Məhkəmə qərarları › İş №1(102)-2943/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2943/2025

03.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2943/2025 03.02.2026 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2025-ci il tarixli, 1(106)-240/2025 nömrəli qərarından məhkumun müdafiəçisi İsmayılov Səlimxan İsa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2024-cü il tarixli, 1(099)-303/2024 nömrəli hökmü ilə (hakimlər: M.V.Məmmədov (sədrlik edən), C.C.Nəbiyev və C.Ş.Səfərlidən ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay mü ddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin 30 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi X4 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2025-ci il tarixli qərarı ilə (hakimlər: H.X.Bəhmənov (sədrlik edən), Ə.A.Əliyev və Y.X.Həşimovdan ibarət tərkibdə) apellyasiya şikayəti təm in edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2025-ci il tarixli qərarından müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının (bundan sonra -İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddəni əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə həmin şəxslərə köməklik etməsi barədə əvvəlcədən razılığa gəlmişdir. Əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq İİR vətəndaşı və cinayətkar qrupun şəxsiyyətləri məlum olmayan digər üzvləri tərəfindən külli miqdarda narkotik vasitə hesab olunan heroini, şəxsi istehlak miqdarından artıq narkotik vasitə metadon həblərini, psixotrop maddə olan metamfetamini və güclü təsir edən maddə olan preqabalini dəqiq məlum olmayan tarixdə və vaxtda Azərbaycan Respublikasının ərazisinə keçirilmiş və Bakı şəhəri Nizami rayonu ərazisində çoxmərtəbəli yaşayış binalarının həyətində gizlədilib bu barədə ona məlumat verdikdən sonra o, məlum olmayan tarixdə və vaxtda həmin yerdən külli miqdarda narkotik vasitə hesab olunan heroini, şəxsi istehlak miqdarından artıq narkotik vasitə metadon həblərini, psixotrop maddə olan metamfetamini və güclü təsir edən maddə olan preqabalini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Masallı RPŞ- əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 oktyabr 2023-cü il tarixdə saat 10 radələrində idarə etdiyi “X6” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində saxlanılaraq Masallı RPŞ-nin inzibati binasına gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın kəmərinin sağ alt hissəsindən bir ədəd dəmir qutuda 23 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,779 qram; 0,775 qram; 0,800 qram; 0,772 qram; 0,82 5 qram; 0,736 qram; 0,739 qram; 0,682 qram; 0,777 qram; 0,779 qram; 0,799 qram; 0,776 qram; 0,761 qram; 0,758 qram; 0,797 qram; 0,738 qram; 0,803 qram; 0,718 qram; 0,749 qram; 0,794 qram; 0,783 qram; 0,787 qram və 0,705 qram, ümumi təmiz çəkisi 17,632 qram tiryəkdən kustar üsulla hazırlamış xarici görünüşlərinə və kimyəvi komponenetlərinə görə bir-biriləri ilə eynilik təşkil edən külli miqdarda narkotik vasitə heroin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,403 qram və 0,437 qram, ümumi təmiz çəkisi 0,840 qram təşkil edən ağ rəngli kristallardan ibarət xarici görünüşlərinə və kimyəvi komponenetlərinə görə bir-biriləri ilə eynilik təşkil edən psixotrop maddə metamfetamin, həmçinin təsir edən maddənin ümumi miqdarı 0,2 qram(bir həbdə 0,04 qram) təşkil edən 05 ədəd konvalyut kəsikləri ndə qəhvəyi rəngli dairəvi formalı metadon həbləri, təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram(bir kapsulda 0,15 qram preqabalin olmaqla) təşkil edən 4 ədəd kapsulda təkribindəki təsiredici maddəsinə görə bir-biriylə eyni olmaqla xarici əlamətlərinə görə fərqlənən(kapsulların forması, rəngi) güclü təsiredici maddə preqabalin aşkar edilərək götürülmüş, əməliyyataxtarış tədbirlərinin davamı olaraq idarə etdiyi avtomobilə baxış keçirilərkən həmin avtomobilin ön saxlanc yerindən bir ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan “SWAN” markalı elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi S.İ.İsmayılov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nət icədə Məhkum irəli sürülmüş ittiham sübuta yetirilmədiyi, əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Şikayət müəllifi bildirir ki, şəxsi axtarış və götürmə protokollarında vaxtla bağlı uyğunsuzluq mövcuddur və bu hal sübutların qanuni qaydada əldə edilib-edilməməsini şübhə altına alır. O, həmçinin qeyd edir ki, ibtidai istintaqda verilən ifadə təzyiq altında alınıb, müdafiə hüququ isə tam təmin olunmayıb. Buna görə həmin materialların sübut kimi qəbul edilməsi mümkün deyil və aradan qaldırıla bilməyən şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalı idi. Şikayət müəllifi əlavə edir ki, məhkəmələr sübutları qiymətləndirərkən obyektivli k və tərəfsizlik prinsipinə əməl etməmiş, polis əməkdaşlarının ifadələrinə üstünlük vermiş, müdafiə tərəfinin arqumentlərinə isə əsaslandırılmış hüquqi qiymət verməmişdir. Onun fikrincə, bu yanaşma nəticəsində təqsirsizlik prezumpsiyası formal xarakter almışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2025-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini, bu mümkün olmadığı halda isə həmin qərarın dəyişdirilməsini, Məhkum qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.1-ci maddələrinin xaric edilməsini, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddən in sanksiyası daxilində ən yüngül cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya in stansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi S.İ.İsmayılov kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinin pozulduğunu, nəticədə Məhkum cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilindiyini iddia etmiş, bu əsasla o, mübahisələndiril ən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini, bu mümkün olmadığı halda isə apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilərək sonuncunun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası daxilində daha yüngül cəza təyin olunmasını xahiş etmiş, bununla da, kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayə t Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkum hökmlə is tinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş narkotik vasitələrin və psixotrop maddələrin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə bağlı (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri) əməllərini törətməsi məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, ittihamın bu hissəsinə münasibətdə məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imti na edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilmişdir (birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə aktlarında sübutlar ətraflı təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda onların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum narkotik vasitələri, psixotrop və güclü təsir edən maddənin qanunsuz dövriyyəsi ilə bağlı bu cinayətkar hərəkətlərinin faktiki məzmunu, bu hərəkətlərin C inayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə tövsif edilməsi, onun bu maddələrlə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Narkotik vasitələrin qaçaqmalçılığında köməkçilik etməsi, həmçinin İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbirlik məsələsi üzrə Məhkum hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2 və 234.4.1-ci maddələri ilə tövsif edilməsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum bu əməlləri düzgün olmayaraq həmin maddələrlə tövsif edilmiş və məhkəmələr bu hissədə maddi hüquq normasının tətbiqində səhvə yol vermişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 və 206.2-ci maddələrinin dispozisiyalarına əsas ən malların, habelə həmin Məcəllənin 206.2-ci maddəsində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və zəhərli maddələrin qaçaqmalçılığı cinayətinin obyektiv cəhəti bu predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsində ifadə olunur. Bu cinayət-hüquqi normaları hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndirdikdə görünür ki, baxılan işdə narkotik vasitələrin (CM-in 206.2-ci maddəsində göstərilmiş predmetin) qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini yaradan hərəkətlər narkotik vasitələrin Azərbaycan Respublikasına gömrük sərhədindən (İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında olan dövlət sərhədindən) gömrük nəzarətindən kənar və ondan gizli keçirilməsindən ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə isə bu cinayəti birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür. CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hər əkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri odur ki, birincisi, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən "qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəm əsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən e dilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. Eyni yanaşma “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında, həmçinin “Qaçaq malçılıq işlərinə məhkəmələr tərəfindən baxılmasında vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə” qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı qərarında da əks olunmuşdur. Həmin qərarlarda cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi anlayışlarına müvafiq izahlar verilmiş və məhkəmələr üçün hüquqi mövqe formalaşdırılmışdır. Belə ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu n 14 iyun 2024-cü il tarixli Qərarın 5-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilibtörədilməməsi məsələsi həll olunarkən "cinayətin təkrar törədilməsi”, "qabaqcadan əlbir olan bir qrup şəxs” və "mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999- cu il 20 aprel tarixli və "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.31-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3.1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (ic raçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop mad dəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mə nafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Narkotik vasitə və ya psixotrop maddə ilə əlaqədar qanunsuz hərəkətlər satış məqsədi olmadan, lakin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə əməlin CM-in 234.4.1-ci maddəsində göstərilən əlamət üzrə tövsif edilm əsi istisna olunsa da, CMin 61.1.3-cü maddəsi həmin xüsusatın (cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasını tələb edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı Qərarının 19-cu bəndində əks olunmuş hüquqi mövqeyinə görə, cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tu tulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. İlk növbədə qeyd olunmalıdır ki, Məhkum əvvəlcədən daxil olmuş hər hansı əməliyyat məlumatı əsasında deyil, Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, avtomobili idarə etmək üçün etibarnaməsinin olmadığı bildirildikdən sonra Masallı Rayon Polis Şöbəsinə aparılmışdır. Yalnız bundan sonra polis şöbəsində onun üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilmiş, narkotik vasitələr, psixotrop maddələr və digər əşyalar məhz həmin prosessual hərəkətlər zamanı aşkar edilmişdir. Sadalanmış hallar göstərir ki, Məhkum saxlanılması yol patrul xidməti əməkdaşları tərəfindən aparılan adi yoxlama zamanı baş vermiş və bu hal iş üzrə irəli sürülmüş ittihamın qiymətləndirilməsi baxımından nəzərə alınmalıdır. Digər tərəfdən Məhkum qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın (CM 32.5, 206.3.2) özündə belə birbaşa göstərilmişdir ki, "Məhkum şəxsiyyəti məlum olmayan İ ran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitəni, psixotrop maddəni və güclü təsiredici maddəni Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli İİR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə razılığa gəlmiş. Bu razılığa uyğun olaraq şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı və qeyriləri tərəfindən göstərilən maddələr Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirdikdən sonra Bakı şəhəri Nizami rayonu ərazisində çoxmərtəbəli yaşayış binalarının həyətində gizlədilmiş, daha sonra sonuncu həmin maddələri qeyd olunan yerdən məlum olmayan tarixdə və vaxtda satış məqsədi və tamah niyyəti ilə qanunsuz əldə etmişdir”. (birinci instansiya məhk əməsinin hökmündə müəyyən edilmiş sayılan cinayət əməlinin təsviri də mahiyyət etibarilə ittihamın yuxarıda göstərilən məzmununa uyğun olmaqla, Məhkum hərəkətləri CM-nin 32.5, 206.2-ci maddəsi ilə tövsif edilmişdir.) İttihamın məzmunundan da aydın olur ki, narkotik vasitələrin, psixotrop maddələrin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi ilə bağlı konkret hərəkətlər istintaqla şəxsiyyəti müəyyən edilməmiş İİR vətəndaşı və digər şəxslərə aid edilmiş, Məhkum isə yalnız həmin maddələri sonradan Bakı şəhəri, Nizami rayonu ərazisində gizlədildiyi yerdən götürərək qanunsuz əldə etməsi isnad olunmuşdur. Göründüyü kimi, narkotik vasitələr, psixotrop maddələr və güclü təsir edən maddə Məhkum i ştirakı olmadan İran İslam Respublikasında olan, istintaqa məlum olmayan şəxs (və ya şəxslər) tərəfindən göndərilmiş və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirildikdən, yəni qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra Məhkum həmin maddələri gizlədildiyi yerdən götürərək onlarla bağlı sonrakı hərəkətlər etmişdir. Bu hallar isə Məhkum hərəkətlərində narkotik vasitələrin qaçaqmalçılığı cinayətində iştirakçılığın obyektiv və subyektiv əlamətlərinin mövcudluğunu istisna edir. Beləliklə, Məhkum İİR-da olan şəxslə (şəxslərlə) əlaqəsini, o cümlədən ona (onlara) Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçiriləcək narkotik vasitəni qəbul edəcəyini qabaqcadan vəd etməsini, hər hansı başqa bir şəkildə qaçaqmalçılıq cinayətinin törədilməsinə (CM-in 3 2.5-ci maddəsilə ehitva olunan hərəkətlər və yaxud hərəkətsizliklə) töhvə verməsini kifayət qədər təsdiq edən sübutlar olmadığı vəziyyətdə məhkəmələrin X Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddələri ilə təqsirli olması barədə nəticəyə gəlmələri cinayət-prosessual qanunun təqsirsizlik prezumpsiyası prinsipinin, sübutların tədqiqinə, hökmün əsaslılığına dair qaydaların pozuntusu kimi özünü göstərir. Digər tərəfdən, öyrənilmiş cinayət işi materiallarından görünür ki, nə ibtidai istintaq orqanı, nə də məhkəmələr tərəfindən Məhkum narkotik vasitəni ona satan, şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşları (qeyriləri) ilə başqa şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin satılması, eləcə də bu yolla əldə ediləcək mənfəətin bölüşdürülməsi barədə razılığa gə lməsini təsdiq edən hər hansı mötəbər sübuta istinad edilməmişdir. Əksinə, ittihamın əsasını təşkil edən sübutlardan biri kimi Məhkum ibtidai istintaq zamanı – 31 oktyabr 2023-cü il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində qeyd olunmuşdur ki, o, həmin qanunsuz əşyaları 400 manata əldə etmişdir. Belə ki, o ifadələrində saxlanılmamışdan 4-5 ay əvvəl “İnstaqram” da adını xatırlamadığı bir iranlı ilə tanış olduğunu, həmin şəxsdən 400 manatlıq heroin və metamfetamin istədiyini, xatırlamadığı tarixdə iranlının ona sms yazaraq xatırlamadığı bank kartının nömrəsini göndərdikdən sonra onun, Bakı şəhəri Nizami rayonunda yerləşən “Bravo” adlı supermarketdə milliön ödəmə terminalı vasitəsilə həmin kart hesabına 400 manat pul ödədiyini bildirmişdir.Daha sonra göstərmişdir ki, həmin şəxs narkotikləri hazır edib qara rəngli sellofana yığıb növbəti gün saat 20 radələrində Bakı şəhəri Nizami rayonunda yerləşən “İnci” şadlıq sarayının arxasındaki 9 mərtəbə binaların həyətində olan ağacın yanına qoyacağını və oradan götürə biləcəyini demişdir. Bundan sonra o, həmin yerə yollanııb ağacın dibində olan qara rəngli sellofan torbanın olmasını görüb həmin torbanı götürmüş və oradan uzaqlaşıb yaşadığı evə geri qayıtmışdır. Məhkum ifadələrindən göründüyü kimi sonuncu narkotik vasitələri və psixotrop maddələri İranlıdan pul müqabilində almış və həmin maddələri ona satan şəxslə narkotik vasitələrin və psixotrop maddələrin satışı və bu maddələrin satdıqdan sonra satışından mənfəət əldə edilməsi barədə hər hansı söhbət aparmamış və razılıq əldə etməmişdir. Belə olan halda namə lum olan İİR vətəndaşının şəxsiyyəti müəyyən edilərək ifadəsinin alınmadığı, onunla Məhkum arasında narkotik vasitələrin satışına dair qabaqcadan razılığın olmasını təsdiq edən hər hansı yazışmanın, telefon danışığının və ya digər sübutun olmadığı halda sadəcə Məhkum İİR vətəndaşının göndərdiyi həmin maddələri götürməsinə istinad edərək onun əməlində AR CM-nin 234.4.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlinməsi qanuni və əsaslı hesab edilə bilməz. Kollegiyanın qənaətinə görə Məhkum qarşı CM-in 234.4.3-cü maddəsi ilə yanaşı 234.4.1-ci maddəsi ilə ittiham irəli sürülməsi və onun həmin maddələr üzrə təqsirli bilməsi ondan irəli gəlir ki, cinayət təqibi orqanı və məhkəmələr birgə iştirakçılar üçün ümumi olan cinayətin törədilməsi barədə əvvəlcədən razılaşmanın əldə olunması halını “i kitərəfli kriminal əqdin bağlanması” kimi haldan fərqləndirə bilməmişlər. Halbuki, şəxslər arasında “kriminal əqd” üzrə “kontragentə” münasibətdə müəyyən hərəkətlərin yerinə yetirilməsi barədə razılığın əldə olunması (nə qədər ki, belə razılıq vahid cinayətin deyil, hər bir şəxs tərəfindən məhz onun özünə aid olan kriminal əməlin törədilməsini ehtiva edir) birgə cinayət törətmək barədə qabaqcadan razılığın əldə olunması halı ilə eyniləşdirilə bilməz (Məsələn, rüşvətin alınması və verilməsi barədə rüşvət alanla rüşvət verən arasında, qanunsuz odlu silah satanla onu əldə edən şəxs arasında və yaxud hazırkı işdə olduğu kimi narkotik vasitəni satanla onu əldə edən şəxs arasında bu əməllərin yerinə yetirilməsinə dair qabaqcadan razılığın əldə olunması vahid cinayətin birgə törədilməsi barədə ra zılığın əldə edilməsi anlamına gəlmir və bu üzdən cinayətdə iştirakçılıq kimi qiymətləndirilməməlidir). Göstərilənlərlə yanaşı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 7.0.20-ci maddəsinə əsasən ittiham — bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Məcəllənin 353.2.1-ci m addəsinə əsasən məhkəmə hökmünün məzmununda cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri göstərilməsi tələb olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarında izah olunur ki, narkotik vasitələrin və ya psixotrop maddələrin (onların prekursorlarının) qaçaqmalçılığı cinayətini törətməkdə CM-in 206.2, 206.3 və 206.4-cü maddələri ilə təqsirləndirilən şəxslər barədə cinayət işlərinə məhkəmədə baxılarkən nəzərə almaq lazımdır ki, istər irəli sürülmüş ittiham, istərsə də şəxsin həmin ittiham üzrə təqsirli bilinməsinə dair məhkəmə hökmü ehtimallara əsaslana bilməz və CPM-in 7.0.20, 223.3 və 353.2.1-ci maddələri tələb etdiyi kimi şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsini, yəni, o cümlədən cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, cinayət iştirakçılıqla törədildikdə iştirakçıların rollarının nədən ibarət olması və s. zəruri məlumatlar göstərilməklə sübuta yetirilmiş hesab edilən ittihamın mahiyyətini əks etdirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirakçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktl arında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır. Yuxarıda istinad olunan prosessual normalardan və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında verilmiş izahlardan görünür ki, şəxsə qarşı narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların) qaçaqmalçılığı cinayətini törətməsi, habelə digər şəxslərlə narkotik vasitələrin satışını həyata keçirmək məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etməsi barədə irəli sürülmüş ittiham və bu ittiham üzrə məhkəmənin gəldiyi nəticə konkret olmalıdır. Bu zaman cinayətin hansı üsulla törədilməsi, şəxslərin cinayətin törədilməsində iştirak forması, habelə birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan – yəni cin ayətin obyektiv cəhətinin icrasına başlanılana qədər əldə olunmasına dəlalət edən məkan və zamanla bağlı məlumatlar prosessual sənədlərdə konkret şəkildə göstərilməli və bu halların sübuta yetirilməsi barədə nəticə uzlaşan sübutların məcmusu ilə əsaslandırılmalıdır. Lakin nə ibtidai istintaq orqanı tərəfindən Məhkum elan edilmiş ittihamda (Cinayət Məcəlləsinin 32.5, 206.3.2 və 234.4.1-ci maddələrinə münasibətdə), nədəki yekun məhkəmə aktlarında (Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2 və 234.4.1-ci maddələrinə münasibətdə) sadalanmış zəruri əlamətlərin heç biri əksini tapmamış və qeyd olunan prosessual sənədlərdə ittihama aid olan “faktiki hallar” ümumi fikir şəklində"Məhkum satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olm ayan tarixdə və şəraitdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli...... İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və həmin narkotik vasitələr, psixotrop maddələr və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etməsi...... Bakı şəhəri Nizami rayonu ərazisində çoxmərtəbəli yaşayış binalarının həyətində gizlədilmiş, daha sonra sonuncu həmin maddələri qeyd olunan yerdən məlum olmayan tarixdə və vaxtd a satış məqsədi və tamah niyyəti ilə qanunsuz əldə etməsi.... ” göstərilmişdir. Məhkəmə kollegiyası Məhkum qarşı Cinayət Məcəlləsinin 32.5,206.3.2 və 234.4.1-ci maddələri ilə irəli sürülmüş ittihamın və yekun məhkəmə aktlarının (CM 32.5, 206 və 234.4.1) məzmununu CPM-in 7.0.20, 223.3.2 və 353.2.1-ci maddələrinin tələbləri ilə müqayisə etdikdə müəyyən olunur ki, əslində irəli sürülmüş və məhkəmələrin qismən razılaşdığı ittiham cinayət təqibi orqanının və məhkəmənin müəyyən edə bilmədiyi (onlara məlum olmayan), lakin həmin normalara və CPM-in 139.0-cı maddəsinə görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“dəqiq məlum olmayan tarixdə və vaxtda”, “şəxsiyyəti istintaqa məlum olmayan” “qeyriləri” “gömrük sərhədindən, gömrük nəzarətindən kənar” “məlum olmayan tarixdə və vaxtda” kimi konkretləşdirilməyən ifadələr toplusundan) ibarətdir. Bu qədər “naməlumlar” olduğu vəziyyətdə məhkəmələrin Məhkum Cinayət Məcəlləsinin 32.5 və 206.2-ci maddələri ilə narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə köməklik göstərməkdə, habelə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsini qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində törətməkdə təqsirli bilməsi kassasiya müəllifinə aydın olmadığı kimi məhkəmə kollegiyasına aydın deyil. Həqiqətən də, məhkəmə kollegiyası üçün aydın deyil ki, cinayət təqibi orqanı və məhkəmələr qaçaqmalçılıq cinayətinin törədilmə vaxtını, yerini və üsulunu, habelə həmin cinayətin icraçısının kim olduğunu müəyyən etmədikləri halda, Məhkum həmin şəx slə qabaqcadan razılaşaraq qaçaqmalçılıq cinayətinin törədilməsinə köməklik göstərməsi barədə hansı əsaslarla nəticəyə gəlmişlər. Eyni zamanda, narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və satılması əməllərinin Məhkum və İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə təşkil olunmuş qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində törədilməsi barədə razılaşmanın nə vaxt, harada və hansı üsulla əldə olunduğu, eləcə də həmin razılaşmanın göstərilən əməllərlə necə uzlaşdırıldığı məhkəmə aktlarında açıqlanmamışdır. Bu isə o deməkdir ki, Məhkum başqaları tərəfindən törədilmiş narkotik vasitələrin, psixotrop maddələrin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qaçaqmalçılığı cinayətinin törədilməsində hər hansı formada iştirak e tməmiş, həmçinin onun narkotik vasitələrin əldə edilməsi, saxlanılması və daşınması əməllərini İran İslam Respublikası vətəndaşı və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində törətməsi barədə hər hansı razılaşması olmamışdır. İş materiallarından görünən yalnız ondan ibarətdir ki, həmin maddələr Azərbaycan Respublikasının ərazisinə gətirildikdən sonra Məhkum onları Bakı şəhərində satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qi ymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 39.2-ci maddəsində təqsirliliyinin sübuta yetirilməməsi cinayət təqibini istisna edən hal kimi göstərilmişdir. Cinayət-Prosessual Məcəllənin 39.3 və 42.1.4-cü maddələrinə əsasən təqsirliliyinin sübuta yetirilməməsi bəraətverici əsasdır. Məhkəmələrin Məhkum təqsirli bildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2 və 234.4.1-ci maddələri üzrə müəyyən edilmiş və yuxarıda təsvir edilən halları həmin normaların tələbləri ilə müqayisə etdikdə görünür ki, onun təqsirli liyi cinayətprosessual qanunun tələb etdiyi qaydada sübuta yetirilmədən Məhkum həmin maddələrlə təqsirli bilinmiş və cəzalandırılmışdır. Cinayət-Prosessual Məcəllənin 416.1.11-ci maddəsində məhkəmənin cinayət təqibini istisna edən halların olmasına baxmayaraq ittiham hökmü çıxarması (o cümlədən, ittihamın müəyyən hissəsi üzrə ittiham hökmü çıxarması) məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini tələb edən əsas kimi təsbit edilmişdir. Odur ki, qeyd olunan hallara görə mübahisələndirilən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025-ci il tarixli qərarı Cinayət-Prosessual Məcəllənin 416.1.11-ci maddəsində göstərilən pozuntunun mövcud olmasına görə, həmin qərar və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2024-cü il ta rixli hökmü Məhkum CM-nin 32.5, 206.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilməli, həmin hissədə cinayət işi üzrə icraata cinayət-prosessual qanunun 39.2-ci maddəsində göstərilən bəraətverici əsasla (təqsirliliyin sübuta yetirilməməsinə görə) xitam verilməli, habelə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə və həmin maddə üzrə cəza təyininə dair müddəalar hökmdən və qərardan xaric edilməli, Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2024-cü il tarixli hökmü ilə Məhkum CM-nin 240.1-ci maddəsi ilə təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.3-cü maddə sinə əsasən qismən toplanılmaq yolu Məhkum üzərində qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş qəti cəzanı Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit edilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarına dair müddəalara, ədalət prinsipinin tələblərinə (CM, maddə 8) cavab verən cəza hesab edir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçi S.İ.İsmayılovun kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və dövlət ittihamçısı A.M.Hüseynlinin kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyərək belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsində olan yekun məhkəmə aktları yuxarıda təsvir edilən qaydada ləğv edilməli və dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.3 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi İsmayılov Səlimxan İsa oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025-ci il tarixli, 1(106)-240/2025 nömrəli qərarı və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2024-cü il tarixli, 1(099)-303/2024 nömrəli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə məhkum edilməsi hissəsində ləğv edilsin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsində göstərilən əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) həmin hissədə cinayət işi üzrə icraa ta xitam verilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025-ci il tarixli, 1(106)-240/2025 nömrəli qərarı və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2024-cü il tarixli, 1(099)-303/2024 nömrəli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə dəyişdirilsin, sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə və həmin maddə üzrə cəza təyininə dair müddəalar yekun məhkəmə aktlarında xaric edilsin. Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar