Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-297/2019 22.01.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)297-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 22 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 iştirakı ilə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 14 iyun 2018- ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X5) Məhkum –xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, **************************** qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzasını ümumi reji mli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum qanunsuz olaraq məlum olmayan mənbədən 01 ədəd «Makarov» konstruksiyalı tapançanı, həmin tapançanın komplekt hissəsi olan 01 ədəd sandıqçanı (daraq) üzərində döyüş sursatı hesab edilən 08 ədəd patronla birlikdə əldə edib özündə saxlamaqla gəzdirmiş, 17 mart 2018-ci il tarixdə, saat 19:00 radələrində, Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, ******************* saylı Hərbi şəhərciyin ərazisində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi Salyan rayon Mənzil İstismar Hissəsinin 1 saylı Mənzil İstismar Sahəsinin inzibati binasının arxa hiss əsindən «Xəzər» dənizi istiqamətində 30 metr məsafə aralıqda olan yerin qarşısında saxlanılaraq 11-ci Polis Bölməsinə gətirilib üstünə baxış keçirilən zaman əynindəki olan tünd-qara rəngli şalvarının sol arxa tərəfdən bel hissəsinə keçirilmiş vəziyyətdə 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli PM modelli yivli odlu silah hesab edilən, atəş açmaq üçün yararlı olan «Makarov» konstruksiyalı tapança, onun 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı, funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan 01 ədəd sandıqça (daraq) və 9x18 mm kalibrf zavod üsulu ilə istehsal edilmiş, «Makarov» və avtomatik «Steçkin» konstruksiyalı tapançalarda istifadə olunan, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı ol an 08 ədəd patron aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə) 14 avqust 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini və ya təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, orta təhsillidir, ailəlidir, himayəsində 1 azyaşlı övladı var. Həyat yoldaşı 26.06.2018-ci il tarixdə əməliyyat olunmuş dur. Özü Hepatit xəstəliyindən əziyyət çəkir. Ailənin yeganə qazanc gətirənidir. Ailəsində işləyən olmadığından və dövlət tərəfindən sosial yardım verilmədiyindən ailəsinin dolanışığı çox çətindir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassa siya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktları n müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədədir. Aşağıdakı əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, bu dəlillər əsassızdır. Cinayət işinin materiallarından müəyyən edilir ki, birinci instansiyası məhkəməsi cəza təyin edərkən Məhkum himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmış, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yə ni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Yuxarıda göstərilən maddi hüquq normalarının mənasına görə təyin edilmiş cəza hər şeydən əvvəl cəzanın məqsədi barəd ə qanunun tələblərinə cavab verməli, islah yönümlü olmalı və yeni cinayət törədilməsinin qarşısını alınmasını təmin etməlidir, bu zaman təkcə məhkumun şəxsiyyəti, ailə vəziyyəti barədə məlumatlar deyil həm də cinayətin ictimai təhlükəliliyini xarakterizə edən hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngüllə şdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işi üzrə Məhkum cəza çəkmədən islah olunacağına əsas verə biləcək hallar müəyyən olunmadığından kassasiya şikayətinin bu barədə dəlili də təmin edilməməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən göstərilən maddi hüquq normalarının tələbləri məcmu halında nəzərə alınmışdır. Ona görə də birinci instansiya məhkəməsinin hökmü apellyasiya instansiya məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların kobud pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi v ə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2018-ci il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum təqsirli bilinməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2018-ci il tarixli qərarı dəyişikliksiz saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran H
Məhkəmə qərarları › İş №1(102)-297/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-297/2019
22.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver