Məhkəmə qərarları › İş №1(102)-298/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-298/2021

10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-298/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlu, bəraət almış şəxs müdafiəçisi Müdafiəçi və mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini n 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Qusar Rayon Məhkəməsinin (hakim: X6) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1985-ci il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinib ona 02 (iki) il müddətinə mülkiyyət və təşkilati formasından asılı olmayaraq hər hansı müəssisədə icra və ya sərəncamverici rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum xx xxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 10 (on) ay 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış, üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş və barəsində 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilmişdir. Hökmlə zərərçəkmiş şəxsin cinayət işi üzrə verilmiş mülki iddiası qismən təmin edilmiş, təqsirləndirilən şəxs Məhkum 55.876,19 manat alınaraq dövlət büdcəsinə ödənilməsi barədə qərar alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı (hakimlər N.R.Mövsümov (sədrlik edən, məruzəçi), V.C.Cəfərov və R.O.Əsgərovadan ibarət tərkibdə) Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarında anlaşılmazlığın aradan qaldırılmasına dair xx xxxx 2021-ci tarixli qərarı ilə mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum cinayət törətdiyi gündən yeddi ildən artıq müddət keçdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən mülki iddia baxılmamış saxlanılmış, Mülki iddiaçıya vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında Məhkum qarşı mül ki iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, hüquqi ünvanı ünvan 3yicisi kimi qeydiyyata alınmış “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin (MMC) (VÖEN **********) direktoru işləyərkən cəmiyyətin Nizamnaməsinin 4cü maddəsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cav abdeh şəxs olduğu halda, Azərbaycan Respublikası VM-nin 16.1.1, 16.1.4, 78.1, 104.2 və 159.1-ci maddələrinin tələblərini pozmaqla, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə külli miqdar təşkil edən 342338,25 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum direktoru olduğu “xxxx” MMC-nin 2011-ci il üzrə əldə etdiyi gəlirləri 1849102,03 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 1540918,43 manat, vergiyə cəlb edilməli mənfəəti 308183,60 manat, ödənilməli mənfəət vergisi 61636,72 manat olduğu halda, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına həmin il üzrə təqdim etdiyi bəyannaməyə təhrif olunmuş məlumatlar daxil edərək, müəssisənin əldə etdiyi gəlirlərini 1780657,94 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərini 1715255,54 manat, vergiyə cəlb edilməli mənfəəti 65402,40 manat, ödənilməli mənfəət vergisini 13080,48 manat göstərərək, 48556,24 manat mənfəət vergisini; 2011-ci ilin iyun ayında fiziki şəxs X1 xx.xx.2011-ci il tarixli HC seriyalı 286893 nömrəli VHF-a əsasən 38611,13 manatlıq, “xxxx” MMC-dən xx.xx.2011-ci il tarixli HC seriyalı 342760 nömrəli VHF-a əsasən 110033,36 manatlıq, “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialından xx.xx.2011-ci il tarixli HC seriyalı 343379 nömrəli VHF-a əsasən 270944,44 manatlıq, “xxxx” MMC-dən xx.xx.2011-ci il tarixli HC seriyalı 310671 nömrəli VHF-a əsasən 102778,34 manatlıq, 310622 nömrəli VHF-a əsasən 241667,9 manatlıq, “xxxx” MMC-dən xx.xx.2011-ci il tarixli HC seriyalı 290455 nömrəli VHF-a əsasən 56000 manatlıq, “xxxx” MMC-dən xx.xx.2011-ci il tarixli HC seriyalı 294876 nömrəli VHF-a əsasən 84444,44 manatlıq, “xxxx” MMC-dən xx.xx.2011-ci il tarixli HC seriyalı 287496 nömrəli VHF-a əsasən 226388,88 manatlıq, 292189 nömrəli VHF-a əsasən 271983,36 manatlıq, xx.xx.2011-ci il tarixli HC seriyalı 301090 nömrəli VHF-a əsasən 194444,45 manatlıq, fiziki şəxs X4 tərəfindən xx.xx.2011-ci il tarixli HC seriyalı 333801 nömrəli VHF-a əsasən 111128,13 manatlıq inşaat malları alaraq, onların yalnız 76302,13 manatlıq hissəsini “Əjdər bəy” məsçidinin tikintisində istifadə etmiş, qalan 1632122,30 manatlıq hissəsini isə sənədləşmə aparmadan istintaqa məlum olmayan şəxslərə satmış və 2011-ci ilin iyun ayı üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində həmin dövriyyəni göstərməyərək, 18 % dərəcə ilə 293782,01 manat ƏDV-ni, ümumilikdə külli miqdar təşkil edən 342338,25 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya şikayətinin dəlilləri: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən kassasiya şikayəti verilmişdir. Mülki iddiaçı kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cinayət işinin ibtidai araşdırılması zamanı “xxxx" MMC üzrə səyyar vergi yoxlaması aparılmış xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək olan dövr ərzində yayındırılmış vergi məbləğləri barədə “Azərekspertiza" Birliyi tərəfindən xx.xx.2013-cü il tarixli 9451 nömrəli məhkəmə mühasibatlıq eksperti zası rəyi verilmişdir. Rəyə əsasən cəmiyyət tərəfindən səyyar vergi yoxlaması aparılan dövrdə 293.782,01 manat əlavə dəyər vergisi və 48.556,24 manat mənfəət vergisi olmaqla, ümumilikdə 342.338,25 manat məbləğində dövlət büdcəsinə ödənilməli olan vergilərin ödənilmədiyi öz təsdiqini tapmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında Məhkum cinayət törətdiyi gündən yeddi ildən artıq müddətin keçdiyi əsaslandırılmış, apelyasiya şikayətinin təmin edilmədiyi qeyd edilməsinə baxmayaraq şikayətinin dəlillərinə, mülki iddia məbləğinin əsaslı olub-olmamasına münasibət bildirilməmiş, cinayət işi üzrə icraata xitam verildiyindən təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddianın qaldırılması qeyd edilmişdir. Mülki iddiaçı Sumqayıt Apelyasiya Məh kəməsi tərəfindən gəlinmiş nəticənin mülki iddia üzrə işin faktiki hallarına uyğun olmadığını və əsassız qərar qəbul edildiyini nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini, məhkuma CM-nin 213.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməsi, külli miqdar təşkil edən 342.338,25 manat məbləğində ziyanın (vergilərin) R. Nəsibovdan tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə mülki iddiaçının nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun müdafiəçisi və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiya sı məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəl lənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Kassasiya şikayətində məhkuma CM-nin 213.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməsinə dair müddəaları nəzərdən keçirərək məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən sübutların hər birini mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi baxımda n qiymətləndirərək Məhkum əməli CM-nin 213.1-ci maddəsinə düzgün tövsif olunmuş və Apellyasiya məhkəməsi Məhkum cinayət törətdiyi gündən yeddi ildən artıq müddət keçdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edərək barəsində olan cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verməklə düzgün nəticəyə gəlmişdir. xx xxxx 2016-cı il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxx 2016-cı il tarixli Qanunun 1.33, 1.33.1 -ci maddələrinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin sanksiyası “cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddət ə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” redaksiyasında verilmişdir. Həmin Qanunun 1.33,1.33.3-cü maddələrinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsinin “Qeyd” hissəsinin 1 -ci bəndində “xeyli miqdar” dedikdə, “iki min manatdan əlli min manatadək olan məbləğ, “külli miqdar” dedikdə isə əlli min manatdan yuxarı” sözləri “xeyli miqdar” dedikdə, “iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə yüz min manatdan artıq” sözləri ilə əvəz edilmişdir. İş materiallarından olan Əlavə və təkrar məhkəmə-mühasibatlıq ekspertizasının müvafiq olaraq xx xxxxxxx 2019-cu i l tarixli 20533 nömrəli və xx xxxxxx 2019-cu il tarixli 31715 nömrəli rəylərində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxxx 2015-ci il tarixli qərarına istinad edilmiş və nəticədə xx xxxx 2013-cü il tarixli 9451 saylı ekspert rəyindən fərqli olaraq ƏDV 293782.01 manat məbləğində deyil, 12319,95 manat hesablanmış, mənfəət vergisi 48556,24 manat olduğu kimi saxlanılmış və nəticədə ümumilikdə 60.876,19 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə əlavə və təkrar məhkəməmühasibatlıq ekspertizasının müvafiq olaraq xx xxxxxxx 2019-cu il tarixli 20533 nömrəli və xx xxxxxx 2019-cu il tarixli 31715 nömrəli rəylərini sübut növü kimi qəbul edərək səyyar vergi yoxlamasının əhatə etdiyi xx.xx.20 11-ci il tarixdən xx.xx.2012-ci il tarixədək olan dövrdə “xxxx" MMC-də aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 48.556,24 manat mənfəət vergisinin və 12.319,95 manat əlavə dəyər vergisi olmaqla ümumilikdə 60.876,19 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanmasını müəyyən etməklə Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsinə tövsif etməklə düzgün nəticəyə gəlmiş, lakin, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə dair CM və CPM-nin tələblərini nəzərə almamışdır. Belə ki, cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Məhkum vergiləri ödəməkdən yayınma cinayətini 2011-ci ildə törətmişdir, yəni 2011-ci il üzrə mənfəət vergisini və əlavə dəyər vergisini ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75. 1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.3-cü maddəsi). Apellyasiya məhkəməsi qərar qəbul edərkən belə bir nəticəyə gəlmişdir ki, Məhkum cinayət məsuliyyətinə cəlb etmək üçün müddətin başlanğıcı xx xxxxx 2012-ci il tarixdən hesablanmalı, bu zam an onun istintaqdan qaçıb gizləndiyi xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2014-cü il tarixə qədər olan 5 ay 5 gün həmin müddətdən çıxılmalı olduğu qərarına gəlmiş və hesab etmişdir ki, Məhkum cinayət əməlini törətdiyi gündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən yeddi il müddətin keçməsi xx xxxxxxxx 2019-cu il tarixdə bitmişdir. Bu tarixdən sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsi təqsirləndirilən şəxsi cinayət məsuliyyətinə cəlb etməyə imkan vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə i sə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum cinayət törətdiyi gündən yeddi ildən artıq müddət keçdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edərək, barəsində olan cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verməklə gəldiyi nəticə əsaslıdır və işin faktiki hallarına uyğundur. Mülki iddiaçının kassasiya şikayətində mübahisələndirdiyi bir digər məsələ Apellyasiya məhkəməsinin mülki iddiaya dair gəldiyi nəticənin qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmayaraq kassasiya şi kayətinin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Mülki iddiaçı kassasiya şikayətində mülki iddianın təmin olunmasına dair müddəaları mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq sübutlara düzgün qiymət vermişdir, çıxarılmış hö km həmin hissədə cinayət işinin materiallarına, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğundur. Cinayət-prosessual qanunvericiliyinin mənası baxımından cinayət işi üzrə mülki iddia yalnız cinayət mühakimə icraatı zamanı verilir və məhkəmənin hökmündə öz həllini tapır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin hökmü ləğv edildiyindən və cinayət təqibinə xitam verildiyindən mülki iddiaçıya vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında Məhkum qarşı mülki iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hökm ləğv edildiyindən mülki iddianın təmin olunması üçün heç bir əsas yoxdur, mülki iddiaçının kassasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə müna

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar