Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2977/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum Məhkum müdafiəçiləri müdafiəçi2 və Hüseyn Qeyrət oğlu İmamməliyevin, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Aynur Rzayeva (sədrlik edən və məruzəçi), Fəhmin Hümbətov və Hafiz Əliyev) 14 yanvar 2025-ci il tarixli *(***)-**/**** nömrəli hökmü ilə 15 sentyabr 1971-ci ildə Laçın rayonunun Minkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Laçın rayonunun Minkənd kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Yeni Yaşayış massivi, 8-ci məhəllənin 1-ci məhəllə *** nömrəli evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 29,120.2.4-cü maddəsi ilə 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2024-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 28 fevral 2024-cü il tarixdə saat 14 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Sumqayıt şəhəri Yeni Yaşayış Massivi 8-ci məhəllənin 1-ci məhəlləsi *** saylı evin həyətyanı sahəsində əvvəllər söz verib tərgitsə də, yenidən spirtli içki qəbuluna başlamasını oğlu Zərərçəkmiş şəxs yaxınlarına xəbər verdiyini bilib buna qəzəblənərək irad tutduqda aralarında mübahisə yaranmış, mübahisə zamanı ailə münaqişəsi zəminində həmin hərəkətlərindən ötrü qisas alıb öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs üstünə təsərrüfatməişət təyinatlı soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış çapacaqla hücum çəkərək kürəyinin sol tərəfindən qəsdən bir dəfə vurub fiziki ağrılar yetirmiş, Zərərçəkmiş şəxs ondan yaxa qurtarmaqdan ötrü oradan qaçarkən arxasınca təqib etmiş, evin koridorunda digər oğlu şahid1 onun əlindən həmin çapacağı qəflətən alıb kənarlaşdırdıqda əvvəlcədən istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq əldə edib özündə saxladığı və həmin vaxt üzərində gəzdirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı “kəpənək" formalı deşici-kəsici xassəyə məxsus ov bıçağı ilə Zərərçəkmiş şəxs sinəsindən və sol qoltuqaltı nahiyəsindən qəsdən ən azı üç dəfə vurub döş qəfəsinin sol yarısının döş boşluğuna keçən kəsilmiş-deşilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, döş qəfəsinin sol yarısının və sol qoltuqaltı nahiyənin döş boşluğuna keçməyən iki ədəd səthi yarası kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, oğlu şahid1 yenidən onun hərəkətlərinin qarşısını alıb həmin bıçağı ələ keçirməklə tərksilah etdikdən sonra niyyətini başa çatdırmaq məqsədi ilə həyətyanı sahəyə çıxaraq zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mismarçıxaran çəkici götürüb Zərərçəkmiş şəxs üzərinə hücum çəksə də, şahid1 onun hərəkətlərinin qarşısını almış, eyni vaxtda evin girişində şahid1 “Redmi” markalı mobil telefonunu götürüb döşəməyə vuraraq sındırmaqla xəsarət almış Zərərçəkmiş şəxs tibbi yardım göstərilərək həyatını xilas etmək üçün həmin anda təcili yardım çağırılması imkanından məhrum etmiş, nəticədə Zərərçəkmiş şəxs müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərib, yaxını olan qardaşı şahid1 və arvadı şahid7 İlqar qızının gözü qarşısında onlara xüsusi əzab verdiyini dərk edərək xüsusi amansızlıqla qəsdən həmin alətlərlə bir neçə dəfə vursa da, bəzi zərbələrin paltarın qalınlığına görə bədən səthinə zərər yetirə bilməməsi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs fəal müqaviməti, hadisə yerində olmuş digər oğlu şahid1 onun hərəkətlərinin qarşısını alması və oradan zərərçəkmiş şəxsi Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına vaxtında aparmaqla tibbi yardım göstərilməsi ilə əlaqədar öz iradəsindən asılı olmayan səbəblərə görə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs öldürməyi başa çatdıra bilməmiş, qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmiş və zərərçəkmiş şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə, yəni qəsdən adam öldürməyə cəhd etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Rəşadət Ağayev və Elman Əhmədov) 14 may 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli *(***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Ə.Zərərçəkmiş şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Ə.Zərərçəkmiş şəxs müdafiəçisi müdafiəçi2 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini, məhkumun əməlinin CM-in 29,120.2.4 və 228.4-cü maddələrindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini və barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə şərti cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Ə.Zərərçəkmiş şəxs müdafiəçisi müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkumun əməli düzgün tövsif olunmayaraq ona əsassız CM-in 29,120.2.4 və 228.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Kassator məhkumun əməlində CM-in 29,120.2.4 və 228.4-cü maddələrinin əlamətləri deyil, CM-in 126.1-ci maddəsinin əlamətləri mövcud olduğunu qeyd etmişdir. İbtidai istintaq zamanı Məhkum hadisə vaxtı əlində kəsər olmuş, içkili olduğu üçün bilmədən zərərçəkmiş şəxs oğlu Zərərçəkmiş şəxs atmışdır. Qəssab olduğu üçün evində kəsici alətlər olmuşdur. Oğlu Zərərçəkmiş şəxs xəsarətləri yaşadıqları evin həyətində yalnız bir yerdə eyni anda bir dəfə vurmaqla yetirdiyini bildirmişdir. Bu halı zərərçəkmiş şəxs özü də təsdiq etmişdir. Məhkum Məhkum hələ hadisə baş verməmişdən öncə Zərərçəkmiş şəxs öldürəcəyini bildirməmişdir, hadisə vaxtı əlində kəsər olmuş, içkili olduğu üçün bilmədən oğlu zərər çəkmiş şəxs Məhəmmədəliyə atmışdır. Qeyd olunan xüsusat Zərərçəkmiş şəxs istintaqa zərərçəkmiş qismində verdiyi ifadəsi ilə təsdiqini tapmışdır. İstintaq orqanı Məhkum baş vermiş cinayətə görə nəzərdə tutulan ittihamdan daha ağır ittiham elan etmişdir. Lakin nə birinci instansiya məhkəməsi nə də ki, apellyasiya instansiya məhkəməsi cinayət işini tam, hərtərəfli obyektiv araşadırmamışdır. Belə ki, ibtidai istintaq zamanı hadisənin yeganə şahidi olmuş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs dindirilərkən onun valideyninə qarşı ifadə verməkdən imtina etdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməməsi müstəntiq tərəfindən ona izah edilməmişdir. Əksinə olaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs polis maşınına mindirilərək, məcburi olaraq istintaq orqanına aparılaraq ifadəsi alınmışdır. Bu barədə apellyasiya instansiya məhkəmə iclasında zərərçəkmiş şəxs ifadə versə də zərərçəkmiş şəxsin ifadəsi nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən məhkum Ə.Zərərçəkmiş şəxs müdafiəçisi müdafiəçi2 kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili məhkum Məhkum əməlinə düzgün hüquqi qiymət verilməməsidir. Kassator hesab edir ki, məhkəmələr məhkumun əməlini CM-in 29,120.2.4 və 228.1-ci maddələri ilə tövsif etməklə hüquqi səhvə yol vermişlər. Onun fikrincə, məhkumun əməlində zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə yönəlmiş birbaşa qəsd olmamış, törədilmiş əməl yalnız zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma ilə məhdudlaşmışdır. Bu səbəbdən məhkumun əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməli, həmçinin barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza şərti hesab edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin dispozisiyasına əsasən digər şəxsi qəsdən həyatdan məhrum etmə qəsdən adam öldürmə cinayəti hesab olunur. Həmin əməlin xüsusi amansızlıqla törədilməsi CM-in 120.2.4-cü maddəsində ağırlaşdırıcı tövsifedici əlamət kimi nəzərdə tutulmuş və daha ağır cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası CM-in 120-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Lakin Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən cinayətə cəhd – bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməl şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmadıqda mövcud olur və bu halda qəsdən adam öldürməyə cəhd yalnız birbaşa qəsdlə törədilə bilər. Belə ki, bu zaman təqsirkar öz əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onun nəticələrini qabaqcadan görür və həmin nəticələrin – yəni zərərçəkmiş şəxsin ölümünün baş verməsini arzu edir, lakin bu nəticə onun iradəsindən asılı olmayan səbəblərdən baş vermir. Azərbaycan Respublikası CM-in 126-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli isə qəsdən sağlamlığa ağır zərər vurulmasından ibarətdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, qəsdən adam öldürməyə cəhdin zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması ilə müşayiət olunması hallarında həmin əməli CM-in 126-cı maddəsi ilə nəzərdə tutulmuş cinayətdən fərqləndirən əsas meyar onun subyektiv tərəfidir. Belə ki, qəsdən adam öldürməyə cəhd zamanı təqsirkar sağlamlığa ağır zərər vurmanı zərərçəkmiş şəxsi həyatdan məhrum etmək məqsədi ilə törədir, qəsdən sağlamlığa ağır zərər vurma halında isə təqsirkar zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmağı istəsə də, onu həyatdan məhrum etmək niyyəti daşımır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göründüyü kimi, qanunun tələblərinə əsasən əməlin düzgün tövsif edilməsi və şəxsin konkret cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması üçün onun törətdiyi əməldə həmin cinayətin bütün obyektiv və subyektiv əlamətlərinin mövcudluğu məhkəmə iclasında qanunla müəyyən edilmiş qaydada tədqiq edilmiş mötəbər və mümkün sübutlar əsasında müəyyən edilməli, məhkəmənin bu barədə gəldiyi nəticələr isə hökmdə əsaslandırılmalıdır. İstintaq orqanı təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair təqsirini təsdiq etmək üçün məhkəməyə onun ifadəsini, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, məhkəmə-tibbi və məhkəmə-psixiatrik ekspertizalarının rəylərini, istintaq hərəkətlərinin protokollarını, habelə digər sübutları təqdim etmişdir. Birinci instansiya məhkəməsi ittiham tərəfinin təqdim etdiyi sübutları məhkəmə iclasında tədqiq edərək Ə.Zərərçəkmiş şəxs əməlinin tövsifi ilə razılaşmış və onun zərərçəkmiş şəxsə qarşı törətmiş olduğu hərəkətlərlə əlaqədar Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsi ilə təqsirli olmasına dair nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi cinayət işinə müdafiə tərəfinin apellyasiya şikayəti əsasında baxaraq, birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmiş və həmin nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası da məhkumun əməlinin məhz qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilməsini işin faktiki halları və cinayət işi üzrə toplanmış sübutların məcmusuna uyğun olmaqla əsaslı hesab edir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, qəsdən adam öldürmə işlərinə baxarkən məhkəmələr təqsirkarın niyyətini məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Ə.Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə oğlu Zərərçəkmiş şəxs onun sərxoşluq etməsi barədə qohuma məlumat verməsinə qəzəblənərək sonuncuya hücum etmiş, əvvəlcə çapacaqla onun kürək nahiyəsinə zərbə endirmişdir. Daha sonra digər oğlu Turan Əhmədov çapacağı onun əlindən aldıqdan sonra Ə.Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi və soyuq silah hesab edilən ov bıçağı ilə Zərərçəkmiş şəxs sinə və qoltuqaltı nahiyələrinə üç dəfə zərbə vuraraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Bundan sonra Turan Əhmədov tərəfindən yenidən onun hərəkətlərinin qarşısı alınaraq bıçağı əlindən alıb tərksilah edilməsinə baxmayaraq, Ə.Zərərçəkmiş şəxs hadisə yerində olan mismarçıxaran çəkici götürərək zərərçəkmişə hücum etməyə cəhd göstərmiş, lakin bu dəfə də Turan Əhmədov tərəfindən onun hərəkətlərinin qarşısı alınmışdır. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunur ki, məhkum Ə.Zərərçəkmiş şəxs zərərçəkmiş şəxsə qarşı ardıcıl və intensiv xarakter daşıyan zorakı hərəkətlər etmiş, əvvəlcə çapacaq, daha sonra isə ov bıçağından istifadə etməklə zərərçəkmiş şəxsin həyat üçün mühüm əhəmiyyət kəsb edən nahiyələrinə zərbələr endirmişdir. Bundan əlavə, məhkumun hərəkətlərinin qarşısı digər şəxs tərəfindən alınmasına baxmayaraq, onun cinayətkar niyyətindən əl çəkməyərək yenidən hücum etməyə cəhd göstərməsi, eləcə də zərərçəkmişə tibbi yardım göstərilməsinə mane olması onun hərəkətlərinin məhz zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə yönəlmiş olduğunu təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, belə hallarda təqsirkarın istifadə etdiyi vasitələrin xarakteri, zərbələrin istiqaməti və lokalizasiyası, hərəkətlərin intensivliyi və davamlılığı, habelə hadisədən sonrakı davranışı onun birbaşa qəsdlə hərəkət etdiyini müəyyən etməyə imkan verir. Bu baxımdan məhkumun əməlində yalnız sağlamlığa ağır zərər vurma cinayətinin əlamətlərinin olması barədə kassasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunur. Bundan başqa, cinayət işi üzrə keçirilmiş kompleks məhkəmə-tibbi-kriminalistik ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, məhkum tərəfindən zərərçəkmiş şəxsə xəsarət yetirilmiş ov bıçağı konstruktiv xüsusiyyətlərinə və təyinatına görə soyuq silah hesab olunur. Məhkəmələr işin yuxarıda göstərilən hallarını düzgün qiymətləndirmiş, həmçinin zərərçəkmiş şəxsə bıçaq zərbələri yetirdikdən sonra məhkumun oğlu Turan Əhmədovun zərərçəkmiş üçün təcili tibbi yardım çağırmasına mane olaraq onun mobil telefonunu yerə çırpıb sındırmasını Ə.Zərərçəkmiş şəxs hərəkətlərinin zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə yönəlmiş olmasını təsdiq edən hallar kimi əsaslı şəkildə nəzərə almışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq məhkum Ə.Zərərçəkmiş şəxs əməllərini qəsdən sağlamlığına ağır zərər vurma kimi deyil, qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə kimi tövsif etmişlər. Həmçinin, məhkəmələr tərəfindən məhkumun zərərçəkmiş şəxsə qarşı xüsusi qəddarlıq və rəhmsizliklə seçilən hərəkətləri, bu hərəkətlərin zərərçəkmiş şəxsin yaxın qohumlarının – qardaşı və anasının gözü qarşısında törədilməsi ilə müşayiət olunması həmin əməlin xüsusi amansızlıqla törədilməsi kimi qiymətləndirilməsi üçün əsaslı sayılmış və bu nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq Plenum qərarlarında verilmiş izahlara uyğun olmuşdur. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli * saylı qərarında məhkəmələrə izah edilmişdir ki, xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət acsusuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. İşin materiallarından görünür ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxs (oğlu) Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı və üzərində gəzdirdiyi soyuq silahla xüsusi amansızlıqla qəsdən həyatdan məhrumetməyə cəhd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 29,120.2.4 və 228.4-cü maddələri ilə maddəsi ilə tövsif edilməsi cinayət işi üzrə toplanmış sübutlara, işin hallarına, cinayət qanunun normalarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında verilmiş tövsiyələrə uyğundur. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkum Məhkum əməli düzgün olaraq CM-in 29,120.2.4 və 228.4-cü maddələri ilə tövsif olunmuşdur və onun əməlinin CM-in 126.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir qanuni əsas yoxdur. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinə tövsif edilməsi barədə dəlili əsaslı hesab etmir. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Bundan əlavə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkum Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3 59 və 60-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları düzgün nəzərə almış və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq nəticəyə gəlir ki, məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsində əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlinin tövsifində səhvə yol verdikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkum Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının məhkum Məhkum barəsində 14 may 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.4 və 228.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-2977/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2977/2025
15.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver