Məhkəmə qərarları › İş №1(102)-298/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-298/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-298/2025 29.04.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2024-cü il tarixli, 1(103)-1891/2024 nömrəli ilkin baxış qərarından Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2013-cü il tarixli, 1(101)-72/2013 saylı hökmü ilə X, X1 oğlu və X2 oğlu Azərbaycan Respublikası CM-in 178.3.1, 178.3.2, 313 və 222-3-cü maddələri, X3 Azərbaycan Respublikası CM-in 178.3.1, 178.3.2, 313-cü maddələri, X4 və X5 Azərbaycan Respublikası CM-in 178.3.1 və 178.3.2-ci maddələri, X6 Azərbaycan Respublikası 178.3.1, 178.3.2 və 320.1-ci maddələri ilə müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişlər. Hökmlə həmçinin ibtidai araşdırma orqanı tərəfindən üzərinə həbs qoyulmuş təqsirləndirilən şəxs X oğlunun qohumu X6 adına ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası müsadirə edilmiş və iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinə yönəldilmişdir. Hökmdən narazı qalan Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti və apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına da ir vəsatətlə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 1(101)-72/2013 saylı qərarına əsasən, Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2013-cü il tarixli, 1(101)-72/2013 saylı hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.Ə.Abbasov, hakimlər R.A.Qaraqurbanlı və A.F.İbrahimovdan ibarət məhkəmə tərkibi) Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2013-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatətin rədd edilməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2024-cü il tarixli qərarından Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2013-cü il tarixli hökmü ilə X oğlunun qohumu X6 adına olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası müsadirə edilərək iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinə yönəldilmişdir. Əmlakının müsadirə olunması Maraqlı şəxs 17 aprel 2024-cü ildə obyekti yenidən icarəyə vermək istəyə rkən məlum olmuşdur. 2013-cü ilin aprel ayından 2024-cü ilə kimi obyektin (qeyri-yaşayış binasının) müsadirə olunması barədə ona heç bir orqandan rəsmi məlumat daxil olmamış və məhkəmə hökmü də icra olunmamışdır. Müraciət müəllifi hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2024-cü il tarixli qərarı ədalətsiz və qanunsuz olduğundan ləğv edilməli, tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 358.1.1-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq məhkəmə hökmün surətini müvafiq olaraq məhkum edilmiş və ya bəraət verilmiş şəxsə, onun müdafiəçisinə, qanuni nümayəndəsinə, dövlət ittihamçısına, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya), mülki iddiaçıya, mülki cavabdehə və onların nümayəndələrinə verməlidir. Həmin Məcəlləsinin 384.1-ci maddəsinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti verə bilər. Cinayət-Prosessual Məcəlləsinin 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkət lər (yəni, o cümlədən hökmdən apellyasiya şikayətinin verilməsi və həmin şikayət üzrə apellyasiya icraatının başlanılması) müddət bərpa edilməmişsə, etibarsız sayılır. CPM-in 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386-cı maddəsi də birinci instansiya məhkəməsinin hökmündən və yaxud qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxıldıqda, bu aktlardan şikayət verilməsi imkanını müddətin üzrlü səbəblərdən buraxılması və CPM-in 386.2-ci maddəsində nəzərdə tutulmuş prosedur daxilində bərpa edilməsi ilə şərtləndirmişdir. Kolleg iya tərəfindən öyrənilmiş cinayət işi materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2013-cü il tarixli hökmü 27 fevral 2014-cü il tarixdə qanuni qüvvəyə minmiş və icra sənədləri (təqsirləndirilən şəxs X oğlunun qohumu X6 adına olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası müsadirə edilməsi hissədə) 25 iyul 2014cü il tarixli hökmün icrası barədə göstərişlə birlikdə Şirvan şəhəri üzrə İcra şöbəsinə göndərilmişdir. Şirvan şəhəri üzrə İcra şöbəsinin 06 avqust 2014-cü il tarixli qərarı əsasında göstərilən qeyri-yaşayış binasının müsadirə olunması üçün icraata başlanılsa da (icra məmuru X), icra qurumunun 05 noyabr 2014-cü il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının X6 adına olması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin arxivində məlumat qeydə alınmaması, həmin hissədə hökmün icrasının təmin edilməsinin mümkün olmaması səbəbindən icra sənədi məhkəməyə qaytarılmışdır (birinci instansiya məhkəməsinin bu qərardan heç xəbəri belə olmamışdır). Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X9 31 may 2023-cü tarixdə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 95,93 faizinin hüquqlarını müdafiə etdiyi Maraqlı şəxs məxsus olduğunu (çıxarış əlavə olunmaqla) qeyd edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2013-cü il tarixli, 1(101)-72/2013 saylı hökmünün ona rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 məhkəməyə 07 iyun 2023-cü il tarixdə daxil olmuş əmlakın müsadirə edilməsi hiss əsində izah verilməsi barədə müraciətlərinin (sorğu və ərizə) cavablandırılması üçün 1(101)72/2013 nömrəli cinayət işi arxivdən tələb olunmuş və öyrənilmişdir. Həmin müraciətlərə verilmiş 31 avqust 2023-cü il tarixli cavab məktubunda Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 15 avqust 2011-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına dair təqsirləndirilən şəxs X oğlunun qohumu X6 adına 17 iyul 2009-cu il tarixli çıxarış (reyestr nömrəsi: **********0605101-083004) verildiyindən və ərizəyə əlavə edilmiş çıxarışın surətindən isə 18 iyun 2019cu il tarixdə həmin əmlaka dair Maraqlı şəxs, X6 və qeyrilərinin adına çıxarış verildiyi (qeydiyyat nömrəsi: **********) müəyyən olunduğundan, ərizədə qeyd olunan məsələyə cinayət işinə mahiyyəti üzrə baxan m əhkəmə tərəfindən izah verilməsinə zərurət olmadığı üçün həmin əmlaka dair digər tələblərlə bağlı aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə müraciət olunması məsləhət görülmüşdür. 31 avqust 2023-cü il tarixli hökmün icrası barədə göstərişlə icra vərəqəsi və icraya dair digər sənədlər Şirvan şəhər İcra və probasiya şöbəsinə göndərilmişdir. Həmçinin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının müsadirə olunması barədə məhkəmə hökmü əsasında icra vərəqəsi verilməsinə baxmayaraq, həmin daşınmaz əmlaka dair 18 iyun 2019-cu il tarixdə əmlakın tam mülkiyyətçisi X11 ilə birlikdə daha on üç nəfər şəxsin hər birinin payı müəyyənləşdirilməklə (ümumi paylı mülkiyyət) yeni çıxarışlar verildiyindən Cinayət-Prosessual Məcəllənin 207-ci maddəsinin tələblərinə əsasən müvafiq araşdırma aparılması üçün 01 sentyabr 2023-cü il tarixli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunmuşdur. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən məhkəməyə daxil olmuş 11 sentyabr 2023-cü il tarixli 216232-10-11 nömrəli "icra sənədinin qaytarılmasına dair qərarın qəbul edilməsi haqqında" məlumata əsasən, 25 iyul 2014-cü il tarixli icra sənədində müsadirə edilməli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi X12 göstərildiyi halda, müvafiq icra sənədinin yenidən icraya yönəldilməsinə dair 31 avqust 2023-cü il tarixli müşayiət məktubunda X12 deyil, «X» qeyd edilmiş, həmçinin əlavə olunmuş şəxsiyyət vəsiqəsi barədə məlumatlarda X11 olaraq göstərilmiş, bu hal icra sənədinin icrası istiqamətində çaşqınlıqlar yaratdığından sözü gedən icra sənədi uyğunsuzluqların aradan qaldırılması məqsəd ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə geri qaytarılmışdır (icra məmuru X). Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli "hökmdə yaranmış anlaşılmazlığın aradan qaldırılması barədə" qərarına əsasən 30 may 2013-cü il 1(101)- 72/2013 nömrəli hökmündə yaranmış anlaşılmazlıq aradan qaldırılmış və hökmün təsviri əsaslandırıcı və nəticəvi hissələrində X7 ata adı Əlisafa olaraq dəyişdirilmiş və bütün iş materiallarında X11 olaraq oxunması qərara alınmışdır. Məhkəmənin 21 noyabr 2023-cü il tarixli hökmün icrası barədə göstərişlə icra vərəqəsi və icraya dair digər sənədlər ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının (17 iyul 2009-cu il tarixli, reyestr nömrəsi: **********0605101-083004 çıxarış, ümumis sahəsi: 440,6 kv.metr) müsadirə edilməsi və həmin əmlakın zərərçəkmiş şə xslərə vurulmuş ziyanın ödənilməsi hissəsində icrasını təmin etmək üçün Şirvan şəhər İcra və probasiya şöbəsinə göndərilmişdir. Şirvan şəhər İcra və probasiya şöbəsindən məhkəməyə daxil olmuş 19 dekabr 2023cü il tarixli qərardan görünür ki, hazırda icra sənədi üzrə icraat davam etdirilir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru X4 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 oktyabr 2023-cü il tarixli qərarın (Bakı Ağır Cinayət Məhkəməsinin müraciəti əsasında aparılmış araşdırma) təsviri əsaslandırıcı hissəsində göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən Şirvan şəhər tam təsərrüfat hesablı stomatoloji klinikanın 85%-hərrac yolu ilə 2009-cu ildə Maraqlı şəxs satılmış, klinika nın qalan 15% səhmi isə özəlləşdirmə çekləri əsasında həmin vaxt klinikada stomatoloq işləyən X daxil olmaqla təxminən 40 nəfər arasında bölüşdürülmüş, Maraqlı şəxs bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2009-cu il tarixli çıxarış təqdim edilmiş, daha sonra əməkdaşların bəziləri öz səhmlərini satmış və sonuncuya xx.xx.2019-cu il tarixdə klinikanın 95%-nin onun mülkiyyətində olmasına dair çıxarış verilmişdir. Qeyd olunan qərarı əldə etdikdən sonra Vəkil Vasif Mirzəyev təkrar 14 dekabr 2023cü il tarixdə və 26 fevral 2024-cü tarixlərdə 30 may 2013-cü il tarixli, 1(101)-72/2013 saylı məhkəmə hökmünə ünvan 1 ünvanında yerləşən əmlakın müsadirə edilməsi hissəsində izah verilməsi barədə ayrı-ayrı ərizələrlə məhkəməyə müraciət etmiş və müvafiq sənədləri məhkəməyə təqdim e tmişdir. Məhkəmə 26 yanvar 2024-cü il tarixli məktub ilə vəkil Vasif Mirzəyevi yuxarıda qeyd olunmuş yazışmalar və icraata başlamaq haqqında qərar barədə məlumatlandırmış, həmçinin ona icra sənədinin icra olunmalı olduğu bildirilmişdir. Məhkəmə kollegiyası məhkəmələrin yuxarıda təsvir razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. edilmiş qənaəti ilə Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəm ələrinə şikayət vermək hüququnu da ehtiva edir. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) yanaşmasına görə (Golder v. Böyük Britaniyaya qarşı qərar), məhkəməyə çatımlılıq və məhkəmə qərarlarını mübahisələndirmək hüququ insan hüquqlarının əsas elementlərindəndir. Bu hüquqlar əsasən Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) və 13-cü maddəsi (effektiv hüquqi müdafiə vasitəsi hüququ) ilə qorunur. Avropa İnsan Hüquqları Məhkəməsinin Zubac Xorvatiyaya qarşı xx.xx.2018-ci tarixli qərarında qeyd olunur ki, məhkəmələrə müraciət etmək hüququ mütləq deyil, məhdudiyyətlərə məruz qala bilər. Belə məhdudiyyətlərə dolayı formada yol verilir, çünki məhkəməyə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitə lərlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), xx.xx.2018, No.40160/12, §77-78). Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli “Azərbaycan Respublikası Cəzaların icrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarına əsasən məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər. İşinin mübahisəsiz hallarından aydın olur ki, ünvan 1 ünvanında yerləşən Şirvan şəhər tam təsərrüfat hesablı stomatoloji klinikanın 85%-hərrac yolu ilə 2009-cu ildə Maraqlı şəxs satılmış (hazırda qeyd olunan əmlakın 95%-nin onun mülkiyyətində olmasına dair çıxarış verilmişdir), Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 15 avqust 2011-ci tarixli qərarı ilə qeyd olunan əmlakın üzərinə həbs qoyulmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2013-cü il tarixli, 1(101)-72/2013 saylı hökmü ilə adı çəkilən əmlak müsadirə edilmiş, Maraqlı şəxs cinayət mühakimə icraatına cəlb olunmadığından mübahisəli əmlaka münasibətdə hüquqlarının müdafiəsi ilə bağlı dəlilər irəli sürmək hüququndan məhrum olunmuş, Maraqlı şəxs özünün ehtimal etdiyi əmlak a münasibətdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməsinə baxmayaraq müsbət nəticə əldə edə bilməmişdir. Birinci instansiya məhkəməsi məhkəməyə ünvanlanmış sorğularından (izah və məhkəmə qərarının əldə edilməsi ilə bağlı) çıxış edərək Maraqlı şəxs mübahisələndirilən əmlakla bağlı tətbiq edilən məhrumiyyətlərdən məlumatlı olması haqqında qənaətə gəlib, sonuncunun nümayəndəsinin apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətini (əmlakın müsadirəsi hissəsində Maraqlı şəxs maraqlarına toxunduğundan) rədd etmişdir. Qeyd olunan nəticə ilə apellyasiya məhkəməsi də, razılaşmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatına cəlb olunmamış tərəf olaraq Maraqlı şəxs nümayəndəsi Vasif Mirzəyevin hökmü çıxarmış məhkəməyə izahl a bağlı müraciətinin arxasında Maraqlı şəxs məxsus olan əmlaka dair qəbul edilmiş məhdudiyyətin aradan qaldırılması və sonuncunun öz mülkiyyətindən maneəsiz istifadə hüququnun bərpası ilə bağlı gözlənti olmuşdur. Faktiki olaraq Maraqlı şəxs nümayəndəsi Vasif Mirzəyev məhkəmənin diqqətini həmin əmlakın cinayət əməlinin törədilməsindən əvvəl əldə edilməsinə, təqsirli şəxsin əməli nəticəsində əldə edilməməsinə, əmlaka münasibətdə əsassız olaraq məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edildiyinə yönəltməklə, hökmü qəbul etmiş məhkəmənin izahı ilə mülkiyyət olan hüquqla bağlı yaranmış maneənin aradan qaldırmasına güman etmişdir. Lakin məhkəmələr həmin gözləntini Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2013-cü il tarixli, 1(101)-72/2013 saylı hökmünə münasibətdə ötürülmüş müddət kimi dəyərləndirib, həmin nəticədən çıxış edərək vaxt məhdudiyyəti ilə bağlı prosessual qaydalarla vətəndaşın məhkəməyə çatım hüququ arasında heç müqayisəli təhlil aparmadan, tərəfin apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətini rədd etmişlər. Bununla bağlı ilkin olaraq qeyd olunmalıdır ki, məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququ mütləq xarakter daşımır və mahiyyətinə görə qanunveriliklə müəyyən məhdudiyyətlərə məruz qala bilər. O da, nəzərə alınmalıdır ki, konstitusion hüquq olan məhkəmə müdafiə hüququna müdaxilə - yalnız müəyyən təminatlara riayət edilməklə həyata keçirildiyi halda, yolverilən hesab edilə bilər. Həmin təminatlar isə onu nəzərdə tutur ki, müdaxilə qanunda nəzərdə tutulmalı, legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, tətbiq edilən vasitələrlə güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi mövcud olmalı, həmçinin məhdudiyyətlər şəxsin məhkəməyə müraciət hüququnun mahiyyətinə xələl gətirməməlidir. Kollegiya hesab edir ki, belə vəziyyətdə məhkəmələr cinayət prosesinin iştirakçılarından fərqli olaraq cinayət mühakimə icraatına cəlb olunmamış şəxslərə münasibətdə vaxt məhdudiyyəti ilə bağlı prosessual qaydaların sərt tətbiqində çəkinməli, sonuncunun məhkəməyə çatım hüququnun effektiv olması istiqamətində real addımlar atmalı, tərəfin mövcud hüquqi müdafiə vasitəsindən istifadəsinə şərait yaratmalıdırlar. Lakin təsvirdən, aydın olur ki, məhkəmələr cinayət mühakimə icraatına cəlb olunmamış şəxsə münasibətdə sərt prosessual qaydanın tətbiqi ilə sonuncunun məhkəməyə çatım hüququ arasında ağlabatan mütənasibliy ə əsaslanan keyfiyyətli araşdırma aparmamışlar, yuxarıda sadalanmış mühüm əhəmiyyətli hallara ümumiyyətlə əhəmiyyət verməmişlər. Kassasiya məhkəmə kollegiyası bunu nəzərə alaraq belə qənaətə gəlir ki, yuxarıda sadalanmış mühüm əhəmiyyətli halların tam araşdırılaraq mövcud ziddiyyətin aradan qaldırılması üçün kassasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2013-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatətin rədd edilməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2024-cü il tarixli, 1(103)-1891/2024 nömrəli ilkin baxış qərarı kassasiya şikayətinə əsasən ləğv edilməli, həmin məsələyə baxılma sı üçün iş yeni apellyasiya baxışına təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2013-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatətin rədd edilməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2024-cü il ta rixli qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2024-cü il tarixli, 1(103)-1891/2024 nömrəli ilkin baxış qərarı kassasiya şikayətinə əsasən ləğv edilsin, həmin məsələyə baxılması üçün iş yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar