Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-294/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Novruzov X2 və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx.xx.1970-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ünvan 1 ünva nda yerləşən "xxxx" MMC-də kardioloq həkim işləyən, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri, N.Nərimanov, 9 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2024-cü il tarixli qərarından zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 1(101)-1020/2024 nömrəli hökmü ilə (hakimlər: S.S.Hüseynov (sədrlik edən), C.İ.Hüseynov və E.H.İsmayılov) Məhkum Azərbaycan Respubli kası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 13 iyul 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəfindən birgə apellyasiya şikayəti, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya şikayətinə əlavə və məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2024-cü il tarixli 1(103)-1694/2024 nömrəli qərarı ilə (hakimlər: N.Z.Hüseynov (sədrlik edən), Ə.Q.Ələkbərov və İ.A.İbrahimli) apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 1(101)-1020/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 ona qarşı yaranmış etibarından sui-istifadə edib sonuncuya otel və tikinti biznesinə sərmayə qoyaraq əldə olunacaq qazancdan mənfəət verəcəyini yalandan vəd verərək, habelə həmin biznes fəaliyyətləri ilə bağlı müvafiq sənədləşmə işlərini həyata keçirmək üçün müəyyən məbləğlərdə pul lazım olduğunu bildirib inandıraraq, ilkin olaraq Zərərçəkmiş şəxs1 tərəfindən sonuncunun bacısı Zərərçəkmiş şəxs2 adına ünvan 4 ünvanında yerləşən “Turan Bank”da əmanət hesabına qoyulmu ş 50500 (əlli min beş yüz) manat Zərərçəkmiş şəxs2, 7000 (yeddi min) manat isə qardaşı Zərərçəkmiş şəxs3 məxsus olan cəmi 57500 (əlli yedi min beş yüz) manat pulu bankdan götürülməsinə nail olub, həmin puldan 15000(on beş) manatı xx.xx.2022-ci il tarixdə saat 12 radələrində özünün yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 158 saylı mənzilində, 20000 (iyirmi min) manatı xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 13 saylı evin, 74 saylı mənzilində, 22500 (iyirmi iki min beş yüz) manatı xx.xx.2022-ci il tarixdə saat 20 radələrində özünün yaşadığı həmin ünvanda sonuncudan almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 adına “Turan Bank”dan 98500 (doxsan səkkiz min beş yüz) manat pulun kredit ol araq rəsmiləşdirilməsinə nail olub, həmin puldan 50000 manatı xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 13 saylı evin, 74 saylı mənzilində, qalan 48500 manatı isə xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı həmin ünvanda sonuncudan almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 adına “Turan Bank”da olan əmanət hesabında qalmış 21000 (iyirmi bir min) manatı qardaşı Zərərçəkmiş şəxs3, 3832,22 (üç min səkkiz yüz otuz iki manat iyirmi iki qəpik) manatı isə Zərərçəkmiş şəxs1 məxsus olan ümumilikdə 24832,22 (iyirmi dörd min səkkiz yüz otuz iki manat iyirmi iki qəpik) manatın sonuncu tərəfindən götürülməsinə nail olub, həmin puldan 24830 (iyirmi dörd min səkkiz yüz otuz) manatı xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən “Turan Bank”ın daxilində Zərərçəkmiş şəxs1 almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 adına “Turan Bank”da olan əmanət hesabına qoyulmuş 150000 (yüz əlli min) manat pulun əmanət faizlərindən sonuncunun əldə etdiyi 30000 (otuz min) manatı xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 13 saylı evin, 74 saylı mənzilində sonuncudan almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 özünə məxsus olan həmin tarixə məzənnəsi 28900 (iyirmi səkkiz min doqquz yüz) manat təşkil edən 17000 ABŞ dollarını 2022-ci ilin may ayının əvvəllində sonuncunun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 13 saylı evin, 74 saylı mənzilində Zərərçəkmiş şəxs1 almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından bir qisminin sonuncunun adına 1 iyun 2022-ci il tarixdə "xxxx" ASC-nin Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 3 ünvanında yerləşən “Mərkəz fıliarında girov qoyulmaqla 10000 (on min) manat pulun kredit olaraq rəsmiləşdirilməsinə nail olub, həmin məbləği həmin tarixdə bankın daxilində Zərərçəkmiş şəxs1 almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından digər qisminin öz qızı Şahid3 adına 8 iyun 2022-ci il tarixdə "xxxx" ASC-nin Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 3 ünvanda yerləşən “Mərkəz” filialında girov qoyulmaqla 10000(on min) manat pulun kredit olaraq rəsmiləşdirilməsinə nail olub, həmin məbləği bankın daxilində həmin tarixd ə Zərərçəkmiş şəxs1 almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından digər qisminin sonuncunun adına 23 iyun 2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən lombarda girov qoyulmaqla 7000 (yeddi min) manat pulun kredit kimi rəsmiləşdirilməsinə nail olub, həmin məbləği həmin tarixdə lombardın daxilində Zərərçəkmiş şəxs1 almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından digər qisminin sonuncunun adına 24 iyun 2022-ci il tarixdə ünvan 9 ünvanında yerləşən lombarda girov qoyulmaqla 2100 (iki min yüz) manat pulun kredit kimi rəsmiləşdirilməsinə nail olub, həmin məbləği həmin tarixdə lombardın daxilində Zərərçəkmiş şəxs1 almış, daha sonra eyni üsulla Zərərçəkmiş şə xs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından digər qisminin sonuncunun adına 6 iyul 2022-ci il tarixdə ünvan 9 ünvanında yerləşən lombarda girov qoyulmaqla 20500 (iyirmi min beş yüz) manat pulun kredit kimi rəsmiləşdirilməsinə nail olub, həmin məbləğdən 20000 (iyirmi min) manatının "xxxx" ASC-nin Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 3 ünvanında yerləşən “Mərkəz filial”ından 1 iyun 2022-ci il və 8 iyun 2022-ci il tarixlərdə götürülmüş cəmi 20000 (iyirmi min manat) təşkil edən kreditlərin borcu qismində ödənilməsini təmin etdikdən sonra qalan 500 (beş yüz) manatı həmin tarixdə lombardın daxilində Zərərçəkmiş şəxs1 almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 adına 15 iyul 2022-ci il tarixdə "xxxx" ASC-nin Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prosp ekti 3 ünvanında yerləşən “Mərkəz filial”ından 12500 (on iki min beş yüz) manat pulun kredit olaraq rəsmiləşdirilməsinə nail olub, həmin məbləği həmin tarixdə bankın daxilində Zərərçəkmiş şəxs1 almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından digər qisminin sonuncunun adına 18 iyul 2022-ci il tarixdə "xxxx" QSCnin Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 4 ünvanında yerləşən “Səbail” filialına girov qoyulmaqla 1507 (bir min beş yüz yeddi) manat pulun kredit olaraq rəsmiləşdirilməsinə nail olub, həmin məbləğdən 1500 (bir min beş yüz) manatını həmin tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 13 saylı evin, 74 saylı mənzilində sonuncudan almış, daha sonra o,eyni üsulla Zər ərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından digər qisminin sonuncunun adma 20 iyul 2022-ci il tarixdə "xxxx" QSC-nin Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 4 ünvanında yerləşən “Səbail” fililalına girov qoyulmaqla 705 (yeddi yüz beş) manat pulun kredit olaraq rəsmiləşdirilməsinə nail olub, həmin məbləğdən 700 (yeddi yüz) manatını həmin tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 13 saylı evin, 74 saylı mənzilində sonuncudan almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından digər qisminin sonuncunun adına 10 noyabr 2022-ci il tarixdə ünvan 9 ünvanında yerləşən lombarda girov qoyulmaqla 19780(on doqquz min yeddi səksən) manat pulun kre dit kimi rəsmiləşdirilməsinə nail olub, həmin məbləği lombardın daxilində həmin tarixdə Zərərçəkmiş şəxs1 almış, daha sonra o,eyni üsulla Zərərçəkmiş şəxs1 adına 11 noyabr 2022-ci il tarixdə ünvan 13 ünvanında yerləşən “Baku Electronics”in “İnşaatçılar” filialından dəyəri 1003,98(bir min üç manat, doxsan səkkiz qəpik) olan printerin kreditlə götürülməsinə nail olub, həmin tarixdə həmin printeri mağazanın daxilində Zərərçəkmiş şəxs1 almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından digər qisminin sonuncunun adına 22 noyabr 2022-ci il tarixdə ünvan 9 ünvanında yerləşən lombarda girov qoyulmaqla 1080 (bir min səksən) manat pulun kredit kimi rəsmiləşdirilməsinə nail olub, həmin məbləği həmin tarixdə lombardın daxilində Zərərçək miş şəxs1 almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından digər qisminin sonuncunun adına 23 noyabr 2022-ci il tarixdə ünvan 9 ünvanında yerləşən lombarda girov qoyulmaqla 2678( iki min altı yüz yetmiş səkkiz) manat pulun kredit kimi rəsmiləşdirilməsinə nail olub, həmin məbləği həmin tarixdə lombardın daxilində Zərərçəkmiş şəxs1 almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından digər qisminin sonuncunun adına 29 noyabr 2022-ci il tarixdə ünvan 9 ünvanında yerləşən lombarda girov qoyulmaqla 740 (yeddi yüz qırx) manat pulun kredit kimi rəsmiləşdirilməsinə nail olub, həmin məbləği həmin tarixdə lombardın daxilində Zərərçəkmiş şəxs1 almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızılzinət əşyalarından digər qisminin sonuncunun adına 30 noyabr 2022-ci il tarixdə ünvan 9 ünvanında yerləşən lombarda girov qoyulmaqla 1500 (bir min beş yüz) manat pulun kredit kimi rəsmiləşdirilməsinə nail olub, həmin məbləği həmin tarixdə lombardın daxilində Zərərçəkmiş şəxs1 almaqla, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 adına 1 dekabr 2022-ci il tarixdə ünvan 14 ünvanında yerləşən “Kontakt HOME”nin “İnşaatçılar metrosu” mağazasından dəyəri 2646(iki min altı yüz qırx altı) olan “Acer” markalı dizüstü kompüterin(notebook) kreditlə götürülməsinə nail olub, həmin dizüstü kompüteri həmin tarixdə mağazanın daxilində Zərərçəkmiş şəxs1 almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən mira s qalan qızıl-zinət əşyalarından digər qisminin sonuncunun adına 2 dekabr 2022-ci il tarixdə ünvan 9 ünvanında yerləşən lombarda girov qoyulmaqla 620 (altı yüz iyirmi) manat pulun kredit kimi rəsmiləşdirilməsinə nail olub, həmin məbləği həmin tarixdə lombardın daxilində Zərərçəkmiş şəxs1 almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızılzinət əşyalarından digər qisminin sonuncunun adına 7 dekabr 2022-ci il tarixdə ünvan 9 ünvanında yerləşən lombarda girov qoyulmaqla 19660(on doqquz min altı yüz altmış) manat pulun kredit kimi rəsmiləşdirilməsinə nail olub, həmin məbləğdən həmin tarixdə 19000(on doqquz min)manatını lombardın daxilində Zərərçəkmiş şəxs1 almış və sonuncu dəfə o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qal an qızıl-zinət əşyalarından digər qisminin sonuncunun adına 22 dekabr 2022-ci il tarixdə ünvan 9 ünvanında yerləşən lombarda girov qoyulmaqla 600(altı yüz) manat pulun kredit kimi rəsmiləşdirilməsinə nail olub, həmin məbləği həmin tarixdə lombardın daxilində Zərərçəkmiş şəxs1 almaqla ələ keçirib, verdiyi vədlərə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə aldatmaqla 255177,98 (iki yüz əlli beş min yüz yetmiş yeddi manat, iyirmi iki qəpik) manat məbləği Zərərçəkmiş şəxs1 məxsus, 50500(əlli min beş yüz) manat məbləği Zərərçəkmiş şəxs2 məxsus, 28000 (iyirmi səkkiz min) manat məbləği isə Zərərçəkmiş şəxs3 məxsus olmaqla ümumilikdə 333677,98 (üç yüz otuz üç altı yüz yetmiş yeddi manat, doxsan səkkiz qəpik) manat məbləğdə pulu aldatma yolu ilə ələ keçirib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 255177,98 (iki yüz əlli beş min yüz yetmiş yeddi manat, iyirmi iki qəpik) manat məbləğdə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 50500 (əlli min beş yüz) manat məbləğdə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 isə 28000 (iyirmi səkkiz min) manat məbləğdə olmaqla külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərər çəkmiş şəxslər tərəfindən birgə verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2024 tarixli 1(103)-1694/2024 nömrəli qərarının dəyişdirilməsi və məhkuma daha ağır cəza təyin edilməsi xahiş olunmuşdur. Zərər çəkmiş şəxslər kassasiya şikayətində göstərmişlər ki, məhkuma təyin edilən cəza onun törətdiyi əməl ilə uyğunluq təşkil etmir. Məhkum, onların bütün pullarını əllərindən almış və hal-hazırda onl ara dəyən zərər ödənilməmişdir. Məhkuma 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, həmçinin məhkuma birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının təklif etdiyi hədlərdə cəza təyin edilməsi məqsədilə kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi nə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edil ib-edilməməsi yoxlanılır. Verilmiş şikayətdə məhkuma verilən cəzanın azlığı mübahisə edilir, məhkuma daha ağır cəza verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 178.3-ci maddəsinə görə bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə: - beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Kassasiya məhkəmə kollegiyası Məhkum təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəza ilə bağlı aşağıdakıları qeyd edir: Cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayə t-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cina yət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər in törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasın dan və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə t əqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıd ır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alına raq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, c inayət törətmiş şəxslər barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Şikayətin məzmunundan göründüyü kimi, zərərçəkmiş şəxslərin həmin şikayətdə bu məsələlərlə bağlı irəli sürdüyü dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla əsassız dəlillərdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndir ildiyi maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın ağırlaşdırılmasını şərtləndirən hallar mövcud deyil. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhk əm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkum edilmiş şəxsə təyin edilmiş cəza da kifayət qədər ciddi və onun törətmiş olduğu cinayət əməlinə uyğundur. Təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Belə ki, Məhkum na təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olduğundan zərər çəkmiş şəxslərin kassasiya şikayətində irəli sürdüyü dəlillər əsaslı hesab edilə bilməz. Kassasiya məhkəmə kollegiyası məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın ağırlaşdırılmasının islah təsiri baxımından mütənasib saymamaqla qeyd edir ki: «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirlənd irilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3- cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən birinci və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını kifayət qədər nəzərə almışlar. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin ağırlaşdırılmasının məqsə dəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillə r isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-294/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-294/2025
31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver