Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-296/2023 10.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 05 avqust 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Əfqan Hacıyev, hakimlər Əli Məmmədov və Telman Hüseynov) 18 mart 2022-ci il tarixli, 1(101)-365/2022 nömrəli hökmü ilə, xx xxxx 1983-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “Bolt” onlayn taksi xidməti platformasında sürücü olaraq işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırıması cəzasına məhkum edilmiş, 25 may 2021-ci il tarixdən hö kmün çıxarıldığı tarixədək tutularaq həbsdə saxlanıldığı 9 (doqquz) ay 21 (iyirmi bir) gün CM-in 69.3-cü maddəsinə müvafiq olaraq bir günə iki gün hesabı ilə hesablanaraq 1 (bir) il 7 (yeddi) ay 12 (on iki) günə bərabər tutulmaqla təyin edilən cəzaya hesablanaraq ondan çıxılmış və sonuncunun üzərində 1 (bir) il 4 (dörd) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq - 18,414 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın qarşısına daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşla rı tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 25 may 2021-ci il tarixdə, saat 17:00-da həmin ünvanın qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq 18,414 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşad Abdulov (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Qədim Babayev) 1(103)-955/2022 nömrəli 05 avqust 2022-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 365/2022 nömrəli, 18 mart 2022-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərə k, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 25 may 2021-ci il tarixdən 18 mart 2022-ci tarixədək həbsdə saxlanıldığı 9 (doqquz) ay 21 (iyirmi bir) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq, onun üzərində qəti olaraq 4 (dörd) il 2 (iki) ay 9 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 05 avqust 2022-ci il tarixdən hesablanmış, Məhkum ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmiş, Dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş dir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2022-ci il tarixli hökmünün ləğv edilməsi və məhkuma Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum qanunsuz olaraq psixotrop maddənin saxlamasında özünü təqsirli bilməmiş, ibtidai istintaq zamanı barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəməyə doğru olmayan ifadə vermişdir ki, barəsində həbs qətimkan tədbiri seçilməsin. Şahid qismində ifadə vermiş DİN-nin BNMİ-nin polis əməkdaşları Şahid1 və Şahid2 məhkum edilmiş şəxsdən fərqli ifadə verərək Məhkum ünvan 4 ünvanın qarşısında h ərəkət etməsini görərkən saxladıqlarını bildirmişlər. Yəni polis əməkdaşlarının ifadələrinə əsasən. Məhkum saxlanılarkən piyada olmuş, avtomobili idarə etmirdi. Bu və cinayət işin digər təkzibolunmaz hallarla, o cümlədən iş materiallarında olan "xxxx" Az.MMC-nin arayışı ilə sübuta yetirilmişdir ki, 25 may 2021-ci il tarixdə Məhkum saxlanılmamışdan bir neçə dəqiqə əvvəl idarə etdiyi «Nissan Maksima» markalı **-UR*** dövlət qeydiyyat nişanlı avtomobillə müştərilərə xidmət göstərmişdir, sonuncu müştərini düşürdükdən bir neçə dəqiqə sonra saxlanıldığından təbii ki, o, saxlanılarkən avtomobillə olmuşdur. Haqqında apellyasiya şikayəti verilmiş hökmdə Şahid8 ifadəsi təhlil edilərkən qeyd olunmuşdur ki, Şahid8 ifadəsi ilə müəyyən olunur ki, Məhkum saxlanılarkən piyada olmuş, onu saxlayan əməkdaş lar Turalın avtomobillə olmasından xəbərsiz olmuşlar. Cinayət işinin materiallarında olan və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin cinayət işinin 105-ci vərəqində olan cavab məktubunda qeyd edilmişdir ki, Məhkum psixotrop maddəni haradan və kimdən əldə etməsinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Həmçinin 25 may 2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olsa da onun üzərində narkotik vasitə aşkar olunmamışdır. Yəni «etibarlı və qərəzsiz» adlandırılan mənbədən daxil olan məlumatın narkotik vasitələrlə bağlı olan hiss əsi hələ cinayət işi başlanmamışdan əvvəl öz təsdiqini tapmamışdır. Məhkum üzərində psixotrop maddə aşkar edilsə də onun satış məqsədi ilə əldə edilməsi və istintaqın sonrakı mərhələlərində öz təsdiqini tapmamışdır. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin hökmünü ləğv edərkən zidiyyətli və yalnız ehtimallar əsasında ləğv etmişdir. Belə ki, apellyasiya kollegiyasının əsas tutduğu «Qardaş, maşının pəncərəsini açıq qoyum, xahiş edirəm, at içəri ehtiyacım var. Qurana and olsun» mətnli SMS-də avtomobilin içərisinə pulun atılması xahiş olunur, hər hansı narkotik vasitənin atılması xahiş olunmur. Bu səbəbdən də, apellyasiya kollegiyası tərəfindən əsasən də bu mətnli SMS-in məhz Məhkum tərəfindən narkotik vasitənin avtomobilində olması barədə xəbərdar olmasına sübut kimi hansı mənt iqlə qəbul etməsi heç cür başa düşülməli deyil. Həmin SMS yazışmalarından nə Məhkum konkret olaraq narkotik vasitələrinin növü, nə hansı miqdarı, nə də ki istifadəsi və ya satışı hallan müəyyən edilmir. Apellyasiya kollegiyasının qeyd etdiyi cümləsində isə Məhkum pulun ona atılmasını xahiş edir, hər hansı narkotik vasitəni deyil. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi +994 55 *** ** ** telefon nömrəsinin istifadəçisinin şəxsiyyətini müəyyən etmədən, həmin abunəçiyə göndərilən SMS-lərin məhz narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı sübutların məcmusu şəklində təsdiqliyini müəyyən etmədən, yalnız qeyri-müəyyən mətnli SMS-lər nəticəsində birtərəfli şəkildə və tam əsassız olaraq Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərki binin mövcud olması barədə qənaətə gəlmişdir. Halbuki, hazırkı cinayət işi üzrə ittihamın sübutetməsində kobud prosessual yol pozuntulara yol verildiyini müəyyən etmiş və məhz bu səbəbdən də müvafiq xüsusi qərar qəbul etmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən inkar edilmir ki, Məhkum üzərində aşkar edilmiş «İphone» markalı, içərisində ***-***-**-** saylı nömrə olan mobil telefonun yaddaşından, həmçinin qeyd olunan nömrəsinə giriş-çıxış zənglərini, SMS mətnləri və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskdən Məhkum narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar sübut əhəmiyyət kəsb edəcək hallar müəyyən edilməmişdir. Göründüyü kimi, müvafiq əməliyyat tədbirdə iştirak etmiş polis əməkdaşları Şahid1 və Şahid2 yalan ifadə vermələrini təkzibolunmaz sübutlar əsasında kifayət qədər müəyyən etsə də, Məhkum üzərində keçirilmiş baxışın nəticələrinin mötəbərliyini nədənsə şübhə altına alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanun i qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi birinci və apellyasiya inhstansiyası məhkəmələrində tədqiq edilmiş sübutlara qiymət verərək nəticəyə gəlmişdir ki, həmin sübutlarla Məhkum qanunsuz olaraq satış məqsədi ilə 18,414 qram, yəni külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edilməsi və saxlaması təsdiq olunmuşdur. Apellyasiya məhkəməsi Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərək həmin maddə ilə onun barəsində ittiham hökmü çıxarmışdır. Müdafiəçi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum elan olunmuş ittihamda təqsiri sübuta yetirmədiyi halda onun barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham hökmünün çıxarılmışdır. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələrin Məhkum təqsirliliyinə dair gəldiyi nəticə sübutlara deyil, ehtimallara əsaslanır, ittiham tərəfinin sübutlarının mötəbərliyi şübhə doğurur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə tədqiq edərək aşağıda göstərilən səbəblərə görə onları əsaslı hesab etmir. Belə ki, Azərbay can Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlanma, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri edilməlidir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə n əzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəməni n hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə uyğun olaraq ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin məhkəmə iclaslarında tədqiq edilmiş və apellyasiya məhkəməsinin hökmündə sadalanmış sübutlarla – məhkumun və şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi, istintaq hərəkətlərinin protokolları ilə Məhkum qanunsuz olaraq satış məqsədi ilə 18,414 qram miqdarda psi xotrop maddə olan metamfetamini əldə etməsi və saxlaması təsdiq olunmuşdur. Məhkum həmin əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğunu nəzərə alaraq məhkəmə kollegiyası apellyasiya məhkəməsinin məhkumun əməlinin tövsifi barədə gəldiyi nəticə düzgün hesab edir. Məhkum təqsirini müəyyən edən sübutların mümkünlüyü və mötəbərliliyi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə riayət edilməklə əldə edilmiş və onların mötəbərliliyini şübhə altına almaq heç bir əsas müəyyən edilməmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkumun tutulması, onun üzərində psixotrop maddənin aşkar edilməsi barədə polis əməkdaşlarının ifadələri və bu barədə tərtib edilmiş protokollar mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin ifadələr və protokollarda göstərilən hallar məhkumun ifadələri təkzib olunur, məhkumun ifadəsi isə onun tutma vaxtı taksi fəaliyyətlə məşğul olması barədə işdə olan sənədlərlə təsdiq olunur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, küçədə deyil, idarə etdiyi avtomaşında tutulması və orada psixotrop maddənin aşkar edilməsi barədə məhkumun ifadəsi birinci instansiya məhkəməsində yoxlanılmış və öz təsdiqini tapmadığı üçün məhkəmələr həmin ifadəni həqiqətə uyğun olmayan kimi qiymətləndirmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum psixotrop maddənin aşkar edilməsi və götürülməsi xüsusatları barədə ardıcıl olmayan və ziddiyyətli ifadələr vermişdir. Belə ki, şəxsi axtarış və götürmə aparılma sı haqqında 25 may 2021-ci il tarixli protokoldan və bununla bağlı verilmiş izahatından görünür ki, Məhkum müdafiəçinin iştirakı ilə göstərmişdir o, küçədə saxlanılmış və Baş Narkotiklə mübarizə İdarəsinə aparılmışdır. Orada aparılmış şəxsi axtarış zamanı üzərindən 18,9 qram metamfetamin aşkar edilərək götürülmüşdür. 26 may 2021-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən Məhkum polis əməkdaşları tərəfindən küçədə saxlanılmasını və Baş Narkotiklə Mübarizə İdarəsinə aparılaraq orada keçirilmiş şəxsi axtarış zamanı üzərində metamfetaminin aşkar edilməsini təsdiq etsə də, aşkar edilmiş psixotrop maddənin miqdarının daha az - 5,6 qram olmasını bildirmişdir. 27 may 2021-ci il tarixdə Məhkum təqsirləndirilən şəxs qismində dindirilərkən şübhəli şəxs qismində verdiyi ifadə təsdiq etmişdir. H əm şübhəli, həm təqsirləndirilən şəxs qismində dindirilərkən Məhkum psixotrop maddəni üç-dörd gün əvvəl “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında tapdığını göstərmişdir. Cinayət işində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə 27 may 2021-ci il tarixli qərarından görünür ki, Məhkum məhkəmə iclasında göstərmişdir ki, Baş Narkotiklə Mübarizə İdarəsinin Elçin adlı polis işçisi ilə əməkdaşlıq edir, onda aşkar edilmiş psixotrop maddə daha az miqdarda olmuş, həmin psixotrop maddəni ona polis əməkdaşı qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi məqsədi ilə vermişdir. 17 sentyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən Məhkum göstərmişdir ki, polis əməkdaşları onu avtomaşında saxlamışlar və psixotrop maddə məhz avtomaşında aşkar edilmişdir. Sonra o, Baş polis idarəsinə aparılmış və orada daha böyük miqdarda psixotrop maddənin onun üzərindən aşkar edilməsi rəsmiləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum cinayət işi üzrə ibtidai istintaq zamanı və məhkəmə iclasında psixotrop maddənin miqdarı ilə və onun aşkar edilməsi halları barədə ifadələrinin ardıcıl olmayan və ziddiyyətli olduğunu və cinayət işi üzrə toplanmış, şöbhə doğurmayan digər sübutlarla təkzib olunmasını nəzərə alaraq, onun psixotrop maddənin avtomaşında daha az miqdarda aşkar edilməsi və götürülməsi barədə ifadəni həqiqətə uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsinin cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun aparılmasını nəzərə alıb, apellyasiya mövqeyi ilə razılaşır və apellyasiya məhkəməsinin gəldiyi nəticələri əsaslı hesab edir. Beləliklə, apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya məhkəməsinin hökmündən da görünür ki, apellyasiya instansiyası məhkəməsi hökmün təsviri hissəsində göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Buna görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Məhkum barəsində olan hökmünün əsasız və mötəbər olmayan sübutlar əsasında çıxarılması barədə dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini dü zgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilə nlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-296/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-296/2023
10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver