Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-298/2019 27.03.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 298/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "27" mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2018-ci il tarixli hökmü ilə A zərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Məhkum3 və Məhkum2 barələrində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2018ci il tarixli qərarından məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 müdafiəçisi N.V.İsayev tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.Əzizov, hakimlər F.Mahmudov və E.Rüstəmovdan ibarət tərkibdə) xx xxxxx 1995-ci il ildə Ağstafa rayonu, Qarahəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Ağstafa rayonu, Qarahəsənli kəndində yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; xx xxxxx 1996-cı ildə Ağstafa rayonu Qarahəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Ağstafa rayonu, Qarahəsənli kəndində yaşamış Məhkum3 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; xx xxxxx 1996-cı ildə Ağstafa rayonu Qarahəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Ağstafa rayonu, Qarahəsənli k əndində yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2018-ci il tarixli hökmü ilə Məhkum1, Məhkum3 və Məhkum2 təqsirli bilinib məhkum edilmişlər ona görə ki, Məhkum1 yetkinlik yaşına çatmayan, 11 iyul 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlamaq qərarına gəlib, tanışı və həmkəndlisi Məhkum2, qohumu Məhkum3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 23 oktyabr 2017-ci il tarixdə saat 08 radələrində qardaşı X2 məxsus «VAZ-2106» markalı, AZ**-BG-*** dövlə t qeydiyyat nişanlı avtomobillə yaşadıqları Ağstafa rayonunun Qarahəsənli kəndindən Qazax şəhərinə, Zərərçəkmiş şəxs yaşadığı yerə gələrkən, Məhkum1 rolların bölgüsünə əsasən yolda avtomobili idarə etməyi Məhkum2 tapşıraraq özü avtomobilin arxa oturacağında əyləşməklə Zərərçəkmiş şəxs kirayədə yaşadığı Qazax şəhəri, Ə.Seyidov küçəsində yerləşən 12 nömrəli evin yaxınlığına gəlib sonuncunun evdən çıxmasını gözləmişlər, Zərərçəkmiş şəxs rəfiqəsi X3 ilə birlikdə evdən çıxıb təhsil aldıqları Qazax Dövlət Sosial İqtisad Kollecinə gedərkən həmin küçədə yerləşən 8A nömrəli evin qarşısına çatdıqda Məhkum2 Məhkum1 göstərişi ilə avtomobili sürüb yanlarında saxlamış, əvvəlcədən razılaşdıqları kimi Məhkum1 avtomobildən düşüb yaxınlaşaraq Zərərçəkmiş şəxs arxadan qollarından tutub avtomobilin yanına gət irib iradəsinə zidd arxa sol oturacağa mindirməyə çalışmış, bu zaman X6 qolundan tutub buraxmadıqda Məhkum3 və Məhkum2 də yerə düşüb X3 kənara itələyərək aralamış, bundan sonra Məhkum1 özü avtomobilin arxa oturacağına əyləşərək Zərərçəkmiş şəxs belindən tutub salona çəkməklə, Məhkum3 isə ayaqlarından tutub itələməklə Zərərçəkmiş şəxs sağ bazunun orta ⅓-nin bayır səthinin qançırı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirməklə zorla avtomobilə mindirib, sonuncunun ağzından və boynundan tutub saxlamış, Məhkum3 qabaq oturacağa əyləşdikdən sonra Məhkum2 avtomobili sürərək hadisə yerindən uzaqlaşmaqla Məhkum1 bacısı Ülkər Qasımovanın yaşadığı Qazax rayonu Aşağı Salahlı kəndi istiqamətinə getmiş, yolda Zərərçəkmiş şəxs ayaqlarını qabaq oturacağa vurub qışq ıraraq onu buraxmalarını tələb etdikdə, Məhkum3 arxa oturacağa keçərək Zərərçəkmiş şəxs sol tərəfində oturub sonuncunun ayaqlarından möhkəm tutub saxlamış, Məhkum2 isə Zərərçəkmiş şəxs səsinin ətrafda eşidilməməsi üçün avtomobilin maqnitafonunun səsini qaldırmış, sonra Zərərçəkmiş şəxs Məhkum1 bacısı Ülkər Qasımovanın evinə aparıb saxlayaraq bir qrup şəxs halında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qəsdən oğurlamışlar. Hökmdən məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 müdafiəçisi N.V.İsayev tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakimlər T.Muxtarov, hakimlər Ç.Məmmədov və Ə.Abdullayevdən ibarət tərkibdə) 27 sentyabr 2018-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2018-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum1 təqsirli bilindiyi CM-nin 144.3-cü maddəsinə CM-nin 62-ci maddəsinin tətbiqi nəzərə alınmaqla təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 04 ilə endirilmiş, Məhkum2 və Məhkum3 təqsirli bilindikləri CM-nin 144.3-cü maddəsinə CM-nin 62-ci maddəsinin tətbiqi nəzərə alınmaqla Məhkum2 və Məhkum3 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 02 ilə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərarından məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 müdafiəçisi N.V.İsayev kassasiya şikayətləri verərək, məhkumlar Məhkum1 və Məhkum2 həbsdə olduqları müddətdə kifayətlənməklə cəzadan azad olunmal arını, müdafiəçi N.V.İsayev isə Məhkum3 həbslə əlaqədar olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur, əvvəllər məhkum edilməmiş, lakin apellyasiya məhkəməsi bunları nəzərə almamış və cəzasından yalnız 01 il çıxmışdır. Qeyd olunanları nəzərə alaraq həbsdə olduğu müddətdə kifayətlənməklə cəzadan azad olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi iş üzrə bütün halları, o cümlədən zərərçəkmiş şəxsin ondan şikayətin və tələbin olmadığını, əvvəllər məhkum olunmadığını nəzərə al mamışdır. Qeyd olunanları nəzərə alaraq həbsdə olduğu müddətdə kifayətlənməklə cəzadan azad olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum3 müdafiəçisi N.V.İsayev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işi üzrə məhkumlar baş vermiş hadisə barəsində etirafedici ifadələr verərək etdikləri əmələ görə peşman olduqlarını bildirmişlər, Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək məhkumlardan, o cümlədən Məhkum3 şikayətçi olmadığını bildirmişdir. Məhkum3 Məhkum1 xeyrinə adam oğurluğuna görə məhkum edilmiş, o, əvvəllər məhkum olunmamış, müsbət xarakterizə olunur. Hal hazırda ona qarşı şikayətin və ictimai təhlükəliliyin olmadığı halda onun barəsində həbs əlaqədar olan cəzasının verilməsi düzgün deyil. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi Məhkum3 həbslə əlaqədar ol mayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya ş ikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum1, Məhkum3 və Məhkum2 təqsirli bilindiyi cinayət əməli birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-c ı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmiş, apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkumar Məhkum1, Məhkum3 və Məhkum2 hərəkəti Azərbaycan Respublikası CMnin 144.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onların əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bunlara dair apellyasiya məhkəməsinin gəldiyi nəticənin və qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətlərində də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətlərində təyin edilmiş cəzanın sərt olduğu iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...məhkəmə kollegiyası hesab edir ki, məhkumlara təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddinin ədalətliliyi qiymətləndirilərkən qeyd edilməsi zəruridir ki, məhkumlar törətdikləri cinayəti səmimi etiraf edərək əməllərindən peşman olmuşlar, zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmışlar, zərərçəkmiş şəxsin onlardan şikayət və tələbi yoxdur və yaşayış yerləri üzrə müsbət xarakterizə olunurlar. Bundan başqa, Məhkum1 atası X7 müharibə veteranıdır, anası X1 “Ü.İ.X. Səyrici aritmiya taxisistolik forma”, “Gərginlik stenokardiyası İİ-İİİ f.s. Hipertoniy a xəstəliyi İİİ dərəcə, İV əlavə risk qrupu”, Şəkəli diabet İİ tip, insulin tələbli” diaqnozları ilə Ağstafa RMX-nm Konsultativ poliklinikasında qeydiyyatdadır. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumlar özlərinin davranışları, səmimi peşmançılıqlarını nümayiş etdirən hərəkətləri, danışıq tərzləri ilə törətmiş olduğu cinayət əməlinə görə cinayət əməlini törətdiyi gündən bu günə kimi keçən müddət ərzində islah yoluna qədəm qoymasına məhkəmə kollegiyasını inandırmış və bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddi məhkumların şəxsiyyətinə, törətdikləri cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun deyil, buna görə də məhkumların təqsirli bilindikl əri maddəyə CM-in 62-ci maddəsini tətbiqi nəzərə alınmaqla məhkumlar barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddinin azaldılması yolu ilə cəzanın məqsədinə nail olmaq mümkündür və bu yanaşma ədalət və hümanizm prinsiplərinin tələblərinə uyğundur. Məhkəmə kollegiyası məhkumlar barəsində yuxarıda sadalanan hallara qiymət verərək hesab edir ki, CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində məhkumun rolu, cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlili k dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət- hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Beləliklə məhkəmə kollegiyası həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alman məhkumların cəzasını yüngülləşdirən halları, həm də apelyasiya instansiya məhkəməsində müəyyən edilən hallan müstəsna hal kimi nəzərə almaqla, Məhkum1, Məhkum2 və Məhkum3 məhkum edildikləri CM-in 144.3-cü maddəsinə həmin Məcəllənin 62-ci maddəsinin tətbiqi nəzərə alınmaqla azadlıqdan məhrumetmə cəzasının həddinin azaldılmasını məqsədə müvafiq hesab edir. CM-in 41.2-ci maddəsind ə cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəz a arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir... Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, apelyasiya şikayətlərinin təmin edilməsi barədə məhkumların və müdafiəçilərin, apelyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü cəzaya aid hissədə dəyişdirilməlidir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətlərinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşdığının səbəblərini qərarda göstərmiş, məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 təyin edilmiş cəzanın dəyişdirilməsi barədə nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına, qanunun tələblərinə uyğun o lduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətlərinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən hallar (o cümlədən kassasiya şikayətində göstərilən), habelə təyin olunmuş cəzanın onların ailələrinə, həyat şəraitlərinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 isl ah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416- cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respub likası CM-nin 144.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Məhkum3 və Məhkum2 barələrində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2018ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov
Məhkəmə qərarları › İş №1(102)-298/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-298/2019
27.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver