Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-295/2024 22.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkumun müdafiəçisi Müdafiəçi1, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs2, Zə rərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin nümayəndəsi X1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Aqil Musayev (sədrlik edən və məruzəçi), Xamməd Nuriyev və Oruc Cəlilov) 08 aprel 2022-ci il tarixli 1(099)-6/2022 nömrəli hökmü ilə xx xxxxxx 1985-ci il tarixdə Cəlilabad rayonu, Mirzəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, taksi sürücüsü işləmiş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Mirzəli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 25 mart 2020-ci il tarixdən 06 dekabr 2020-ci il tarixədək azadlığının faktiki məhdudlaşdırıldığı, şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu cəmi 8 (səkkiz) ay 11 (on bir) gün müddət ona təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 3 (üç) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 08 aprel 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qaynı Zərə rçəkmiş şəxs2 və ailə üzvlərinin Cəlilabad rayonu, Mirzəli kəndində yerləşən, yaşadıqları evdə oğurluq etmək məqsədilə özünə məxsus olan, idarə etdiyi “Daewoo Gentra” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobillə (bundan sonra – özünə məxsus avtomobil) 03 dekabr 2019-cu il tarixdə saat 22:30 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsindən çıxıb 04 dekabr 2019-cu il tarixə keçən gecə Cəlilabad rayonu, Mirzəli kəndinə gəlmiş, Zərərçəkmiş şəxs2 və ailə üzvlərinin orada yerləşən, yaşadıqları evə həyətin qarşı tərəfinə açılan pəncərəsinin örtülü olsa da, cəftəsindən bağlanmadığına görə hər hansı zədə yetirmədən açdığı layından qanunsuz daxil olub yataq otağındakı sandıqdan sonuncuya məxsus 15000 manat məbləğində pul vəsaitlərini, ayrı-ayrılıqda hər bir inin dəyəri 1500 manat olan bir ədəd qızıl sep, bir ədəd qızıl qolbaq və bir ədəd qızıl saat, hər birinin dəyəri 500 manat olan iki ədəd qızıl üzük, Zərərçəkmiş şəxs2 qızı Zeynəb Bəşirovaya məxsus, hər birinin dəyəri 500 manat olan bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük, həmin otaqdakı şkafın qab-qacaq yığılan hissəsində olmuş fincandan (“çaşka”) Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs1 məxsus, dəyəri 1000 manat olan bir ədəd qızıl üzük, hər birinin dəyəri 500 manat olan iki ədəd qızıl üzük və iki cüt qızıl sırğanı, beləliklə də ər-arvad olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus cəmi 24500 (iyirmi dörd min beş yüz) manat məbləğində, pul və qızıl-zinət əşyalarında ifadə olunan özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olub və sonunculara xeyli miqdarda ziyan vurub gizl i talamaqla oğurluq etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamil Bəşirov (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və İsmayıl Əhmədov) 15 sentyabr 2022-ci il tarixli 1(106)-636/2022 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli 1(099)-6/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 nümayəndəsi Qanuni nümayəndə1, məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlkin Rəcəbov (sədrlik edən və məruzəçi), İlqar Qılıcov və Vidadi Cəfərov) 16 fevral 2023-cü il tarixli 1(102)-390/ 2023 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2022-ci il tarixli 1(106)-636/2022 nömrəli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxs-mülki iddiaçılar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onların nümayəndəsi Qanuni nümayəndə1 tərəfindən verilmiş birgə kassasiya şikayəti və dövlət ittihamçısı İ.H.Əsədov tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilmişdir. Yeni apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Məhkum birinci instansiya məhkəməsinin hökmündə göstərilən pul və qızıl-zinət əşyalardan başqa zərərçəkmiş şəxslərə məxsus 19.500 ABŞ dolları və 1.200.000 rus rublu talamış və zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Xasməmmədov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və İlkin Abdullayev) 25 iyul 2023-cü il tarixli 1(106)-293/2023 nömrəli hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli 1(099)-06/2022 saylı hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 25 mart 2020-ci il tarixdən 06 dekabr 2020-ci il tarixədək azadlığının faktiki məhdudlaşdırıldığı, şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlanıldığı və ev dustaq lığında olduğu, cəmi 8 ay 11 gün ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 5 (beş) il 3 (üç) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 08 aprel 2022-ci il tarixdən hesablanmış, cinayət işi üzrə mülki iddia qismən təmin edilmiş, Məhkum cinayət nəticəsində vurduğu maddi ziyana görə 19.500 ABŞ dolları, 1.200.000 rus rublu məbləğində xarici valyuta vəsaitinin ödənildiyi gün Azərbaycan manatına olan məzənnəsi üzrə pul, habelə 15.000 manat, hər birinin dəyəri 1500 manat olan bir ədəd qızıl sep, bir ədəd qızıl qolbaq, bir ədəd qızıl saat, dəyəri 1000 manat olan bir ədəd qızıl üzük, hər birinin dəyəri 500 manat olan üç cüt qızıl sırğa və beş ədəd qızıl üzük və ya bu əşyala r olmadıqda onların dəyəri məbləğində pul vəsaitləri, mənəvi ziyana görə 2500 manat pul, həmçinin dövlət rüsumuna görə 30 manat olmaqla, ümumilikdə 27.030 (iyirmi yeddi min otuz) manat və 19.500 (on doqquz min beş yüz) ABŞ dolları, 1.200.000 (bir milyon iki yüz min) rus rublu məbləğində xarici valyuta vəsaitinin ödənildiyi gün Azərbaycan manatına olan məzənnəsi üzrə pul alınıb Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 verilmiş, mülki iddia qalan hissədə təmin edilməmiş, CM-in 99-2 və 99-3-cü maddələrinə əsasən iş üzrə Məhkum götürülmüş və maddi sübut qismində tanınaraq Cəlilabad RPŞ-də saxlanılan iki ədəd 100 manatlıq, iki ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq və iki ədəd 5000-lik rus rubllarında ifadə olunan pul əsginazları mülki iddianın təmin olunmuş hissəsinin ödənilməsi məqsədilə mülki iddiaçılar Zərərçəkmiş şəxs2 və ya Zərərçəkmiş şəxs1 verilmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, zərərçəkmiş şəxslər-mülki iddiaçılar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onların nümayəndəsi vəkil Qanuni nümayəndə1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2023-cü il tarixli hökmünün ləğv edilməsini və cinayət işinin apellyasiya məhkəməsində yenidən baxılması üçün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin hökmü ədalətsizdir. Belə ki, Məhkum barədə ittiham aktında onun tərəfindən cinayət törədilməsini təsdiq edə biləcək iki sübut - Ağakərim Bəşirovun ifadəsi, həmçinin zərərçəkmişin evində olan çaşkada Məhkum əl izləri mötəbər sübut sayıla bilməz. Belə ki, ittiham tərəfi cinayətin Məhkum tərəfindən törədilməsini təsdiq edən əsas sübutu kimi şahid Ağakərim Bəşirovun istintaq zamanı ikinci dəfə, yəni 30 iyun 2020-ci il tarixdə və Məhkumlə üzləşmədə verdiyi ifadəsi götürmüşdür. Ağakərim Bəşirov istintaqda verdiyi ilkin ifadəsində heç kimdən şübhələnmədiyini göstərsə də, yeddi aydan sonra 30 iyun 2020-ci il tarixdə müstəntiqin təşəbbüsü ilə ikinci dəfə dindirilərkən ifadəsində 04 dekabr 2019-cu il tarixdə gecə vaxtı evinin qarşısın dan Məhkum məxsus qara rəngli “Daewoo Sentra” markalı 99-FF- 361 dövlət qeydiyyat nişanlı avtomobilin keçdiyini göstərmişdir. İlkin ifadəsində Elvinin maşınını hadisə olan gecə görməsini nə istintaq orqanına, nə qohumları olan zərərçəkmiş şəxslərə məlumat verməməsini nəzərə alaraq müdafiə tərəfi həmin ifadənin yoxlaması üçün istintaq eksperimentinin keçirilməsi barədə vəsatət qaldırsa da, vəsatət heç bir əsas göstərilmədən, bu barədə heç bir qərar qəbul edilmədən təmin edilməyib. Məhkəmə A.Bəşirovun ibtidai istintaq zamanı ilk dəfə verdiyi ifadələri yox, istintaqın sonrakı mərhələsində və məhkəmə iclasında verdiyi ifadələri səbəbini araşdırmadan mötəbər sübut kimi qəbul etmişdir. Kassator hesab edir ki, A.Bəşirovun istintaq zamanı 10 dekabr 2019-cu ildə verdiyi ifadəsi obyektiv ifadə kimi qəbul edilməli, onun hadisədən 7 ay sonra verdiyi ifadəsi isə mötəbər sübut kimi qəbul edilə bilməz. Şirvan Apellyasiya Məhkəməsinin hökmündə isə əsassız olaraq göstərilmişdir ki, A.Bəşirov cinayət işinin araşdırılmasının bütün mərhələlərində verdiyi ifadələrində Məhkum maşınını 04 dekabr 2019-cu il tarixdə evinin yaxınlığından keçdiyini görüb. İttihamın ikinci sübutu – zərərçəkmiş şəxsin evində olan çaşkada guya Məhkum barmaq izinin olmasının aşkar edilməsidir. Kassator hesab edir ki, bu sübut da mötəbər sayıla bilməz və məhkəmə tərəfindən qəbul olunmamalı idi. Belə ki, "Baxış keçirilməsi haqqında” 04 dekabr 2019-cu il tarixli 343 nömrəli protokolda göstərilmişdir ki, “baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya və predmet götürülmədi”. Əgər zərərçəkmişin oğluna hədiyyə edilmiş çaşkada barmaq izi aşkar edilsəydi, ekspert-kriminalist tərəfindən bu protokolda qeyd edilərdi və götürülərdi. Lakin bu hərəkətlər edilməmişdir. Eyni zamanda, hadisə yerindən barmaq izləri götürülsə də, haradan, hansı əşyadan barmaq izi götürülməsi qeyd edilməmiş, protokolda göstərilmişdir ki, "baxış zamanı ekspert-kriminalist tərəfindən oğurluq olan yerlərdən, cinayət hadisəsini törədən şəxslərin toxunması ehtimal edilən yerlərdən müxtəlif əl-barmaq izləri götürülüb qablaşdırıldı”. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi bütün izahat və ifadələrində, məhkəmə hazırlıq iclasında məhkəməyə təqdim etdikləri mülki iddiada, məhkəmə baxşının ilk iclasında evindən oğurlanmış qızılların bir qisminin stəkanda olmasını göstərmişdir. Müstəntiq E.Əliyevin Zərərçək miş şəxs1 dindirilərkən "çaşkada” Məhkum əl izləri olması barədə suala cavabında da göstərir ki, "Məhkum barmaq izləri aşkar olduğu stəkana Elvin mənim evimdə olan zaman toxunmayıb, polis gələndən sonra da stəkana toxunmayıb”. Məhkəmə baxışının ilk iclasında da qızılların hansı qabda olması araşdırılmış, Zərərçəkmiş şəxs1 stəkan və çaşkanın fərqini izah etmiş, bildirmişdir ki, stəkan ağ rəngdə, şəffaf olur, qulpu olmur, çaşkanın isə qulpu olur, rəngli olur və qızılların stəkanda olmasını bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası CMP-nin 128.1, 128.2, 128.3.1, 128.3.2 maddələrinə əsasən öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi nə kömək edən hər hansı bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. Əşyanın maddi sübut əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki, əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun, təqsirləndirilən şəxs onu bilavasitə məhkəmə tədqiqindən əvvəl tanısın. İstintaq orqanı nə stəkanı, nə də hər hansı bir "çaşkanı” maddi sübut kimi tanımamış, bu barədə qərar qəbul etməmiş, təqsirləndirilən şəxs onu bilavasitə məhkəmə tədqiqindən əvvəl tanımamışdır, ittiham aktında da Məhkum barmaq izi olan "çaşka” maddi sübutlar s iyahısında göstərilməmişdir, ibtidai istintaqın sonuna kimi heç bir çaşkanın zərərçəkənin evindən götürülməsi barədə protokol tərtib edilməmişdir. Beləliklə, Məhkum nə zərərçəkmiş Zərərçəkmiş şəxs1 evinin pəncərəsində, nə qıfılı sındırılmış sandıqda, nə də qızılların bir qismi qoyulmuş stəkanda barmaq izlərinin olmamasını, baxış protokoluna əsasən evə baxış zamanı iş üçün əhəmiyyət kəsb edə bilən heç bir əşya və predmetin götürülməməsini, Məhkum əl izi olan "çaşka”nın maddi sübut kimi tanınmamasını, ittiham aktında da "çaşka”nın maddi sübutlar siyahısında olmamasını nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 128.2, 128.3, 128.3.1, 128.3.2 maddələrinə əsasən zərərçəkmiş Zərərçəkmiş şəxs1 evinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və predmet götürülmədiy indən, ittiham aktında sübut kimi göstərilən, maddi sübut kimi tanınmamış “çaşka”nın maddi sübuti əhəmiyyəti qəbul olunmamalı, sübutlar siyahısından xaric edilməli idi. Lakin Şirvan Apellyasiya Məhkəməsi bu barədə qaldırılmış vəsatəti təmin etməmişdir. Hal şahidləri R.Y.Sadıqov, Şahid4 və zərərçəkmiş Zərərçəkmiş şəxs1 latın qrafikalı əlifbanı bilməsələr də, hadisə yerinə baxış zamanı mütəxəssis iştirak etməmiş, baxış protokolunun baxışda iştirak edən şəxslərə elan edilməsi barədə protokolda heç bir qeydiyyat aparılmamışdır. Həmçinin baxış protokolu tərtib ediləndə iştirak etmələri göstərilən hal şahidlərin baxış protokolundakı imzaları ilə onların məhkəmə iclasında ifadə verməmişdən əvvəl imzaladıqları iltizamlardakı imzaları xeyli fərqli olduğundan, həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs 1 istintaq zamanı verdiyi bütün izahat və ifadələrində evindən oğurlanmış qızılların şkafda olan stəkanda olduğunu desə də, hal şahidləri Zərərçəkmiş şəxs1 qızıllarının bir qisminin şkafda olan "çaşkada” olduğunu deməsi barədə ifadə vermələri, hal şahidlərinin baxışda iştirak etmələrinə şübhə yarandığından baxış protokolundakı imzaların hal şahidləri tərəfindən icra edilmələrinin yoxlanılması üçün məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi barədə verilmiş vəsatətlər 2 dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən təmin edilmədi və bu belə əsaslandırıldı ki, “hal şahidlərinin baxış protokolundakı və iltizamdakı imzaları oxşarlıq təşkil edir”. Şirvan Apellyasiya Məhkəməsi də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə razılaşaraq, qərarında qeyd etmişdir ki, “baxış protokolund akı imzaların onlara (hal şahidlərinə) məxsus olması ilə bağlı hər hansı şübhəli hal mövcud deyil”. Lakin Azərbaycan Respublikası CPM-nin 121.2 maddəsinə əsasən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedura daxilində hərtərəfli, tam və obyektiv araşdırlmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Lakin birinci instansiya məhkəməsi kimi apellyasiya məhkəməsi də, yalnız hal şahidlərinin baxış protokolundakı imzaların onlar tərəfindən icra edilməsini bildirmələrini əsas götürüb, vəsatəti təmin etməmiş, vəsatətdə ekspertiza təyin edilməsinə əsas kimi göstərilmiş digər halları nəzərə almamışdır. Ekspertiza keçiril məklə baxış protokolunun 04 dekabr 2019-cu il tarixdə yox, sonradan, Məhkum və arvadının Zərərçəkmiş şəxs2 oğluna hədiyyə etdikləri çaşkada barmaq izinin müəyyən edilməsindən sonra tərtib edilməsi və baxış protokoluna "stəkan” sözündən sonra "çaşka” sözünün yazılması sübut edilərdi. Şirvan Apellyasiya Məhkəməsinin hökmündə Məhkum cinayət törətməsini təsdiq edən sübut kimi hal şahidləri R.Sadıqovun, Şahid4, ekspert-kriminalist O.Əzizlinin guya hadisə yerinə baxış zamanı zərərçəkmiş S.B.Nuriyevanın evindən oğurlanmış qızılların bir qisminin "çaşkada” olmasını onlara deməsi barədə ifadələri əsas götürülmüşdür. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 birinci instansiya məhkəməsində ifadə verərkən bildirdi ki, o heç vaxt Rusiyadan Azərbaycana gələrkən xarici valyutanı - rus rublunu gömrük nəzarətindən ke çərkən bəyan etməyib, 19500 ABŞ dollarını Rusiyadan gətirəndə isə həmin pulun 10.000 ABŞ dollarını özü gömrük nəzarətindən gömrük orqanına bəyan etmədən keçirib, 9500 ABŞ dollarını isə həmin qaydada qardaşı Əkbər Bəşirov keçirib, sonra ona verib. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 əvvəllər də gömrük nəzarətindən kənar xarici valyuta keçirməsini, 1.200.000 rus rublunu (31800 manat) və 19500 ABŞ dollarını (33150 manat), cəmi 64950 manat dəyərində xeyli miqdarda valyutanı gömrük nəzarətindən kənar keçirilməsində qardaşının da iştirak etməsini nəzərə alıb, məhkəmə onlar barədə cinayət işi başlanılması üçün materialları dərhal prokurorluğa göndərməli idi, məhkəmə isə nəinki bunu etməmiş, həmin məbləğin Zərərçəkmiş şəxs2 qaytarılması barədə qərar qəbul etmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən, öz deməs inə görə, dəfələrlə gömrük orqanlarına bəyan etmədən xarici valyutanı keçirməsi, sonuncu dəfə 1.200.000 rus rublunu və 19.500 ABŞ dollarını bəyannamədə qeyd etmədən keçirməsinin qəbul edilməsi gömrük orqanı əməkdaşlarının öz xidməti vəzifələrini yerinə yetirməməsi nəticəsində mümkün ola bilər ki, bu qənaətə gəlmək üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsiri müəyyən edərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməməsi, mötəbər olmayan sübutlara əsasən məhkumun barəsində ittiham hökmünün çıxarılmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azə rbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İşin materiallarından görünür ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkü nlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslərin yaşayış sahəsinə qanunsuz daxil olub və sonunculara külli miqdarda ziyan vurmaqla oğurluq əməlləri törətmişdir. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. İş materiallarında qeyd edilmi ş hadisənin gedişatı, hadisənin məhz hökmün təsviri hissəsində qeyd edilmiş şəraitdə və qaydada baş verməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin keçirilməsi barədə protokollarla, habelə iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuş və bununla da təqsirləndirilən şəxs Məhkum məhz külli miqdarda oğurluq əməlini törətməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin şahid Ağakərim Bəşirovun məhkəmə iclasında verdiyi ifadəsinin və Məhkum əl izləri üzrə məhkəmə-daktiloskopik ekspertizasının 27 avqust 2020-ci il tarixli rəyinin mötəbər sübutların olmaması barədə dəlilini əsaslı hesab etmir. Belə ki, həmin sübutlar qanuni üsulla əldə edilmiş sübutlardır. Məhkəmə tərəfindən həmin sübutlar məhkəmə iclasında tədqiq edilmiş, qiymətləndirilmiş və onların mümkünlüyünə dair nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına və iş üzrə toplanmış sübutlara uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab edir ki, şahid Ağakərim Bəşirovun məhkəmə iclasında verdiyi ifadənin və Məhkum əl izləri üzrə məhkəmə-daktiloskopik ekspertizasının 27 avqust 2020-ci il tarixli rəyinin məhkəmə tərəfindən mötəbər sübut qismində nəzərə alınma sı əsaslı və qanuna uyğun olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara düzgün qiymət verib, məhkumun əməli düzgün olaraq CM-in 177.3.2-ci maddəsi ilə tövsif olunmuşdur. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq orqanı, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişd ir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün onun əməlinin həmin maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin məhkəmə kollegiyası baxış protokolunda olan imzaların hal-şahidləri tərəfindən icra edilib-edilməməsini yoxlamaq üçün daktiloskopik ekspertizasının təyin edilməsi barədə müdafiə tərəfinin vəsatətinin məhkəmə tərəfindən təmin edilməməsinin əsassız olmasına dair kassasiya şikayətinin dəlili ilə razılaşmır. Belə ki, məhkəmə həmin vəsatətə baxarkən nəzərə almışdır ki, hal-şahidləri məhkəmədə verdikləri ifadədə göstərmişlər ki, onlar baxışda iştirak etmişlər, protokol onlara elan edilmişdir və protokol da olan imzalar onlar tərəfindən icra olunmuşdur. Bundan əlavə Müdafiəçi1 kassasiya şikayətinin digər dəlili zərərçəkmiş şəxsin xarici valyutanı bəyannamədə qeyd etmədən Azərbaycana gətirməsinin qanunsuz olması ilə bağlıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPMin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci mad dəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Odur ki, təqsirləndirilən şəx sə qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə tərəfindən qanuni və əsaslı hökm çıxardığı halda zərərçəkmiş şəxsin əməlinin qiymətləndirilməsi ilə əlaqədar hər hansı bir qərarın qəbul edilməməsi məhkəmənin hökm və qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsas ola bilməz. Bundan əlavə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-1 46-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlinin tövsifində səhvə yol verdikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edi lmədən, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2023-ü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-295/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-295/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver