Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2956/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayə t işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 1(101)-1909/2022 nömrəli (hakimlər: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xxxxxx-ci il tarixdə Bakı şəhərində kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, xxxx yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 8 iyul 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum tərəfindən müddətin bərpasına dair vəsatət verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 1(101)-1909/202 2 nömrəli (hakim: Mahmudov İlham Ağa oğlu) qərarı ilə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edilmişdir. Həmin tarixli müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərardan Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli 1(103)1997/2023 nömrəli (hakimlər: Allahverdiyev Elbəy Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və buraxılmış müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrah imov Elçin oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən ed ir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının məhkəmə çıxışını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 358.1.1-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq məhkəmə hökmün surətini müvafiq olaraq məhkum edilmiş və ya bəraət verilmiş şəxsə, onun müdafiəçisinə, qanuni nümayəndəsinə, dövlət ittihamçısına, zərər çəkm iş şəxsə (xüsusi ittihamçıya), mülki iddiaçıya, mülki cavabdehə və onların nümayəndələrinə verməlidir. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. İş materialında olan sənədlərdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 20 dekabr 2022-ci il tarixində çıxarılmış və hökmün surətini 22 dekabr 2022-ci il tarixində Məhkum təqdim edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmiş, hökm məhku m tərəfindən 29 dekabr 2022-ci il tarixində qəbzə imza etdirilməklə şəxsən qəbul edilmişdir. Lakin, məhkəmənin hökmündən yalnız 27 mart 2023-cü il tarixdə, yəni təqribən 3 (üç) ay müddət keçdikdən sonra apellyasiya şikayəti verilmişdir. Həmçinin, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli hökmündən görünür ki, hökmün nəticə hissəsində həmin hökmdən apellyasiya şikayəti və ya apellyasiya protestinin verilmə qaydası və müddəti, həmçinin məhkəmənin adı dəqiq göstərilmişdir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısınd a buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 1(101)-1909/2022 nömrəli hökmü Məhkum və onun müdafiəçisinin iştirakı ilə elan edilmiş, hökm elan edilərkən proses iştirakçılarına hökmdən şikayət vermək hüququ və müddəti izah edilmiş, bu məsələlər hökmün nəticəvi hissəsində də öz əksini tapmışdır. Hökmün surəti məhkəmənin 22 dekabr 2022-ci il tarixli məktubla məhkuma təqdim edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensi ar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmiş, hökm məhkum tərəfindən 29 dekabr 2022-ci il tarixdə qəbzə imza etdirilməklə şəxsən qəbul edilmişdir. Məhkum tərəfindən apellyasiya şikayəti və buraxılmış müddətin bərpasına dair vəsatət 27 mart 2023-cü il tarixdə imzalanmaqla Bakı Ağır Cinayətlər Məhkəməsinə 12 aprel 2023-cü il tarixdə daxil olmuş və həmin tarixdə də qeydiyyata alınmışdır. Göründüyü kimi, apellyasiya şikayəti verilmə müddətindən üzrsüz səbəbdən iki aydan çox müddət keçmiş və məhkumu bu müddət ərzində apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. İş materiallarından görünür ki, Məhkum birinci instansiya məhkəməsinin hökmü elan olunduğu gündən qanunla müəyyən edilmiş apellyasiya şikayəti ve rilməsi müddətin buraxılması ilə bağlı üzrlü hesab edilə bilən səbəb qeyd etməmişdir. Məhkəmə kollegiyası bunu, həmçinin, birinci instansiya məhkəməsinin hökmü elan edilərkən məhkəmə iclasında Məhkum müdafiəçisinin iştirak etməsini də nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2956/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2956/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver