Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-294/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum1, müdafiəçisi Müdafiəçi7, zərərçəkmiş şəxslərin hüquqi varisi Zərərçəkmiş şəxs və nümayəndəsi (vəkil) Nümayəndə iştiraklar ı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 noyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə Nəbiyev Cəlil Cabbar oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 4 fevral 2022-ci il tarixli hökmü ilə 6 iyul 1958-ci ildə Neftçala rayonu, Lapatin kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Yar dımlı rayonu, Eçara kəndində qeydiyyatda olub ünvan 1 ünvanında yaşamış, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 18 may 2020-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməsi hökm edilmiş, həmçinin hökmlə məhkəmə xərcləri və maddi sübutların taleyi həll edilmişdir. Hökmlə Məhkum2 da məhkum olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 3 noyabr 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs şəxs Məhkum1 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.7-ci maddəsi ilə, məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)03/2022 saylı, 4 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 27 fevral 2020-ci il tari xdə saat 12 radələrində Yardımlı-Arus-Astanlı yolunun Eçara kəndindən keçən ərazisində qardaşı X5 ilə aralarında olan mübahisəli torpaq sahəsində çəpərləmə işlərinin aparılmasına görə həmin əraziyə gələn Şəmsəddin Kərimovun davamlı olaraq onu təhqir etməsi və sonuncunun oğlu Xu silahı götürüb mübahisə baş verdiyi yerə çağırması səbəbindən qardaşı Şəmsəddin və onun oğlu Xları öldürməklə onlardan qisas almaq qərarına gəlmişdir. Bu məqsədlə Məhkum1 qardaşı oğlu Elməddinin “Niva” markalı avtomobili ilə hadisə yerinə yaxınlaşdığını gördükdə özünə məxsus “Toyota Prado” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsini açaraq oğlu Məhkum2 adına qeydiyyatda olan 12 kalibrli, 1+5 növlü, Raikal markalı ********** nömrəli, təklüləli yivsiz ov tüfəngini qabından çıxardaraq atəş ə hazır vəziyyətə gətirmiş, lakin bu zaman yanında olan oğlu Kənanın “qoy gəlsin görək, neyniyəcək, silahı qoy oturacağın üstünə” deməsinə görə o, silahı avtomobilin sol arxa oturacağına qoyaraq avtomobilin qapısını bağlamışdır. Hadisə yerinə gələn X atası Xa nalayiq sözlər işlətməməsinə dair ona irad tutmasına baxmayaraq Şəmsəddin Kərimovun onun ünvanına yenidən hədə və təhqirlərini artırmasını gördükdə Məhkum1 “Toyota Prado” markalı maşınının sol arxa qapısını açaraq oturacaqda atəşə hazır vəziyyətdə qoyduğu tüfəngi götürərək Şəmsəddin və Elməddini öldürməyə yönəlmiş niyyətini həyata keçirmək üçün onlara doğru hərəkət edərkən oğlu Məhkum2 silahı ondan alıb onun qəsdən adam öldürmək niyyəti ilə əhatə olunan hərəkətlərini davam etdirərək həmin silahla bir dəfə atəş açsa da, atəş nəticəsind ə yaralanan olmamışdır. Cinayətkar hərəkətlərini davam edən Məhkum2 əmisi oğlu Xa 2 dəfə ardıcıl atəş açaraq döş qəfəsinin ön, gövdənin sol ön-yan tərəfinin qarın üstü, sol yuxarı ətrafın ön-yan tərəfinin dirsək, sol əl, sol aşağı ətrafın sağrı hissəsinin arxa-yan tərəfləri nahiyyələrinin çoxsaylı silah yaralanmasına aid dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərərvurmaya aid, daha sonra “Niva” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığında olan Şəmsəddin Kərimova 3 dəfə atəş açaraq gövdənin döş və qarın hissəsinin ön, sol və sağ tərəfləri, boynun ön-sol tərəfi, sol yuxarı ətrafın bazu və dirsək hissələrinin ön və bayır tərəfləri nahiyyələrinin çoxsaylı kor odlu silah yaralanmaları olan dərəcəsinə görə sağlamlığın qısa müddə tə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərərvurmaya aid xəsarətlər yetirmişdir. Hadisə baş verdiyi zaman Məhkum1 öz növbəsində oğlu Məhkum2 cinayətkar hərəkətlərinin qarşısını almaq imkanı olduğu halda bunu etməməklə yanaşı atəşə məruz qalan Şəmsəddin və Xun reaksiyalarını, sonuncuların Məhkum2 qarşı hər hansı həmlə etmək imkanında olubolmamasını müşahidə etmiş, bu zaman Məhkum2 cinayətkar niyyətini başa çatdırmaq üçün əlində olan ov tüfənginə 2 ədəd patron yerləşdirməklə yaralı vəziyyətdə olan Xa yaxınlaşıb yaxın məsafədən sonuncunun kürək nahiyəsinə 1 dəfə atəş açaraq gövdənin arxasında onurğanın sol tərəfi nahiyyəsinin qarın boşluğuna keçməklə bağırsaqları və müsariqələrini, sol böyrəyi, dalağı, diafraqmanı, sol ağciyəri, ürək hissəsi və ürəyi zədələyən odlu silah yaralanması o lan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa “ağır” zərərvurmaya aid xəsarətlər yetirib Xu atasının gözləri qarşısında xüsusi amansızlıqla öldürmüşdür. Bundan sonra da, cinayətkar hərəkətlərini davam edən Məhkum2 yaralı vəziyyətdə olan əmisi Şəmsəddin Kərimovun ölməsini dəqiqləşdirmək məqsədi ilə ona yaxınlaşaraq qəsdən adam öldürməyə yönələn niyyətini başa çatdırmaq üçün Şəmsəddin Kərimovun qarın nahiyəsindən bir dəfə də atəş açaraq qarının önünün qasıqüstü nahiyyəsinin qarın boşluğuna keçməklə bağırsaqları və müsaqirələrini, qarın aortasını, dalağı, qaraciyəri, diafraqmanı, sol ağciyəri, ürək kisəsi və ürəyi zədələyən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa "ağır” zərərvurmaya aid xəsarətlər yetirməklə onu öldürərək bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla X u və Şəmsəddin Kərimovu qəsdən həyatdan məhrum etmişlər. Elməddin və Şəmsəddin Kərimovların öldüklərindən əmin olan Məhkum1 idarə etdiyi "Toyota Prado” markalı avtomobili ilə oğlu Məhkum2 hadisə yerindən uzaqlaşdırmışdır. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərir ki, məhkəmələr tərəfindən aparılan araşdırmada Azərbaycan Respublikası CPM-nin 125, 144-146-cü maddələrinin tələbləri kobud surətdə pozularaq Məhkum1 barədə ittihamın əsasına qəbul edilmiş sübutlar hərtərəfli, tam və obyektiv yoxlanılmamış, sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi prinsiplərinə əməl edilmədiyinə görə Məhkum1 qanuni qorunan hüquq və azadlıqları kobud surətdə pozularaq qanunsuz və əsassız olaraq məhkum olunmuşdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı Məhkum1, bir daha verdiyi ifadəsində, heç vaxt mərhumları öldürmək niyyətinin olmamasını, bununla bağlı hər hansı hərəkət etmədiyini qeyd etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, daha sonra çarpaz dindirilmələri həyata keçirilmiş şahidlər hadisənin gedişində Məhkum1 mərhumları öldürməyə cəhd etmədiyini, hadisə vaxtı Prado markalı avtomobilin yanından tərpənmədiyini, həmçinin çarpaz dindirmə zamanı X6 bir daha silahın Məhkum2 özü tərəfindən avtomobildən götürüldüyünü təsdiq etmişdir. Şahidlər ibtidai istintaq zamanı tək olduqlarını, heç vaxt digər şahidlərlə üzləşdirilmədiklərini və istintaqda dəfələrlə ifadə verib sənədlərə qol çəkdiklərini qeyd etmişlər. Sonradan zərərçəkmiş şəxsələrin hüququ varisinin şikayətləri, o cümlədən iş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən müxtə lif ünvanlara göndərilmiş teleqram və şikayətlərdə də qeyd olunduğu kimi zərərçəkmiş şəxslərin fermasında çoban kimi işləyən Şahid4 tərəfindən öyrədilərək verilmiş ifadələr nəticəsində ilk öncə CM-in 307.3-cü maddəsi ilə heç bir əsas olmadan Məhkum1 ittiham irəli sürülmüş və o, həbs edilmişdir. Sonradan həbs qətimkan tədbiri ev dustaqığı ilə əvəz olunmuş və həmin qərardan prokurorluq tərəfindən protest verilməmişdir. Məhkəmə istintaqı zamanı verilmiş vəsatətlərdən biri iş üzrə əlavə məhkəmə-ballistik ekspertizası təyin edilməsi, ekspert qarşısında hadisə yerində tapılmış güllə gilizlərinin hansı ardıcıllıqla atılmasını müəyyənləşdirmək mümkünlüyü, əgər mümkündürsə onların ardıcıllığının necə olması barədə suallar qoyulması xahiş edilmişdir. Həmin vəsatətlər təmin olunmamışdır. Həmçinin m əhkəmə istintaqı zamanı şahidlər müxtəlif ifadə vermiş, onların hadisəni birbaş görməsinin qeyri-mümkünlüyü ilə bağlı kifayət qədər dəlillər mövcud olmuşdur. İbtidai istintaq zamanı şahidlərin hadisə baş verən zaman dayandıqları yer dəqiq göstərilməmişdir. Buna görə hadisənin baş verdiyi Yardımlı Rayon Eçara kəndi ərazisinin Məhkum1, Zərərçəkmiş şəxs, Şahid4, Şahid2, Şahid1 və X3 iştirakı ilə baxışının keçirilməsi, məhkəmə iclası zamanı verilmiş ifadələrin hadisə yerində yoxlanılması və ifadələrdə qeyd olunanların mümkünlüyü ilə əlaqədar istintaq eksperimentləri keçirilməsi xahiş olunmuşdur. Lakin bu vəsatət də təmin olunmamışdır. Əzizova Əsmayənin əlavə şahid qismində dindiriməsi, iş üzrə məhkəmə-trasoloji ekspertizası təyin edilməsi və ekspert qarşısında cinayətin törədilməsində istifadə olunan odlu silahın üzərində Məhkum1 aid olan əl-barmaq izlərinin olub- olmaması barədə sual qoyulması barədə verilmiş vəsatətlər də təmin olunmamışdır. Maddi və prosessual qanun normaları pozularaq cinayət işi üzrə düzgün hüquqi nəticəyə gəlinməmiş, müdafiəçisi olduğu şəxs Məhkum1 CM-in 1202.1,120.2.4 və 1202.7ci maddələri ilə bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla iki şəxsi qəsdən öldürməkdə icraçılıqda bağlı İttiham verilmişdir. Qəsdən adam öldürmə cinayətində müdafiəçisi olduğu şəxsin iştirak etməsinə yalnız şübhələr mövcuddur. Müdafiəçisi olduğu Məhkum1 qrup şəkilində cinayət törətməsini əks etdirən hər hansı bir sübut (məlumat) mövcud deyil, ümumiyyətlə onun cinayət törətməsi barədə hər hansı bir fikir yalnız mülahizə (ehtimal) xarakteri daşımışdır. Qanunun tələbinə görə isə i ttiham hökmü mülahizələrə (ehtimallara) əsaslana bilməz. Məhkum2 Fərhad oğlu zəruri müdafiə vəziyyətində hərəkət etmişdir, cinayət işi materialları ilə sübut olunur ki hadisəyə mərhum Xun özünə məxsus Niva markalı avtomobildən çıxartığı silahla Məhkum1 vurmaq istəməsi səbəb olmuşdur. Hadisə yerinə baxış potokolu və həmçinin ballistik ekspertianın rəyi ilə müəyyən olunur ki mərhum Xun yaxınlığında silah aşkar edilmiş, həmin silah atəşə yararlı olmaqla orada iki ədəd istifadəyə yararlı güllə mövcud olmuşdur. Məhkum1 cinayət törətməkdə iştirakçılığı sübuta yetirilmir və mərhumların öiümündə birbaşa və ya dolayı yolla iştirakı sübut olunmur. Müdafiəçi kassasiya şikayətində Məhkum1 barəsində Şirvan Apellyasiya Məhkəməsinin 3 noyabr 2022-ci ii tarixli qərarını ləğv edib cinayət hadisəsi olmadığı ndan onun barəsində cinayət işinə bəraətverici əsaslara xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkum və müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə zərərçəkmiş şəxslərin hüquqi varisinin və onun nümayəndəsinin (vəkili) və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasi ya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliy i, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edi lib qiymətləndirilmədiyi, Məhkum1 əsassız məhkum edilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə tələbi məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası müdafiəçinin verdiyi kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olun malıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində Məhkum1 əməlinin düzgün qiymətləndirilməməsi barədə dəlillərini nəzərə alaraq kassasiya məhkəmə kollegiyası ilk əvvəl onun törətdiyi əməlin hüquqi tövsifinə qiymət verməyi məqsədəmüvafiq hesab edir və qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum1 Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işi üzrə hadisənin bilavasitə şahidləri olmuş- Şahid1, Şahid2 və Şahid3 istər ibtidai istintaqda, istərsə də məhkəmə istintaqında vermiş olduqları ifadələrində göstərmişlər ki, Nurəddin qardaşı oğlu Elməddininin idarə etdiyi “Niva” markalı maşınla onlara yaxınlaşdığını gördükdə o, “Prado” markalı maşınının yü k yerindən cinayət hadisəsi törədilmiş silahı qabından çıxararaq atəşə hazır vəziyyətə gətirmiş, bu zaman yanında dayanan oğlu Kənan “qoy gəlsin görək neyniyəcək, silahı qoy oturacağın üstünə” demiş, Nurəddin əlindəki silahı “Prado” markalı maşının arxa sol oturacağına qoyub qapını bağlamış və onlara oradan uzaqlaşmalarını demiş və onla həmin yerdən bir qədər uzaqlaşsalar da, Elməddinin hadisə yerinə çatdığını, Səxavətlə birlikdə maşından düşdüklərini və həmin vaxt Elməddinin əlində hər hansı bir silahın olmadığını görmüşlər. Elməddin dikdə dayanan atası Şəmsəddinə yaxınlaşıb söyüş söyməməyi demiş, lakin mübahisələri davam etmişdir. Onlar həmin yerdən təxminən 100 metr uzaqlaşıb dayanmışlar. Birinci atəşi Kənan açdıqdan sonra Elməddin öz maşınına doğru qaçmağa başlamış, Kənan ikinci atəşi açaraq Elməddini vurmuş, sonra Şəmsəddinə doğru bir neçə atəşlər açmışdır. Patronları qurtardıqdan sonra Kənan silaha yenidən patronlar yerləşdirmiş və yaxın məsafədən Xa bir atəş, Şəmsəddin Kərimova yaxın məsafədən bir atəş açmışdır. Daha sonra Məhkum2 atası Nurəddinin idarə etdiyi “Prado” markalı maşının ön oturcağına əyləşib hadisə yerindən birlikdə uzaqlaşmışlar. Nurəddinin ilk olaraq “Prado” markalı maşının yük yerindən silahın çıxarılaraq sol arxa oturacağa qoyulmasını görsələr də, Kənanın Nurəddinin əlindən silahı götürməsini görməmişlər. Bundan başqa, Şahid4 ifadələrində göstərmişdir ki, Şəmsəddinin yanında dayandığı dikdən aşağıda asfalt yolunun kənarında “Prado” markalı maşının arxa yük yerinə söykənmiş vəziyyətdə Məhkum2, ondan 1-2 metr aralıda otluq yerdə Nurəddinin dayandığı y er açıq şəkildə görünmüşdür. Buna görə də aydın şəkildə Nurəddinin silahı maşından çıxarıb onlara doğru hərəkət etməsini, bu zaman Kənanın silahı Nurəddinin əlindən aldığını və birinci olaraq onlara tərəf atəş açdığını görmüşdür. Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri hadisə yerində yoxlanılarkən ifadələrində göstərilənlərini təsdiq edərək ardıcıllıqla əyani olaraq hadisə yerində təsvir etmişlər. Qeyd edilənlərə əsasən apellysiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Məhkum1 Elməddinin hadisə yerinə yaxınlaşdığını gördükdə ilk olaraq silahı “Prado” markalı maşının arxa sol oturacağından götürüb qabından çıxararaq atəşə hazır vəziyyətə gətirməkdə məqsədi zərərçəkmiş şəxsləri öldürmək olmuş, lakin Məhkum2 “qoy gəlsin görək neyniyəcək, silahı qoy oturacağın üstünə” deməsindən sonra o, silahı maşının arxa oturacağına qoymuşdur. Elməddinin hadisə yerinə gəlməsindən sonra Şəmsəddin Kərimovun onlara qarşı hədə və təhqirlərinin şiddətlənməsi, artmasını görən Məhkum1 bunlara dözməyib “Prado” markalı maşının arxa sol oturacağında olan atəşə hazır vəziyyətdə qoyduğu silahı götürərkən qardaşı Şəmsəddin və Elməddini öldürməyə yönəlmiş niyyətini həyata keçirmək üçün onlara doğru hərəkət etdikdə oğlu Məhkum2 onun əlindən silahı alıb açdığı çoxsaylı atəşlər nəticəsində Şəmsəddin və Xları qəsdən öldürməklə atası Məhkum1 da cinayətkar niyyətini reallaşdırmışdır. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi istintaq orqanı və məhkəmə tərəfindən Məhkum1 əməlinin CM-in 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələri ilə tövsif edilmə si və ona CM-in həmin maddəsi ilə ittiham verilməsi ilə razılaşmış, Məhkum1 təqsiri müəyyənləşdirilərkən sübutları CM-in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirən birinci instansiya məhkəməsinin, iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olan təqsirləndirilən şəxsin əməlinə dair qənaətini əsaslı hesab etmişdir. Apellyasiya məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələriində təsbit olunmuş cinayətin ictimai təhlükəli nəticəsi olaraq bir qrup və ya qabaqcadan əlbir olan bir qrup şəxsin xüsusi amansızlıqla iki və ya daha çox adamı həyatdan məhrum etməsi çıxış edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 1-ci bəndində izah olunur ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar,yəni təqsirin xarakteri,dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri,cinayətin məqsədi,motivi,törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Göstərilən qərarın 5-ci bəndində qeyd olunur ki, qəsdən adam öldürmə cinayəti CMnin 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-nin 34-cü maddəsində şərh edilmişdir. Adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəx slərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işi üzrə cinayət əməlinin baş verdiyi ünvan, hadisənin, habelə təqsirkar şəxslərin hərəkətlərinin törədilmə şəraiti və mexanizmi, niyyəti, motiv və məqsədi kimi hallar məhkəmələr tərəfindən düzgün nəzərə alınmışdır. Belə ki, cinayət işi üzrə aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallara əsasən hadisə baş verdiyi zaman ikinci və üçüncü atəşləri Xa doğru, silahda olan digər üç patronu isə Şəmsəddin Kərimova doğru atdıqdan sonra patronların qurtardığını görən Məhkum2 silaha yenidən patronları yerləşdirmiş və yerdə köməksiz vəziyyətdə olan Elməddinin və Şəmsəddini n ölməsini daha da dəqiqləşdirmək və əmin olmaq üçün yaxın məsafədən onların hər birinə bir atəş açmış, Məhkum1 isə oğlu Kənanın bu cinayətkar hərəkətlərinin qarşısını almağa etiraz xarakterli hər hansı bir hərəkət etməmiş, əksinə öz maşınının arxa tərəfində otluq sahədə dayanıb oğlu Kənanın bu qanunsuz hərəkətlərini, yəni zərərçəkmiş şəxsləri həyatdan məhrum edilməsi prosesini sakitcə müşayət etmiş, Elməddinin və Şəmsəddinin ölmələrini tam əmin olduqdan sonra oğlu Kənanı maşınına otuzdurub hadisə yerindən naməlum istiqamətə uzaqlaşmışlar. Qeyd olunanlar isə Məhkum1 oğlu Məhkum2 ilə bir qrup şəxs halında zərərçəkmiş şəxslərin qəsdən həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak etməsi, zərərçəkmiş şəxslərin həyatdan məhrum edilməsinə kömək etdiyini dərk etməsi və bunu arzu edərə k, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol verməsi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Kassasiya şikayətində Məhkum1 baş vermiş cinayət hadisəsində, yəni mərhum zərərçəkmiş şəxslərin ölümündə birbaşa və ya dolayı yolla hər hansı formada iştirakının olmaması göstərilsə də, müdafiə tərəfinin bu dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslərin hüquqi varisi və şahidlərin ifadələri, ekspert rəyi ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxslərin ifadəl ərinin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini, ümumiyyətlə onların verdikləri ifadələrin yalan olmaqla məhz real faktrarın örtbastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmışdır. Məhkəmə kollegiyası Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarının müddəalarına istinad edərək hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri baş vermiş cinayət hadisəsinin təhlilini aparmaqla, işin həqiqi hallarına düzgün hüquqi qiymətin verilməsi baxımından hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbin i, baş vermə şəraiti və mexanizminin və digər əhəmiyyətli halları nəzərə alaraq Məhkum1 CM-in 120.2.1,120.2.4 və 120.2.7-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə əsaslı nəticəyə gəlmişlər. Belə olan halda, kassasiya məhkəmə kollegiyası məhkəmələrin Məhkum1 bir qrup şəxs halında xüsusi amansızlıqla X və Şəmsəddin Kərimovu qəsdən həyatdan məhrum etmə cinayətinin icraçısı hesab edilməsi barədə qənaətini əsaslı hesab edərək qeyd edir ki, Zərərçəkmiş şəxs Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələri ilə təqsirli olması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutlar ın məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum1 istinad edilən cinayət əməlini törətməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-nin 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə işin fakti ki hallarına uygun nəticəyə gəlinmiş, onun əməli düzgün tövsif edilmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məh kəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məs ələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum1 barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkuma bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud de yil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 noyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, göstərilən qərarın ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan hallar müəyyən edilmədiyindən və kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum1 müdafiəçisi Müdafiə çi7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-294/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-294/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver