Məhkəmə qərarları › İş №1(102)-296/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-296/2020

19.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-296/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mehrəliyev Vüsal Bəhram oğlunun, Məhkum iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 avqust 2019-cu il tarixli qərarından Məhkum ve rdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 may 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim B.M.Məmmədov, hakimlər R.İ.Hüseynov və N.N.Mirzəyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxxx 1976-cı ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, 2 uşaq atası, əvvəllər məhkum olunmamış, fərdi qaydada sürücü işləmiş, ünvan3ndə qeydiyyatda olmaqla həmin kənddə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, əlavə cəzanın ona təyin edilmiş əsas cəzanı n çəkildiyi bütün müddətə və bundan əlavə hökmlə müəyyən edilmiş 04 (dörd) il müddətə şamil edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 07 mart 2019-cu il tarixindən hesablanması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.M.Hüseynov, hakimlər R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 avqust 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum 29 deka br 2018-ci ildə saat 07.00 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus Opel Astra markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə ünvan5di yolunun ünvan6 ərazisindən keçən 214,6-cı kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq sürücü kimi yol hərəkətinin iştirakçısı olmaqla sürətdən və hərəkət şəraitindən asılı olaraq qabaqda gedən nəqliyyat vasitəsi sürətini kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısını almaq mümkün olan ara məsafəsi seçməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib avtomobili ünvan8ndə sağ zolaqla 90 km/saat sürətlə hərəkət etdirərkən onunla eyni istiqamətdə və eyni zola qda 65-70 km/saat sürətlə hərəkətdə olan sürücü X6 etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Kamaz-5511 markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilini ötməyə başlayarkən arxadan minik avtomobilinin işıq siqnalı ilə ondan yol istədiyini görüb öz zolağına qayıdarkən avtomobilin qabaq sağ hissəsini qarşıda hərəkətdə olan həmin yük avtomobilinin arxa sol hissəsi ilə toqquşdurmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin, Opel Astra markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sərnişinləri 1957-ci il təvəllüdlü X2 açıq kəllə beyin travması, baş beyinin yumşaq toxumalarına qansızma ilə müşayiət olunan sol ənsə, gicgah, alın və kəllə əsası sümüklərinin çox qəlp əli sınıqları, hər iki bud sümüyünün aşağı 1/3-nin qapalı sınığı xəsarətləri ilə müşayiət olunan dərəcəsinə görə canlı şəxslərdə götürüldüyü kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla zərər çəkmiş şəxsin ölümünə, 1998-ci il təvəllüdlü X4 açıq kəllə beyin travması, baş beyinin yumşaq toxumalarına qansızma ilə müşayiət olunan kəllə tağı və əsası sümüklərinin çox qəlpəli sınıqları xəsarətləri ilə müşayiət olunan dərəcəsinə görə canlı şəxslərdə götürüldüyü kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla zərər çəkmiş şəxsin ölümünə, digər sərnişinlər 1981-ci il təvəllüdlü Qanuni nümayəndə burun belinin və sağ baldırın orta 1/3-nin ön səthinin yaraları xəsarətləri almaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərə r vurulmasına, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sağ almacıq nahiyəsinin şişkinliyi ilə müşayiət edilən zərər çəkmiş şəxsin sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət almasına, Kamaz-5511 markalı "-xx xx xx-" dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin zədələnməsi nəticəsində həmin avtomobilin sahibi Zərərçəkmiş şəxs3 2230 (iki min iki yüz otuz) manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar, xüsusilə də himayəsində iki azyaşlı uşağının olması, törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində özünün də xəsarət alması və bu xəsarətin ona cəzaçəkmə müəssisəsində qalmasına mane olması nəzərə alınmamış, nət icədə o, həddindən artıq ağır cəzaya məhkum olunmuşdur. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən X5 Cinayət kollegiyasının 19 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsini və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi haqqında yeni qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyə ti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halla rın nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 avqust 2019-cu il tarixli qərarını kassasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayıb, araşdırmanın nə ticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı yüngüglləşdirən hallar qismində “zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışığın əldə edilməsi” - Cinayət Məc əlləsinin 59.1.12-ci maddəsində, “cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması” isə Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Cinayət Məcəlləsinin 60.1-ci madd əsində təsbit olunmuşdur ki, Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayəıt Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəza sını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, birinci instansiya məhkəməsi Məhkum əsas cəza olaraq təqsirli bilindiyi Cinayət Məcəlləsini n 263.3-cü maddəsinin sanksiyasında alternativsiz nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə 6 il müddətə cəza təyin etməklə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları – Məhkum əməlini etiraf edərək peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqların olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərlə və vəfat etmiş zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsini (CM, maddə 59.1.12), onlara dəymiş ziyanın əvəzini ödəməsini (CM, maddə 59.1.13) və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanın onun ailəsinin həyat şərai tinə və islah olunmasına təsiri, cəzanın digər məqsədləri ilə birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) nəzərə almış, Məhkumə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin müəyyən etdiyi həd daxilində (Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmənin son həddinin – 10 ilin dörddə üçündən - 7 il 6 aydan çox olmamaq şərtinə uyğun olan) CM-in 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Məhkum müdafiəçisinin apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan, o cümlədən cəzanın mübahisələndirilməsinə həsr olunmuş dəlilləri araşdıran Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da Məhkum cəzasının yüngülləşdirilməsi üçün əsas tapmamışdır. Kassasiya şikayətinin dəlilləri birinci və apellyasiya instansiyası məhkəmələrinin qənaətlərini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Qeyd olunanlar məhkum Məhkumin kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və y axud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 avqust 2019-cu tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 19 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hafi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar