Məhkəmə qərarları › İş №1(102)-2942/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2942/2025

02.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2942/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X2 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ######## 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ######## 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatətin təmin edilməməsinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)- ***/**** nömrəli, ## ####### 2025-ci il tarixli ilkin baxış qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2024-cü il tarixli 1(099)-604/2024 tarixli hökmü ilə (hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə) ## ###### 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi qaydada əmək fəaliyyəti (ev alqı-satqısı üzrə makler) ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi, ev 11-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Məhkum Məhkum hökmdən qanunvericiliklə müəyyən olunmuş müddət ərzində apellyasiya şikayəti vermədiyinə görə, ## #### 2025-ci il tarixdə apellyasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatət ilə müraciət etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatət əsassız olduğundan təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, ## ####### 2025-ci il tarixli ilkin baxış qərarı ilə (hakimlər X7 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə) məhkum Məhkum oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya protesti yaxud kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, məhkumun hüquqi savadı yoxdur və çıxarılmış hökmün ağırlığından psixoloji təsir altına düşmüşdür və bu səbəbdən də o, apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Eyni zamanda, o, ağciyər çatışmazlığından əziyyət çəkir. Hesab edirəm ki, apellyasiya məhkəməsi tərəfindən qanunsuz və ədalətsiz qərar qəbul edilmiş, apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət təmin edilməməklə məhkumun prosessual hüquqları pozulmuşdur. Bununla yanaşı məhkum himayəsində iki azyaşlı övladının olmasını, 1-ci qrup əlil qardaşının olmasını və 76 yaşlı anasının himayəsində olmasını göstərmişdir. Qeyd olunanların nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməsini, apellyasiya məhkəməsinin qeyd edilən qərarının ləğv edilərək apellyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən buraxılmasına dair vəsatətin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir və həmçinin kassasiya şikayətində də apellyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasına əsas ola biləcək bir dəlil yoxdur. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Belə ki, iş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-***/**** saylı hökmünü məhkum Məhkum ## ####### 2024cü ildə müvafiq qəbzlə əldə etmişdir. Apellyasiya şikayəti isə ## #### 2025-ci il tarixdə təqdim edilmişdir. Göründüyü kimi, apellyasiya şikayəti verilmə müddətindən üzrsüz səbəbdən 09 (doqquz) aydan çox müddət keçmiş və məhkumun bu müddət ərzində apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Apellyasiya şikayəti verilməsi müddəti bitəndən 09 (doqquz) aydan çox zaman keçdikdən sonra, yəni ## #### 2025-ci il tarixdə məhkum Məhkum tərəfindən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-***/**** saylı hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatət vermişdir. Apellyasiya məhkəməsi müddətin bərpasına dair məsələyə baxarkən qeyd etmişdir ki, məhkum apelyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, hökmün elan olunduğu andan 20 gün müddətində məhkum Məhkum oğlunun apellyasiya şikayəti verə bilməməsini və bunun üzrlü səbəbdən baş verməsini təsdiq edən hər hansı bir sübutu vəsatətə əlavə etməmiş, nə də ki, məhkəmələrə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də kassasiya şikayəti təmin edilməməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ######## 2024-cü il tarixli hökmündən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2025ci il tarixli qərarı ilə, apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatətin təmin edilməməsinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar