Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2953/2025 12.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: “Azərbaycan Respublikası CM-in”) 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına, həmçinin CM-in 193-1.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 oktyabr 2025-ci il tarixli, 1(103)-1141/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə və apelyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum 1 mart 1967-ci il tarixdə Goranboy rayonu Qızılhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhk um olunmamış, cinayət törədilən vaxt, eləcə də hazırda "xxxx" MMC, "xxxx" MMC və bir sıra digər MMClərə faktiki rəhbərlik edən, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. Cinayət işinin faktiki halları Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 1(101)-474/2025 nömrəli hökmündə və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 oktyabr 2025-ci il tarixli, 1(103)-1141/2025 nömrəli qərarında ətraflı təsvir edilmişdir.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X18 və X4 ibarət məhkəmə tərkibində) 14 aprel 2025-ci il tarixli, 1(101)-474/2025 nömrəli hökmü ilə Məhkum əməlində cinayət tərkibinin olmadığına görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə bəraət verilməs i, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməsi və ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməməsi, Məhkum təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi və 3 (üç) il sınaq müddəti müəyyən edilməsi, təyin edilmiş sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Məhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, sınaq müddəti ərzində Məhkum üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək, tibbi zərurət, təbii fəlakət, istintaq, məhkəmə orqanlarının çağırışları istisna olmaqla Bakı şəhər ərazisinin hüdudlarını tərk etməmək, saat 00:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələrinin qoyulması, onun davranışı üzərində nəzarətin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdi r.
4. Həmin hökmdən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X13 və X2 ibarət məhkəmə tərkibində) 2 oktyabr 2025-ci il tarixli, 1(103)1141/2025 nömrəli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.3.2, 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-474/2025 nömrəli hökmünün verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 oktyabr 2025-ci il tarixli, 1(103)-1141/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti və apelyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya şikayətinin, kassasiya protestinin dəlilləri və etirazlar:
7. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində apellyasiya müraciətinin dəlillərini təkrarlamaqla, cinayət işinin bir sıra faktiki hallarına və çoxsaylı qanunvericilik normalarına istinadlar edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə “Azərbaycan Respublikası CPM-in”) 416.1.1, 416.1.15 və 416.1.21-ci maddələrinə uyğun olaraq apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilərək, Məhkum CM-in 179.3.2 və 313-cü maddələri ilə bəraətverici əsaslarla barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Həmçinin, apellyasiya məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti verərək, müraciətinin dəlilləri qismində apelyasiya müraciətinin dəlillərini təkrarlamaqla, cinayət işi materiallarında olan sübutlar siyahısına və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, məhkəmə tərəfindən istintaq orqanı tərəfindən verilmiş ittihamın təkzib edilməsi, eyni zamanda, özünün həmin nəticəyə gəlməsi ilə bağlı kifayət qədər əsaslandırma aparılmamış, ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən redd edilməsinin motivləri göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edi lməmiş və bununla da, məhkəmə CM-in 193-1.3.2-ci maddəsi ilə bəraət verilməsi və məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşarkən işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir.
9. Bununla da, Bakı Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən apellyasiya i nstansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 oktyabr 2025-ci il tarixli, 1(103)-1141/2025 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir
10. Kassasiya şikayətinə və kassasiya protestinə qarşı etiraz daxil olmamış, qərardan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı xx.xx.2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında çıxış edən müdafiəçi dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini, həmçinin tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edərək məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında çıxış edən məhkum dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini, həmçinin müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edərək məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X14 müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini, həmçinin ittiham tərəfindən verilmiş kassasiya protestinin dəlillərini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edərək məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
15. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
16. Belə yoxlamanın nəti cəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
17. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə əməlində cinayət tərkibi olmadığı halda Məhkum əsassız olaraq Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv e dilməsi və təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığından onun barəsində iş üzrə icraata xitam verilməsini xahiş edərək, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.15 və 416.1.21ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
18. Həmçinin, dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə Məhkum CM-in 193-1.3.2-ci maddəsi ilə əsassız bəraət verildiyini, həmçinin barəsində əsassız olaraq CM-in 70-ci maddəsinin tətbiq edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni ape llyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
19. Odur ki, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini və dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 oktyabr 2025-ci il tarixli, 1(103)1141/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olu nmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.
21. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir.
22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınm aqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
24. Məhkum müdafiəçisi tərəfindən kassasiya şikayətində irəli sürülmüş məhkumun təqsirli bilindiyi CM-in 179.3.2 və 313-cü maddələri üzrə əməlində cinayət tərkibinin olmamasına dair tələbinə münasibətdə, məh kəmə kollegiyası razılaşmaq üçün əsas görmür.
25. Belə ki, Məhkum apellyasiya instansiya məhkəməsinin qərarı ilə istinad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq onun əməllərində Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, onun həmin maddələr ilə təqsirliliyi apellyasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir.
26. Məhkəmə kollegiyası Məhkum müdafiəçisinin kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını ətraflı yoxlayaraq müvafiq araşdırmalar aparmış, bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 179.3.2 və 313-cü maddələrinin dispozisiyasından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni cinayət-prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
27. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası məhkumun müd afiəçisinin kassasiya şikayətinin onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır.
28. Kollegiya həmçinin, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə qeyd edir ki, verilmiş kassasiya protestində Məhkum CM-in 193-1.3.2-ci maddəsi ilə əsassız bəraət verilməsi qeyd edilərək, onun həmin maddə ilə də təqsirli bilinərək cəzalandırılması, həmçinin barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəaların prosessual qanunvericiliyin tələblərinə zidd olması iddia edilir.
29. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
30. Belə ki, iş üzrə tərtib edilmiş ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası CM-in 179.3.2, 193-1.3.2 və 313-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində ittiham edilmişdir.
31. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı araşdırılan sübutlara əsasən müəyyən edilmişdir ki, CM-nin 193-1-ci maddəsindən də göründüyü kimi “cinayət yolu ilə əldə edildiyini bilə-bilə” cümləsindən istifadə olunmuş və təqsiləndirilən həmin pul vəsaitinin cinayət yolu ilə əldə edildiyini bilməli və predikativ cinayət olmalıdır. Hazırki işdə predikativ cinayət kimi mənimsəmə cinayəti çıxış edir. CM-in 179-cu maddəsində mənimsəmə və ya israf etmə təqsirkara etibar edilmiş özgə əmlakını talama kimi qeyd edilmişdir. Yəni mənimsəmənin başa çatması üçün əmlakın əldə edilməsi tələb edilir. Hazırki işdə isə ayrı-ayrı şirkətlərin adına köçürülmüş pullar bankdan çıxarıldıqdan sonra ayrı-ayrı şəxslərə verilmişdir. Yəni belə görünür ki, hələ banka köçürmənin edilməsi və orada əməliyyatların aparılması zamanı hələ predikativ cinayət başa çatmamışdır. Belə olan halda hansı predikativ cinayət nəticəsində əldə edilmiş pul vəsaitinin leqallaşdırılması qeyri müəyyəndir. Həmçinin o da qeyd edilməlidir ki, Məhkum tərəfindən pul vəsaitlərinin bir hesabdan başqa hesaba köçürülməsi üçün nağdlaşdırılması cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin leqallaşdırılması məqsədlərinə deyil, məhz qabaqcadan əlbir olduğu müxtəlif müəssisəsələrin səlahiyyətli şəxsləri ilə aralarında razılaşdırılmış rol bölgüsünə əsasən mənimsənilməsinə, yəni həmin pul vəsaitlərinin Şahid1, X7, Şahid2, X8, Şahid3, X9, Şahid4, X15, Şa hid10, Şahid6, Şahid7, X16, X3, Şahid5, Şahid9, Şahid8 qaytarılmasına xidmət etmişdir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş həmin şəxslərin də ifadələrindən aydın olmuşdur ki, əslində müvafiq müəssisələr üçün müqavilədə sadalanan mallar Məhkum alınmasa da məhz müqavilə əsasında onun faktiki rəhbərlik etdiyi müəssisələrin bank hesablarına köçürülmüş və sonuncu tərəfindən qaytarılmış pul vəsaitlərinin hesabına alınmışdır. İbtidai istintaq orqanı da bu hissədə şahidlərin ifadələrinin iş materialları ilə təsdiq edilməsi barədə nəticəyə gələrək həm Məhkum, həm də Şahid1, X7, Şahid2, X8, Şahid3, X9, Şahid4, X15, Şahid10, Şahid6, Şahid7, X16, X3, Şahid5, Şahid9, Şahid8 tərəfindən təqsirləndirilən şəxsin faktiki rəhbərlik etdiyi müəssisələrə köçürülən bütün pul vəsaitlərinə görə deyil, ya lnız ekspertiza rəylərinə əsasən malların faktiki bazar qiyməti ilə müqavilədə göstərilən qiymətlər arasındakı fərq təşkil edən məbləğlər həddində mənimsəmə ilə əlaqədar ittiham irəli sürülmüşdür. Göründüyü kimi həmin şəxslərə münasibətdə pul vəsaitlərinin nağdlaşdırılaraq geri qaytarılması mənimsəmənin üsulu kimi əsas götürülmüş və onların pul vəsaitlərinin nağdlaşdırılması əməli cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin mənbəyinin gizlədilməsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması kimi qiymətləndirilməmişdir. Bundan başqa, sübutların qiymətləndirilməsi haqqında qərarla Məhkum qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə 208.648,14 manat pul vəsaitini leqallaşdırma ilə bağlı irəli sürülmüş ittiham cinayət yolu ilə əldə edildiyini bilə-bi lə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək, o cümlədən cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlaması əsas götürülsə də, məhkəmə bir daha qeyd edir ki, hazırki iz üzrə ayrı-ayrı dövlət müəssisələrinin səlahiyyətli şəxslərinə ümumilikdə 208.648,14 manat pul vəsaitinin nağdlaşdırılaraq qaytarıldığı və məhz qaytarılmış pul vəsaitlərinə münasibətdə həmin şəxslərə yalnız mənimsəmə ilə əlaqədar ittiham irəli sürüldüyü təqdirdə hansı pul vəsaitinin Məhkum tərəfindən istifadə edilməklə əqdlər bağlanması, hansı pul vəsaitinin qanuni görkəm alması ittiham tərəfindən sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, Şahid1, X7, Şahid2, X8, Şahid3, X9, Şahid4, X1 5, Şahid10, Şahid6, Şahid7, X16, X3, Şahid5, Şahid9, Şahid8 barələrində cinayət işi birgə araşdırılsa da, ibtidai istintaq orqanı tərəfindən bərabərlik və prinsiplərinə zidd olaraq yuxarıda qeyd olunan şəxslərə münasibətdə eyni əməl Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə, digərlərinə münasibətdə isə 179.3.2 və 193-1.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməl kimi qiymətləndirilmişdir.
32. Apellyasiya instansiya məhkəməsi cinayət işi materiallarında olan ibtidai istintaq və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları əlaqəli tədqiqinə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, pul vəsaitinin mənimsənilməsi yalnız Məhkum elan edilmiş ittihamda adları göstərilən müəssisəsələr tərəfindən təqsirləndirilən şəxsin faktiki r əhbərlik etdiyi müəssisələrin hesablarına köçürülərək pulun nağdlaşdırılması nəticəsində bitdiyindən, pulun nağdlaşdırılması nəticəsində əldə edilmiş pul vəsaiti Ali Məhkəmənin Plenum qərarına əsasən qanuni görkəm almadığından və yalnız mənimsəmə cinayətinin predmetinə çevrildiyindən Məhkum əməli cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma kimi qiymətləndirilə bilməz.
33. Göründüyü kimi, birinci instansiya məhkəməsi hökmdə iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasında müəyyən etdiyi halları, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olmasına dair Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə, cinayət mühakimə icraatının prinsiplərinə, o cümlədən təqsirsizlik prezumpsiyasına tam uyğun olaraq – əməlində cinayət tərkibinin olmaması və Məhkum Cinayət-Prosessual Məcəllənin 42.1.2-ci maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişdir.
34. Bundan əlavə, dövlət ittihamçısı kassasiya protestində Məhkum təqsirli bilindiyi CM-in 179.3.2-ci maddəsi ilə barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsinin qanunsuz və əsassız olması ilə bağlı dəlilləri də apellyasiya müraciətinin dəlilləri ilə eynilik təşkil etmiş, məhkəmə həmin hissədə də apellyasiya protestinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın real çəkilməli olub-olmaması məsələsinə gəldikdə isə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi ni, şəxsiyyətini, habelə barəsində müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, yəni zərərçəkmiş hüquqi şəxslər barışıq əldə etməsini, cinayət nəticəsində vurulmuş ziyanın tam şəkildə ödənməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət əməlini törətməsini səmimi etiraf etməsini, əvvəllər məhkum olunmamasını nəzərə alaraq və onun təyin olunacaq cəzanı çəkmədən də islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və təyin ediləcək cəzanın şərti hesab edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab etmişdir.
35. Həmçinin, kassasiya kollegiyası kassasiya protestində qeyd edilən “Məhkum tərəfindən Baş Prokurorluğun depozit hesabına qoyulmuş 50.000 manatın onun mənimsəmə cinayəti nəticəsində əldə e tdiyi pul vəsaiti olması, məhkəmələrin bu pul vəsaitinin taleyinə hər hansı bir münasibət bildirməmələrinə” dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, məhkum tərəfindən vurulmuş maddi ziyan tam həcmdə ödənilmişdir və bu hal məhkəmələr tərəfindən ayrıca qiymətləndirilmişdir.
36. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum ittiham edildiyi CM-in 1931.3.2-ci maddəsi bəraət verilməsi qənaətinə gələrkən göstərilmişdir ki, sübutların qiymətləndirilməsi haqqında qərarla Məhkum qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə 208.648,14 manat pul vəsaitini leqallaşdırma ilə bağlı irəli sürülmüş ittiham cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək, o cümlədən cinayə t törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlaması əsas götürülsə də məhkəmə bir daha qeyd edir ki, hazırki iz üzrə ayrı-ayrı dövlət müəssisələrinin səlahiyyətli şəxslərinə ümumilikdə 208.648,14 manat pul vəsaitinin nağdlaşdırılaraq qaytarıldığı və məhz qaytarılmış pul vəsaitlərinə münasibətdə həmin şəxslərə yalnız mənimsəmə ilə əlaqədar ittiham irəli sürüldüyü təqdirdə hansı pul vəsaitinin Məhkum tərəfindən istifadə edilməklə əqdlər bağlanması, hansı pul vəsaitinin qanuni görkəm alması ittiham tərəfindən sübuta yetirilməmişdir.
37. Göründüyü kimi, depozit hesabında qalan pul vəsaitinin cinayət yolu ilə əldə olunması və ya cinayətin aləti olması barədə sübutlar mövcud deyildir. Azərbaycan Respublikasının Cinay ət Məcəlləsinin xüsusi müsadirəni tənzimləyən müddəalarına əsasən, yalnız cinayət nəticəsində əldə edilmiş, cinayətin törədilməsində istifadə olunmuş və ya qanunsuz dövriyyədən çıxarılmalı olan əmlak xüsusi müsadirəyə məruz qala bilər. Hazırkı halda depozitdə qalan məbləğ qanuni mənbədən formalaşmış, ziyanın ödənilməsinin təminatı məqsədi daşımış və zərər tam ödənildiyindən onun müsadirəsi üçün hüquqi əsas mövcud deyildir, buna görə də həmin vəsaitin məhkum tərəfindən geri götürülməsi hüququ təmin olunmalıdır.
38. Belə olan halda həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarı da əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
39. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaət ini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən məhkumun əməlinin tövsifi zamanı nəzərə alınan və kassasiya şikayətində, həmçinin kassasiya protestində gətirilən digər halları Məhkum əməlində CM-in 193-1.3.2-ci maddəsi ilə cinayət tərkibinin mövcudluğu üçün mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş məhkumun əməlinin tövsif edilməsi, həmçinin onun əməlində cinayət tərkibinin mövcudluğunu istisna edən məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
40. Məhkəmə kollegiyası kassasiya şikayətində və kassasiya protestində gətirilən yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən e dilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət - prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
41. Qeyd olunanlar Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinə baxılması nəticəsində müdafiə tərəfinin şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsində, həmçinin ittiham tərəfindən dövlət ittihamçısının protestində ehtiva olunan 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
42. Odur ki, məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti, həmçinin dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 oktyabr 2025-ci il tarixli, 1(103)-1141/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına, həmçinin CM-in 193-1.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 oktyabr 2025-ci il tarixli, 1(103)-1141/2025 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə və apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin.