Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2974/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər X11 (sədrlik edən və məruzəçi), X12 və X19 ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, R X16 və bəraət almış şəxs Bəraət almış şəxs iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından dövlət ittihamçısı dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Vüqar Quliyev (sədrlik edən), Elmin Rüstəmov və Aytən Əliyeva) ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə # ###### 1992-ci ildə Xaçmaz rayonu Çarxı kəndində anadan olmuş, evli, himayəsində 2(iki) azyaşlı uşağı olan, Azərbaycan Respublikası vətəndaşı, fərdi qaydada əməklə məşğul olmuş, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ## #### 2024-cü il tarixdə cəzasını çəkib qurtarmış, Zərdab rayonu Körpükənd kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti nömrəsiz ev ünvanında yaşamış Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMin) 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Işin halları: Ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə Bəraət almış şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlayıb daşımışdır. Belə ki, Bəraət almış şəxs şəxsiyyəti istintaqa məlum olmayan Iran Islam Respublikası vətəndaşı olması ehtimal olunan “Abi” adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşınma və satması barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün istintaqa məlum olmayan Iran Islam Respublikası vətəndaşı olması ehtimal olunan “Abi” adlı şəxsdən, ona bildirdiyi ünvanlara, digər naməlum şəxslərə çatdırmaq məqsədi ilə məlum olmayan vaxtda və ünvandan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 4020,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlayaraq Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən ərazisində yerləşən “Neftçi” kafesinə qədər daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin Qərb bölgəsində regional şöbəsinin (bundan sonra mətndə - BNMI-nin QBRŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## #### 2024-cü il tarixdə, saat 01 radələrində saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin 12-ci Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılarkən əlində saxladığı bir ədəd çuvalın içərisində iki ədəd qara rəngli sellofan bağlamada hər birinin ayrıayrılıqda təmiz çəkisi 2015 qram və 2005 qram olmaqla ümumi təmiz çəkisi 4020 qram külli miqdarda tərkiblərinə görə eyni olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ramin Qaraqurbanlı (sədrlik edən və məruzəçi), Zaur Hüseynov və Anar Ibrahimov) ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı dövlət ittihamçısı3 kassasiya protesti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığından həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə baxışı zamanı şahid ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr, eyni zamanda cinayət işinin tədqiq edilmiş materialları ilə Bəraət almış şəxs ittihamını təşkil edən sübutların toplanması zamanı CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməsi təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə Bəraət almış şəxs bəraət verərkən onun ifadələrində göstərdiyi halları da nəzərə almamışdır. Belə ki, Bəraət almış şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrində göstərmişdir ki, onun borcu olduğu üçün iranlı narkotacirlə sosial şəbəkə vasitəsi ilə əlaqəyə çıxmış, 600 manat pula ehtiyacı olduğunu bildirmiş, iranlı isə həmin pulu onun kartına ata biləcəyini, lakin bunun müqabilində narkotik vasitə olan qurudulmuş marixuananı deyəcəyi yerdən götürüb başqa bir yerə çatdırılmasını istəmiş və o, bu şərtə razılaşmış, bundan sonra isə iranlı tərəfindən hazırkı aşkar edilmiş narkotik vasitənin konumunu onun mobil telefonuna göndərilmiş və həmin əraziyə getmiş, yaxınlaşarkən narkotik vasitənin çox olduğunu görüb götürmək istəməmiş, lakin həmin vaxt polis əməkdaşları onu saxlamışlar. Beləliklə, Bəraət almış şəxs öz ifadələrindən də görünür ki, o, iranlı ilə narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı sövdələşməyə getmişdir. Bundan başqa, məhkəmədə şahid qismində dindirilmiş BNMI-nin əməliyyat müvəkkilləri X1, X7 və X4 ifadələri, məhkəmə-bioloji ekspertizasının rəyi və telefona baxış keçirilməsi haqqında protokolu ilə Bəraət almış şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsiri tam təsdiq edilmişdir. Kassator hesab edir ki, məhkəmələr sübutlara düzgün qiymət verməmiş, ibtidai istintaq orqanı tərəfindən sübutları əldə edərkən prosessual pozuntulara yol verilməmişdir. Məhkəmələrin hökmdə gəldikləri nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, mübahisələndirilən hökmdə şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olmuş, məhkəmə cinayət qanunun normasını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticələr isə işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və bəraət almış şəxsin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, Bəraət almış şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmuş, lakin birinci instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsi nəticəsində ona əsassız olaraq bəraət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə həmin hökm qanunsuz olaraq qüvvədə saxlanmışdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Ibtidai istintaq orqanı tərəfindən Bəraət almış şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Ittiham üzrə Bəraət almış şəxs təqsirini təsdiq etmək məqsədilə istintaq orqanı tərəfindən məhkəməyə təqsirləndirilən şəxsin şübhəli şəxs qismində verdiyi ifadəsi, şəxsi axtarış və götürmə zamanı iştirak etmiş hal şahidlərinin və polis əməkdaşları X1, X7, X4, X2 və X3 şahid ifadələri, ## #### 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol, telefon məlumatlarının çıxarışları, məhkəmə-bioloji ekspertizasının rəyi, habelə maddi sübut təqdim edilmişdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişdir ki, Bəraət almış şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı sübutların əldə edilməsi zamanı səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübuta – Bəraət almış şəxs üzərində şəxsi axtarış keçirilməsi haqqında ## #### 2024-cü il tarixli protokola əsaslanır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya protestinə əsasən işə baxarkən sübutları təkrarən araşdırıb və belə nəticəyə gəlmişdir ki, ittihamın əsasını ancaq istintaq orqanının qeyrimötəbər və ziddiyyətli sübutları təşkil etmişdir. Kassasiya protestində isə qeyd edilmişdir ki, məhkəmənin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, Bəraət almış şəxs elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən cinayət-prosessual qanunun aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Işdən göründüyü kimi birinci instansiyası məhkəməsi Bəraət almış şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlardan görünür ki, həmin sübutlarla Bəraət almış şəxs tərəfindən ona istinad edilmiş narkotik vasitənin hər hansı bir şəxsdən alınması və ya hər hansı bir şəxsə verilməsi faktlar müəyyən edilməmişdir. Ittiham yalnız maddi sübuta, yəni Bəraət almış şəxs üzərində narkotik vasitənin aşkar edilməsi faktına əsaslanır. Insan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıbalmadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Istintaq orqanı Bəraət almış şəxs təqsirliliyini əsaslandırmaq üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələrə və üzərində şəxsi axtarış aparılması barədə tərtib edilmiş protokola istinad etmişdir. Şəxsi axtarış və götürmə aparılması barədə ## #### 2024-cü il tarixli protokoldan görünür ki, Bəraət almış şəxs ağ rəngli kisəni təqdim etmiş, həmin kisədə iki ədəd bağlamada marixuanaya bənzər kütlə aşkar edilmişdir. Bəraət almış şəxs üzərində aşkar edilmiş kütlərinin ona məxsus olduğunu, həmin kütlələri bu gün IIR vətəndaşı “Abi” adlı şəxsin göstərişinə əsasən 1000 manat pul müqabilində Sabunçu rayonunun ərazisində gizlədilmiş yerdən sonuncunun göstərdiyi yerə çatdırmaq üçün götürülməsini demişdir. Axtarış Sabunçu RPI-in 12-ci Polis Şöbəsində saat 2:30-dan saat 2:50-dək hal-şahidləri X3 və X2 iştirakları ilə keçirilmişdir. Şəxsi axtarışdan sonra digər sübutlar toplanmış Bəraət almış şəxs və axtarışda iştirak etmiş şəxslər dindirilmiş, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizaları keçirilmiş, telefona baxış keçirilmiş və cinayət işi baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı Bəraət almış şəxs təqsirini etiraf etməmiş və ifadəsində göstərmişdir ki, 4 kiloqram marixuana onun üzərində olmamış, onun üzərində narkotik vasitənin aşkar edilməsi barədə polis əməkdaşları tərəfindən tərtib edilmiş protokol həqiqətə uyğun gəlmir. Onun üzərində axtarış və digər prosessual hərəkətlərin Sabunçu Rayon Polis Idarəsində 12-ci Polis Şöbəsində aparılmasını göstərilsə də, o, BNMI-in əməkdaşları tərəfindən üzərinə qoyulmuş narkotik vasitənin boynuna götürmədiyi və polis əməkdaşları tərəfindən tərtib edilmiş sənədlərə imza etmədiyi üçün həmin gecə BNMI-yə aparılmış və orada ona zor göstərməklə təzyiq etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş hal-şahidləri X3 və X2 göstərmişlər ki, onlar polis əməkdaşları tərəfindən Bəraət almış şəxs üzərində axtarış aparılmasında iştirak etmək üçün Sabunçu RPI-nə dəvət etsələr də, həmin vaxt axtarış aparılan otaqda olmuş və polis əməkdaşları tərəfindən onlara göstərilmiş torbanın Bəraət almış şəxs götürülməsini görməmişlər. Polis əməkdaşının həmin torbada narkotik vasitənin olması və torbanın Bəraət almış şəxs məxsus olmasını onlara bildirsə də sonuncu bunu inkar etmişdir. Həmçinin R.İ.Qurbanov və A.M.Quliyev göstərmişlər ki, Bəraət almış şəxs narkotik vasitənin “Abi” adlı iranlıdan alıb harasa aparacağını deməmiş, həmin gecə onları Sabunçu RPI-dən Badamdarda yerləşən polis idarəsinə aparmışlar. Iş materiallarından görünür ki, Bəraət almış şəxs ibtidai istintaq zamanı da onun üzərində ona istinad edilən narkotik vasitənin aşkar edilməsini mübahisələndirmiş və onun üzərində axtarış və götürmə aparılması haqqında ## #### 2024-cü il tarixli protokolu imzalamamışdır. Müstəntiqin qeydinə əsasən Bəraət almış şəxs “səbəb göstərmədən protokolu imzalamadan imtina etmişdir”. Məhkəmə iclasında keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Bəraət almış şəxs üzərində axtarış aparılması barədə protokolunda hal-şahidləri R.İ.Qurbanovun və A.M.Quliyevin imzaları onlar tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Təqsirləndirilən şəxs Bəraət almış şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı iştirak etmiş hal-şahidləri X3 və X2 hadisə zamanı istifadələrində olan mobil telefon nömrələrinin antena məlumatları müvafiq mobil operatordan əldə edilərək məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilməklə tədqiq edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X3 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon ##.##.2024-cü il tarixdə, saat 00:02:08 və 02:23:47-də “Xocahesen Depo/Bakı şəhəri, Xocahəsən qəsəbəsi/Binagadi”, saat 03:36:58-də “OscarPetrol//Binagadi”, saat 04:01:25-də “A.Mustafayev_str3014/X5/Binagadi”, saat 06:35:33, 06:37:11 və 06:37:42-də “A.Abbaszade 19/X8/Sabail”, saat 06:36:07-də “A.Abbaszade 19/Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, keçid 1128, ** saylı çörək mağazası/Sabail”, saat 06:37:07-də “Badamdar servis//Sabail/”, saat 07:26:14-dən etibarən isə saat 12:47:41-dək təkrarən “Xocahesen Depo/Bakı şəhəri, Xocahəsən qəsəbəsi/Binagadi”, ##.##.2024-cü il tarixdə isə axşam saatlarınadək əsasən Xırdalan şəhəri, Abşeron rayonu anten dairələrində olmuşdur. X6 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon ##.##.2024-cü il tarixdə, saat 07:21:03 “OscarPetrol/Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi/Binagadi/”, 18:40:38-də “Xocahesen Depo/Bakı şəhəri, Xocahəsən qəsəbəsi/Binagadi”, ##.##.2024-cü il tarixdə isə yalnız Binəqədi rayonu ərazisinin anten dairələrində olmuşdur. “Google maps” proqramından istifadə edilməklə təqsirləndirilən şəxs Bəraət almış şəxs, şahidlər A.M.Quliyev və R.İ.Qurbanovun ifadələrinə, həmçinin işdə olan digər sənədlərə əsasən “xxxx” MMC-yə məxsus “A.Abbaszade 19/X8/Sabail”,“Badamdar servis//Sabail” anten əhatə dairəsinin BNMI-nin inzibati binasının yerləşdiyi ərazinin, “Xocahesen Depo/Bakı şəhəri, Xocahəsən qəsəbəsi/Binagadi” anten dairəsinin isə Xocasən qəsəbəsində yerləşən avtobus deposunun yaxınlığı olması müəyyən edildi. Məhkəmələr yuxarıda göstərilən iş halları və sübutları nəzərə alaraq, hazırkı iş üzrə ittihamın əsasını təşkil edən Bəraət almış şəxs üzərində şəxsi axtarış və götürmə aparılması barədə ## #### 2024-cü il tarixli protokolu və polis əməkdaşlarının ifadələrini qiymətləndirmiş və belə nəticəyə gəlmişlər ki, göstərilən sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri düzgün nəticəyə gəlmişlər. Iş materiallarında olan Bəraət almış şəxs qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən sənədlərin və sübutların əksəriyyətinin mötəbərliliyi və mümkünlüyü ilə bağlı şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Ekspertiza rəyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olması ilə bağlı əsaslı şübhələr mövcud olduqda, həmin rəy yalnız maddənin növünü, tərkibini və miqdarını müəyyən etsə də, onun konkret olaraq təqsirləndirilən şəxsə məxsus olmasını təsdiq edən sübut kimi çıxış edə bilməz. Bu baxımdan, ekspertiza rəyi yalnız digər mötəbər sübutlarla birlikdə qiymətləndirildikdə təqsirin sübuta yetirilməsinə xidmət edə bilər. Eyni zamanda, maddi sübut da, onun təqsirləndirilən şəxsə aidiyyəti etibarlı şəkildə müəyyən edilmədiyi halda, özlüyündə şəxsin təqsirini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşaraq hesab edir ki, şəxsi axtarış zamanı Bəraət almış şəxs təzyiq göstərilməsinə əsaslı ehtimallar da mövcuddur. Bu da öz növbəsində onun ibtidai istintaqda şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrin CPM-in 125.2-ci maddəsinə əsasən mümkünlüyünü şübhə altına alır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Avropa Insan Hüquqları Məhkəməsinin presidentlərinə və Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetmir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Bəraət almış şəxs təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. Işdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Bəraət almış şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Insan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo Ispaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2974/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2974/2025
15.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver