yalandır, böhtandır. Qeyd olunan pulu Zərərçəkmiş şəxs2 qaytarsa da, sonuncu başqa insanların təkidi ilə ona qarşı şikayətçi olmuşdur. Mülki iddia əsassızdır. Lakin, Apellyasiya məhkəməsi işi araşdırmadan birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamaqla ədalətsiz qərar qəbul etmişdir. Məhkum kassasiya şikayətində qeyd olunanların nəzərə alınmasını, işin hallarının düzgün araşdırılaraq ədalətli qərar qəbul edilməsini və yalı olması və xəstəliklərdən əziyyət çəkməsini vurğulayaraq b arəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qan ununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikay ətində Zərərçəkmiş şəxs2 alınmış pulun qaytarılmasına dair qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-in 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məc əllənin 93.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən isə mülki cavabdeh qismində tanımaq haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1 ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2 ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törə dilməsi ilə əlaqədar vurulduqda. İş materiallarından görünür ki, Məhkum tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs5 vurulmuş zərərlər tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxs2 vurulmuş 32 min manat zərərdən 11 min manat ödənilmiş, 21 min manat ödənilməmiş, Zərərçəkmiş şəxs3 vurulmuş 50 min 486 manat zərərdən 12 min manat ödənilmiş, 38 min 486 manat ödənilməmişdir. Məhkəmə kollegiyası məhkumun mülki iddiaya dair kassasiya şikayətində qeyd etdiyi müddəaları əsassız hesab edərək qeyd edir ki, kassasiya şikayətində göstərilən hallar müdafiə xarakterlidir. Məhkəmələr tərəfindən cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəb ərliyi şübhə doğurmayan sübutların məcmusu ilə işin faktiki hallarına uyğun qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətində cəzanın ağırlığına dair qeyd olunan müddəaları nəzərdən keçirərək, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, habelə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ərizələrini əsas götürərək hesab edir ki, kassasiya şikayəti cəzaya dair hissədə təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, hər iki zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir, Məhkum ilə barışmışlar və ona qarşı hər hansı bir iddia, şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinay ət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cə za təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Beləliklə, məhkəm ə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-nin ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipindən bəhs edən 9-cu maddəsinin tələblərini nəzərə almaqla, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin olunmuş cəzanın yüngülləşdirilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İ nsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X13rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası. Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən tə min edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti 5 (beş) il 4 (dörd) aydan 5 (beş) ilə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 03 il şərti olaraq sınaq müddətinin tətbiq olunmasına dair və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə üzərində qəti olaraq saxlanılmış 2 (iki) il 5 (be ş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə şərti məhkum etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırki qərar üzrə təyin edilmiş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona qəti olaraq 5 (beş) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Onun 8 (səkkiz) ay, 1 (bir) gün müddətində şübhəli şəxs kimi tutulduğu, ev dustaqlığı qətimkan tədbiri qismində saxlanıldığı müddət onun cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 4 (dörd) il 4 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar