Məhkəmə qərarları › İş №1(102)-296/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-296/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-296/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Zərərçəkmiş şəxs, Məhkum, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Abdullayev İkram Yusif oğlunun iştirakları ilə Qobus tan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Abdullayev İkram Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.Q.Quliyev) xx xxxxxx 1979-cu ildə Şamaxı rayon Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, xxxxx vəzifəsində işləyən, məhkum olunmamış, Ünvan1 ünvanda qeydiyyatda olmaqla orada yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 faizi dövlət xeyrinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum xx xxx 2019-cu tarixdən xx xxx 2019-cu il tarixədək tutularaq şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət islah işləri cəzasının 6 gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq aylıq qazancının 15 faizi dövlət xeyrinə tutulmaqla 1 il 5 ay 24 gün islah işləri cəzası saxlanılması hökm edilmişdir. Həmin hökmlə həmçinin, X2 və X1 da təqsirli bilinib məhkum olunmuşlar. Hökmdən məhkumlar X2, X1, Məhkum və onun müdafiəçisi Abdullayev İkram Yusif oğlu və zərərçəkmiş şəxs X7 tərəflərindən tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkə məsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim M.Ə.Rzayev, hakimlər E.G.Rəhimov və E.M.Əhmədovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü nəhkum X1 və Zərərçəkmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum CM-nin 221.2.1-ci maddəsi ilə təyin edilmiş aylıq qazancının 15 faizi dövlət xeyrinə tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzası 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, CMnin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Abdullayev İkram Yusif oğlu tərəfind ən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARI: Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, xx xxx 2019-cu il tarixdə saat 13 radələrində bir qrup şəxs halında əmisi X1 və əmisi oğlu X2 ilə birlikdə Qobustan şəhəri “Son’' adlanan iaşə obyektlərinin yerləşdiyi ictimai yerdə, “Əlibəyin mağazası” adlanan ticarət obyektinin qarşısında əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, saymamazlıq göstərərək hadisə yerinə yığışmış çoxsaylı şəxslərin qarşısında öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyub Zərərçəkmiş şəxsi uca səslə nəlayiq söyüşlərlə söymü ş, atası xxxx və digər şəxslərin onu sakitləşdirməyə cəhd etməsinə baxmayaraq öz hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxsə qarşı tətbiq edib onun çiynindən qəsdən yumruqla vuraraq avtomobildən çıxarmağa cəhd etməklə xuliqanlıq hərəkətləri edərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarını təxminən 5 dəqiqə ərzində kobud surətdə pozaraq xuliqanlıq cinayəti törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇIXIŞLARI: Məhkumun müdafiəçisi Abdullayev İkram Yusif oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istintaq orqanı baş vermiş hadisə ilə əlaqədar istintaq apararkən Məhkuma münasibətdə sübutları saxtalaşdırmış, ona qarşı qərəzli mövqe tutmuş, onun təqsirləndirilməsi üçün çoxlu prosessual pozuntulara yol vermişdir. Onun əməlində təqsirləndirildiyi CM-nin 221.2.1-ci maddəsinin tərkibi əlamətləri olmadığı halda onu əsassız olaraq ittiham etmişdir. Həmçinin, Məhkum barəsindəki birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apellyasiya məhkəmə kollegiyası nəticəyə gələrkən qərarın ləğvi üçün əsas olan və AR CPM-nin 416.1.1, 416.1.2, 416.1.3, 416.1.6-cı maddəllərində nəzərdə tutulan nöqsanlara yol vermişdir. Ona görə də, qərarın Məhkuma aid hissəsi ləğv olunmalı, cinayət işinin ona aid hissəsinə bəraətverici əsaslarla xitam verilməlidir. Belə ki, cinayət işinin materiallarında Məhkumun təqsirləndirilməsində istinad edilən və müdafiə tərəfinin istinad etdiyi yolverilməz sübutların heç biri, nə birinci instansiya məhkəməsində, nə də apelyasiya məhkəməsin də tədqiq edilməmiş, yoxlanılmamış, qiymətləndirilməmiş və müqayisə aparılmamışdır. İş materiallarından görünür ki, cinayət işində toplanmış sənədlərin hamısı qanun pozuntusu ilə toplanmış, Məhkumu cinayət məsuliyyətinə cəlb etmək üçün qərəzli hərəkətlərə yol verilmişdir. Cinayət işinin materiallarından görünür ki, mübahisənin baş verdiyi Qobustan şəhəri, “son” adlanan yerdə hadisə olduğu kimi müşahidə kamerasına düşmüşdür. Hökmün 10-cu səhifəsinin aşağıdan İ abzasından başlanan və 12-ci səhifəsinin İ abzasına qədərə davam edən əsaslandırıcı hissəsində müşahidə kamerasındakı görüntülər anbaan qeyd edilmişdir. Həmin görüntülərlə toplanmış şahid ifadələri kəskin ziddiyyət təşkil edir. Yəni, görüntülərdə Məhkumun Zərərçəkmiş şəxsə qarşı hər hansı zor tətbiq etməsi və ya zor tətbiq edəcəyi həd əsi görünmür və hiss olunmur. Kamera görüntülərində təqsirləndirilən X1 və X2nin Zərərçəkmiş şəxsə qarşı zor tətbiq etmələri, yəni onu vurmaları görünür. Müdafiəçi kassasiya şikayətində həmçinin ibtidai istintaq orqanı tərəfindən aradan qaldırılması mümkün olmayan cinayət prosessual qanunvericiliyin çox saylı kobud pozuntularını yol verildiyini qeyd edərək, göstərilənləri nəzərə alıb, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarını Məhkuma aid hissəsini ləğv edərək, cinayət işinin ona aid hissəsinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya məhkəmə baxışında məhkumun müdafiəçisi İ.Y.Abdullayev çıxış edərək kassasiya şikayətində qeyd etdiyi halları bir daha vurğulayaraq şikayətinin təmin edilməsini xahiş e tdi. Kassasiya məhkəmə baxışında çıxış edən Məhkum müdafiəçisinin mövqeyi ilə razı olduğunu bildirib şikayətin təmin olunmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən Zərərçəkmiş şəxins kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib şikayətin təmin olunmamasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək müdafiəçinin kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığ ını göstərərək, apellyasiya məhkəməsinin qərarının Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmi n əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi İ.Y.Abdullayev tərəfindən verilmiş kassasiya şikayətində Məhkumun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143—146-cı maddələrin in tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzə rə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Məhkumun məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin dispozisiyası bir qrup şəxs tərəfindən xuliqanlıq kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş bir qrup şəxs tərəfindən xuliqanlıq ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzər də tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin icraatına Məhkuma aid olan hissədə bəraətverici əsaslarla xitam verilməli olduğu iddia edilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 saylı qərarında məhkəmələrə izah edilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qay danı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011- ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkumun bir qrup şəxs halında xuliqanlıq cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkumun ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi tərə findən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145. 1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkumun təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində ibtidai istintaq orqanı tərəfindən cinayət pros essual qanunvericiliyin çox saylı kobud pozuntularını yol verilməsinə, həmin pozuntuların məhkəmələr tərəfindən nəzərə alınmamasına dair dəlillərinə qiymət verərək qeyd edir ki, cinayət prosessual qanunvericilik işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarının yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilməsini yol verilməz hesab edir. (mad.399.3) Bu baxımdan kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kolllegiyası düzgün olaraq işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökmünün qeyd edilən prossesual pozuntulara əsasən ləğv edilməsini mümkün hesab etməmiş dir. Müdafiə tərəfinin kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkuma bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Bundan əlavə məhkəmə kollegiyası məhkumun müdaf iəçisinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının bəraətverici əsaslarla ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən müəyyən olunur ki, müdafiəçi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutlardan əlavə yeni sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafi əçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillə rlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərinə təsir göstərə biləcək hər hansı bir kobud pozuntu aşkar etməmiş, Məhkumun hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkumun hərəkətlərində Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin təmin olunm ası, zərərçəkmiş şəxsin və dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək, yuxarıda qeyd edilən əsasən belə nəticəyə gəlir ki, məhkumun müdafiəçisi Abdullayev İkram Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı Məhkum aid olan hissədə dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Abdullayev İkram Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı Məhkuma aid hissədə məhkumun müdafiəçisi Abdullayev İkram Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar