Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-295/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hal-hazırda həbsdə olan Tə qsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2 və 29, 317-1.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim C.İmanov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.2 və 29, 317-1.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 234.2-ci maddəsi ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 29, 317-1.1-ci maddəsi ilə 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, Təqsirləndirilən şəxs 01 avqust 2017-ci il tarixdən 01 noyabr 2017-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı üç ay müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq üç il üç ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim İ.H.Şükürov, hakimlər: M.M.Hüseynov və R.Ə.Əliyev) apellyasiya şi kayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, daşıma, gəzdirmə, göndərmə və cəzaçəkmə müəssisəsinə göndərməyə cəhd etmə cinayət əməllərini törətmişdir. Belə ki, o, Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsindən, İncə çayının Kür çayına qovuşduğu yerin yaxınlığında çöllük sahədə yabanı halda yetişmiş çətənə bitkilərini (onların hissələrini) qəsdən tamah niyyəti ilə toplayıb kustar üsulla qurudub hazırlamaqla satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 23,96 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 2 qutu "Prime deluxe" markalı siqaret qutuların dakı siqaret gilələrinin içərisinə xüsusi üsulla tütünü boşaldılaraq doldurdurub hazırladıqdan sonra, qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitəni qəsdən yoxlamadan gizlətmək yolu ilə cəzaçəkmə müəssisəsinə göndərmək məqsədilə X7 vasitəsilə Yevlax rayonu, Bəydilli kəndində qeydiyyatda olan X9 göndərmiş, sonuncu arvadı X4 və qızı X10 ilə 25.07.2017-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsinin ümumi ağır rejimli 1-ci korpus, 1-ci mərtəbə 10-cu kamerada saxlanılan, 12.03.1994-cü il təvəllüdlü Gəncə Hərbi Məhkəməsinin 23.05.2014-cü il tarixli hökmü ilə CM-in 182.2.1, 182.2.2, 182.2.3, 332.2.1, 332.2.2, 332.2.3, 66.3 maddələri ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum X8 ilə qısamüddətli görüşə gələn zaman onların gətirdiklər i sovqata axtarış-baxış keçirilərkən 2 qutu "Prime deluxe" siqaret qutularındakı siqaret gilələrinin içərisinə xüsusi üsulla tütünü boşaldılaraq doldurulmuş təmiz çəkisi 23,96 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldüyü üçün iradəsindən asılı olmayan səbəbdən qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitəni yoxlamadan gizlətmək yolu ilə cəzaçəkmə müəssisəsinə göndərmə cinayətini başa çatdıra bilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilməsi və Təqsirləndirilən şəxs əməlinin CM-in 234.2 və 29, 317-1.1-ci maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, məhkumun narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə etmə, saxlama, daşıma cinayətini törətməsi və həmin narkotik vasitəni qəsdən cəzaçəkmə müəssisəsinə göndərməyə cəhd etməsi iş materialları ilə təsdiq olunmur. Belə ki, Təqsirləndirilən şəxs həm ibtidai araşdırma, həm də məhkəmə baxışları zamanı aşkar olunmuş narkotik vasitələri özünün istifadəsi üçün əldə etdiyini və və diqqətsizlik edərək qardaşı üçün göndərdiyi sovqatın içərisinə qoymuşdur. Təqsirləndirilən şəxs təqsirliliyini sübut edən başqa sübut isə iş materiallarında yoxdur. Ona görə də müdafiəçi hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2 və 29, 317-1.1-ci maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli dir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişdir. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş şikayətdə məhkumun əməlinin əsassız olaraq CM-nin CM-in 234.2 və 29, 317-1.1-ci maddələri ilə tövsif edilməsi mübahisə edilir. Məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə i claslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Təqsirləndirilən şəxs verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.2 və 29, 317-1.1-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhk əməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsinə dair kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd dir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin dəlillərin şərhi və əsassız olmasına dair gəldiyi nəticələrlə razılaşaraq bununla əlaqədar təkrarən geniş şərhə ehtiyac görmür. İş materiallarında olan 25.07.2017-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X2 cəza çəkən X8 ilə 25.07.2017-ci il tarixdə qısamüddətli görüşə gəlmiş sonuncunun atası X1 3, anası X4 və qızı X5 gətirdikləri sovqata baxış keçirilərkən 2 qutu "Prime deluxe" siqaret qutularındakı siqaret gilələrinin içərisinə xüsusi üsulla tütünü boşaldılaraq doldurulmuş təmiz çəkisi 23,96 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarinda olan 18.08.2017-ci il tarixli, 276 nömrəli məhkəmə-bioloji ekspertizanın rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «....vətəndaşlar A6, C8 və N8 aşkar edilərək götürülmüş narkotik maddə....» sözləri yazılmış 01 ədəd zərfin içərisindəki bir ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi -23,94 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - quru dulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 23.94 qram olmuş, 0.02 qram tədqiqata sərf edildikdən sonra 23.92 qram qalıq qalmışdır. Həmin kağız bükümdəki təmiz çəkisi - 0,52 qram olan digər bitki mənşəli kütlə isə tütündür. Məhkəmə Ekspertiza Mərkəzinin X12 25.06.2017-ci il tarixli 252 nömrəli arayışına əsasən ilkin tədqiqat zamanı qurudulmuş marixuananın təmiz çəkisi 23,96 qram olmuşdur. İş materiallarinda olan iş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizanın 23.09.2017-ci il tarixli 560 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir, narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “ Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində o lması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhz yuxarıda qeyd edilən və iş üzrə toplanmış digər sübutların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, məhkum Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaş ı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarında göstərilən tövsiyyələrə tam uyğundur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağır laşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndində mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik d ərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri t örətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, ailə vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum Təqsirləndirilən şəxs elan olunmuş ittihamla bağlı istər ibtidai araşdır ma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğ v edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti t əmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-295/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-295/2019
17.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver