Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-297/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Hafiz Beykəs oğlu İmranovun və zərərçəkmiş şəxs Mələk Rövşən qızı Səfərlinin iştirakları ilə, Sumqayıt Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Qasımlı Anar Elman oğlu tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İradə Həsənzadə (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və Azər Paşayevdən ibarət tərkibdə) 1(101)-282/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1981-ci ildə Ermənistan SSR-in Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ibtidai təhsilli, evli, bir nəfər yetkinlik yaşına çatmayan və bir nəfər azyaşlı uşaqların atası olan, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 2, otaq 51 ünvanında yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 149.2.3, 149.2.4, 150.2.3, 150.2.5, 32.4,150.2.1, 32.4,150.2.3 və 32.4,150.2.5 maddələri ilə təqsirli bilinib, CM-in 149.2.3 və 149.2.4-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 150.2.3-cü və 150.2.5-ci maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.4,150.2.1-ci, 32.4,150.2.3-cü və 32.4,150.2.5-ci maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsi əsasında təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əs asən Məhkum edilmişdir ona görə ki, o, 2017-ci ilin iyun ayında istintaqa məlum olmayan tarixdə cinsi ehtirasını təmin etmək məqsədi ilə 2003-cü il 27 fevral təvəllüdlü övladı Mələk Rövşən qızı Səfərlini gəzdirmək adı ilə aldadıb Bakı şəhərinə apararaq «20 Yanvar» metrostansiyasının yaxınlığında yerləşməklə ünvanı istintaqa məlum olmayan doqquzmərtəbəli binanın damına qaldırmış, orada aşkar surətdə yetkinlik yaşına çatmayan Mələk Rövşən qızı Səfərlini öpmək istəyəndə sonuncu bundan imtina etsə də öz cinayətkar niyyətinə nail olmaqdan ötrü Mələk Rövşən qızı Səfərlini binanın damından yerə tullayacağı ilə hədələyib zor tətbiq etmə hədəsi ilə sonuncunu iradəsi ziddinə qucaqlayaraq dodağından və süd vəzisindən öpməklə əli ilə Mələk Rövşən qızı Səfərlinin cinsiyyət orqanına toxunmuş, digər əli ilə isə cinsiyyət orqanını çıxarıb özünü şəhvətə gətirərək ehtirasını sona çatdırmaqla Mələk Rövşən qızı Səfərliyə qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa Məhkum 2018-ci il iyunun 05-də tanışı Eltac Valeh oğlu Qasımzadə ilə Sumqayıt şəhər avtovağzalının yaxınlığında görüşüb spirtli içki aldıraraq saat 23 radələrində yaşadığı, Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 2, otaq 51 ünvanında yerləşən mənzilə birlikdə getməklə orada həmin şəxs və 2003-cü il 27 fevral təvəllüdlü övladı Mələk Rövşən qızı Səfərli ilə spirtli içki qəbul etdikdən sonra cinsi ehtirasını təmin etmək məqsədi ilə hədə-qorxu gəlib Eltac Valeh oğlu Qasımzadəni aşkar surətdə yetkinlik yaşına çatmayan Mələk Rövşən qızı Səfərli ilə sonuncunun iradəsinə zidd olaraq qeyritəbii yolla seksual xarakterli hərəkətlər etməyə sövq etməklə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, zor tətbiq edib öldürəcəyi ilə hədələdiyi Mələk Rövşən qızı Səfərlinin anal dəliyinə onun təhriki ilə Eltac Valeh oğlu Qasımzadə cinsiyyət orqanını keçirərək qeyri-təbii yolla cinsi əlaqədə olarkən kənardan sonuncuları müşahidə etmiş, özünün cinsiyyət orqanını çıxarmaqla əli ilə şəhvət hisslərini oyadıb ehtirasını sona çatdıraraq təkrarən Mələk Rövşən qızı Səfərliyə qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan əlavə Məhkum 2018-ci il iyunun 07-də saat 23 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən «Göyərçin» abidəsinin yaxınlığındakı parkda Eltac Valeh oğlu Qasımzadə ilə görüşməklə spirtli içki qəbul etdikdən sonra onun təklifi ilə yaşadığı, Sumqayıt şəhəri, 15-ci məhəllə, ya taqxana 2, otaq 51 ünvanında yerləşən mənzilə bərabər gedib orada cinsi ehtirasını təmin etmək məqsədi ilə hədə-qorxu gələrək Eltac Valeh oğlu Qasımzadəni aşkar surətdə yetkinlik yaşına çatmayan Mələk Rövşən qızı Səfərli ilə sonuncunun iradəsinə zidd olmaqla qeyri-təbii yolla seksual xarakterli hərəkətlər etməyə sövq etmiş, qabaqcadan əlbir olan bir qrup təşkil edib zor tətbiq edərək mətbəx bıçağı ilə öldürəcəyi ilə hədələdiyi Mələk Rövşən qızı Səfərlinin anal dəliyinə onun təhriki ilə Eltac Valeh oğlu Qasımzadə cinsiyyət orqanını keçirməklə qeyri-təbii yolla cinsi əlaqədə olarkən kənardan sonuncuları müşahidə etmiş, özünün cinsiyyət orqanını çıxarıb əli ilə şəhvət hisslərini oyadaraq ehtirasını sona çatdırmaqla təkrarən Mələk Rövşən qızı Səfərliyə qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan savayı Məhkum 2018-ci il iyunun 08-də saat 02 radələrində yaşadığı, Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 2, otaq 51 ünvanında yerləşən mənzildə spirtli içki qəbul etdikdən sonra cinsi ehtirasını təmin etmək məqsədi ilə onunla könüllü cinsi əlaqədə olma təklifini 2003-cü il 27 fevral təvəllüdlü övladı Mələk Rövşən qızı Səfərli rədd etdikdə öz cinayət əməlini həyata keçirmək üçün aşkar surətdə yetkinlik yaşına çatmayan Mələk Rövşən qızı Səfərlinin bədəninin müxtəlif nahiyələrinə əli ilə zərbələr vurub sonuncuya sol süd vəzinin gilə ətrafı nahiyəsində qansızma, sol süd vəzində və sağ diz oynağında qançırlar ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, lakin müqavimətini qıra bilmədiyindən mətbəx bıçağı ilə öldürəcəyi ilə hədələdiyi Mələk Röv şən qızı Səfərlini otaqdakı çarpayının üzərinə uzadaraq köynəyini, şalvarını və alt paltarını çıxarmaqla iradəsi ziddinə cinsiyyət orqanını sonuncunun uşaqlıq yoluna yeridib Mələk Rövşən qızı Səfərli ilə zorla cinsi əlaqədə olarkən bəkarət pərdəsinin tamlığını pozaraq sonuncunu zorlamış, öz cinayət əməlini davam etdirməklə təxminən iyirmi dəqiqə ötmüş həmin ünvanda yenidən Mələk Rövşən qızı Səfərlini öldürəcəyi ilə hədələmiş, zor tətbiq edib sonuncunu üzüüstə çevirərək aşkar surətdə yetkinlik yaşına çatmayan Mələk Rövşən qızı Səfərli ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla ehtirasını təmin etmiş, bununla da təkrarən sonuncuya qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmmədəli Rzayev (sədrlik ed ən və məruzəçi), Nazim Mövsümov və Elman Əhmədovdan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Anar Qasımlı və təqsirləndirilən şəxs E.Qasımzadənin müdafiəçisi Munis Abuzərli tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi A.E.Qasımlı verdiyi kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətlərinin dəlillərini məhkumun müdafiəçisi A.Qasımlı onunla əsaslandırır ki, hüquqlarını müdafiə etdiyi Məhkum qarşı ittiham yalnız zərərçəkmiş şəxsin ifadəsinə və bir də istintaq zamanı ələ alınmış, yekunda həbs olunmayacağına əmin olan Eltacın ifadəsinə əsaslanır. Digər şahidlər isə, birbaşa şahidlər deyillər, onlar dolayı yolla əldə etdikləri informasiyanı çatdırmışlar, istintaq orqanı belə ağır ittihamı sübut etmək üçün guya cinayət hadisəsinin baş verdiyi yataqxanada yaşayan qonşuları belə işə cəlb edərək şahid qismində dindirməmişdir. Halbuki, zərərçəkmiş şəxsin dedikləri doğrudursa, bunu qonşular eşidə bilərdi. Zərərçəkmiş şəxsin sadəcə qışqırması kifayət edərdi ki, qonşular səsə toplaşsınlar və ona kömək eləsinlər. Zərərçəkmiş şəxs məhkəmə iclasında müdafiə tərəfinin suallarına cavab verməkdən yayınmaq üçün gah gülür, gah aqressiv formada qışqırır, gah da bilmirəm deyə cavab verirdi. Məhkəmə iclasında özünün narkoman olduğunu, narkotik vasitələr qəbul etdiyini etiraf edən zərəçəkmiş şəxs həmçinin etiraf etmişdir ki, o bir neçə dəfə özünə qəsd edərək qollarını doğramışdır. Bundan əlavə, iş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin tərtib etdiyi 2018-ci il 27 may və 2018-ci il 28 may tarixli protokollardan müvafiq qaydada görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Mələk Rövşən qızı Səfərli şahidlər olan dayısı arvadı Gülşən Şahyar qızı Quliyeva və anası Jalə Əhməd qızı Səfərova ilə üzləşdirilərkən sevdiyi Xudayar Əvəz oğlu Abışov adlı oğlanla yaşadıqları evdə, anasının yanında görüşdüyünü, sonuncunun əri Məhkum yox, Xudayarı sevdiyini söyləməsini, Gülşənin ayrı-ayrı va xtlarda onu evə gətirdiyi müxtəlif oğlanlarla cinsi əlaqədə olmağa məcbur etməsini, özünün isə anası ilə birlikdə başqa otaqda gözləyib bunun müqabilində fərqli məbləğlərdə pul alaraq aralarında bölməsini şahidlərin üzünə qarşı demişdir, şahidlər isə onun dediklərinin yalan olduğunu bildirmişlər (cild 01, iş vərəqi 58- 85). Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 2018-ci il 29 may tarixli 840 saylı rəyindən görünür ki, Mələk Rövşən qızı Səfərlidə hal-hazırda, həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətinin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmamış, göstərilən müddətlərdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk edib idarə etmək iqtidarında, ona qarşı törədilən əməlin mahiyyətini dərk etmək qabiliyyətində olmuşdur, istintaqa düzgün ifadə vermək qabiliyyətindədir, məcburi müalicəyə ehtiyacı yoxdur, əqli inkişafında gerilik əlamətləri, (özündən uydurmağa patoloji meyillik əlamətləri aşkar olunmamışdır, lakin fərdi-psixi xüsusiyyətləri ilə əlaqədar yalan danışa bilər, yaş xüsusiyyətləri, əqli inkişafı nəzərə alınmaqla etdiyi və onunla edilən hərəkətlərin xarakterini, mənasını anlaya, ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl psixi-emosional vəziyyətində qorxu, həyəcan, gərginlik əmələ gələ bilərdi, hal-hazırda psixi-emosional vəziyyətində hər hansı bir dəyişiklik (əhval ruhiyyənin enməsi, sıxıntı, psixi-emosional gərginlik, qorxu, stress və s.) müşahidə olunmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktlar ı müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum müdafiəçisi Anar Qasımlının kassasiya şikayətlərinin başlıca dəlili məhkumun barəsində cinayət işinin icraatına bəraət verici əsaslarla xitam verilməməsinin əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmçinin, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayə t təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. İşdən görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, onun CM-in 149.2.3, 149.2.4, 150.2.3, 150.2.5, 32.4,150.2.1, 32.4,150.2.3 və 32.4,150.2.5 maddələri ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş və iş materiallarında olan, özünün ifadəsi ilə yanaşı, iş üzrə digər təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, maddi sübutla və iş üzrə toplanmış digər sənədlərlə təsdiq olunur. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Mələk Rövşən qızı Səfərli ifadəsində göstərdi ki, 2017-ci ilin iyun ayında atası Məhkum ilə Bakı şəhərinə gəzməyə getdikdə sonuncu onu «20 Yanvar» metrostansiyasının yaxınlığında yerləşən doqquzmərtəbəli binanın mansardasına qaldıraraq aşağı atacağı ilə hədələməklə arxası üstə yıxıb dodağından və döşlərindən öpmüş, arxa nahiyyəsini əli ilə əlləşdirmiş, cinsiyyət orqanını çıxararaq özünü şəhvətə gətirməklə spermasını yerə tökmüşdür. Qorxduğu üçün bu barədə heç kimə heç nə danışmamışdır. 2018-ci il iyun ayının əvvəlində Rövşən və azyaşlı qardaşı Yusif Rövşən oğlu Səfərli ilə birgə Sumqayıt şəhərindəki bulvarda gəzərkən adlarını sonradan bildiyi Fərid Bayram oğlu Əliyevi və Eltac Valeh oğlu Qasımzadəni görmüşdür. Atasının təkidi ilə Eltacın mobil nömrəsini götürüb 2018-ci il iyunun 05-də axşam vaxtı Eltaca Rövşənin evə dəvət etməsinə dair mesaj yazmışdır. Sumqayıt şəhər avtovağzalının yanında görüşərək atasının xahişi ilə E ltacın gətirdiyi bir şüşə şampanı onlar yaşadıqları, Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 2, otaq 51 ünvanında yerləşən mənzildə içdikdən sonra saat 24 radələrində onu və Eltacı öldürəcəyi ilə hədələməklə sonuncunun onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa məcbur etmiş, özü isə çılpaq şəkildə öz cinsiyyət orqanını əlində tutub özünü şəhvətə çatdıraraq spermasını döşəməyə tökmüşdür. 2018-ci il iyunun 07-də axşam saatlarında atasının tapşırığı ilə Eltaca araq, siqaret almaqla onlara gəlməsi haqqında mesaj yazmışdır. Sonuncu da deyilənləri yerinə yetirib Sumqayıt şəhərindəki «Göyərçin» abidəsinin yaxınlığında onlarla görüşdükdə oturacaqda oturaraq özü arağın az miqdarını, qalanın isə Rövşən içməklə qurtarmışlar. Eltac sonuncunun dəvətini qəbul edib getdiyi onların mənzilində atası onun əyninə qırmızı rəngli gecə köynəyi geyindirərək stolun üstündən götürdüyü mətbəx bıçağını Eltacın üzərinə tutmaqla onunla cinsi əlaqədə olmasını tələb etmişdir. O, qışqırmağa başlayanda Rövşən susmasa, öldürəcəyi ilə hədələmişdir. Eltac da məcburiyyət qarşısında onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Atası isə soyunmuş şəkildə öz cinsiyyət orqanını əlində tutub həzz alaraq boşalmaqla spermasını döşəməyə tökmüşdür. Rövşən Eltacı qovandan sonra həmin gecə, yəni 2018-ci il iyunun 08-də saat 02 radələrində ona təbii yolla cinsi əlaqədə olmağı təklif etmişdir. O, imtina edib atanın qızı ilə cinsi əlaqədə olmağının düzgün olmadığını, əks halda şikayət edəcəyini bildirsə də Rövşən yumruqla onun başına və arxa yan nahiyəsinə zərbələr endirərək mətbəx bıçağını üzərinə tutmaqla öldür əcəyi ilə hədələmiş, onu çarpayının üstünə uzadıb zorla əynindəki köynəyi, şalvarı, alt paltarı çıxararaq üzündən və dodağından öpməklə döşlərini sıxmış, öz cinsiyyət orqanını onun uşaqlıq yoluna salıb spermasını göbəyinə boşaltmış, qırmızı rəngli əski ilə silinmiş, 20 dəqiqədən sonra isə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. O, ayağa qalxanda nə isə axdığını hiss etmiş, alt paltarına baxdıqda orta hissədə qan olduğunu görərək atasının bakirəliyini pozmasını başa düşmüş, Eltaca sms yazmaqla Rövşənin onu zorladığını bildirib kömək istəmişdir. Atası bir dəfə ona tərkibini bilmədiyi həb verəndə ürəyi bulanmış, sonuncu anası Jalə Əhməd qızı Səfərovaya və qeyrilərinə qarşı yalan məzmunlu smslər yazmasına məcbur etmiş, o, başqa oğlanlarla qeyri-təbii yolla cinsi əlaqədə olsa da sonunc ular məsuliyyətə cəlb olunmamış, zorlama hadisəsindən sonra əsəbiləşdiyindən qolunun dirsəyinə qədər hissəsinin iç tərəfini kəsmişdir. İş üzrə şahid qismində dindirilən Jalə Əhməd qızı Səfərova ifadəsində göstərdi ki, 2001-ci ildə Məhkum ərə getdikdə nikahlarından 2003-cü ildə Mələk Rövşən qızı Səfərli və 2011-ci ildə Yusif Rövşən oğlu Səfərli anadan olmuşlar. ünvan 3 ünvanında qeydiyyatda olsa da ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 2, 51-ci otaqda yaşamışdır. Rövşən təxminən 2 il bundan qabaq sərxoş həyat tərzi keçirməyə başlamış, spirtli içki qəbul edərək onu döymüş, hər gün onunla cinsi əlaqədə olmaqla etirasını pozğun formada söndürtməyi tələb etmişdir. Bütün bunlara görə 2017-ci ilin mart ayında ərindən ayrılmaq istəmişdir. 2018-ci il aprel ayının 25-də o, 6- cı mikrorayonda olduğu zaman Rövşənlə dalaşıb sonuncunu evdən qovmuş, əri də uşaqları özü ilə götürərək onu polislə hədələmişdir. Rövşənin Mələyi zorlamasından 2018-ci il iyunun 08-də xəbər tutmuşdur. Ərinin qızına qarşı Bakı şəhərində olarkən əxlaqsız hərəkətlər etməsini bilmiş, ailələrinin dağılmamasından ötrü əhvalatı heç kimə danışmamışdır. O, Mələyi heç kimlə görüşdürməmişdir. Qızının kiminləsə cinsi münasibətdə olması barədə məlumatı olmamışdır. İş üzrə şahid qismində dindirilən Fərid Bayram oğlu Əliyev ifadəsində göstərdi ki, Eltac Valeh oğlu Qasımzadəni 2018-ci ilin aprel-may ayından tanımaqla sonuncu göstərilən vaxtdan etibarən onun işlədiyi Abşeron rayonunun Novxanı kəndində yerləşən plastik qapı-pəncərə sexində çalışmışdır. 2018-ci il iyun ayının əvvəllərində o, Sumqayıt şəhəri «Bulvar» deyilən yerdə Eltacla çay içərkən təsadüfən Məhkum adlı şəxslə tanış olduqda sonuncu dəfələrlə ona zəng edib azyaşlı oğlunun xəstəliyi bəhanəsi ilə ondan pul istədiyi üçün həmin gün Rövşənə 6 manat vermiş, daha sonra sonuncunun xahişlərini rədd etmişdir. Eltacın Rövşənin övladı Mələk Rövşən qızı Səfərli ilə cinsi əlaqədə olmasını oğlanın özündən öyrənəndə Eltac buna şəraiti Rövşənin yaratdığını bildirmiş, lakin sonuncunun qızı ilə cinsi əlaqəyə məcburiyyət qarşısında girməsi, Mələyin atasının da onlara qıraqdan müşahidə etməsi barədə heç nə deməmişdir. İş üzrə əlavə şahid qismində dindirilən Gözəl İsbəndiyar qızı Fərzəliyeva ifadəsində göstərdi ki, övladı Məhkum qızını zorlamasına inanmır, bu, gəlini Jalə Əhməd qızı Səfərova ilə nəvəsi Mələk Rövşən qızı Səfərli tərəfindən qurulan plandır, çünki, yaşadıqları yataqxana söküləndən sonra veriləcək pulun hamısını özlərinə çatacaqdır, ona görə də onun oğlunu şərləyərək tutdurmuşlar. Mələyin özü Sumqayıt şəhərindəki «Göyərçin» abidəsinin yaxınlığında Xudayar Əvəz oğlu Abışov, Balı İsmayıl oğlu Əliyev və Elnur Gündüz oğlu Quliyev adlı şəxslərlə cinsi münasibətdə olmasını, bir müddət əvvəl söhbət əsnasında üç aylıq hamilə olduğunu ona bildirmişdir. Hətta anasının və dayısı arvadı Gülşən Şahyar qızı Quliyevanın onu pul qarşısında oğlanlara satmalarını, sonuncularla cinsi əlaqəyə girməyə məcbur etdikləri barədə səsli mesaj göndərmişdir. İş üzrə əlavə şahidlər qismində dindirilən təqsirləndirilən şəxs Məhkum bacıları Kəmalə İsa qızı Səfərova və Aysel İsa qızı Müseyibova, sonuncunun əri Bəhruz Mətləb oğlu Müseyibov məlum hadi sələr ilə bağlı şahid Gözəl İsbəndiyar qızı Fərzəliyeva ilə analoji ifadələr vermişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair 2018-ci il 07 may tarixli 274 №-li ekspert rəyindən görünür ki, Mələk Rövşən qızı Səfərlinin qızlıq pərdəsinin tamlığı pozulmamışdır, qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir, lakin onda onunla qeyri-təbii yolla arxa keçəcək vasitəsilə cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmiş, iz qalmadıqda müddəti məhkəmə-tibbi yolla təyin etmək mümkün olmamış, ultrasəs müayinəsi zamanı onda hamiləlik müəyyən edilməmişdir. İş materiallarında olan yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Mələk Rövşən qızı Səfərlinin 2018-ci il 08 iyun tarixli ərizəsindən görünür ki, o, atası Məhkum məcburiyyəti ilə sonuncu ilə cinsi əlaqədə olmuş, bundan əvvəl isə atasının Sumqayıt Şəhər Polis İdarəsində onu yalan ifadə verməsini məcbur etmişdir. İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2018-ci il 08 iyun tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Mələk Rövşən qızı Səfərlinin ifadəsi yerində yoxlanılarkən o, 2018-ci il iyunun 07də evdə atası Məhkum Eltac Valeh oğlu Qasımzadəni onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa məcbur etməsi, sonuncunu qovmaqla onu döyüb bıçaqla hədələyərək zorlaması, bundan sonra alt paltarında qan olduğunu görməsi barədə göstərdiklərini təsdiq etmiş; fotoşəkillər p rotokola əlavə olunmuşdur. İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2018-ci il 08 iyun tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Mələk Rövşən qızı Səfərlinin hadisə vaxtı əynində olan bir ədəd ağımtıl rəngli trusik, təqsirləndirilən şəxs Məhkum sonuncu ilə cinsi əlaqədə olduqdan sonra silindiyi bir ədəd qırmızı rəngli məhraba, habelə bir ədəd qırmızı dəstəkli mətbəx bıçağı götürülərək baxış keçirildikdə trusiyin aralıq nahiyəsinin daxili səthindən tünd qəhvəyimtil rəngli, məhrabanın üzərindən fasilələrlə yerləşən ağımtıl-sarımtıl rəngli müxtəlif ölçülü, qeyri-müəyyən formalı ləkələr aşkar edilmiş; fotoşəkillər protokola əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəm əTibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Bakı şəhər şöbəsinin canlı şəxsin ekspertizasına dair 2018-ci il 12 iyun tarixli 355 №-li ekspert rəyindən və2018-ci il 22 iyun tarixli 355 №-li məktubundan görünür ki, 2003-cü il təvəllüdlü Mələk Rövşən qızı Səfərlidə aşkar olunan xəsarətlər – sol süd vəzinin giləərtafı nahiyəsində qansızma, sol süd vəzində, sağ diz oynağında qançırlar bərk küt (küt kənarlı) əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən tarixə, şəraitə, yəni 2018-ci il iyunun 07-nə uyğun gələ bilər, sonuncunun sağlamlığına zərər vurmadığından dərəcəsi təyin olunmur; Mələk Rövşən qızı Səfərlinin qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinə müddətindən iki həftəyə qədərdir; onunla qeyri-təbii yolla arxa keçəcək v asitəsi ilə cinsi əlaqədə olmanı göstərən əlamətlər vardır; məhkəmə-tibbi bioloji tədqiqi zamanı Mələk Rövşən qızı Səfərlinin uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatından götürülmüş tamponlarda və yaxmalarda spermatozoidlər aşkar olunmadı. İş materiallarındakı Sumqayıt Şəhər Prokurorluğunun tərtib etdiyi 2018-ci il 18 oktyabr tarixli protokoldan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətindən daxil olmuş «CD-R» markalı, üzərində qara flomaster tipli mürəkkəblə «18977» yazıları əks olunan bir ədəd kompakt diskdəki fayla baxış zamanı müəyyən edilmişdir ki, Eltac Valeh oğlu Qasımzadənin istifadəsində olan *** *** ** **, Mələk Rövşən qızı Səfərlinin istifadəsində olan 055 *** ** ** mobil telefon nömrələrinin giriş-çıxış zənglərinin hansı anten dairəsində olmasına dair məlumatlar qey d edilməklə 055 *** ** ** mobil telefon nömrəsində giriş-çıxış zəngləri 2018-ci il mayın 10-dan 2018-ci il iyunun 08-dək qeydə alınmış, 055 *** ** ** mobil telefon nömrəsindən 055 *** ** ** mobil telefon nömrəsinə 2018-ci il iyunun 03-də saat 2228-də 103 saniyə, saat 2258-də 2328 saniyə, saat 2350də 47 saniyə, saat 2352-də 31 saniyə, 2018-ci il iyunun 05-də saat 1550-də 470 saniyə, saat 2014-də 531 saniyə, saat 2035-də 18 saniyə, saat 2051-də 165 saniyə, 2018-ci il iyunun 08-də saat 1553-də 88 saniyə, saat 1606-da 13 saniyəlik zəng daxil olmuş, 055 *** ** ** mobil telefon nömrəsinin balansının kifayət qədər olmaması zənglərin çıxarışındakı qaimədə «c4400» nişanla işarələnmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxan məhkəmələr təqsirləndirilən şəxs Məhkum elan olunmuş ittiham ak tında qeyd edilmiş halları müəyyən edərkən düzgün olaraq yuxarıda qeyd edilmiş sübutlara əsaslanmışlar, həmin sübutların şübhə altına alınması üçün işdə heç bir əsas yoxdur. Bundan başqa, işdən görünür ki, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Kassasiya kollegiyası hesab edir ki, məhkəmələr Məhkum əməlinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində müdafiə tərəfinin bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Həmçinin, birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə tərəfindən Məhkum cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələbləri düzgün nəzərə alınmışdır. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin t əqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da q aldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki xx xxxx 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının Məhkum haqqındakı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin. v
Məhkəmə qərarları › İş №1(102)-297/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-297/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver