Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-298/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 182.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Mİrzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Hüseynli Hüseyn İnanc oğlu) Məhkum, 26 avqust 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, CM-nin 182.1-cimaddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmə klə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum zərər çəkmiş şəxs və onun yaxın qohumu haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə “İnstagram” sosial şəbəkəsində “___8___8__8” və “na_zrin.mamedo_va.84_” adlı səhifələr yaradıb 31 oktyabr 2020-ci il tarixdə yaşadığı ünvan 2 ünvanda yerləşən evində istifadə etdiyi «Huawei» markalı mobil telefon vasitəsilə həmin instagram səhifələrindən Zərərçəkmiş şəxs eyni sosial şəbəkədə “hamidnarimanli1” adı ilə qeydiyyatdan keçmiş səhifəsinə 30 oktyabr 2020-ci il tarixdən 03 yanvar 2021-ci il tarixədək olan müddət ərzində «İntim video İfşa Məhşur Şok Şok», daha sonra “bir saata hesaba baxıram, pul o rada olmasa şəkilləri hər yerə yayacam, pulu karta yox, millliön vasitəsi ilə etopazda olan 26174066 hesaba göndər, özüm götürəcəyəm”, “Həmid sən məni aldadırsan, iki balamın canına and olsun bu gün 600 manat pul göndərməsən, daha götürməyəcəm, onsuzda o pulu başqa yolla çıxaracam, adamlar var ki, o şəkillərə pul verir və onlara verəcəm, paylaşacam. Sənə son sms yazıram bir saata 600 manat pul kartda olmasa dediyimi edəcəm. Mən sadəcə 11-də girib hesaba baxacam, hesabda pul olmasa hər şeyi özün görəcəksən. Pulu necə ödəyəcəyini isə özüm sənə deyəcəm” və s. məzmunlu yazılar yazıb Zərərçəkmiş şəxs yaxın qohumu olan atası Milli Məclisin VI çağırış deputatı Xun intim şəkillərinin olduğunu, pul verməyəcəyi halda, mətbuatda və sosial şəbəkələrdə həmin şəkilləri yaymaqla Zərərçəkmiş şəxs və sonun cunun yaxın qohumu - atası Xu rüsvay edəcəyi ilə hədələmiş, hədəni real qəbul edən Zərərçəkmiş şəxs özü və atasının rüsvay olacaqlarından ehtiyatlanaraq onunla razılaşmış, bundan sonra o, cinayətkar planının davamı olaraq ilkin olaraq Zərərçəkmiş şəxs “www.etopaz.az” internet səhifəsində 28 oktyabr 2020-ci il tarixdə «Nazrin Mamedli» adı ilə «Elektron ünvan » e-mail ilə qeydiyyatdan keçirdiyi 26174066 saylı hesabına 500 manat pul göndərməsini tələb etdikdə, sonuncu 31 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən «Milli Ön» ödəmə terminalı vasitəsilə həmin hesaba 500 manat pul göndərdikdən sonra, cinayətkar əməlini davam etdirərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs “İnstagram” sosial şəbəkəsində “___8___8__8” və “na_zrin.mamedo_va.84_” adlı səhif ələrdən yazmaqla Zərərçəkmiş şəxs və sonuncunun atası Xun barəsində rüsvayedici məlumatların sosial şəbəkədə yayacağı ilə hədələrini davam etdirmiş və gəldiyi hədəqorxuların nəticəsində, Zərərçəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “4173 5815 7909 7470” saylı ödəniş kartından özünə məxsus olmaqla «+**********59» ad və «cina1992» şifrə ilə qeydiyyatdan keçirdiyi «az.1xbet.com» internet səhifəsindəki ********* saylı mərc oyunları hesabına 25 dekabr 2021-ci il tarixdən 26 dekabr 2021-ci il tarixə keçən gecə 491 manat 41 qəpik, eyni tarixdə 148 manat 44 qəpik, 03 yanvar 2021-ci il tarixdə 321 manat 80 qəpik, eyni tarixdə 102 manat 16 qəpik, 04 yanvar 2021-ci il tarixdə isə 204 manat 31 qəpik olmaqla ümumilikdə 1768 manat 12 qəpik məbləğində pulun göndərilməsinə və həmin pulu idman mərc oy unlarına sərf etməklə ələ keçirib Zərərçəkmiş şəxs və sonuncunun yaxın qohumu - atası X haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgənin, yəni Zərərçəkmiş şəxs ümumilkdə 1768 manat 12 qəpik məbləğində əmlakını hədə-qorxu ilə tələb etmişdir. Hökmdən Məhkum müdafiəçisi Mustafayev Namiq Cuma oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qaraqurbanlı Ramin Afad oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 08 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 182.1-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətə azadlı qdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş və məhkum olunmuş şəxsin üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmuş, sonuncunun davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: A zərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə, cəza təyin etmənin əsasları, qaydaları, şərtləri və prinsipləri təsbit edilmiş CM-nin müvafiq maddələrinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cii hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarına və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcr übəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarına istinad edən dövlət ittihamçısı E.A.Mİrzəyev kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən və məhkum edilmiş şəxs Məhkum barəsində CMnin 70-ci maddəsininin tətbiq edilməsinin mümkünlüyü barədə nəticəyə gələrkən onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, bu cinayətin nəticəsini, törədilməsi halını, şəraitini, məqsədini və motivini, cinayətin törədilməsi zamanı davranışını düzgün qiymətləndirməmiş, Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarındakı tövsiyələrə əməl etməmişdir. Dövlət ittihamçısı ilk növbədə onu qeyd etmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayəti qəsdən tör ədilən cinayətlər kateqoriyasına aiddir və mövcud məhkəmə təcrübəsinə əsasən, demək olar ki, bu kimi cinayətləri törədən şəxslərə cəza təyin edərkən məhkəmələr təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, əməlini etiraf etməsini və ailə vəziyyəti nəzərə alırlar. Hazırki iş üzrə də birinci instansiyası məhkəməsinin hökmünə nəzər saldıqda, müəyyən olunur ki, həmin məhkəmə Məhkum əməlini etiraf edərək əməlindən səmimi peşman olması, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsi, sonuncu ilə barışıq əldə etməklə onun şikayətinin olmaması kimi halları nəzərə alınmış və məhz bu hallara əsaslanaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə, yəni 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə qanuni v ə ədalətli cəza təyin etmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları sadalayarkən əlavə olaraq onun gənc, ailəli və ali təhsilli olmasını da qeyd etmiş, sanki bu kimi şəxslər azadlıqda qalmaqla gələcəkdə cəmiyyət üçün daha çox fayda gətirəcək, yaşlı, subay və orta təhsilli şəxslər isə ümumiyyətlə cəmiyyətə lazımsız və yararlı olmayanlardır, onların azadlıqdan məhrum etmə növündə cəzalanı real olaraq çəkmələri məqsədəmüvafiqdir. Məhkum ailə vəziyyətinə gəldikdə isə, iş materiallarına əsasən məhkumun azyaşlı uşağının və ya hər hansı bir yaxın qohununun onun himayəsində olması müəyyən edilmir, bununla da onun ailə vəziyyəti hər hansı nəzərə çarpan fərqli, hazırkı iş üzrə cəzanın təyin edilməsinə təsir edə biləcək hal kmi müəyyən edi lməmişdir. Bununla da, məhkəmə cəmiyyəti kateqoriyalara bölməklə ayrıseçkilik yaratmışdır. Daha sonra kassasiya protestinin müəllifi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarına əsasən, müdafiə tərəfinin apellyasiya şikayətində Məhkum barəsində olan hökmün ləğv edilməklə barəsində bəraət hökmünün çıxarılması xahiş edilmiş və həmin şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində aparılan istintaq zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs ona CM-nin 182.1-ci maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməmiş, məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən isə göstərmişdir ki, ibtidai araşdırma zamanı onun evə buraxılması vəd edilmiş, bununla da onun adından yazılmış etirafedici ifadələrə imza etmişdir. Əslində o, heç kimə hədə-qorxu gəlməmiş və heç kimdən də pul tələb etməmişdir. Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında da Məhkum apellyasiya şikayətini müdafiə etmiş və şikayətdə qeyd edilənləri bir daha təsdiq edərək özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilmədiyini göstərmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin qərarında təqsirləndirilən şəxsin əməlini etiraf etməsi və səmimi peşman olması kimi hallara da əsaslanması düzgün olmamış, məhkəmə tərəfindən seçilmiş cəza tədbiri ilə sosial ədalət bərpa olunmamış, cəzanın islah təsirinin yetərli olmaması səbəbindən həmin tədbir (şərti məhkum etmə) gələcəkdə həm təqsirləndirilən, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməmişdir, bu is ə məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsində obyektivliyinə və qərəzsizliyinə, cəmiyyətdə ədalətin və hüququn aliliyinin təmin edilməsində prinsipiallığına təsir göstərməklə onun həyata keçirdiyi mühüm funksiyalara ziddir. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı E.A.Mİrzəyev kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 fevral 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən mə hkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə məhkum olunmuş şəxs Məhkum və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiy a protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı E.A.Mirzəyev apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində məhkəmə tərəfindən Məhkum barəsində cəzanı yüngülləşdirən hallar düzgün qiymətləndirilmədən həddindən artıq yüngül cəza tədbirinin seçilməsini iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1 və 416.1.21-ci maddələrinin tələblərinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkə məsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəb ul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi b aşa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Büununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları hər bir insanın, bütövlükdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə edlməsini, hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edil məsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Dövlət ittihamçısının da kassasiya protestində istinad etdiyi CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövl ət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Əvvəla, kassasiya protestinin məzmunundan görünür ki, dövlət ittihamçısı E.A.Mirzəyev öz kassasiya müraciətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum təqsirli bilindiyi cinayət əməlini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməlin hüquqi tövsifini mübahisələndirmir və apellyasya instansiyası məhkəməsi tərəfindən onun barəsində cəza təyini ilə bağlı əsaslandırılmamış və ədalətsiz yekun məhkəmə aktının qəbul edilməsini iddia edir. Qeyd olunmalıdır ki, bu məsələ ləri müdafiə tərəfi də mübahisələndirməmiş və apellyasiya instansiyası məhkəməsinin qərarından istər məhkum olunmuş şəxs, istərsə də onun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilməmişdlr. Buna görə, məhkəmə kollegiyası da Məhkum təqsirliliyinə dair sübutların şərh edilməsinə və bununla bağlı onların müzakirə edilməsinə ehtiyac görmür və həmin protestin dəlillərinə cavab verilməsi üçün əvvəla qeyd edir ki, cinayət işinin materiallarına əsasən, hazırki qərarın “İşin halları” hissəsində təsvir olunmuş işin faktiki hallarını müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni məhkumun ifadələri ilə yanaşı zərərçəkmiş Zərə rçəkmiş şəxs, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübüt əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum əməlini CM-nin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət hədə-qorxu ilə tələb etmə cinayəti, yəni zərər çəkmiş şəxsin yaxın qohumu olan şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını ələ keçirmə kimi qiymətləndirmişlər. Məhkum istinad olunan CM-nin 182.1-ci maddəsinin sanksiyasında isə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur və həmin cinayət CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmə kollegyası cinayət qanunvericiliyin aşağıdakı tələblərindən, Azərbaycan R espublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun Qərarlarındakı tövsiyələrdən çıxış edərək törədilmiş cinayətin halları ilə yanaşı Məhkum barəsində cinayət-hüquqi xarakerli tədbirin tətbiq edilməsi zamanı birinci və apellyasiya instansiyası məhkəmələrinin əsaslandıqları hallara hazırki qərarında da müraciət etməyi zəruri bilir. Əvvəla, birinci instasiya məhkəməsinin hökmündən göründüyü kimi, həmin məhkəmə Məhkum barəsində cəza tədbiri seçərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, sonuncu ilə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, CM-nin 59.2-ci maddəsinin tələblərnə uyğu n olaraq isə əməlini etiraf etməsini, səmimi peşman olmasını, gənc olmasını, yeni ailə həyatı qurmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hallar kimi və iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb CM-nin 60.1-ci maddəsinə əsaslanmaqla ona CM-nin 182.1-c maddəsinin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmayan müddətə cəzanın təyin edilməsini məqsədə müvafiq bilmiş və nəticədə ona qeyd olunan maddənin ən aşağı həddində - 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərək bu cəzanın həm qanuni, həm də ədaləti olmasını hesab etmişdir. Bu nəticə ilə razılaşmayan apellyasiya instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə iş üzrə cəzanı yüngülləşdirən yeni halları müəyyən e tmədən və birinci instansiya məhkəməsi tərəfindən istinad olunmuş eyni hallara əsaslanaraq ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən, ailəsi və yaxınlarından, habelə uyğunlaşdığı mühitdən ayrılmadan da islah oluna və bununla da cəzanın məqsədləri təmin edilə biləcəyi qənaətinə gələrək Məhkum barəsində CM-nin 70ci maddəsinə əsasən ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Bu zaman apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cinayət törətməkdə təqsirləndirilən şəxslərə cəza təyin edilməsində əsas məqsəd onların islah olunmasından ibarətdir və Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə də o, islah oluna bilər. Məhkəmə kollegiyası Məhkum barəsində belə cəza tədbirinin seçi lməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsin barəsində tətbiq edilən cinayət-hüquqi xarakterli tədbir cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblə rə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsin haqqında seçilmş cəza tədbiri ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, onun xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəmiyyətdə doğ urduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalı və eyni zamanda cəzanın məqsədlərini də təmin etməlidır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olub-olmaması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli t ədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dər əcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o, da nəzərə alınmalıdır ki,CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən CM-nin 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin tələblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 1 39.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların möacudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Görü ndüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Bu tələblərə həmçinin təqsirkarın haqqında bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı ə məl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinay ət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiya sıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin i slah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçi rilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzaslarından görünür ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərd ə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrə cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyil lər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CMnin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. CM-nin 70.1-ci maddəsinə müvafiq olaraq islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırs a, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alır. CM-nin 70.3-cü maddəsinin tələblərindən görünür ki, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, şərti məhkum etmə haqlarınd a yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5- ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən əlavə cəzalar isə real icra olunduğundan hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Qərarda həmçinin məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməli və məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olub-olmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründyü kimi, CM-nin 70-ci maddəsi və Ali Məhkəmənin Plenumu həmin cinayəthüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir və bu zaman törədilmiş cinayətin xarakterinin, ictimai təhlükəlilik dərəcəsinin, məhkumun şəxsiyyətini səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması tələb ol unur (CM-nin 70.2-ci maddəsi). Eyni zamanda, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun, digər tərəfdən isə bu cinayət-hüquqi xarakterli tədbir cəzanın məqsədəlrini də təmin etsin. Lakin, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiq edilməsinin mümkün olub-olmaması araşdırılarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzalarının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında CM-nin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə də riayət olunmalıdır. Yuxarıda təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsind ə şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Baxılan işin materiallarından isə görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində şərti məhkum etmənin tətbiq olunması barədə nəticəyə gələrkən onun şəxsiyyəti barədə nəticələri bu məsələ üzrə düzgün, inandırıcı qənaətə gəlmək üçün təsiri ola biləcək bütün halların məcmusundan hasil etməmiş, nəticə etibarı ilə onun şəxsiyyətinin düzgün qiymətləndirilməsini təmin edə bilməmişdir. Belə ki, işin müəyyən edilmiş fakitiki hallarından göründüyü kimi, Məhkum 2020-ci ilin oktyabr ayından başlayaraq 2021-ci ilin yanavar ayınadək olan dövrdə davamlı olaraq internet informasiya ehtiyatlarında s axta profillər yaratmaqla və həmin profillərə zərər çəkmiş şəxsin yaxın qohumunun saxtalaşdırılmış şəkillərini yerləşdrməklə, həmin şəkilləri sosial şəbəkələrdə yaymaq, yəni sonuncunu cəmiyyətdə rusvay edəcəyi hədəsi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs məhkumun təqsirli bilindiyi ittihamda göstərilən məbləğdə pul vəsaitini ələ keçirmiş və məhkəmə kollegiyasını qənaaətinə görə, bu hallar təkcə onun cinyaət xarakterli əməl törətməsinə deyil, onun cəmiyyətdə bir mənalı olaraq mənfi qarşılanan və eyn zamanda zərərçəkmişə maddi ziyanla yanaşı həm ona, həm də yaxın qohumuna mənəvi ziyan vuran hərəkətlər etməsinə dəlalət edir. Digər tərəfdən, apellyasya instansiyası məhkəməsi R.Ə.Quliyevin törətdiyi əməli etiraf edərək həmin əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alma qda haqlı olmamışdır ona görə ki, sonuncunun barəsindəki birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində onun heç bir cinayət əməli törətməmsi iddia olunaraq məhkum olunmuş şəxsin barəsində bəraət hökmünün çıxarılması barədə tələb irəli sürülmüş və həmin şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən Məhkum özü də apellyasya şikayətinin dəlilləri ilə razı olduğunu bildirib həmin şikayətin təmin edilməsini xahiş etmişdir. Yəni bu mövqeyi ilə Məhkum apellyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırmışdır ki, o, cinayət törətmədiyinə görə onun haqqında düzgün olmayaraq ittiham hökmü çıxarılmışdır, bu hal isə nə onun cinayəti səmimi etiraf etməsinə, nə də ki bu əməlindən peşmançılıq çəkməsinə dəlalət etmir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunanları nəzərə almadan onun barəsində şərti məhkum etməni tətbiq etməsi onu göstərir ki, əslində məhkəmə tərəfindən Məhkum şəxsiyyətini xarakterizə edən belə halın onun cəza çəkmədən islah oluna bilməsinə inam yaratmasına heç də əsas vermir. Məhkəmə kollegiyası hesab edr ki, bu qaydada, yəni CM-nin 8, 58.3, 70-ci maddələrində göstərilən cəzanın müəyyən edilməsinə, şərti məhkum etmənin tətbiq edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə (cəzanı yünüglləşdirən hallar kimi qiymətləndirilmiş hallara üstünlük verilməsi, cinayətin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarrın şəxsiyyətinə lazımi dəyərin verilməməsi ilə) təyin edilmiş şərti məhkum etmə nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də dig ər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə - CM-nin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini təmin edə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, təsvir edilənlər kassasiya protestinin əsaslı olduğunu, apellyasiya instansiyası məhkəməsinin isə CPM-nin 416.1.2 və 416.1.21ci maddələrində nəzərdə tutulan, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən pozuntuya yol verdiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq və həmin protestin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək şərh olunan əsaslara görə belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməklə Məhkum CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasın a dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Ko llegiyasının 08 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-298/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-298/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver