Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2956/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X2 iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 311.1 və 326.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2025-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** saylı hökmü ilə, (hakimlər X6 (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X8 ibarət tərkibdə) ##.##.1960-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı İstintaq Təcridxanasında cəzaçəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 311.1 və 326.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona həmin Məcəllənin 326.1ci maddəsi ilə CPM-in 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, CM-nin 178.3.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, CM-nin 311.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, eləcə də ev dustağlığında və həbsdə saxlanıldığı 03 (üç) ay, ümumilikdə 03 (üç) ay 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla hazırkı iş üzrə ona təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmış və üzərində 02 (iki) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə ilə 08 (səkkiz) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmış, habelə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni ## #### 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Hökmlə həmçinin maddi məsrəflər həll edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı hökmündən təqsirləndirilən şəxs Məhkum və zərərçəkmiş şəxslər İbrahimova Humay Hümbət qızı və zərərçəkmiş şəxs3 tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarına əsasən birinci instansiya məhkəməsinin hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan kassasiya protesti verilməsə də, kassasiya şikayətinə qarşı zərərçəkmiş şəxslər İbrahimova Humay Hümbət qızı və zərərçəkmiş şəxs3 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətinə qarşı etirazlar verilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar etdiyi hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində istəmiş, eləcə də almış, tamah məqsədi ilə rəsmi sənədi talamışdır. Belə ki, Məhkum xxxx QSC-nin sədrinin ##.##.2014-cü il tarixli, NOK-** saylı əmri və xxxx QSC-nin Həkim Sanitar Xidməti rəisinin ##.##.2014-cü il tarixli, **/K saylı əmrinə əsasən X1 Xəstəxanasının baş həkimi vəzifəsində işləyən zaman xəstəxananın rəhbəri kimi öz qulluq mövqeyinə görə ona olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə zərərçəkmiş şəxs3 külli miqdarda əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə guya geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək dərman alqı-satqısı ilə məşğul olduğunu və pul verəcəyi halda sonuncunu həmin alqı-satqıya nəzarət edən şəxs kimi təyin edəcəyini vəd edərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda zərərçəkmiş şəxs3 bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan 2016-ci ilin noyabr ayında günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Gəncə Otel”in qarşısında 15000 (on beş min) manat, 2018-ci ilin yay aylarında günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən "Gəncə Otel”in qarşısında 40000 (qırx min) manat, daha sonra ucuz torpaq sahəsinin olduğunu bildirərək, həmin torpaq sahəsini almaq adı ilə zərərçəkmiş şəxs3 pul istəyib qısa zamanda qaytaracağını vəd edərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda sonuncuya bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməklə inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs3 2018-ci ilin noyabr ayında günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Gəncə Otel”-in qarşısında 2600 (iki min altı yüz) manat, daha sonra baş həkim işlədiyi X1 xəstəxanasında yoxlama aparıldığını və bununla bağlı 50000 (əlli min) manat pul lazım olduğunu bildirərək, zərərçəkmiş şəxs3 bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməklə inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan 2020-ci ilin yanvar ayının 10-da Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Gəncə Otel”-in qarşısında 50000 (əlli min) manat, daha sonra yenidən zərərçəkmiş şəxs3 dərman alqısatqısı ilə məşğul olduğunu və sonuncunu həmin alqı satqıya nəzarət edən şəxs kimi təyin edəcəyini vəd edərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda zərərçəkmiş şəxs3 bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan 2020-ci ilin fevral ayında günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Məhrəsə Bağı, * saylı binanın yanında 45000 (qırx beş min) manat, 2020-ci ilin mart ayının əvvəllərində günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Atatürk prospektində “** saylı” Aptekin yanında 50000 (əlli min) manat pulu qeyd olunan şəkildə hissə-hissə ələ keçirərək ümumilikdə zərərçəkmiş şəxs3 vahid niyyətlə 202600 (iki yüz iki min altı yüz) manat məbləğində külli miqdarda maddi ziyan vuraraq öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etmişdir. Bundan başqa, Məhkum X1 Xəstəxanasının baş həkimi vəzifəsində işləyən zaman təkrarən xəstəxananın rəhbəri kimi öz qulluq mövqeyinə görə ona olan inam və etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə zərərçəkmiş şəxs6 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə guya geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 2000 (iki min) manat pul verəcəyi halda sonuncuya pensiya müavinəti təyin etdirəcəyini yalandan vəd verərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda zərərçəkmiş şəxs6 bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan 2018-ci ilin oktyabr ayının əvvələrində günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Mehdi bəy Sultanov 17 ünvanında yerləşən X11 xidməti iş otağında 1400 manat, 2018-ci ilin oktyabr ayının ortalarında günü istintaqa dəqiq məlum olmayan tarixdə həmin niyyətinin davamı olaraq zərərçəkmiş şəxs6 əri şahid4 vastəsilə Gəncə şəhəri, Mehdi bəy Sultanov 17 ünvanında yerləşən X1 xidməti iş otağında 100 manat, 2019-cu ilin mart ayının əvvəllərində günü istintaqa məlum olmayan vaxtda Gəncə şəhəri, Mehdi bəy Sultanov 17 ünvanında yerləşən X11 xidməti iş otağında 500 manat pulunu ələ keçirərək ümumilikdə zərərçəkmiş şəxs6 vahid niyyətlə 2000 manat məbləğində maddi ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə etməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum X1 Xəstəxanasının baş həkimi vəzifəsində işləyən zaman təkrarən xəstəxananın rəhbəri kimi öz qulluq mövqeyinə görə ona olan inam və etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə zərərçəkmiş şəxs8 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə guya geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 4000 (dörd min) manat pul verəcəyi halda sonuncunun arvadı Aybəniz Məmmədovaya pensiya müavinəti təyin etdirəcəyini yalandan vəd verərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda zərərçəkmiş şəxs8 bilə bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan ## ###### 2019-cu il tarixdə Gəncə şəhəri, Mehdi bəy Sultanov 17 ünvanında yerləşən X11 xidməti iş otağında 1500 manat. ## ###### 2019-cu il tarixdə Gəncə şəhəri Atatürk prospekti “Azərin hədiyyələri” adlı mağazanın qarşısında isə 2500 (iki min beş yüz) manat pulunu ələ keçirərək ümumilikdə ona vahid niyyətlə 4000 manat məbləğində maddi ziyan vurmaqla öz quluq müvqeyindən istifadə etməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum X1 Xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən ## ##### 2017-ci il tarixdə təsdiq edilmiş, ## ##### 2017-ci il tarixdə 2300247681 nömrəsi ilə dövlət qeydiyyatına alınmış “xxxx” QSC Həkim-Sanitar Xidmətinin X1 Xəstəxanası MMC-nin nizamnaməsinə əsasən kadr məsələlərini həll etmək və işçiləri vəzifəyə, eləcə də gözətçi vəzifəsinə təyin etmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar rəhbəri olduğu X1 Xəstəxanasında gözətçi vəzifəsinə işə təyin edilmək üçün müraciət etmiş zərərçəkmiş şəxs5 pulu-maddi neməti rüşvət qismində istəmək və almaq qərarına gəlmiş, həmin niyyətlə sonuncunu X1 Xəstəxanasında gözətçi vəzifəsinə təyin etmək müqabilində 2019-cu ilin sentyabr ayının əvvəlində günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Mehdi bəy Sultanov 17 ünvanında yerləşən X1 Xəstəxanasında xidməti iş otağında özü üçün birbaşa olaraq 500 (beş yüz) manat pulu rüşvət qismində istəmiş, daha sonra cinayətkar əməlini davam etdirərək zərərçəkmiş şəxs5 X1 Xəstəxanasında gözətçi vəzifəsinə işə təyin etmək üçün 2019-cu ilin sentyabr ayının əvvəlində günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Mehdi bəy Sultanov 17 ünvanında yerləşən X1 xəstəxanasında xidməti iş otağında özü üçün birbaşa olaraq şəxsən zərərçəkmiş şəxs5 500 (beş yüz) manat pulu rüşvət qism ində alaraq, həmin vaxt xəstəxanada gözətçi vəzifəsi vakant olmadığından, zərərçəkmiş şəxs5 ərizəsi əsasında ##.##.2019-cu il tarixli əmr verib, imzalamaqla sonuncunu 0.5 ştat vahidi üzrə fəhlə vəzifəsinə təyin etmiş, daha sonra cinayətkar niyyətinin davamı olaraq zərərçəkmiş şəxs5 həmin xəstəxanada gözətçi vəzifəsinə təyin etmək müqabilində 2019-cu ilin sentyabr ayının sonlarında günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Mehdi bəy Sultanov 17 ünvanında yerləşən X1 Xəstəxanasında xidməti iş otağında özü üçün birbaşa olaraq 2500 (iki min beş yüz) manat istəmiş, daha sonra əməlini davam etdirərək 2019-cu ilin dekabr ayının əvvəlində günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Mehdi bəy Sultanov 17 ünvanında yerləşən X11 xidməti iş otağında özü üçün birbaşa olaraq şəxsən zərərçəkmiş şəxs5 2500 (iki min beş yüz) manat pulu alaraq, ümumilikdə vahid niyyətlə 3000 (üç min) manat pulu-maddi neməti qeyd olunan ünvan və tarixlərdə xidməti iş otağında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar rüşvət qismində istəmiş və almışdır. Bundan başqa, Məhkum X1 Xəstəxanasının baş həkimi vəzifəsində işləyən zaman təkrarən xəstəxananın rəhbəri kimi öz qulluq mövqeyinə görə ona olan inam və etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə zərərçəkmiş şəxs1 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə guya geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 3000 (üç min) manat pul verəcəyi halda sonuncunun arvadı Ramazanova İntizar Rüstəm qızına pensiya müavinəti təyin etdirəcəyini yalandan vəd verərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda zərərçəkmiş şəxs1 bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan ## ####### 2019-cu il tarixdə Gəncə şəhəri, Mehdi bəy Sultanov 17 ünvanında yerləşən X12 xidməti iş otağında 3000 (üç min) manat, daha sonra öz cinayətkar niyyətinin davamı olaraq zərərçəkmiş şəxs1 guya geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 500 (beş yüz) manat pul və sonuncuya məxsus olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən verilmiş rəsmi sənəd hesab olunan tibbi sənədi təqdim edəcəyi halda zərərçəkmiş şəxs1 ömürlük pensiya müavinəti təyin etdirəcəyini yalandan vəd verərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda sonuncuya biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs1 2021-ci ilin dekabr ayında günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən Heydər Əliyev parkında 500 (beş yüz) manat pulu, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən verilmiş rəsmi sənəd olan Ə.Ramzanova məxsus tibbi sənədi tamah məqsədi ilə talayaraq, ümumilikdə sonuncuya vahid niyyətlə 3500 (üç min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla öz qulluq müvqeyindən istifadə edərək təkrarən dələduzluq etmiş, həmçinin tamah məqsədi ilə rəsmi sənədi talamışdır. Bundan başqa, Məhkum Gəncə şəhər X4 qeyri-rəsmi formada həkim kimi işləyən zaman təkrarən öz qulluq mövqeyinə görə ona olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə İsmayılov Mahir Nadir oğlunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə guya geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 1500 (min beş yüz) manat pul verəcəyi halda sonuncuya pensiya müavinəti təyin etdirəcəyini yalandan vəd verərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda M.İsmayılova bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan 2021-ci ilin mart ayında günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Müseyib Bağırov küçəsində yerləşən X4 xidməti iş otağında 1500 (min beş yüz) manat pulu ələ keçirərək, sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə edərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrar tamah məqsədilə ona olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə İsmayılzadə Şəfəq Vilayət qızının xeyli miqdarda əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə övladı- Mirmustafa Seyidovun təhsil xərcləri ilə bağlı Şəfəq İsmayılzadədən 8000 (səkkiz min) manat pul istəyib qısa zamanda qaytaracağını vəd edərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda sonuncuya bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Ş.ismayılzadədən ## #### 2021-ci il tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Asan Xidmət”-in yanında 8000 (səkkiz min) manat, daha sonra cinayətkar niyyətinin davamı olaraq hesabında olan pulunun bloklandığını bildirərək, hesabı blokdan çıxarmaqla Şəfəq İsmayılzadədən aldığı pulu qaytarmaq üçün sonuncudan 10200 (on min iki yüz) manat pul istəyib qısa zamanda qaytaracağını vəd edərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda sonuncuya bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Ş.İsmayılzadədən 2021-ci ilin iyun ayının 11-də Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən “Nur” kafenin yanında 10200 (on min iki yüz) manat, 2021-ci ilin iyun ayının 16-da Gəncə şəhəri, Dədə Qorqud küçəsində 2500(iki min beş yüz) manat pulunu ələ keçirərək ümumilikdə ona vahid niyyətlə 20700 (iyirmi bir min yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum Gəncə şəhər X4 qeyri- rəsmi formada həkim kimi işləyən zaman təkrarən öz qulluq mövqeyinə görə ona olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə zərərçəkmiş şəxs4 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə 1500 (min beş yüz) manat pul verəcəyi halda sonuncunu müalicə edəcəyinə söz verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda zərərçəkmiş şəxs4 bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan ## #### 2021-ci il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində (köhnə Sevinc qəsəbəsi) yerləşən fərdi yaşayış evində 1500 manat pulu ələ keçirərək, həmin məbləğdə maddi ziyan vurmaqla öz quluq mövqeyindən istifadə edərək təkrarən dələduzluq etmişdir. Eləcə də, Məhkum təkrar tamah məqsədilə ona olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə İbrahimova Humay Hümbət qızının xeyli miqdarda əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə guya öz şəxsi hesabında problem yarandığını bildirərək yaranmış problemin aradan qaldırdıqdan sonra sonuncunun kürəkəni zərərçəkmiş şəxs3 dələduzluq yolu ilə ələ keçirdiyi pulları geriyə qaytaracağını söz verib, həmin problemi aradan qaldırmaq üçün zərərçəkmiş şəxs7 pul istəyib qısa zamanda qaytaracağını vəd edərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda sonuncuya bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Notariat kontorunda pulu ələ keçirməyi dələduzluq əməlinin üsulu kimi istifadə edərək sonuncudan 2021-ci ilin iyul ayının 6-da Gəncə şəhəri, Atatürk prospektində yerləşən Gəncə şəhəri * saylı Notariat kontorunda 4900 (dörd min doqquz yüz) manat, 2021-ci ilin iyul ayının 8- də H.İbrahimovanın yaşadığı ünvan 3 ünvanında 3500 manat, 2021-ci ilin iyul ayının 9-da H.İbrahimovanın yaşadığı ünvan 3 ünvanında 1500 manat, 2021-ci ilin iyul ayının 23-də Gəncə şəhəri, Atatürk prospektində yerləşən Gəncə şəhəri * saylı Notariat kontorunda 10000 (on min) manat, ## ###### 2021-ci il tarixdə H.İbrahimovanın yaşadığı ünvan 3 ünvanında 10000(on min) manat, ## ###### 2021-ci il tarixdə H.İbrahimovanın yaşadığı ünvan 3 ünvanında 1800(min səkkiz yüz) manat, ## ###### 2021-ci il tarixdə H.İbrahimovanın yaşadığı ünvan 3 ünvanında 500(beş yüz) manat, 2021-ci ilin dekabr ayının 13 də H.İbrahimovanın yaşadığı ünvan 3 ünvanında “Kapital Bank” mobil tətbiqi vasitəsilə Məhkum adına olan 4286 5212 6155 **** nömrəli “Access Bank” debet kartına göndərdiyi həmin tarix üçün 1700 (min yeddi yüz) manat dəyərində olan 1000 (min) ABŞ dollarını, 2021-ci ilin dekabr ayının 14-də H.İbrahimovanın yaşadığı ünvan 3 ünvanında “Kapital Bank” mobil tətbiqi vasitəsilə Məhkum adına olan 4286 5212 6155 **** nömrəli “Access Bank” debet kartına göndərdiyi həmin tarix üçün 680 (altı yüz səksən) manat dəyərində olan 400 (dörd yüz) ABŞ dollarını, 2021-ci ilin dekabr ayının 16 da H.İbrahimovanın yaşadığı ünvan 3 ünvanında “Kapital Bank" mobil tətbiqi vasitəsilə Məhkum adına olan 4286 5212 6155 **** nömrəli “Access Bank” debet kartına göndərdiyi 4845 manat dəyərində 2850 ABŞ dollarını, 2021-ci ilin dekabr ayının 16-da H.İbrahimovanın yaşadığı ünvan 3 ünvanında “Kapital Bank” mobil tətbiqi vasitəsilə Məhkum adına olan 4286 5212 6155 **** nömrəli “Access Bank” debet kartına göndərdiyi 340 manat dəyərində 200 ABŞ dollar pulunu ələ keçirərək, ümumilikdə ona vahid niyyətlə 39765 (otuz doqquz min yeddi yüz altmış beş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum edilmiş şəxs kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli qərarının ləğv edilməsini və onun barəsindəki cinayət işi üzrə icraata bəraət verici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, heç bir şahid ifadəsi və notarial sənədi ilə təsdiqlənməmiş, yalnız zərərçəkmiş şəxslərin ifadələrinə əsaslanaraq ona ittiham irəli sürülmüş, eyni zamanda onun müdafiə hüququ pozulmuşdur. Belə ki, apellyasiya instansiyası zamanı məhkum qarşı tərəfin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazını bildirsə də, onun etirazı nəzərə alınmamış, məhkəmə iclası keçirilməyə davam etmişdir. Bununla yanaşı, apellyasiya məhkəməsinin yekun baxışı zamanı məhkuma çıxış etmək imkanı yaradılmamış, ona son söz verilməmişdir. Yuxarıda göstərilənlərə, əsasən, Gəncə Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2025-ci il tarixli qərarının ləğv edilməsini və bəraət verici əsaslarla xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını əlaqəli şəkildə öyrənib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli, məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayətprosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” ## ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində məhkum Məhkum CM-in 178.3.2, 311.1 və 326.1-ci maddələri ilə təqsirlilik məsələsi mübahisələndirildiyindən məhkəmə kollegiyası həmin əmələ münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntuya yol verməmiş, məhkum Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-in 178.3.2, 311.1 və 326.1-ci maddələrinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında əsaslı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 178.3.2, 311.1 və 326.1-ci maddələri ilə tövsif edilməsi və onun bu maddələr ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların, həmçinin məhkəmə istintaqı ilə keçirilməməklə toplanmış sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda həmin sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb hesab etmişdir ki, apellyasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, Məhkum təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş, yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Məhkum Cinayət Məcəlləsinin 178.3.2, 311.1 və 326.1-ci maddələri ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.3.2, 311.1 və 326.1-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinə əsasən, «Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür». Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Məhkum həmin cinayət əməllərini törətməsini, cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutlarla təsdiq olunmuş, məhkum və müdafiə tərəfi onların qəbul olunmasının yolverilməzliyini iddia etsə də, bunu hər hansı bir halla əsaslandıra bilməmişdir. Məhkumun müvafiq məzmunlu iddiası hər hansı sübuta və fakta deyil, yalnız bəsit formalı subyektiv mülahizəyə əsaslanmışdır. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etməsi, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar etdiyi hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində istəməsi, eləcə də alması, tamah məqsədi ilə rəsmi sənədi talaması, əməllərində cinayət hadisəsinin və cinayət tərkiblərinin olması, təqsirliliyinin tam sübuta yetirilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların, o cümlədən şahid ifadələrinin müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.3.2, 311.1 və 326.1-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməllərini törətməsi aşağı instansiya məhkəmələri tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM -in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməllərini Cinayət Məcəlləsinin 178.3.2, 311.1 və 326.1-ci maddələri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin şəxsin CM-in 178.3.2, 311.1 və 326.1-ci maddələri ilə təqsirli olması barədə mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 311.1 və 326.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün toplanmış sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, düzgün hüquqi nəticəyə gəlmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum oğlunun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Məhkumun ona qarşı CM-in 178.3.2, 311.1 və 326.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyil, kassasiya şikayətinin bu barədə dəlilləri hər hansı hüquqi əsasa toxunmayan dəlillər olmaqla, cinayət işi üzrə qanuni surətdə toplanaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar hazırki iş üzrə mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 311.1 və 326.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2025-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2956/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2956/2025
02.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver