Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-295/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun, Müdafiəçi – Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Şahməmmədov İlqar Şahməddin oğlunun iştirakı ilə, Astara Rayon Məhkəməsinin 05 ma y 2021-ci il tarixli hökmü ilə Məhkumn Azərbaycan Respublikası CM-nin 206.2, 234.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Zamin İbrahimov) 25 avqust 1959-cu ildə ildə İran İslam Respublikası Mərənd şəhərində doğulmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsilli, ailəli, sürücü işləyən, məhkum olunmamış, ünvan1 olmaqla həmin ünvanda yaşamış Məhkum Bahador Ghorbanali Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2- ci və 234.1 -ci maddələri ilə təqsirli bilinməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Məhkumn cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəlinin 18 dekabr 2020-ci il tarixdən hesablanması və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Məhkumn əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıl ması qərara alınmışdır. Hökmdən məhkum müdafiəçisi Qasımov Telman Abiəli oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasında işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim K.S.Bəşirov, hakimlər R.M.Cəfərov və S.A.Ələskərovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2021-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2022-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Astara Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli hökmü ilə Məhkumn Azərbaycan Respublikası CM-nin 206.2, 234.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2021-ci il tarixli qərarından Məhkum
Məhkəmə qərarları › İş №1(102)-295/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-295/2022
09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver