Məhkəmə qərarları › İş №1(102)-297/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-297/2020

04.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-297/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 iştirakı ilə, Ağdam rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qərarı ilə X6 barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair material üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 sentyabr 2019-cu il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət ver miş şəxs X3 nümayəndəsi Əkbərov Xəqani Məhəmmədəli oğlu ilə birlikdə verdiyi kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin (sədrlik edən hakim Mahir Niftəliyev) 20 avqust 2019cu il tarixli hazırlıq iclasının qərarı ilə X4 barəsində CM-in 147.2-ci maddəsi ilə cinayət təqibi başlanması barədə X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilərək xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən verilmiş apell yasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Muxtarov Teyyub Asif oğlu, hakimlər Məmmədov Çingiz Böyükxan oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə) 23 sentyabr 2019-cu il tarixli qərarı ilə Ağdam rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 sentyabr 2019-cu il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi Əkbərov Xəqani Məhəmmədəli oğlu ilə birlikdə kassasiya şikayəti verərək həmin qərarı ləğv etməklə, yenidən araşdırma aparılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Xüsusi ittiham qa ydasında şikayət vermiş şəxs X3 nümayəndəsi Əkbərov Xəqani Məhəmmədəli oğlu ilə birlikdə verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiya məhkəməsi hər hansı bir əsaslı araşdırma aparmadan birinci instansiya məhkəməsinin qanunsuz qərarını qüvvədə saxlamış, bununla da onun hüquqlarını pozmuşdur. Apeliyasiya istansiya məhkəməsinin bu cur qanunsuz əməllər etməsi qanuna ziddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində yayma,eləcə də ağır cinayətdə ittiham etməklə böhtan atmanı ehtiva edir. İqtisadi, sosial və mədəni hüquqlar haqqınd a Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbid edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2019-cu il tarixli qərarını ləğv etməklə işin yenidən araşdırılması üçün apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin kassa siya şikayətinin təmin olunması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 sentyabr 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası qanunun bu tələbinə uyğun olaraq qərarın qanuniliyini yoxlayaraq qeyd edir ki, apellyasiy a məhkəməsi heç bir qanun pozuntusuna yol verməmiş, qərar qanunun tələblərinə riayət edilməklə çıxarılmış, onun qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini (birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair nəticəni) qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bu məsələ ilə bağlı aşağıdakılar göstərilmişdir: “...Apelyasiya şikayətin dəlillərini işin materialları ilə əlaqəli surətdə araşdıraraq məhkəmə kollegiyası qeyd edir ki, şikayət təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 1 (013)-28/2019 saylı hazırlıq iclasının qərarı d əyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-in 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmaqdıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-eü il tarixli, 3 saylı Qərarının 5-ci bəndində vurğulanmışdır ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yaymlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Plenum qərarının 5-ci bəndinin sonuncu abzasında göstərilmişdir: “Böh tan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir.” CM-in 147.2-ci maddəsi ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə məsuliyyət nəzərdə tutur. X3 xüsusi ittiham qaydasında şikayətində X4 onun saxta sənədləri qanunsuz hazırlama və ya saxta sənədlərdən istifadə etmə, yəni CM-in 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsində ittiham, etdiyini göstərmişdir. Bundan başqa X3 şikayətində bildirmişdir ki, X4 saxta sənədlər əsasında bankdan 300000 manat pulu çıxarmaqd a onu ittiham etmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilən dəlilləri ilə əlaqədər olaraq məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməli həmin Məcəllənin 147.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan ağır və ya xüsusilə ağır cinayətlər deyil, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Belə olan halda X4 X3 ağır ya xüsusilə ağır cinayətin törədilməsində ittiham etməmiş və X4 X3 qarşı CM-in 147-ci maddəsində nəzərdə tutulan böhtan cinayətini törətmək niyyəti və göstərilən cinayəti subyektiv cəhətdən səciyyələndirən birbaşa qəsdinin olmasını təsdiq edən sübutlar xüsusi ittiham qaydasında şikayətə əlavə edilməmişdir. X3 iş materiallarına onun və X4 adlarına bankda 3 00000 manat olub-olmamasmı təsdiq etmək üçün hər hansı bir sənəd əlavə etməmişdir. Göründüyü kimi X4 əməlində CM-in 147.2-ci maddəsində göstərilən əlamətlərin olması barədə məhkəmələrə sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinici instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instasniya məhkəməsinin hazırlıq iclasının qərarı dəyişdirilmədən saxlanılmalıdır....”. Göründüyü kimi, apellyasiya məhkəməsi gəldiyi nəticəni işin hallarına, qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının izahlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi nəticə şikayət üzrə (xüsusi ittiham qaydasında verilmiş) materiallara, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətində elə bir dəlil göstərilməmişdir ki, həmin nəticəni təkzib etsin, apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas versin. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmə kassasiya şikayətində qeyd olunan normaların tələblərini də nəzərə almış, material üzrə nəticəyə gələrək onlara da istinad etmişdir. Odur ki, apellyasiya məhkəməsi qanuna, o cümlədən yuxarıda göstərilən normaların tələblərinə uyğun qərar qəbul etmiş, onun qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də bu na əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 №-li qərarının izahlarını da nəzərə alır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tu taraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X4 barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair material üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar