Məhkəmə qərarları › İş №1(102)-298/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-298/2022

15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-298/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin və məhkum müdafiəçisi X4 iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsini n Cinayət kollegiyasının 03 iyun 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Hafiz Ələsgərov tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin (sədrlik edən hakim Z.İbrahimov) 1(018)-06/2021 saylı, 03 fevral 2021-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, zərgər işləmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə qaldığı iki gün müddət ona təyin olunmuş cəzadan çı xılmaqla üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, 23 yanvar 2020-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərində istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir bükümdə 1,345 qram çəkidə qurudulmuş marixuana və bir bükümdə 0,433 qram çəkidə tiryək narkotik vasitələrindən qurudulmuş marixuana narkotik vasitəsini idarə etdiyi “Audi A4” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön oturacaqlarının arasında yerləşən saxlanc yerində olan pul kisəsinin içə risinə, tiryək narkotik vasitəsini isə arxa sol qapının iç üzlüyündə yerləşən cibə yerləşdirmiş və 25 yanvar 2020-ci il tarixdə saat 14 radələrində İran islam Respublikasından Azərbaycan Respublikasına gələrkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda Azərbaycan Respublikası gömrük sərhədindən bəyan etməməklə qaçaqmalçılıq yolu ilə keçirmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Kamil Bəşirov, hakimlər Rafiq Cəfərov və Elşad Əliyev) 1(106)-318/2021 nömrəli 03 iyun 2021-ci il tarixli qərarı ilə Astara Rayon Məhkəməsinin 1(018)-06/2021 saylı, 03 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Murtuzəli Abbasov tərəfindən verilmiş apelyasiya şi kayəti təmin edilməmişdir. Məhkumun müdafiəçisi Ələsgərov Hafiz Zakir oğlu kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və əməlində cinayət tərkibi olmadığından, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Hafiz Ələsgərov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkumun təqsirli bilindiyi cinayət əməli istər ibtidai istintaq zamanı toplanmış, istərsə də, məhkəmə istintaqı zamanı tədqiq edilmiş kifayət qədər sübutlarla öz təsdiqini tapmamış, hüquqları ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən kobud şəkildə pozulmuş, faktiki olaraq Məhkum istinad edilən cinayət əməl inə görə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi verilməmişdir. Məhkum saxlanıldığı cəzaçəkmə müəssisəsində konfidensial ünsiyyət zamanı 21 yanvar 2021-ci il tarixdə tanışları ilə birlikdə özünə məxsus olan Audi markalı avtomobil ilə İraq Respublikasının Kərbəla şəhərini ziyarət etmək məqsədilə İran İslam Respublikasına Astara şəhərinə getmişlər. Hava şəraiti ilə bağlı Kərbəla şəhərinə getmək mümkün olmamış, onlar İran İslam Respublikasının Astara şəhərində tanışı Murtuzanın evində 2 gün qalmışlar. Həmin vaxt ona məxsus olan “Audi” markalı, AZ **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil ev sahibi Murtuzanın istifadəsində olmuşdur. Onlar geriyə - Azərbaycana qayıdarkən avtomobilində ona məxsus olmayan narkotik vasitə aşkar edilmişdir. Həmin vaxt avtomobilində a şkar edilmiş pul qabı ona məxsus olmamış, İran İslam Respublikasında evlərində qonaq olduğu ev sahibinə məxsus olmuş, sonuncu tərəfindən onun avtomobili bir neçə gün ev sahibi tərəfindən istifadə edilərkən orada pul qabının unudulduğunu zənn etmişdir. Bu barədə ibtidai istintaq zamanı da bildirməsinə baxmayaraq müstəntiq tərəfindən inandırıcı olmadığı səbəbindən protokola daxil edilməmişdir. Məhkum avtomobilində olan narkotik vasitədən ümumiyyətlə xəbəri olmamış, təbii ki, bu səbəbdən də qaçaqmalçılıq cinayətini törətmək kimi bir məqsədi olmamışdır. Həmçinin Məhkum avtomobilində aşkar edilmiş narkotik vasitə şəxsi istehlak miqdarından az miqdarda, yəni cinayət tərkibi yaratmayacaq miqdarda olmuşdur. Təəssüflər olsun ki, istər ibtidai istintaq orqanı, istərsə də birinci və apelyasiya instan siyasında məhkəmə baxışı zamanı iş üzrə önəmli hallardan biri olan gömrük nəzarətindən guya yayındırılan narkotik vasitənin çəkisinin şəxsi istehlak miqdarından da az miqdarda olması kimi mühüm əhəmiyyət kəsb edən bir hal kifayət qədər tədqiq edilməmişdir. Bundan əlavə, hadisə vaxtı (həmin dövrdə) Məhkum ilə birlikdə İran Respublikasına getmiş X6 və X5 dindirilsə idi, Məhkum təqsirsiz olması müəyyən edərdi, eyni zamanda müdafiə hüququ pozulmamış olardı. Həmçinin Məhkum himayəsində 2 azyaşlı uşağının olması göstərilsə də, əslində Məhkum himayəsində 3 azyaşlı uşağı vardır. Belə ki, cinayət işinin materiallarında Məhkum himayəsində 3-cü uşağının, yəni 19 sentyabr 2017-ci il təvəllüdlü Məhkum Əli oğlunun olması göstərilməmişdir. Hal-hazırda Məhkum törətmədiyi bir əmələ görə azadlıqdan məhrum edilməsi onun ailəsini böyük maddi və mənəvi sıxıntılarla üz-üzə qoymuşdur. İstər ibtidai istintaq, istərsə də birinci instansiya məhkəməsində icraat zamanı hüquqlarını müdafiə etdiyim Məhkum psixiatrik problemlərinin, ruhi-əsəb xəstəliyinin olması açıq-aşkar görünsə də, onun barəsində məhkəmə-psixiatrik ekspertizası keçirilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzr ə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Hafiz Ələsgərovun kassasiya şikayətinin dəlillərindən biri apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apelyasiya instansiyasında apelyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsass ız sayır. Məhkum müdafiəçisi Hafiz Ələsgərovun kassasiya şikayətinin başlıca dəlili hazırkı cinayət işi üzrə məhkumun əməlidə cinayət tərkibinin olmaması, təqsirsiz olduğundan Məhkum barəsində ittiham hökmünün çıxarılmasının qanunsuz olmasıdır. İş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və məhkəmə istintaqı zamanı bu barədə ifadə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apelyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına u yğun olmasını, digər sübutlarla təsdiq edildiyi barədə nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi də apelyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, məhkuma təyin edilmiş cəzanın ona şərti olaraq tətbiq edilməsi üçün əsasların olmaması barədə qənaətə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm apelyasiya instansiyası məhkəmələri əsaslı olaraq nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası CMin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Məhkum əməli CM-in 206.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əmə lin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq sübutların toplanmasında, birinci və apelyasiya instansiyası məhkəmələri isə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan b aşqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3 və 70-ci maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 20 21-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2021ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar