Məhkəmə qərarları › İş №1(102)-2975/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2975/2025

02.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2975/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Xüsusi ittihamçının nümayəndəsi - şahid6, Bəraət almış şəxs – Bəraət almış şəxs iştirakları ilə, Bakı şəhər Xətai Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı ilə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət ərizəsi əsasında Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə bəraət almasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2025-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Xətai Rayon Məhkəməsinin (sədrlik edən hakim X1) *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli hökmü ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ## #### 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə bəraət verilmişdir. Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Bəraət almış şəxs CM-in 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2016-cı ildə Norveçdə sol dizindən cərrahi əməliyyat olunmuşdur, ##.##.2016-cı il tarixində birdəfəlik Azərbaycana gəlmişdir. 2016-cı ilin oktyabr ayına qədər alimenti qismən ödəmiş, ##.##.2016-cı ilə qədər yığılan aliment borcunu kredit borcu alaraq tam ödəmişdir. Dəfələrlə haqlı olaraq 1 uşağa görə 500 manat məbləğində olan alimentin azaldılması üçün məhkəməyə müraciət etsə də, qarşı tərəf hər dəfə böhtan yazaraq etiraz etmiş və bunun nəticəsində də iddiası qanunsuz olaraq rədd edilmişdir. Azərbaycana qayıtdıqdan sonra mütəmadi yataq xəstəsi olmuş, heç bir yerdə işləməmiş, ##.##.2017-ci il tarixindən əlillik pensiyası alır. Xəstəliyi ağırlaşdığına görə sol dizindən 3 dəfə cərrahi əməliyyat olunmuş, ##.##.2019-cu il tarixindən müddətsiz 1-ci qrup əlillik verilib. Xəstə və əlil olmağına, ümumi gəlirinin 50-120 manat pensiya almağına baxmayaraq, ona qanunsuz və əsassız olaraq 1 uşağa görə hər ay 500 manat aliment qərarı çıxarılmış, o isə uşağına hər ay qismən 100 manat məbləğində aliment ödəyə bilmişdir. ##.##.2014-cü ildən indiyə qədər yəni 132 ay ərzində 23000 manatdan artıq aliment ödəmişəm və 26000 manat borclu vəziyyətə düşmüşəm. Hazırda Ali Məhkəmənin ##.##.2021-ci il *(***)-****/**** saylı qərarı ilə bir uşağa görə 170 manat, böhtan atılaraq xəstə olduğu müddətdə yığılan borcun ödənilməsinə görə isə 160 manat, cəmi 330 manat, yəni 470 manat ümumi gəliri olan pensiyasının 70%-i aliment və borcun ödənilməsinə yönəldilmişdir. Azərbaycan Respublikası AM-də 1 uşağa görə aliment öhdəliyi olan valideynin ümumi gəlirindən 5 dəfə artıq məbləğ ödəmək tələbi yoxdur. Belə hal hazırda ittiham olunan şəxsin böhtan atması nəticəsində baş vermişdir. Alimentin miqdarının müəyyən edilməsi böhtana istinad edilmədən Azərbaycan Respublikası Ailə Məcəlləsində qanunvericiliyin tələbinə uyğun olaraq müəyyən edilməli idi. Bildirmişdir ki, ##.##.2022-ci il tarixində üzrlü səbəbdən yığılan aliment borcunun ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən Xətai Rayon Məhkəməsində mülki iddia qaldırmışdır. Bəraət almış şəxs onun iddiasına etiraz olaraq, tamamilə böhtan, ona heç bir aidiyyəti olmayan, böhtan və yalanlarla dolu olan ərizəsini hakim Pərviz Zamanlıya təqdim etmişdir. Məhkəməyə sədrlik edən hakim Pərviz Zamanlı mənim 102 səhifədən ibarət olan xəstəlik sənədlərini *(***)-****/**** saylı ##.##.2022-ci il tarixli qətnaməyə salmamış, qarşı tərəfin "iddiaya etiraz ərizəsini" qətnaməyə salaraq , ona istinad edərək qətnamə çıxarmış və mənim mülki iddiamı rədd etmişdir. Xüsusi ittihamçı ərizəsində göstərmişdir ki, "Iddiaya etiraz ərizəsində" Bəraət almış şəxs bildirmişdir ki, Xüsusi ittihamçı hər ay Norveçdən böyük miqdarda müavinət almışdır, belə ki, almış olduğu xəsarət Norveçdə işləyərkən iş yerində olduğundan, oradan iddiaçıya hər ay külli miqdarda əmək müavinəti olaraq pensiya ödənilir, lakin həmin məbləğ iddiaçının Norveç Banklarının birində açılmış hesaba köçürülür. Iddiaçı Xüsusi ittihamçı maddi vəziyyətində hər hansı ağırlaşma baş verməmişdir. Iddiaçının qeyd etdiyi 1-ci qrup əlilliyin alınması və məhkəməyə təqdim olunan sənədlər isə müəmmalıdır. Belə ki, Norveçdə almış olduğu xəsarətə görə 1-ci qrup əlillik təyin edilə bilməzdi. Iddiaçının 1-ci qrup əlillik almaqda Norveç dövlətindən hər ay əlavə vəsait əldə etmək niyyəti güdmüşdür. Iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə məqsədi isə övladına aliment ödəməkdən boyun qaçırmaqdır. Həmçinin iddiaçı Norveçdə yaşadığı müddətdə biznes fəaliyyəti ilə məşğul olur. Qazancı Avropa ölkələrinə nisbətdə belə kifayət qədər yüksəkdir. Bununla tərəfimizdən aliment tələbi ilə məhkəməyə müraciət edildikdə müvafiq sənədlərdə təqdim edilmişdir. Həmçinin qeyd edim ki, Xüsusi ittihamçı bacı və qardaşlarının adına avtomobillər və evlər alıb, kirayə verərək əlavə gəlir də əldə edir. Həmçinin iddiaçının özünün də qeyd etdiyi kimi himayəsində daha iki azyaşlı övladı var. Lakin ##.##.2008-ci il təvəllüdlü qızımız X3 aliment ödənilməsindən qərəzli olaraq boyun qaçırır. Bütün bunlara baxmayaraq iddiaçının hazırda real borcu 23000 (iyirmi üç min) manatdan daha da artıqdır. Qeyd edim ki, həmin borcun əsas hissəsi 2014-2019-cu illər arasında yaranmış borcdur. Iddiaçı həmin borcu ödəməkdən qərəzli olaraq boyun qaçırır və bu səbəbdən hazırda axtarışa verilmişdir. Qeyd edim ki, aliment borcunu ödəməmək və yubatmaq məqsədi ilə 2017-ci ildə müvəqqəti qeydiyyat üzrə Cəlilabad rayonunda olduğu qeyd edərək, alimentin ödənilməsi ilə bağlı icra işini Cəlilabad Rayon Icra Şöbəsinə, daha sonra iddiaçı olduğu yer üzrə tapılmadığindan 2018-ci ildən qeydiyyatı üzrə Qaradağ rayon Icra Şöbəsinə yönəltmişdir. Lakin bir daha qeyd edim ki, icra şöbələrində iddiaçı barəsində olduğu yer üzrə məlum olmadığı üçün axtarış verilmiş, lakin nəticəsi olmamışdır. Bununla bağlı sənədlər məhkəməyə təqdim edilir. Xüsusi ittihamçı ərizəsində daha sonra göstərmişdir ki, Bəraət almış şəxs "iddiaya etiraz ərizəsində" göstərdiyi bütün qeydlər yalan və böhtandır. Hətta onun yazdığı ifadələr belə bir-birinə ziddir. Belə ki, onların böhtan olduğunu təsdiqləyən kifayət qədər dəlil və sübutlar da var. Həmin təhqir və böhtanlar aşağıdakılardan ibarətdir: 1) Xüsusi ittihamçı hər ay Norveçdən böyük miqdarda müavinət almışdır. 2) Belə ki, almış olduğu xəsarət Norveçdə işləyərkən iş yerində olduğundan, oradan iddiaçıya hər ay külli miqdarda əmək müavinəti olaraq pensiya ödənilir. Lakin həmin məbləğ iddiaçının Norveç Banklarından birində açılmış hesaba köçürülür. 3) Iddiaçı Xüsusi ittihamçı maddi vəziyyətində hər hansı ağırlaşma baş verməmişdir. Iddiaçının 1-ci qrup əlilliyin alınması və məhkəməyə təqdim olunan sənədlər isə müəmmalıdır. 4) Belə ki, Norveçdə almış olduğu xəsarətə görə 1-ci qrup əlillik təyin edilə bilməzdi. Iddiaçının 1-ci qrup əlillik almaqda Norveç dövlətindən hər ay əlavə vəsait əldə etmək niyyəti güdmüşdür. Iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə məqsədi isə övladına aliment ödəməkdən boyun qaçırmaqdır. 5) Həmçinin iddiaçı Norveçdə yaşadığı zaman biznes fəaliyyəti ilə məşğul olur. Qazancı Avropa ölkələrinə nisbətdə belə kifayət qədər yüksəkdir. Bununla bağlı tərəfimizdən aliment tələbi ilə məhkəməyə müraciət edildikdə müvafiq sənədlər də təqdim edilmişdir. 6) Həmçinin qeyd edim ki, iddiaçı Xüsusi ittihamçı bacı və qardaşlarının adına avtomobillər və evlər alıb, kirayə verərək əlavə gəlir əldə edir. 7) Həmçinin iddiaçının özünün də qeyd etdiyi kimi himayəsində iki azyaşlı övladı var. Lakin ##.##.2008-ci il təvəllüdlü qızımız X3 aliment ödənilməsindən qərəzli olaraq boyun qaçırır. 8) Bütün bunlara baxmayaraq iddiaçının hazırda real borcu 23 (iyirmi üç) min manatdan da daha artıqdır. Bununla bağlı sənədlər məhkəməyə təqdim ediləcək. Qeyd edim ki, həmin borcun əsas hissəsi 2014- 2019-cu illər arasında yaranmış borcdur. Iddiaçı həmin borcu ödəməkdən qərəzli olaraq boyun qaçırır və bu səbəbdən axtarışa verilib. Qeyd edim ki, aliment borcunu ödəməmək və yubatmaq məqsədi ilə 2017-ci il tarixində müvəqqəti olaraq qeydiyyat üzrə Cəlilabad rayonunda olduğunun qeyd etmişdir. Bu təhqir və böhtanlar nəinki onun şərəf və ləyaqətini alçaltmış, hətta ona maddi mənəvi ziyan vurmaqla yanaşı sağlamlığına da ziyan vurmuşdur. Belə ki, xəstəliyi dövründə icra məmurlarının təqibinə görə keyfiyyətli müalicə ala, vacib dərmanlarla vaxtında təchiz olunmamış və nəticədə də xəstəliyinin daha da ağırlaşmasına səbəb olaraq onda qüsur yaratmışdır. Bundan başqa onun ailəsinin və himayələrində olan iki azyaşlı uşaqlarının da təminatına ciddi ziyan vurmuşdur. Göründüyü kimi rəsmi sənəddə ona qarşı yalan, böhtan və təhqirlər yazaraq, məqsədli şəkildə məhkəməyə "iddiaya etiraz ərizəsi" göndərmişdir. Bunun da nəticəsində hazırda mənə 26000 manat borc hesablanmış və borclu vəziyyətə düşmüşdür. Beləliklə onun cəmiyyət içində, məhkəmə və icra orqanlarında nüfuzuma xələl gətirmiş, onun şərəf və ləyaqətinə toxunan əməllər törətmişdir və bir sözlə onu maddi-mənəvi terrora məruz qoymaqda davam etmişdir. Məhkəmə yuxarıda sadalanan böhtanlara sübutlar tələb etməli, faktiki hallar araşdırılmalıdır. Belə ki, onun xarici ölkədə bank hesabı yoxdur, heç bir bacı qardaşına evlər və avtomobillər almamış, xarici ölkədə qətiyyən biznesi olmamışdır. ##.##.2014-cü il tarixində nikahlarına xitam verilərkən 2(011) ****/**** saylı qətnamədə ortaq mal-mülk varlıqları olmamışdır. Xəstə olduğu müddətdə də onun bu qədər mal-mülk sahibi olmağım mümkünsüzdür. Heç yerdə xəsarət almamış və epikrizlərdən göründüyü kimi əlilliyə səbəb ümumi xəstəliklə bağlıdır. Ittiham olunan şəxsin yazdıqları hamısı yalan və böhtandır. Bundan başqa üç tərəfli bağlanmış AKT-da da həmin illərdə ona borclu olmadığı halda böhtan ataraq borclu olduğunu yazmışdır. Digər tərəfdən əlilliyimin müəmmalı olduğunu yazaraq təhqir etmişdir. Qərəzli olaraq aliment ödəməkdən imtina etməmişdir imkan olduqca qismən hər ay, yəni az da olsa müəyyən məbləğdə aliment ödəmişdir. Qeyd olunur ki, Bəraət almış şəxs təkcə ona böhtan atmayıb, həmdə məhkəmə hakimlərini alladaraq, bu illər ərzində isə bir uşağa görə faktlara deyil, böhtanlara istinad edilərək, əsasız və qanunsuz olaraq hakimlər ondan 500 manat orta statistik Azərbaycan vətəndaşının aylıq maaşı qədər aliment tutulması barədə qərarlar və qətnamələr çıxarmışdır. Ittiham olunan şəxsin ona qarşı yazdığı "etiraz ərizəsinin" və "kassasiya şikayətinin" qoşma hissəsində də görünür ki, onun iddialarını sübut edən heç bir dəlili və sübutu yoxdur. Ona qarşı yalan olduğunu bilərəkdən dəfələrlə qəbuledilməz böhtan ataraq, şərəf və ləyaqətimi alçaldan o cümlədən maddi-mənəvi ziyan vuran Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 maddəsinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Onun bu hərəkətləri cəmiyyətimiz üçün də təhlükəlidir. Mənə atdığı böhtanlardan cəsarətlənərək başqalarına da belə böhtanlar ata bilər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, X2 və X4 ibarət tərkibdə) *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarından xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən kassasiya şikayəti verilmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən kassasiya şikayətinə qarşı tərəfindən etiraz verilməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Xüsusi ittihamçı kassasiya şikayətində göstərmişdir ki,Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə Xətai Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, lakin həmin qərar qanunsuz, qərəzli və ədalətsiz olmuşdur. Şikayətə əsasən, apellyasiya instansiyası məhkəməsi iş üzrə təqdim edilmiş sübutları, vəsatətləri və işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Şikayətçi qeyd edir ki, ittiham olunan şəxs onun mülki iddialarına etiraz və kassasiya şikayətlərində həqiqətə uyğun olmayan məlumatlar yaymaqla onun şərəf və ləyaqətini alçaltmış, nüfuzuna xələl gətirmişdir. Həmin məlumatlar məhkəmə sənədlərində əks olunmuş, məhkəmə aktlarında istifadə edilmiş və nəticədə şikayətçinin əleyhinə qərarların qəbul edilməsinə səbəb olmuşdur. Bundan əlavə, bu məlumatların üçüncü şəxslər, o cümlədən qohumlar, tanışlar və media vasitəsilə yayılması şikayətçinin reputasiyasına zərər vurmuşdur. Belə ki, o, ittiham olunan şəxsin böhtan xarakterli iddialarını təkzib edən çoxsaylı sübutlar, sənədlər və şahid ifadələri təqdim etmişdir. Xüsusilə, Norveçdən əldə edilmiş 2017–2024-cü illərə dair gəlir bəyannamələri onun xaricdə gəlirinin və biznes fəaliyyətinin olmadığını təsdiq etmək məqsədilə məhkəməyə təqdim olunmuşdur. Lakin apellyasiya instansiyası bu sübutlara və təqdim edilmiş vəsatətlərə münasibət bildirməmiş, onlar üzrə əsaslandırılmış qərar qəbul etməmişdir. Şikayətə görə, məhkəmə tərəfindən vəsatətlərə baxılmaması və ya onların əsaslandırılmamış şəkildə nəzərə alınmaması Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 121 və 323-cü maddələrinin tələblərinin pozulmasıdır. Həmin normalara əsasən, məhkəmə təqdim olunan vəsatətlərə dərhal baxmalı, onların təmin və ya rədd edilməsi barədə əsaslandırılmış qərar qəbul etməlidir. Bundan əlavə, kassasiya şikayətinin müəllifi hesab edir ki, məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, sübutların toplanması və qiymətləndirilməsi sahəsində nöqsanlara yol vermişdir ki, bu da CPM-in 400-cü maddəsinə uyğun olaraq məhkəmə qərarının ləğvi üçün əsas yaradır. Ittiham olunan şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan böhtan cinayətinin tərkibi mövcuddur. Onun sözlərinə görə, bu əməllər nəticəsində ona həm mənəvi, həm də maddi zərər dəymiş, sağlamlığı pisləşmişdir. Nəticə etibarilə, kassator kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarının ləğv edilməsini, Bəraət almış şəxs əməlində cinayət tərkibi olduğundan onun CM-in 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini və ona həmin maddə ilə ən ağır cəzanın verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-in 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-in 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələyə də baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışına hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 302.2.3-cü maddəsinin tələbinə əsasən CPM-in 302.1.6-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasinda şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Belə ki, Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinin dispozisiyası – böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma, CM-in 147.2-ci maddəsinin dispozisiyası – ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma kimi hərəkətlərlə ifadə olunmuşdur. Bu cinayətin bilavasitə obyektini başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – isə cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində qeyd edilir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Apellyasiya məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs (təqsirləndirilən şəxs) Bəraət almış şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o şər və böhtan atmamışdır. O, 5 il əziyyət çəkmişdir. Nikahları pozulub atasının evində uşaqlarına baxır. Ona heç bir əmlak çatmayıb çünki nə alıbsa qardaşının adına alıb. Əməliyyat olunduqdan sonra 2016-cı ildə yeriyirdi sonra necə oldu? Alimentin kəsilməsi üçün rəsmi sübutlar olub və məhkəməyə təqdim edilib. Beləliklə o, göstərilənləri nəzərə alaraq əməlində hər hansı cinayətin tərkibi olmadığından ona bəraət verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında xüsusi ittihamçı Xüsusi ittihamçı ifadəsində göstərmişdir ki, Nurullayeva onun şərəf və ləyaqətini alçaltmış, ona maddi mənəvi ziyan vurmaqla yanaşı sağlamlığına da ziyan vurmuşdur. Belə ki, xəstəliyi dövründə icra məmurlarının təqibinə görə keyfiyyətli müalicə ala, vacib dərmanlarla vaxtında təchiz olunmamış və nəticədə də xəstəliyi daha da ağırlaşmasına səbəb olaraq onda qüsur yaratmışdır. Rəsmi sənəddə ona qarşı yalan, böhtan və təhqirlər yazaraq, məqsədli şəkildə məhkəməyə "iddiaya etiraz ərizəsi" göndərmişdir. Bunun da nəticəsində hazırda borc hesablanmış və o, borclu vəziyyətə düşmüşdür. Onun xarici ölkədə bank hesabı yoxdur, heç bir bacı qardaşıma evlər və avtomobillər almamışam, xarici ölkədə qətiyyən biznesi olmamışdır. Xəstə olduğu müddətdə də bu qədər mal-mülk sahibi olmağım mümkünsüzdür. Heç yerdə xəsarət almamışdır və əlilliyi ümumi xəstəliklə bağlıdır. Ittiham olunan şəxsin yazdıqları hamısı yalan və böhtandır. Digər tərəfdən əlilliyimin müəmmalı olduğunu yazaraq onu təhqir etmişdir. Qərəzli olaraq aliment ödəməkdən imtina etməmiş imkan olduqca qismən hər ay, yəni az da olsa müəyyən məbləğdə aliment ödəmişdir. Yalan olduğunu bilərək, dəfələrlə qəbuledilməz böhtan ataraq, şərəf və ləyaqətimi alçaldan o cümlədən maddi-mənəvi ziyan vuran Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 maddəsinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Həmin maddənin sanksiyası həddində ağır cəzaya məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Publik hüquqi şəxsin # ### 2024-cü il tarixli məktubundan görünür ki, Xüsusi ittihamçı nazirliyin mərkəzləşmiş “Sosial ödənişlər” alt sisteminə əsasən 1-ci dərəcəli əlilliyə görə 270 manat məbləğində sosial müavinət və 200 manat məbləğində Prezident təqaüdü alır. Iş materiallarında olan Xətai Rayon Məhkəməsində icraatda olan mülki işlə bağlı Bəraət almış şəxs tərəfindən həmin məhkəməyə ünvanlanmış ## ##### 2022 ci il tarixli etiraz ərizəsindən görünür ki, o, Xüsusi ittihamçı Norveçdən böyük miqdarda müavinət aldığını, xəsarətlə bağlı Norveçdən həmin ölkənin bankına köçürülməklə pensiya ödənildiyini, əlillik üçün sənədlərin müəmmalı olması, Norveçdə yaşadığı dövrdə biznesli məşğul olması, bacı və qardaşlarının adına əmlak alıb kirayə verməsini kimi halları nəzərə alaraq məhkəmədən sonuncunun “aliment borcunu ödəmək öhdəliyindən azad edilmə tələbinə dair” iddiasının təmin edilməməsini xahiş etmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bəraət almış şəxs və vəkili Səlimov Elvin əliyusif oğlu tərəfindən ünvanlanmış kassasiya şikayətindən görünür ki, apelyasiya instansiyası tərəfindən Xüsusi ittihamçı Norveçdən böyük miqdarda müavinət aldığını, xəsarətlə bağlı Norveçdən həmin ölkənin bankına köçürülməklə pensiya ödənildiyini, əlillik üçün sənədlərin müəmmalı olması, Norveçdə yaşadığı dövrdə biznesli məşğul olması, bacı və qardaşlarının adına əmlak alıb kirayə verməsini kimi halları nəzərə alınmadığı qeyd edilir və Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2020-ci il tarixli qətnaməsinin hissəvi ləğvi xahiş olunur. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, vətəndaşın həqiqi və ya ehtimal olunan məlumatı dövlət orqan və təşkilatına verməsi hətta bu məlumatın təsdiqini tapmadığı halda onun təqib edilməsinə əsas ola bilməz. Belə ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, Bəraət almış şəxs iddia ərizəsinə qarşı verilmiş etirazda qeyd edilmiş hallar xüsusi ittihamçı Xüsusi ittihamçı qarşı göstərmiş olduğu halların məzmunlarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibinin olması ilə razılaşmır və hesab edir ki, məhkəməyə təqdim olunmuş sübutlarla da həmin maddənin dispozisiyasında təsbit edilmiş cinayət əməlinin tərkibinin olması öz təsdiqini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün hüquqi qiymət verərək, təqsirləndirilən şəxs Bəraət almış şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticənin əsassız olmaqla, onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibini müəyyən etməmişdir. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli, ** nömrəli Qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6, 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında ərizəsi üzrə məhkəmələrin cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmaması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmələr tərəfindən Xüsusi ittihamçı xüsusi ittiham qaydasında ərizəsinə baxılarkən cinayət və cinayət-prosessual qanunların pozulması, ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDI: Xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddələri ilə bəraət verilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar