Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-297/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçiləri, “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Verdiyeva Aytən Çingiz qızının və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili İmanverdiyev Beytulla Dadaş oğlunun iştirakları ilə x xxxxxx 1987-ci il tarixdə Ağdam rayonunda anadan o lmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmiş, "xxxx" MMC-nin təsisçisi və direktoru olmuş, Ağcabədi rayonu, Hacılar Ərazi Dairəsi, Hacılar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 avqust 2024-cü il tarixli 1(103)-1055/2024 nömrəli qərarından zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Zamanov Gülbala Sabir oğlu və məhkumun müdafiəçisi, “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Verdiyeva Aytən Çingiz qızı tərəfindən ayrı-ayrılıqda ve rilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 mart 2024-cü il tarixli 1(101)-766/2024 nömrəli hökmünə əsasən (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), S.A.Məmmədzadə və Ə.İ.Məmmədov) Məhkum – Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, kommersiya strukturlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 8 iyun 2023-cü il tarixdən hesablanmışdır. Hökmdən zərərçəkmiş hüquqi şəxs "xxxx" MM C və məhkumun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 avqust 2024-cü il tarixli 1(103)1055/2024 nömrəli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), R.A.Qaraqurbanlı və A.F.İbrahimov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 mart 2024-cü il tarixli 1(101)-766/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Məhkum öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını xeyli, külli və xüsusilə külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, 31 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 avqust 2021-ci il tarixdən təsisçisi və direktoru olmaqla öz qulluq mövqeyindən istifadə edərək özgəyə məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə direktoru olduğu "xxxx" MMC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 1 sentyabr 2021-ci il tarixdə qida məhsulları və digər malların alqı-satqısı haqqında müqavilə bağlamaqla "xxxx" MMC-nin ünvan2 ünvanında yerləşən anbarından buğda, buğda unu və kəpək götürərək pulunu tam ödəməklə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib, 10 yanvar 2022-ci il tarixdə " xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən inzibati binasında görüşləri zamanı direktoru olduğu "xxxx" MMC tərəfindən "xxxx" MMC-dən 603.584,40 manat dəyərində buğda, buğda unu və kəpəyin satılması barədə razılaşdıqdan sonra, inam yaratmaq üçün "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən inzibati binasında 10 yanvar 2022-ci il tarixdə 25D/2022 nömrəli qida məhsulları və digər malların alqı-satqısı haqqında "xxxx" MMC-nin direktoru X3 ilə müqavilə bağlayaraq məhsulların pulunu ödəyəcəyini sonuncuya yalandan vəd etməklə aldadaraq Cəmiyyətin anbarından 428425 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 1.450 manat dəyərində 2,040 ton buğda unu, 791000 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 5.097,6 manat dəyərində 8,800 ton buğda, 945902 nömrəli elekt ron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 4.500 manat dəyərində 18 ton kəpək, 032637 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 20.636,4 manat dəyərində 35,580 ton buğda, 260525 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 9.000 manat dəyərində 15,500 ton buğda, 326198 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 13.600 manat dəyərində 20 ton buğda unu, 302037 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 13.600 manat dəyərində 20 ton buğda unu, 395612 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 4.000 manat dəyərində 16 ton kəpək, 418584 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 22.527,2 manat dəyərində 38,840 ton buğda, 417398 nömrəli elektron qaimə-faktur aya əsasən xx.xx.2022-ci il tarixdə 20.137,6 manat dəyərində 34,720 ton buğda, 418474 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 20.439,2 manat dəyərində 35,240 ton buğda, 415129 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 22.933,2 manat dəyərində 39,540 ton buğda, 414137 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 25.601,2 manat dəyərində 44,140 ton buğda, 412415 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 21.390,4 manat dəyərində 36,880 ton buğda, 408041 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 23.084 manat dəyərində 39.800 ton buğda, 406758 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 20.659,6 manat dəyərində 35,620 ton buğda, 406115 nömrəli elektron qaimə-f akturaya əsasən xx.xx.2022-ci il tarixdə 25.369,2 manat dəyərində 43,740 ton buğda, 480810 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 4.000 manat dəyərində 16 ton kəpək, 466113 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 5.000 manat dəyərində 20 ton kəpək, 577480 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 20.590 manat dəyərində 35,500 ton buğda, 577543 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 23.780 manat dəyərində 41 ton buğda, 574315 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 19.395,2 manat dəyərində 33,440 ton buğda, 570689 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 21.808 manat dəyərində 37,600 ton buğda, 563071 nömrəli elektron qaimə-fakturaya əsasən xx. xx.2022-ci il tarixdə 24.951,6 manat dəyərində 43,020 ton buğda, 557497 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 21.077,2 manat dəyərində 36,340 ton buğda, 554126 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 19.546 manat dəyərində 33,700 ton buğda, 550033 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 19.476,4 manat dəyərində 33,580 ton buğda, 545453 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 19.685,2 manat dəyərində 33,940 ton buğda, 540893 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 20.624,8 manat dəyərində 35,560 ton buğda, 538320 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 24.464,4 manat dəyərində 42,180 ton buğda, 559323 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 14.000 manat dəyərində 20 ton buğda unu, 613998 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 5.400 manat dəyərində 18 ton kəpək, 583919 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 14.000 manat dəyərində 20 ton buğda unu, 834425 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 4.800 manat dəyərində 16 ton kəpək, 792463 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 14.000 manat dəyərində 20 ton buğda unu, 979060 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 4.500 manat dəyərində 15 ton kəpək, 958001 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 4.860 manat dəyərində 16,200 ton kəpək, 037907 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 4.800 manat dəyərində 16 ton kəpək, 059288 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 4.920 manat dəyərində 16,400 ton kəpək, 000610 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 13.880 manat dəyərində 20 ton buğda unu, cəmi 472.274,40 manat dəyərində 814,260 ton buğda, 84.530 manat dəyərində 122,040 ton buğda unu, 46.780 manat dəyərində 167,600 ton kəpək olmaqla, ümumilikdə 603.584,40 manat dəyərində buğda, buğda unu və kəpək məhsulunu götürərək ünvan 3 yerləşən anbarına aparıb xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində naməlum şəxslərə sataraq əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə "xxxx" MMC-yə məxsus cəmi 60 3.584,40 (altı yüz üç min beş yüz səksən dörd manat qırx qəpik) manat dəyərində buğda, buğda unu və kəpək məhsulunu vahid niyyətlə ələ keçirib xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Şahid2 2022-ci ilin iyul ayında buğda alınması ilə bağlı özünə müraciəti ilə əlaqədar, həmin tarixdə ünvan 3 ünvanında görüşləri zamanı "xxxx" MMC-nin 184.000 manat dəyərində "xxxx" MMC-yə buğda satılması barədə razılaşdıqdan sonra, inam yaratmaq üçün "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən inz ibati binasında "xxxx" MMC-də istehsal olunan buğda, buğda unu və kəpəyin "xxxx" MMC-yə satılmasına dair 04 iyul 2022-ci il tarixli, OA-AA-2022 nömrəli alqı-satqısı haqqında müqavilə bağlayaraq buğda məhsulunu verəcəyini yalandan bildirməklə aldadaraq "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 54.000 manat, xx.xx.2022-ci tarixli ödəniş tapşırığına əsasən 90.000 manat və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 40.000 manat olmaqla cəmi 184.000 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ82NABZ013501******71944 nömrəli bank hesabına köçürülməsinə nail olub, həmin pul vəsaitini "xxxx" ASC-yə məxsus ayrıayrı bankomatlarda nağdlaşdıraraq şəxsi ehtiyaclarına xərcləməklə, eyni niyyətlə, özü barəsində formalaşdırdığı inam və etibar dan sui-istifadə edib, "xxxx" MMC-yə məxsus Bərdə rayonu ərazisində yerləşən fermada saxlanılan 6 ədəd iri buynuzlu heyvanın özü tərəfindən hər birinə 1.000 manat məbləğində pul vəsaiti ödənilməklə alınmasına dair həmin Cəmiyyətin icraçı direktoru Şahid2 yalandan vəd etməklə sonuncunun razılığını alaraq sövdələşdikdən sonra özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib 2022-ci il ilin iyul ayında bir ədədinin qiyməti 1.000 manat olmaqla cəmi 6.000 manat dəyərində 6 ədəd iri buynuzlu heyvanı Cəmiyyətin ünvan 3 ünvanında yerləşən fermasından götürərək naməlum şəxslərə sataraq əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə "xxxx" MMC-yə məxsus cəmi 190.000 (yüz doxsan min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2021-ci il ərzində Zərərçəkmiş şəxs4ndən müxtəlif çəkidə pərakəndə formada taxıl məhsulunu götürərək pulunu tam ödəməklə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib, 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs4 MMC-nin Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən anbarında həmin cəmiyyətin satış müdiri Şahid4 ilə görüşləri zamanı direktoru olduğu "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs4ndən 76.000 manat dəyərində arpa satılması barədə razılaşmaqla məhsulların pulunu ödəyəcəyini Şa hid4 yalandan vəd etməklə aldatmaqla bildirib sonuncu ilə sövdələşdikdən sonra Cəmiyyətin Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən anbarından yenidən xx.xx.2022-ci il tarixli tərəzi qəbzinə əsasən 16.090,6 manat dəyərində 37.420 kq, xx.xx.2022-ci il tarixli tərəzi qəbzinə əsasən 14.293,2 manat dəyərində 33.240 kiloqram, xx.xx.2022-ci il tarixli tərəzi qəbzinə əsasən 14.181,4 manat dəyərində 32.980 kiloqram, xx.xx.2022-ci il tarixli tərəzi qəbzinə əsasən 15.824 manat dəyərində 36.800 kiloqram və xx.xx.2022-ci il tarixli tərəzi qəbzinə əsasən 16.099,2 manat dəyərində 37.440 kiloqram arpa məhsulunu götürərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı qəsəbəsində yerləşən anbarına aparıb naməlum şəxslərə sataraq görüntü yaratmaq məqsədilə əldə etdiyi ümumilikdə 76.488.4 manat məbləğində pul v əsaitindən 20.000 manatını ödəyərək qalan 56.488,4 manat pul vəsaitini isə öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 MMCyə məxsus cəmi 56.488,40 (əlli altı min dörd yüz səksən səkkiz manat qırx qəpik) manat məbləğində arpa məhsulunu vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 ilə 2023-cü ilin iyun ayında aralarında olan telefon danışıqları zamanı 23.868 manat dəyərində arpa məhsulunun satılması barədə razılaşdıqdan sonra, inam yaratmaq üçün müxtəlif çəkidə taxıl məhsulunun alınması ilə əlaqədar götürəcəyi arpa məhsulunun pulunu yerindəcə ödəyəcəyini aldatmaqla bildirib sonuncu ilə razılaşaraq sövdələşdikdən sonra özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib 04 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 23.868 manat dəyərində 66.300 kiloqram arpa məhsulunu alaraq sonuncuya Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı qəsəbəsində yerləşən anbarına gətizdirib naməlum şəxslərə sataraq əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 23.868 manat (iyirmi üç min səkkiz yüz altmış səkkiz) manat dəyərində arpa məhsulunu vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum əməlində cinayət tərkibi olmadığına görə barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmü kifayət qədər əsas olmadan ehtimallara dayanaraq qəbul edilmiş, apelyasiya məhkəməsi sübutları düzgün tədqiq etmədən həmin hökmdəki sadalananlara əsasən qərar qəbul etmişdir. Məhkum xeyli, külli və xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq əməli 4 epizodla əsaslandırılmışdır. Birinci epizoda əsasən "xxxx" MMC ilə "xxxx" MMC arasında ilk müqavilə 1 sentyabr 2021-ci il tarixdə bağlanmışdır. Müqaviləyə əsasən, "xxxx" MМС "xxxx" MMC-yə buğda, buğda unu və kəpək satmışdır. Məhkum müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərək məhsulların pulunu vaxtında ödəmişdir. Bunun əsasında da iki şirkət arasında 10 yanvar 2022-ci il tarixdə yeni şərtlərlə yeni müqavilə bağlanmışdır. Həmin müqavilənin predmetinə əsasən, satıcı yəni "xxxx" MMC (satıcı) malı "xxxx" MMC-yə (alıcı) satır, o da bunun ödənişini nağdsız formada həyata keçirir. Həmin müqavilənin 2-ci hissəsinə əsasən, müqavilənin ümumi dəyəri, satıcı tərəfindən alıcıya təqdim edilmiş elektron-qaimə fakturaya və ya malların təhvil-qəbul aktına əsasən təhvil verilmiş malın, görülmüş iş və xidmətin dəyəridir. Müqavilə üzrə təqdim edilmiş malın dəyəri satıcının təqdim etdiyi elektron-qaimə fakturaya ə sasən, faktiki təhvil verilmiş mal, iş və xidmət üçün 5 iş günü ərzində ödənilir, Məhkum həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəyə əsasən, "xxxx" MMC ilə aralarında bağlanmış müqavilə nəticəsində, yəni mülki hüquq münasibətlərindən irəli gələn borcunun olmasını qəbul edir. Bu isə cinayət əməlinin tərkibini yaratmır. Çünki onun niyyəti "xxxx" MMC-ni aldatmaq olmamışdır. Yəni onun məqsədi dələduzluq etmək olmamış, o sadəcə kommersiya fəaliyyəti ilə məşğul olan birisi kimi un, kəpək və s. məhsulları alıb və məlum səbəblərdən ödənişi ödəyə bilməmişdir. Təqsirləndirilən Məhkum da ifadəsində qeyd etdiyi kimi, "xxxx" MMC-yə mülki hüquq münasibətlərindən irəli gələn borcunun olmasını qəbul edir. Sadəcə olaraq, pandemiya zamanı satışlar olmadığından müqavilədə nəz ərdə tutulmuş ödənişi etməsi mümkün olmayıb. Bunu da qarşı tərəfə bildirib. Bundan əlavə, "xxxx" MMC-nin istintaq zamanı təqdim etdiyi ödəniş cədvəlinə əsasən, Məhkum tərəfindən müxtəlif vaxtlarda ödənişlərin həyata keçirilməsi bir daha onun müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyini sübut edir. Əgər şəxsin niyyəti dələduzluq, yəni qarşı tərəfi aldatmaq olsaydı, bu qədər məbləği "xxxx" MMC-nin hesabına ödəməzdi. Müqavilənin 6-cı bəndində qeyd olunduğu kimi, müqavilə bağlandığı tarixdən 1 il müddətinə, yəni xx.xx.2023-cü il tarixə kimi qüvvədədir. Lakin "xxxx" MMC artıq 2022-ci ilin fevral ayından şikayətlərə başlamışdır. Hətta hesab ödənişində də qeyd olunmuşdur ki, sonuncu ödəniş xx.xx.2022ci il tarixində olmuşdur. Lakin Xırman MMC-nin nümayəndəsi X bütün istintaq zamanı bildirmişdir ki, bu ödəniş sonuncu dəfə fevral ayında olmuşdur. Məhkum tərəfindən ilin müxtəlif vaxtlarında ödəniş olunması, onun niyyətinin həqiqətən də dələduzluq olmadığını bir daha sübut etmişdir. Hətta müqavilənin ilk vaxtlarında onun tərəfindən böyük həcmdə ödənişlər olunmuşdur və bunların hamısı həmin cədvəldə qeyd olunmuşdur. Lakin bu borcu qaytarması mümkün olmamışdır. Bundan əlavə “üzləşmə aktında” Məhkum imzasının olmamasına baxmayaraq, ibtidai istintaq zamanı bu sənəd də mötəbər sübut kimi işə əlavə edilmişdir. Hüquqlarını müdafiə etdiyi şəxsin ittiham olunduğu digər epizod isə "xxxx" MMC ilə olan hissədir. İstər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı şahidlərin verdiyi ifadələrində qeyd etdikləri kimi, onlar Məhkum DİN-nə şikayət etmişlər. Lakin nəyə görə DİN-nin şikayəti tə min etmədiklərini bildirmirlər. Məhkum tərəfindən DİN-nə qaimə- fakturalar təqdim olunduğundan "xxxx" MMC-nin şikayəti təmin olunmamışdır. Eyni qaiməfakturalar məhkəmə istintaqı zamanı da təqdim olunmasına baxmayaraq, məhkəmə yekun qərar qəbul edərkən onları sübut kimi nəzərə almamışdır. Hətta məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X izahatında göstərmişdir ki, “hər dəfə mal verəndə elektron qaimə tərtib edilmiş, bu qaimə tərtib edildikdən sonra onun mühasibatlığına elektron qaydada göndərilmişdir. Yəni elektron kabinetdən bu görünmüş, əgər mal qəbul edilmişsə və onların mühasibatlığı tərəfindən təsdiq edilməyibsə, sistem avtomatik qəbul edib, əgər mal alınmayıbsa mühasibatlıqdan geri qaytara biləcəkmiş, göründüyü kimi mal alındığından və mühasibatlıq təsdiq etdiyindən geri qaytarı lmamışdır.” Bu ifadədən də göründüyü kimi, "xxxx" MMC tərəfindən mal qəbul edilməsəydi, mühasibatlıq pulu geri çəkə bilərdi. Pulun geri çəkilməməsi bir daha Məhkum tərəfindən malın göndərildiyini sübut etmiş olur. "Azaqrotaxıl” MMC ilə bağlı epizoda gəldikdə isə qeyd etmək istəyirlər ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndələrinin ifadələrində bildirdikləri kimi, şirkətdə bütün əməliyyatlar alqı-satqı müqavilələri əsasında elektron qaimə-fakturalara uyğun olaraq nağdsız hesablaşmalar qaydasında aparılır. Məhkum ilə olan məsələdə isə qeyd edirlər ki, alqı-satqını nağd formada həyata keçirmişlər. Lakin buna dair heç bir mötəbər sübut təqdim edə bilməmişlər. Bundan əlavə, Məhkum mal verdiklərini göstərdikləri tarixlərə nəzər salsaq, bütün tarixlər həftə sonuna de yil, həftə içinə təsadüf edir. Şahid5 ifadəsində Məhkum iş yerindən pulu götürdüyünü bildirsə də, daha sonra Binə ərazisindən pulu götürdüyünü bildirmişdir. Lakin Məhkum Binə ərazisində iş yeri yoxdur. Bu da həmin şahidlərin ifadələri arasında ziddiyyət olduğunu sübut etmiş olur. Ziddiyyətli məqam ondan ibarətdir ki, "xxxx" MMC Azərbaycan Respublikası Bas Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edərkən 56.488,40 manat zərər olduğunu bildirsələr də, Kommersiya Məhkəməsinə iddia tələbi ilə müraciət edərkən zərərin 42709 manat olduğunu qeyd etmişlər. Beləliklə də, “XXX" MMCnin nümayəndələrinin 76.000 manat ilə bağlı verdiyi ifadələrinin hamısının yalan olması öz təsdiqini tapmış olur. Daha sonra məhkəməyə guya Məhkum borcunu etiraf etməsi ilə bağlı səs yazısı olan CD-ləri təqdim etsələr də, CD-lərdən birinin içərisi boş, digərində isə qeyd olunan şikayətlə bağlı hər hansı bir səs yazısı aşkar olunmamışdır. Bütün bu hallar bir daha sübut edir ki, "xxxx" MMC ilə "xxxx" MMC şirkəti arasında heç bir müqavilə olmamış, Məhkum "xxxx" MMC-yə heç bir borcu yoxdur. Zərərçəkmiş şəxs1 ilə bağlı epizodda isə qeyd etmək istəyirlər ki, cinayət işinin 2-ci cild 27-34-cü vərəqələrində olan Zərərçəkmiş şəxs1 ilə Məhkum arasında olan “Whatsapp” proqramı vasitəsilə mesaj yazışmalarının çıxarışından görünür ki, X4 verəcəyi arpa məhsulunun fotoşəkillərini və həmin məhsulu gətirəcək yük avtomobillərinin dövlət qeydiyyat nömrələrini yazaraq göndərir, eləcə də, Məhkum görüşəcəkləri məkanın olduğu yeri sonuncuya göndərir. Lakin həmin yazışmalar yalnız səs yazılarından ibarə tdir və həmin səs yazıları nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı tədqiq olunmamışdır. Beləliklə də, həmin səs yazılarının Məhkum aid olması öz təsdiqini tapmamışdır. Lakin Zərərçəkmiş şəxs1 tərəfindən hər hansı digər sübut təqdim olunmamasına baxmayaraq, Məhkum bildirmişdir ki, onun niyyəti dələduzluq etmək olmamışdır. Sadəcə olaraq, onun barəsində həbs qətimkan tədbiri seçildiyindən pulu geri ödəmək üçün fürsəti olmamışdır. Bu isə bir daha Məhkum öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirmək niyyətinin olmamasını göstərir. Göründüyü kimi, bu hallar hərtərəfli, tam, obyektiv araşdırılmadan Məhkum əleyhinə mötəbər sübutlar olmadığı halda, ona ittiham irəli sürü lmüşdür. Zərərçəkmiş hüquqi şəxs, "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum təyin edilmiş cəzanın ağırlaşdırılması ilə əlaqədar olaraq işin yeni apelyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmələr cəza təyin edərkən Məhkum əvvəllər də eyni xarakterli cinayətlər törətməyə görə məhkum olunmasını, hazırkı iş üzrə zərərçəkmiş şəxslərin əmlaklarını dələduzluq yolu ilə ələ keçirməsini, o cümlədən "xxxx" MMC-nin xüsusilə külli miqdarda əmlakını ələ keçirməsini və ödəməməsini nəzərə almadan ona yüngül cəza təyin etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş kassasiya şikayətlərin in dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçilər A.Verdiyevanın və B.İmanverdiyevin, verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yaln ız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum təyin edilmiş cəzanın ağırlaşdırılması ilə əlaqədar olaraq işin yeni apelyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən: “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsinə əsasən: “178.4. Bu Məcəllənin 178.1—178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildi kdə — on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası ilkin olaraq məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli təhlil edərək qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsi n azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5 -ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarı n əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilmə si məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və ə leyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müva fiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməllərini Azərbaycan Respublikası CM-in 178.4cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum özünü ona elan olunmuş ittihamla təqsirli bilməsə də, Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxslər - "xxxx" MMC-nin nümayəndəsi X, "xxxx" MMC-nin nümayəndəsi X və "xxxx" MMC-nin nümayədəsi X ifadələri, şahidlər Şahid2, Şahid1, Şahid4, Şahid5 və Şahid3 ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş 18 noyabr 2022-ci il tarixli məktubu, "xxxx" MMC-nin direktoru Fazil Mirzəliyevin Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı 13 sentyabr 2022-ci il tarixli müraciəti, 10 yanvar 2022-ci il tarixdə 25D/2022 nömrəli qida məhsulları və digər malların aqlı-satqısı haqqında müqavilənin kserosurəti, 15 iyul 2022-ci il tarixli üzləşmə aktının surəti, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu, "xx xx" MMC tərəfindən Məhkum verilən məhsullara dair elektron qaimə-fakturalar əsasında tərtib edilmiş cədvəl və həmin elektron qaiməfakturaların surəti, "xxxx" MMC-nin direktoru Şahid2 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı 26 dekabr 2022-ci il tarixli müraciəti, "xxxx" MMC-nin direktoru Cəmşid Ağayevin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı ərizəsi, Zərərçəkmiş şəxs1 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı ərizəsi, Zərərçəkmiş şəxs1 ilə Məhkum arasında olan “Whatsapp” proqramı vasitəsilə mesaj yazışmalarının çıxarışı, işin digər halları və habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövc ud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Hə min qərarın 6-cı bəndinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə CM-in 178 və 320.2-ci maddələri ilə tövsif edilir. Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini q abaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmay araq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri iş materiallarında olan zərərçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin və şahidlərin ifadələri, izahatlar, protokollar, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstəril ən əsaslar yoxdur. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi, xarakteri, məhkumun şəxsiyyəti düzgün nəzərə alınmış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin edilmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3 və 59-cu maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun b ir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 5 8.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayə t cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik d ərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsin ə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını a lmaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. İş materiallarından görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həy at şəraitinə təsirini kifayət qədər nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum barəsində daha ağır və ya daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 avqust 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414 və 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 avqust 2023-cü il tarixli 1(103)-1055/2024 nömrəli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-297/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-297/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver