Məhkəmə qərarları › İş №1(102)-297/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-297/2022

10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-297/2022 10.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 1(106)-629/2021 n ömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri İsmayılov Samir Sabir oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 27 fevral 1961-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Ukrayna Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayır. 2. 12 aprel 2021-ci il tarixli ittiham aktına görə Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür. 3. 28 aprel 2021-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və iş açıq məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq ümumi təmiz çəkisi 252,56 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq yaşadığı evdə saxlamış, 23.01.2021ci il tarixdə, saat 10 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun razılıq ərizəsi əsasında yaşadığı evə keçirilən baxış zaman həyətdəki ayaqqabı dolabında kişi ayaqqabısının içərisindən 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 6,77 qram, həmin gün Kürdəmir rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qış gödəkcəsinin qabaq sağ cibindən bir ədəd kibrit qutusunda 5,79 qram və 25.01.2021-ci il, tarixdə saat 11 radələrində yaşadığı evə və həyətyanı sahəsinə keçirilən axtarış zamanı isə evin həyətyanı sahəsindəki əl-üz yuyulanın alt gözündən 01 ədəd sellofanda təmiz çəkisi 240 qram olmaqla cəmi 252,56 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

5. Kürdəmir Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(041)-44/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 (iki) günün bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, həmçinin hökmlə azadlığın məhdudlaşdırılması cəzasının icrası, maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.

6. Kürdəmir Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı Eldəniz Əhmədov apellyasiya protesti vermişdir.

7. Dövlət ittihamçısı apellyasiya protestində göstərmişdir ki, cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Məhkum məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə əksinə olaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Həmçinin Məhkum Ukrayna Respublikasının vətəndaşı olmasını nəzərə alaraq məhkəmə hökmdə onun xarici ölkənin vətəndaşı olması məsələsinə ümumiyyətlə münasibət göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası CM-nin 52-1.6-cı maddəsinə əsasən azadl ığın məhdudlaşdırılması cəzası hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Buna görə də Kürdəmir Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(041)-44/2021 nömrəli hökmünün Məhkum azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə dəyişdirilməsi xahiş olunmuşdur.

8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 1(106)-629/2021 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(041)-44/2021 nömrəli hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 1(106)-629/2021 nömrə li qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya protestinin dəlilləri:

10. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eyni olmuş, dövlət ittihamçısı onları təkrarlamaqla xüsusi olaraq qeyd etmişdir ki, əcnəbi vətəndaşlara azadlığın məhdudlaşdırılması qismində cəza təyin edilməsi Azərbaycan Respublikası CM-nin 52-1.6-ci maddəsinin tələblərinə ziddir. Hazırki cinayət işi üzrə məhkum edilmiş Məhkum Ukrayna Respublikasının vətəndaşı olmaqla əcnəbi şəxs sayılır. Ona görə də məhkəmələr Məhkum azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə cinayət qanunvericiliyinin tələbini kobud surətdə pozmuşlar. Məhkəmə kollegiyasından Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üz rə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 sentyabr 2021-ci il tarixli qərarını ləğv edərək, cinayət işini yeni apelyasiya baxışına təyin edilməsini xahiş edir.

11. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsi tərəfindən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə almadan cəza təyin edildiyini, həmçinin əcnəbi vətəndaşlara azadlığın məhdudlaşdırılması qismində cəza təyin edilməsinin cinayət qanunvericiliyində nəzərdə tutulmadığını mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi göstərmişdir.

17. Məhkəmə kollegiyası Şirvan Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının 02 sentyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, kassasiya protestinin apellyasiya instansiya məhkəməsi tərəfindən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin edildiyini iddia edən hissəsinin təhlilini lüzumsuz hesab edir ona görə ki, aşağıda qeyd edilən səbəblərə görə mübahisələndirilən qərar hər bir halda ləğv edilməlidir.

18. Birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi hökmündə təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini, yüngülləşdirən hallar kimi ilk dəfə cinayət törətdiyini, törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlili k dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədəmüvafiq saymışdır.

19. Apellyasiya instansiya məhkəməsi apellyasiya protestinin cəza növü ilə bağlı dəlillərinə münasibətdə birinci instansiyası məhkəməsinin hökmünü əsaslı hesab edib, Məhkum ittiham edildiyi maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzası üçün nəzərdə tutulan normal həddə cəza təyin edildiyi nəticəsinə gəlmişdir. Bununla belə, apellyasiya protestində məhkum edilmiş Məhkum Ukra yna Respublikasının vətəndaşı olmaqla əcnəbi şəxs olduğuna görə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cinayət qanunvericiliyinin tələbini kobud surətdə pozduğu qeyd edilsə də, bu dəlilə hər hansı münasibət bildirilməmişdir.

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya protestinin dəlillərini konkret hüquqi əsasa söykənməyən formal mülahizəli dəlillər hesab etməklə yanlış nəticəyə gəlmişdir.

21. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilsə də, cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin ümumi hissəsinin müddəaları nəzərdən qaçırılmışdır. Məhkəmələr nəzərə almamışlar ki, Azərbaycan Respublikası CM-nin 521.6-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Bununla yanaşı, həmin Məcəllənin 58.1-ci maddəsi ilə müəyyən edilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.

22. Cinayət işi materiallarında olan sənədlərdən görünür ki, Məhkum hazırda ünvan 2 ünvanında yaşasa da, o, Ukrayna Respublikasının vətəndaşıdır. Onun Ukrayna Respublikasının vətəndaşlığı ilə bağlı BH seriyalı, 499675 nömrəli, 20 may 2008-ci il tarixli Ukrayna vətəndaşının pasportu cinayət işi materiallarına əlavə edilmişdir. Halbuki, 30 sentya br 1998-ci il tarixli, 527-İQ nömrəli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı və Azərbaycan Respublikası vətəndaşının pasportu sayılır.

23. Məhkum Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən qanunvericiliklə müəyyən edilmiş sənədlərdən hər hansını müəyyən etmədən, nəticədə cinayət qanunvericiliyinin imperativ normasına riayət edilmədən, yəni təqsirləndirilən şəxsin əcnəbi olmasına baxmayaraq ona münasibətdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni qərar hesab edilə bilməz.

24. Bu səbəbdən məhkəm ə kollegiyası kassasiya protestini yuxarıda təsvir edilən hissədə əsaslı sayır və hesab edir ki, baxılan işdə apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 52-1.6 və 58.1-ci maddələrinin pozuntusuna, nəticə etibarı ilə Azərbaycan Respublikası CPM-nin 416.1.9-cu maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən hala yol verilmişdir.

25. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 02 sentyabr 2021-ci il tarixli, 1(106)-629/2021 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir.

26. Yux arıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 02 sentyabr 2021-ci il tarixli, 1(106)-629/2021 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar