Məhkəmə qərarları › İş №1(102)-297/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-297/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-297/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Yaqut Bəşir qızının, Məhkum1 və onun müdafiəçisi Bağırov Abdul Madar oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-190/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarından Məhkum1 və Məhkum2 A llahverən oğlunun müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxxxx 1969-cu il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İmişli rayonu, Aranlı kəndində qeydiyyatda olmaqla yaşamışdır. Məhkum2 Allahverən oğlu 14 aprel 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında yaşamışdır. 2. 30 iyun 2022-ci il tarixli ittiham aktına görə Məhkum1 və Məhkum2 Allahverən oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 127.2.2 və 145.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 3. 26 iyul 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 və Məhkum2 Allahverən oğlu cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə: Məhkum1 qeyri-rəsmi olaraq birgə yaşadığı Təqsirləndirilən şəxs və ögey oğlu Məhkum2 ilə bir qrup şəxs halında 14 aprel 2022-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində olan zaman şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs xü susi amansızlıqla sol almacıq-gicgah sümüklərinin qövsününü qapalı, yerinidəyişmiş sınığı, burunun sol yan səthinin əzilmiş yarası ilə müşayiət olunan burun sümüyün qapalı, yerinidəyişmiş sınığı, İX qabırğanın qapalı, yerinidəyişmiş sınığı, onurğanın bel şöbəsinin İV fəqərəsinin sol yan çıxıntısının qapalı sınığı, sol bazu sümüyünün başının travmatik çıxığı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olan, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı nahiyənin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan, başın alın və sağ ayaqüstü nahiyələrinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, bundan başqa Təqsirləndirilən şəxs və Məhkum2 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs əynindəki paltarları soyundurub, əl və ayaqlarını iplə bağlayaraq yaşadığı evin qapısını da açarla kilidləyib, Zərərçəkmiş şəxs evdə olan bütün paltarlarını çantaya yığıb getməklə zərərçəkmiş şəxsin sərbəst hərəkət etmək imkanını məhdudlaşdırmaqla qanunsuz azadlıqdan məhrum etmişdir. Məhkum2 Allahverən oğlu anası Təqsirləndirilən şəxs və ögey atası Məhkum1 ilə bir qrup şəxs halında 14 aprel 2022-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində olan zaman şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs xüsusi amansızlıqla sol almacıq-gicgah sümüklərinin qövsününü qapalı, y erinidəyişmiş sınığı, burunun sol yan səthinin əzilmiş yarası ilə müşayiət olunan burun sümüyün qapalı, yerinidəyişmiş sınığı, İX qabırğanın qapalı, yerinidəyişmiş sınığı, onurğanın bel şöbəsinin İV fəqərəsinin sol yan çıxıntısının qapalı sınığı, sol bazu sümüyünün başının travmatik çıxığı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb sağlamlığa az ağır zərərvurmaya aid olan, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı nahiyənin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan, başın alın və sağ ayaqüstü nahiyələrinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, bundan başqa Təqsirləndirilən şəxs və Məhkum1 ilə bir qrup şəxs halında Zə rərçəkmiş şəxs əynindəki paltarları soyundurub, əl və ayaqlarını iplə bağlayaraq yaşadığı evin qapısını da açarla kilidləyib, Zərərçəkmiş şəxs evdə olan bütün paltarlarını çantaya yığıb getməklə zərərçəkmiş şəxsin sərbəst hərəkət etmək imkanını məhdudlaşdırmaqla qanunsuz azadlıqdan məhrum etmişdir.

5. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-238/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli hökmü ilə: Məhkum1 Azərbaycan Respublikası CM-nin 127.2.2 və 145.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 145.2.4-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbayc an Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 aprel 2022-ci il tarixdən hesablanması; Məhkum2 Allahverən oğlunun Azərbaycan Respublikası CM-nin 127.2.2 və 145.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 145.2.4-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən topla maqla 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) ay 09 (doqquz) gün hissəsini 01 (bir) ay 04 (dörd) gün azadlıqdan məhrum etmə cəzasına hesablamaqla və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən birləşdirilməklə qəti olaraq 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 19 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmiş, m addi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs təqsirli bilinərək məhkum edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum1 apellyasiya şikayəti verib hökmün dəyişdirilməsi və barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Daha sonra Məhkum1 apellyasiya şikayətinə əlavə təqdim edərək, hökmün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-190/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti və əlavəsi təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-238/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum1 və Məhkum2 Allahverən oğlunun müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

10. Məhkum1 verdiyi kassasiya şikayətində əməlində cinayət tərkibinin olmadığını iddia edib barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir.

11. Məhkum2 Allahverən oğlunun müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxs Məhkum2 Allahverən oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 145.2.4-cü maddəsinin tərkibinin olmadığını iddia edib Cinayət Məcəlləsinin həmin maddəsi üzrə sonuncuya bəraət verilməsi, həmçinin barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə cəz asının şərti hesab edilməsi barədə qərar qəbul edilməsinin xahiş edir.

12. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya p rosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Məhkum1 törətdiyi əməlində cinayət tərkibinin olmadığını iddia edib kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

18. Müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu kassasiya şikayətində Məhkum2 Allahverən oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 145.2.4cü maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmadığına görə sonuncuya verilən ittihamın müvafiq hissəsi üzrə bəraət verilməsini, həmçinin barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini xahi ş etməklə, mübahisələndirdiyi məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6 və 416.1.21-ci maddələrində təsbit olunmuş hala istinad etmişdir.

19. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-190/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş ci nayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza tə yin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

24. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarını və mövcud məhkəmə təcrübəsini nəzərə almaqla, toplanmış sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib haqlı olaraq hesab etmişdir ki, məhkumlar Məhkum1 və Məhkum2 Allahverən oğlunun Azərbaycan Respublikası CM-nin 127.2.2 və 145.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrinin təsdiqi özlərinin ibtidai araşdırma və məhkəmə istintaqı dövründə verdikləri etirafedici ifadələri ilə yanaşı həmçinin digər məhkum Təqsirləndiri lən şəxs, eləcə də zərərçəmiş şəxsin ifadəsi, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, sənədlər və iş üzrə toplanmış digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə məhkumlar Məhkum1 və Məhkum2 Allahverən oğlunun hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 127.2.2 və 145.2.4-cü maddələrinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin itti ham edildiyi həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Məhkum2 Allahverən oğlunun cinayət əməlinin törədilməsində t əqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

27. Məhkəmə kollegiyası həmçinin müdafiəçi Ələkbərov Ağaşirin Gülşirin oğlunun Məhkum2 Allahverən oğlu barəsində Azərbaycan Respublikası CM-nin 70ci maddəsinin tətbiq edilməsi barədə dəlillərini də əsassız hesab edir.

28. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbay can Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

29. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yax ud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

30. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Həmin Məcəllənin 70.2 -ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

31. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” A zərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı).

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

33. Qeyd olunan cinayət-hüquqi normalarına və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla müdafiəçi Ələkbərov Ağaşirin Gülşirin oğlunun verdiyi kassasiya şikayətinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisədə yoxlanıldıqda, Məhkum2 Allahverən oğlu barəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ş ərti hesab edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəmələr tərəfindən məhkuma təyin edilən cəza, onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin müvafiq maddələrinin sanksiyasının aşağı həddinə yaxındır və yuxarıda təsvir edilmiş maddi cinayət-hüquqi normalara uyğundur. Mahiyyət etibarı ilə kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağlı qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, hazırda fərqli nəticəyə gəlmək və məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını Məhkum2 Allahverən oğlunun cəzasının yüngülləşdirilməsinə (o cümlədən, Azərbaycan Respublikası CM-nin 70-ci maddələrinin tətbi q edilməsinə) yol verən kimi qiymətləndirmək üçün əsas müəyyən edilmir.

35. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 Allahverən oğluna təyin edilmiş cəza qanunla müəyyən edilmiş məqsədlərə xidmət etməklə, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərini təmin edir.

36. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, məhkumlara müdafiəsinin əlverişli qaydada təşkil etməsi və cinayət hadisəsinin öz mənafeyini əks edən təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-ni n 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

37. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum1 və Məhkum2 Allahverən oğlunun müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-190/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 və Məhkum2 Allahverən oğlunun müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-190/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar