Məhkəmə qərarları › İş №1(102)-295/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-295/2020

08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-295/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəfoğlu, Müdafiəçi – Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi7 iştirakları ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci i l tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1, 188.4.2, 193-1.3.1, 193-1.3.2, 259.2.1, 259.2.2, 259.2.3, 320.1, 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Nümayəndə2, hakimlər C.Ramazanov (məruzəçi) və X.Səmədovdan ibarət tərkibdə) xx xxxx 1964-cü ildə İsmayıllı rayonunun Basqal qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, alitəhsilli, işsiz, evli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1, 188.4.2, 193-1.3.1, 1931.3.2, 259.2.1, 259.2.2, 259.2.3, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 188.4.1 və 188.4.2-ci maddələri ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətə dövlət orqanlarında və ya yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 il müddətə, CM-nin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə 01 il 06 ay müddətə dövlət orqanlarında və ya yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 il 06 ay müddətə, CM-nin 259.2.1, 259.2.2, 259.2.3-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilmək lə 01 il müddətə dövlət orqanlarında və ya yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətə, CM-nin 320.1-ci maddəsi ilə 01 il müddətə, CM-nin 320.2-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas cəzalar əsas cəzalarla, əlavə cəzalar əlavə cəzalarla qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə 02 il müddətə dövlət orqanlarında və ya yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Məhkum hazırkı hökm üzrə təyin edilmiş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə təyi n edilmiş 03 il müddətə dövlət orqanlarında və ya yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Məhkum əsas cəzalar əsas cəzalarla qismən, əlavə cəzalar əlavə cəzalarla əhatə etmək yolu ilə və əlavə cəza əsas cəzaya birləşdirilməklə üzərində qəti olaraq 03 il müddətə dövlət orqanlarında və ya yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin, X1, X2, X3, X4 və X5 da təqsirli bilinib məhkum olunmuşlar. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrli k edən hakim İ.H.Şükürov, hakimlər M.M.Hüseynov və R.Ə.Əliyevdən ibarət tərkibdə) xx xxxx 2018-ci il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü Məhkum apellyasiya şikayətinə münasibətdə ona aid olan hissədə dəyişdirilmədən saxlanılmış, iş üzrə mülki iddiaçının apellyasiya şikayəti təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qeyd olunan qərarından verilmiş kassasiya şikayətlərinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim G.L.Rzayeva, hakimlər F.A.Kərimov və İ.T.Hacıqayıbovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı Məhkum ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 193-1.3.1 və 193-1.3.2-ci maddələri üzrə olan hissədə ləğv edilərək yeni apellyasiya baxışına təyin olunmuşdur. İşə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim A.M.Eyvazov, hakimlər R.R.Rəfiyev və M.R.Hüseynovdan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü Məhkum münasibətdə cəzaya aid hissədə dəyişdirilmiş, eyni zamanda Məhkum Azərbaycan Respublikası CM-nin 188.4.1, 188.4.2, 193-1.3.1, 193-1.3.2, 259.2.1, 259.2.2, 259.2.3, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilindiyi ittihamdan CMnin 193-1.3.1 və 193-1.3.2-ci maddələri üzrə verilmiş ittiham xaric edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi7 kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən, X1 2012-ci ilin yanvar ayından 2016-cı ilin sentyabr ayınadək olan dövr ərzində İsmayıllı rayonunda, atası X6 "xxxx" Müəssisəsi ilə bağladığı xx xxxxxxxx 2008-ci il tarixli 13 nömrəli müqavilə və İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxxx 2009-cu il tarixli 131 nömrəli sərəncamı əsasında İsmayıllı meşəbəyliyinin 53-cü kvartalının 1-ci bölməsindən 1,5 hektar meşə fondu torpaq sahəsini icarəyə götürərək, sahibkarlıq məqsədilə həmin yerdə yüngül konstruksiyadan, metal və taxta materialdan istifadə etməklə yaratdığı istirahət-rekreasiya təyinatlı “xxxx” istirahət mərkəzinə bacısının əri Məhkum ilə birlikdə faktiki rəhbərlik edərkən qulluq mövqeyindən istifadə edərək dövlət mülkiyyətində olan əlavə meşə fondu torpaqlarının qanunsuz istismarı yolu ilə külli miqdarda gəlir əldə etmək məqsədilə Məhkum və həmin istirahət mərkəzində inzibatçı vəzifəsində işləmiş bibisinin əri X3 ibarət təşkil etdiyi mütəşəkkil dəstədə birləşərək aparılmış vəzifə bölgüsünə əsasən üzərlərinə düşən vəzifələri yerinə yetirərək icarə müqaviləsinin şərtləri pozulmaqla, qanuni əsas və icazə olmadan dövlət mülkiyyətində olan meşə fonduna aid, həmin əraziyə bitişik 0,91 hektar torpaq sahəsini “xxxx”, hazırda “xxxx” adlandırılan istirahət mərkəzinin ərazisinə daxil edərək özbaşına genişləndirib, ümumilikdə 2,41 hektar meşə fonduna aid torpaq sahəsində 29 ədəd palıd və vələs ağaclarının torpaq qatının qazılması ilə qanunsuz kəsilməsinə göstəriş verərək dövlətə 26.005,90 (iyirm i altı min beş) manat dəyərində külli miqdarda ziyan vurmaqla, meşə fondu torpaq sahəsində qanunsuz olaraq daş, metal, beton və digər ağır konstruksiyalı materiallardan beton özüllər üzərində 16 ədəd oval şəkilli daş dirəklər, 2 mərtəbəli ofis binası, 4 ədəd birmərtəbəli yeməkxana binası, 11 ədəd birmərtəbəli söhbətgah, 1 mərtəbəli qazanxana, 2 ədəd birmərtəbəli kafe, 5 ədəd birmərtəbəli kottec, 1 mərtəbəli mətbəx, 3 ədəd birmərtəbəli ayaqyolu, 1 ədəd ikimərtəbəli yeməkxana, 1 ədəd birmərtəbəli yaşayış binası, 2 ədəd birmərtəbəli mühafizə otağı, 2 mərtəbəli uşaq əyləncə tikilisi, 1 ədəd bulaq, 1 ədəd kababxananın inşası, 131 metr uzunluğunda daş hasarın çəkilməsi və 1021 kvadrat metr sahədə çay daşından metlax döşəmələrin salınması işlərinin layihələndirilməsi və görülməsi üçün ixtisaslı i şçilərin cəlb olunması, onların əmək haqlarının ödənilməsi, iş rejimlərinin müəyyənləşdirilməsini təşkil edib, mütəmadi nəzarəti həyata keçirərək dövlət mülkiyyətində olan meşə fonduna aid 0,91 hektar torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuşlar, həmçinin həmin müddət ərzində eyni məqsəd və vahid niyyətlə istirahət mərkəzinin qonşuluğunda dövlət mülkiyyətində olan meşə fonduna aid 0,042 hektar torpaq sahəsini də özbaşına tutaraq traktorla hamarlamaqla ərazidə olan 2.100 ədəd yeniyetmə ağac və kolların kəsilməsinə göstəriş verib təşkil etməklə dövlətə 2.557,50 manat dəyərində ziyan vuraraq, həmin ərazidə daşdan, betondan və digər ağır konstruksiyalı materiallardan istifadə olunaraq 263,2 kvadratmetr ölçüdə 3 mərtəbəli istirahət mərkə zi təyinatlı yarımçıq tikili inşa etməklə qanunsuz tikinti və quraşdırma işləri aparılaraq mütəşəkkil dəstə tərkibində təkrarən ümumilikdə 0,952 hektar meşə fondu torpaq sahələrini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş, həmin fonda aid palıd, vələs, yeniyetmə ağac və kolları torpağın üst münbit qatını kürənməklə götürərək qanunsuz kəsməklə dövlətə cəmi 28.563,40 (iyirmi səkkiz min beş yüz altmış üç) manat məbləğində külli miqdarda ziyan vurmuşdurlar. Bundan başqa, X1 bacısının əri Məhkum 2011-ci ilin iyun ayından 2016-cı ilin sentyabr ayınadək olan dövrdə Bakı şəhərində «xxxx» MMC-yə rəhbərlik etdiyi dövrdə dələduzluq, vergiləri və məcburi dövlət sosial sığortahaqlarını dövlət büdcəsinə ödəməkdən yayınma cinayətləri törətməklə əldə etdiyi 2.4 27.607, 44 manat məbləğində külli miqdarda nağd pul vəsaitlərinin 1.375.000 manat hissəsini İsmayıllı rayonu ərazisində meşə sahəsində fəaliyyət göstərən “xxxx” istirahət mərkəzinin əsaslı tikintisinə, əlavə tikililərin inşasına və avadanlıqların alışına sərf etdiyini yəqinliklə bildiyi halda, 2016-cı ilin sentyabr ayında Məhkum barəsində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən cinayət təqibinin başlanmasından sonra, onun məsuliyyətdən yayınmasına, “xxxx” istirahət mərkəzinin cinayət işi üzrə maddi ziyanın ödənilməsinə yönəldilməsinin qarşısının alınmasına kömək etmək üçün istirahət mərkəzinin əldə olunma mənbəyini, yuxarıda göstərilən ağır konstruksyalı faktiki tikililərin kimə məxsus olmasını gizlətmək məqsədilə Məhkum və yaxın münasibətlərdə olduğu X2 ilə mütəşəkkil dəstəd ə birləşərək əmlakın yerləşdiyi torpaq sahəsinin qeydiyyata alınacaq icarə hüququnun xx xxxxxx 2036-cı il tarixədək olan müddətə etibarnamə əsasında əmlaka heç bir aidiyyəti və icarə hüququnu əldə etmək niyyəti olmayan kənar şəxsə, dəstə üzvü X2 ilə yaxın münasibətdə olmaqla, sonuncunun qəsdindən məlumatı olmadan onun xahişi əsasında tərtib olunmuş sənədləri imzalayan X7 özü tərəfindən 200.000 manata satılacağına dair xx xxxxxxx 2016-cı il tarixli ilkin müqavilədən ibarət uydurma əqd bağlamışlar, X1 həmin əqdin həqiqi müqavilə kimi qəbul edilməsi məqsədilə öz maliyyə vəsaiti hesabına guya sonuncunun adından özünə ödənilməsi üçün 100.000 manat pul vəsaitini xx xxxxxxx 2016-cı il tarixli xəzinə mədaxil orderi əsasında Bakı şəhəri 11 saylı notariat kontorunun “xxxx” ASC-nin Binəqədi filialınd a yerləşən depozit hesabına mədaxil edib, sonradan pulunu götürməklə, həmçinin real maddi imkanları olmayan X2nin 2007-ci ilin sentyabr ayından xx xxxxxx 2015-ci il tarixədək olan dövrdə həmin istirahət mərkəzinin inşaat işlərinə guya 3.200.000 manat vəsait sərf etməsinə dair həqiqətə uyğun olmayan xx xxxxxxx 2016-cı il tarixli ərizəsini notarial qaydada təsdiq etdirərək hüquq verən həmin rəsmi sənədləri istifadə məqsədilə saxtalaşdırılıb onları cinayət təqibini həyata keçirən orqana təqdim edərək bilə-bilə saxta sənədlərdən istifadə etməklə, habelə 2016-cı ilin payızında istirahət mərkəzinin adını dəyişdirib “xxxx” adlandırmaqla, mütəşəkkil dəstə tərkibində qeyd olunan istirahət mərkəzinin əsaslı tikintisinə, əlavə tikililərin inşasına və avadanlıqların alınmasına sərf olunmuş 1.375.000 ( bir milyon üç yüz yetmiş beş min) manat dəyərində cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırmağa yönələn hərəkətlər törətmişdirlər. Bundan başqa, X1 İsmayıllı rayonu ərazisində faktiki rəhbərlik etdiyi “xxxx”, hazırda “xxxx” adlandırılan istirahət mərkəzində 2012-2017-ci illərdə 2.000 manat məbləğində sadələşdirilmiş vergini, 614,03 manat ödəmə mənbəyindən tutulan vergini, cəmi 2.614,03 (iki min altı yüz on dörd) manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqla, istintaqa məlum olmayan vaxtdan xeyli miqdarda, yəni 643,0 (altı yüz qırx üç) manat məbləğində 1 ədəd 1,0 litrlik Almaniya istehsalı olan “Xuxu”, 1 ədəd 0,7 litrlik Rusiya istehsalı olan “Beluqa”, 1 ədəd 0,5 litrlik Yaponiya istehsalı olan “Yapon” arağı, 1 ədəd 0,720 litrlik Yaponiya istehsalı olan “Natura Kintoki”, 1 ədəd İrlandiya istehsalı olan 1,0 litrlik “Feeneys”, 1 ədəd 1,0 litrlik “De kuyper blue curaçao, 1 ədəd Hollandiya istehsalı olan 0,7 litrlik “Blos Caffe”, 1 ədəd Çexiya istehsalı olan 0,5 litrlik “Cardinal”, 1 ədəd Yaponiya istehsalı olan 0,425 litrlik, 1 ədəd ABŞ istehsalı olan 3,0 litrlik “Jack Daniels”, 1 ədəd Şotlandiya istehsalı olan 0,8 litrlik “Glenfiddish”, 1 ədəd Kanada istehsalı olan 1,0 litrlik “Black Velvet”, 1 ədəd Şotlandiya istehsalı olan 1,0 litrlik “Black Label” və 1 ədəd İrlandiya istehsalı olan 0,5 litrlik “Jameson”viskisi, 1 ədəd Fransa istehsalı olan 0,7 litrlik “Raynal” V.S.O.P, 1 ədəd Fransa istehsalı olan 0,5 litrlik “Remy Martini” və bir ədəd Rusiya istehsalı olan 2,5 litrlik “Starıy Kenisqsberq” konyakından ibarət cəmi 17 (on yeddi) ədə d aksiz markası ilə markalanmalı olan alkoqollu içkiləri beləmarka olmadan satış məqsədi ilə saxlamış, xx xxxxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları tərəfindən həmin mərkəzdə keçirilmiş operativ vergi nəzarəti zamanı həmin mallar aşkar edilmiş və qanunamüvafiq qaydada sənədləşdirilərək götürülmüşdür. Bundan başqa, X1 qeyd olunan “xxxx” istirahət mərkəzinə və Ağsu rayonunun Xasıdərə kəndində yerləşən özünə məxsus fermaya faktiki rəhbərlik etməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə həmin fermada saxladığı 300 başdan artıq xırdabuynuzlu və 20 başdan çox iribuynuzlu mal-qarasını Ağsu rayonunun Nüydi kənd sakini Zərərçəkmiş şəxs1 xüsusi mülkiyyətində olan qonşu torpaq sahə sində otarmağa sonuncu tərəfindən icazə verilmədiyindən, buna Zərərçəkmiş şəxs1 şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə nail olmaq üçün istirahət mərkəzində inzibatçı işləyən bibisinin əri X3 və digər şəxsi cəlb etməklə mütəşəkkil dəstə təşkil edərək apardığı vəzifə bölgüsünə və verdiyi tapşırığa əsasən dəstə üzvləri X3 digər şəxs xx xxxxx 2014-cü il tarixdə həmin torpaq sahəsində Zərərçəkmiş şəxs1 qarşı nalayiq söyüşlər və təhqiredici ifadələr işlətməklə, zor tətbiq edib yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrinə bir neçə zərbə vurub döyməklə, əynindəki paltarlarını cırmaqla, onun qanunla qorunan mənafeyinə zidd olaraq mülkiyyətçisi olduğu torpaq sahəsində özünün mal-qarasının davamlı şəkildə otarılmasına razılıq verməsini real hədəqorxu ilə tələb etmiş, təkrarən, eyni məqsəd və vahid niyyətlə xx xxxxx 2014-cü il tarixdə saat 01 radələrində X1 mütəşəkkil dəstənin üzvü X3lə birlikdə atəşə yararlı ov silahları ilə silahlanaraq “xxxx” istirahət mərkəzinə məxsus ** FB *** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobili idarə edərək Ağsu rayonunun Nüydi kəndində Zərərçəkmiş şəxs1 arvadı və anası ilə bir yerdə yaşadığı evin qarşısına gəlib giriş qapısının önündən evə tərəf ov silahından 12 dəfə atəş açmaqla, Zərərçəkmiş şəxs1 ünvanına nalayiq söyüşlər və təhqiredici ifadələr işlətməklə, qadın paltarı geyinib evdən bayıra çıxmasını tələb etməklə özünün və yaxın qohumlarının şəxsiyyəti üzərində zor tətbiq edəcəyi ilə real hədələyib mütəşəkkil dəstə tərkibində torpaq sahəsində malqarasının otarılmasına razılıq verilməsində ifadə olunan əmlakdan istifadə hüququnu və ə mlak xarakteri daşıyan hərəkətlər etməklə təkrarən hədə-qorxu ilə tələb etmişdirlər. Bundan başqa, X1 Azərbaycan Respublikası cinayət prosessual qanunvericilyinə müvafiq qaydada cinayət işi üzrə dəfələrlə istintaqa dəvət olunmasına baxmayaraq, çağırışlardan qərəzli surətdə yayınaraq xx xxxx 2017-ci il tarixdə saat 16 radələrində yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında xidməti geyim formasında qanuni əsaslarla vəzifələrini yerinə yetirərək onun istintaq orqanına getməsini təmin edən Bakı şəhəri, Yasamal rayon polis idarəsinin 29-cu polis bölməsinin sahə rəisi, polis mayoru Zərərçəkmiş şəxs2 və həmin polis bölməsinin sahə inspektoru, polis leytenantı Zərərçəkmiş şəxs3 qanuni tələblərinə tabe olmadan fiziki güc və istintaqa məlum olmayan metal predmet işlədib müqav imət göstərərək Zərərçəkmiş şəxs2 qəsdən boyun nahiyəsinin şişkinlik halında əziyi və sıyrığı, sol bazunun yuxarı üçdəbirinin bayır səthinin qançırı ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetiməklə hakimiyyət nümayəndələrinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmişdir. Bundan əlavə, X1 qohumu Məhkum «xxxx» MMC-ə rəhbərlik etdiyi dövrdə ümümilikdə 2.427.607,44 (iki milyon dörd yüz iyirmi yeddi min altı yüz yeddi) manat məbləğində külli miqdarda nağd pul vəsaitlərini vergiləri ödəməkdən yayınma və dələduzluqla ələ keçirmə kimi ağır cinayətləri törətdiyinə görə 28oktyabr 2016-cı il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan olunduğunu yəqinlik lə bildiyi halda, xx xxxxxx 2017-ci il tarixədək olan müddət ərzində onu əvvəlcə özünün yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində, daha sonra şəxsi avtomaşınında İsmayıllı rayonunun Basqal qəsəbəsinə aparıb yaxın münasibətlərdə olduğu X4 ilə əlaqə saxlayaraq sonuncunu həmin qəsəbəyə çağırıb Məhkum gizlədilməsinə köməklik etməyi xahiş etmiş, onun təklifi ilə razılaşan X4ün yaxın münasibətlərdə olduğu X8 vasitəsilə sonuncunun tanıdığı X5ə məxsus, Ağsu rayonu, Padarçöl ərazisində yerləşən fermada Məhkum saxlamaqla ibtidai istintaqdan yayınmasını təşkil edərək X4, X8 və X5 ilə birlikdə ağır cinayəti qabaqcadan vəd etmədən gizlətmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Müdafiəçi7 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin qərarı qeyri-obyektiv və əsassızdır. Belə ki, Məhkum qarşı əssazsız ittihamların davam etdirilməsi ilə hazırkı iş üzrə nəinki ona qarşı növbəti ədalətsizliyə yol verilmiş və həm də “xxxx” şirkətində yol verilmiş qanun pozuntuları ilə bağlı növbəti qurban olaraq “xxxx” istirahət mərkəzi və həmin istirahət mərkəzinin tikintisini təşkil etmiş şəxslər seçilmişdir. İş üzrə toplanmış sübutlar və məhkəmə baxış zamanı aparılan araşdırmalar “xxxx’' istirahət mərkəzinə sərmayənin iş üzrə təqsirləndirilən şəxslər X1 və X2 tərəfindən qoyulması faktına əsas versə də, istintaq orqanı topladığı saxta dəlillərlə əsaslandırmağa çalışmışdır ki, həmin sərmayə təqsirləndirilən şəxs Məhkum tərəfindən “xxxx” şirkətindən mənimsənilmiş və vergidən və sosial sığorta ödənişlərində n yayınma hesabına əldə olunmuş pullar hesabına yatırılmışdır. Məhkəmə araşdırması zamanı kifayət qədər aydın olmuşdur ki, irəli sürülən bu ittiham heç bir sübuta söykənmir. İstintaq orqanları və ittiham tərəfi irəli sürülən məlum ittihamın sübuta yetirilməsinə görüntü yaradılması üçün əsasən şahid ifadələrinə və həmin ifadələrdə yer almış həqiqətdən uzaq ifadələrə ümid bəsləsə də, məhkəmə baxışı zamanı həmin ifadələr təsdiqini tapmamışdır. Belə ki, məlum ittihamın dolayısı ilə də olsa sübuta yetirilməsinə cəhd edilməsi məqsədi ilə iş üzrə ifadəsi alınan bir çox şahidlərin dindirmə protokollarında “xxxx” istirahət mərkəzinin tikintisi üçün materialların Bakı şəhərindən Məhkum tərəfindən göndərilməsi barədə qeydlərə yer verilsə də məhkəmə baxışı zamanı dindirilən həmin şahidlər göstərilən x üsusatları təsdiq etməmiş və bu qeydlərin şahidlərin məlumatı olmadan müstəntiqlər tərəfindən protokollara daxil edildiyi bəlli olmuşdur. İş üzrə kifayət qədər şahid ifadələri vardır ki, həmin şahidlər “xxxx” istirahət mərkəzinin tikintisi və təmiri işləri üçün pul vəsaitinin X2 tərəfindən yatırılması və lazım olan materialların X1 tərəfindən alınıb gətirilməsi faktını təsdiq etmişlər. Məhkum “xxxx” istirahət mərkəzinə heç bir aidiyyəti olmadığı halda ona qarşı Azərbaycan Respublikası CM-nin 188.4.1 və 188.4.2-ci maddələri ilə ittiham irəli sürülməsi tamamilə əsassızdır. Digər tərəfdən, həmin istirahət mərkəzinə aidiyyəti olan şəxslərə qarşı belə irəli sürülən bu ittiham iş materialları ilə qətiyyən öz təsdiqini tapmamışdır. Cinayət işi materiallarından və iş üzrə məhkəmə baxışı zamanı s übutların araşdırılmasından kifayət qədər aydın olmuşdur ki, “xxxx” istirahət mərkəzinin qanuni istifadəsində olmuş 1,5 ha torpaq sahəsindən kənarda 1 ədəd elektrik transformatorundan-generatordan və bir ayaqyolundan başqa hər hansı bir tikili inşa edilməmiş və kənar torpaq sahələrindən faktiki olaraq istifadə olunmamışdır. İş materiallarından göründüyü kimi, “xxxx” istirahət mərkəzinin tikintisinə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2009-cu il, 131 saylı sərəncamı ilə razılıq verilmiş və “xxxx” istirahət mərkəzinin xx xxxx 2012-ci il tarixli istismara qəbul aktından göründüyü kimi isə həmin istirahət mərkəzi qanuni istifadədə olan 1,5 ha torpaq sahəsində hazırda olduğu vəziyyətdə tikilmiş və istismara qəbul olunmuşdur. Bundan başqa, Məhkum Azərbaycan Respublikası CM-ni n 259-cu maddəsi ilə irəli sürülən məlum ittihamla bağlı müdafiə tərəfi qeyd edir ki, Məhkum “xxxx” istirahət mərkəzinə heç bir aidiyyəti olmadığından bu maddə ilə məsuliyyəti də yaranmır. Kassasiya şikayətində həmçinin Məhkum Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddəsi ilə təqsirli bilinməsinə da məhkəmələrin gəldiyi nəticə də mübahisələndirilmişdir. Bundan əlavə apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı Məhkum ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə bağlı hissədə ləğv edilərək yeni apellyasiya baxışına təyin olunsa da və müdafiə tərəfinin verdiyi vəsatət lərə uyğun olaraq qismən də olsa məhkəmə istintaqının keçirilməsi ilə araşdırma aparılmalı olsa da, heç bir araşdırma aparılmamış və yalnız Ali Məhkəmənin xx xxxx 2019cu il tarixli qərarında yer almış bir cümləlik əsaslandırma (“Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının mövcudluğu Məhkum CM-nin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olması barədə ittiham üzrə nəticəyə gəlməyi mümkünsüz etdiyindən hazırkı cinayət işi üzrə qərar həmin hissədə ləğv edilərək yeni apellyasiya baxışına təyin edilməlidir”) apellyasiya instansiyası məhkəməsinin əsaslandırması kimi qərara daxil edilmiş yalnız cinayət prosessual qanunvericiliyi ilə nəzərdə tutulumamış “Məhkum təqsirli bilindiyi ittihamdan CM-nin 193-1.3.1 və 193-1.3.2 -ci maddələri üzrə verilmiş ittiham xaric edilsin” ifadəsi əlavə edilərək məlum nəticəyə gəlinmişdir. Əgər Məhkum CM-nin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirliliyinin sübuta yetirilməmiş hesab olunması ilə kifayətlənmək yetərli idisə, Ali Məhkəmə həmin ittiham üzrə icraata xitam verməklə işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməyə ehtiyac görməzdi. O da nəzərə alınmalı idi ki, apellyasiya instansiyası məhkəməsi ittiham olunan şəxsin təqsirliliyi məhkəmədə sübuta yetirilmədiyi təqdirdə həmin ittihamla bağlı bəraət hökmü çıxarmalıdır, yəni Məhkum Azərb. Resp. CM-nin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirlmədiyinə görə həmin ittiham üzrə bəraət verilməli idi. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsi nin qeyd olunan qərarını dəyişdirməklə Məhkum barəsində CM-nin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə verilmiş ittihamlar üzrə bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsi, işin faktiki halları və Məhkum barəsindəki yüngülləşdirici halları nəzərə almaqla ona CM-nin 62-ci maddəsinin tətbiq olunması ilə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi və iş üzrə verilmiş mülki iddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Kassasiya məhkəmə baxışında Müdafiəçi7 çıxış edib yuxarıda qeyd olunan halları bir daha qeyd edərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkumun təqsirinin sübutların məcmusu ilə təsdiq olunduğunu, ona görə də, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci madd əsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya şikayətində məhkum edilmiş şəxsin Azərbaycan Respublikası C M-nin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirlilik məsələsi mübahisələndirilərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyi, məhkumun həmin maddə ilə təqsirliliyini təsdiq edən və məhkəmələr tərəfindən istinad olunaraq tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirilməməsinə istinad edərək faktiki olaraq mübahisələndirilən qərarın həmin hissədə ləğv edilməsi, işin faktiki halları və Məhkum barəsindəki yüngülləşdirici hallar nəzərə alınmaqla ona CM-nin 62-ci maddəsinin tətbiq olunması ilə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi və iş üzrə verilmiş mülki iddianın təmin olunmaması xahiş edilmişdir. Kassasiya şikayətindən göründüyü kimi məhkum edilmiş şəxsin təqsirlilik məsələsi mübahisələndirilərək iş ə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyi, Məhkum təqsirliyini təsdiq edən və məhkəmələr tərəfindən tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirilmədiyinə istinad edilmiş, buna görə də, mübahisələndirilən qərarının dəyişdirilməsi xahiş edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.6-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. İlkin olaraq işə baxan Şəki Ağır Cinayətlər Məhkəməsi ittiham hökmündə Məhkum verilmiş mütəşəkkil dəstə tərəfindən külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması ilə bağlı ittihamının məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusu ilə tam təsdiq olunduğunu qeyd etmiş, məhkəmə baxış iclasında məhkumun törətdiyi cinayətləri etiraf etməməsi barədə verdiyi ifadələrində irəli sürdüyü dəlillərin məhkəmədə araşdırılan mötəbər sübutlarla tam təkzib olunduğunu nəzərə alaraq, onların göstərdiyi həmin xüsusatları yalnız özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirmişdir. Hökmdən verilmiş apellyasiya şika yətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qeyd olunan qərarından verilmiş kassasiya şikayətləri əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu iltarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarının Məhkum ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 193-1.3.1 və 193-1.3.2-ci maddələri üzrə olan hissədə ləğv edilərək, yeni apellyasiya baxışına təyin olunması qərara alınmışdır. Ali Məhkəmə qeyd edilən qərarının əsaslandırıcı hissəsində Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarının mövcudluğunu nəzərə alıb, Məhkum Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olması barədə ittiham üzrə nəticəyə gəlməyi mümkünsüz etdiyini, buna görə də, Məhkum cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırmağa yönələn hərəkətlər etməkdə ittiham olunması və Azərbaycan Respublikası CM-nin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirli bilinməsinin əsassızlığının sübuta yetirilmiş sayıldığını qeyd etmişdir. Beləliklə də, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarına əsasən, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarının mövcudluğu, eyni zamanda, Ali Məhkəmənin xx xxxx 2019-cu il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə əsaslanmaqla, Məhkum Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham ona irəli sürülmüş ittihamdan xaric edilməlidir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin dlillərini iş materialları ilə birgə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarının preyudisial əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Məhkum Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasını mümkünsüz hesab etməklə düzgün nəticəyə gəlmiş, lakin Cinayət Prosessual Qanunvericiliyin bu hissədə tətbiqi ilə bağlı səhvə yol vermişdir. Apellyasiya məhkəməsi Məhkum barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmündən C inayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə irəli sürülmüş ittihamın xaric edilməli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qanunun həmin maddəsinin mənasına görə, birinci instansiya məhkəməsində məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə verilmiş ittiham yüngülləşdirməyə doğru dəyişə bilər. Bu yüngülləşdirmə təqsirləndirilən şəxsin törətdiyi əməlin məhkəmə baxışı zamanı təsdiq olunmayan ayrı-ayrı epizodlarının ittihamdan xaric edilməsi, təqsirləndirilən şəxsin əməlinin tövsifini dəyişərək həmin əməlin cinayət qanununun daha yüngül cinayətə görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməsi, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran ayrı-ayrı halların ittihamdan xaric edilməsində ifadə oluna bilər. Cinayət prosessual qanunvericiliyin bəraətin əsaslarını müəyyən edən 42-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 55.1-ci maddısinəəsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Kassasiya məhkəmə kollegiyası göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, baxılan iş üzrə apellyasiya məhkəməsi prosessual normanın tətbiqində səhvə yol verərək şəxs barəsində Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2ci maddələri ilə bəraət hökmü çıxarmalı olduğu təqdirdə, məhkəmə hökmündən şəxsin təqsirli bilindiyi ittihamdan həmin maddənin xaric edilməli olduğu qənaətinə gəlmişdir. Yuxarıda qeyd edilən və apellyasiya instansiya məhkəməsi üçün bəraətin prosessual əsasla rını göstərən normalardan fərqli olaraq kassasiya instansiyası CPM-nin 39.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam vermək səlahiyyətinə malikdir. Belə ki, CPM-nin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.2-ci maddəsində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Odur ki, göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı həmin hissədə dəyişdirilməli, onun Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən CPM-nin 39.2-ci maddəsinə əsasən həmin hissədə cinayət işinin icraatına xitam verilməlidir. Kassasiya şikayətinin məhkumun CM-nin 188.4.1, 188.4.2, 259.2.1, 259.2.2, 259.2.3, 320.1, 320.2-ci maddələri ilə təqsirli bilinməsinə və mülki iddiaya dair məhkəmələrin gəldikləri nəticənin mübahisələndirilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası müəyyən etdi ki, göstərilən dəlillər eyni ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından verilmiş kassasiya şikayətində də qeyd edillmiş, şikayət əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə həmin dəillərə qiymət verərək əsassız hesab etmiş, yalnız apellyasiya məhkəməsinin qərarı Məhkum ittiham olunduğu CM-nin 193-1.3.1 və 193-1.3.2-ci maddələri üzrə olan hissədə ləğv edilərək yeni apellyasiya baxışına təyin olunmuş, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarında göstərmişdir ki, Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), CM-nin 188.4.1, 188.4.2, 259.2.1, 259.2.2, 259.2.3, 320.1, 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllər nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmiş, həmin maddələr ilə təqsirli bilinməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin həmin maddələrlə irəli sürülmüş ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə ətraflı şərh edilərək hüquqi qiyməti verilmiş əməlin tövsifinə təkrarən qiymət ver ilməsinə heç bir əsas yoxdur. Kassasiya şikayətində həmçinin Məhkum 62-ci maddəsinin tətbiq olunmalı olduğu iddia edilir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin et məyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla Məhkum onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq olunmasına əsas vermir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı Məhkum təqsirli bilindiyi ittihamdan Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri üzrə verilmiş ittihamın xaric edilməsi ilə bağlı hissədə dəyişdirilməli, Məhkum Cinayət Məcəlləsinin 1931.3.1 və 193-1.3.2-ci maddələri təqsirliliyi sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata həmin hissədə xitam verilməli, qərar Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi7 ilə birgə verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı Məhkum təqsirli bilindiyi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə verilmiş ittihamın xaric edilməsinə dair hissədə dəyişdirilsin, bu ittiham üzrə onun təqsirliliyi sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən həmin hissədə cinayət işi üzrə icraat a xitam verilsin. Qərar Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar