Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-299/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxanoğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X10 və onun nümayəndəsi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Məmmədov Zabid Salman oğlu, Müdafiəçi - Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Sadıqov Nürəddin Arif oğlunun iştirakları ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə bəraət almış Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2019-cu il tarixli hökmündən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.İ.Hacıyeva) xx xxxxx 1982-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində hər ay qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 06 ay müddətə islah işləri cəzasına məhkum olunmuşdur. İŞİN HALLARİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 07 mart 2017-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvan 3 ünvanında xx.xx.2002-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan oğlu Zərərçəkmiş şəxs ilə “Samsung Galaxy Note-3” markalı mobil telefon aparatına görə aralarında məişət zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs özünə məxsus olan “Samsung Galaxy Note-3” markalı telefon aparatını ona qaytarmadığı üçün o, bunu səbəb gətirərək oğlu Zərərçəkmiş şəxs yerə yıxdıqdan soıira sonuncunun bədəninin m üxtəlif nahiyəsinə əli ilə qəsdən bir neçə dəfə zərbə vuraraq ona boynun ön səthinin aşağı şöbəsinin qançırı, alt çənə nahiyyəsində solda qançır, sağ əlin arxa səthində cızığı, sağ bilək oynağının arxa səthində cızıqları, sol əlin arxa səthində cızığı, sol bazunun ⅓-nin ön bayır səthinin şişkinliyi və qançırı (hematoması) xəsarətləri ilə nəticələnən və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən zərər vurmuşdur. Hökmdən Məhkum müdafiəçisi H.Ə.Əliyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Ə.N.Bayramov, hakimlər Ə.İ.Qasımov və N.E.Məmmədovdan ibarət tərkibdə) 12 iyul 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami rayon Məhkə məsinin 16 mart 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyul 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məkəməsinin Cinayət Kollegiyasının 27 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim İ.T.Hacıqayıbov, hakimlər G.L.Rzayeva və F.A.Kərimovdan ibarət tərkibdə) Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2018-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi yenidən baxılması üçün apellyasiya instansiya baxışına qaytarılmışdır. İşə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.Ə.Abbasov, hakimlər V.Ə.Mursaqulov və E.E.Rəhimovdan ib arət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum CM-nin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2019-cu il tarixli bəraət hökmündən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2019-cu il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin apellyasiya məhkəməsində yenidən apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışd ır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2019-cu il tarixli bəraət hökmü onunla əsaslandırılmışdır ki, zərərçəkmiş Zərərçəkmiş şəxs inandırıcı ifadəsinə görə, o, 07 mart 2017-ci il tarixdə Cəmşid Naxçıvanski adına hərbi liseydən evə gəlmiş, bir neçə dəqiqə sonra onun anası Məhkum evə gəlib heç bir səbəb olmadan onun üstünə qışqırmış, anasından onun üstünə qışqırmağının səbəbini soruşduqda, anası ona demişdir ki, nəyə görə onun mobil telefonunu götürmüşdür. O, anasına telefonunu götürmədiyini dedikdə, anası onu küçə söyüşləri söymüş, təhqir etmiş və qəsdən döymüşdür. Nəticədə ona bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs qəsdən döyülməsini Nizami rayon məhkəməsində şahid onun anası X3 da öz ifadəsində təsdiq etmişdir. Daha sonra hökmdə göstərilmişdir ki, t elefonun oğurlanması ilə əlaqədar Məhkum Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə bununla da qeyd etmək istəyir ki, Məhkum polisə şikayət ərizəsi ilə müraciət etməsi telefonun Zərərçəkmiş şəxs tərəfindən oğurlanmasına dəlalət edir. Eyni zamanda göstərilmişdir ki, Məhkum Zərərçəkmiş şəxs xəsarəti qəsdən yetirməmişdir. Məhkum polisə verdiyi ərizə faktını məhkəmə təqsirləndirilən şəxs Məhkum xeyrinə təfsir edir. Ancaq həmin fakt, yəni telefonun Zərərçəkmiş şəxs tərəfindən götürülməsi faktı olmamışdır. Eyni zamanda, hökmdə göstərilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkum olmasını nəzərə alıb zərərçəkmişə qarşı dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərə r vurmaya aid xəsarətin qəsdən yetirilməsi sübut edilməmişdir. Eləcə də, məhkəmədə əlavə şahid qismində dindirilmiş Təcili Tibbi Yardım stansiyasının həkimi X6 ifadəsində, yəni zərərçəkmiş Zərərçəkmiş şəxs halı pis olması ilə əlaqədar 103 xidmətinə çağırış olması, həkim zərərçəkmişi müayinə etməsini və praktiki sağlam yazması, tibbi yardıma ehtiyacı olmamasına əsaslanaraq məhkəmə Zərərçəkmiş şəxs döyülüb xəsarət almasını qanunsuz və əsassız olaraq şübhə altına almışdır. Baxmayaraq ki, məhkəmə-tibbi ekspertizanın rəyi ilə Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlər təsdiq edilmişdir. Məhkəmə eləcə də, zərərçəkmiş Zərərçəkmiş şəxs təhsil aldığı Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil aldığı müddətdə Hərbi liseyin tibb məntəqəsinə müraciət etməməsini təqsirləndirilən şəxs Məhkum xeyrinə təfs ir etmişdir. Onun cinayət əməlini törətməsini şübhə altına almışdır. Göstərilən faktları Bakı Apellyasiya Məhkəməsində əsas gətirərək əsassız olaraq Məhkum barəsində çıxarılmış Bakı şəhəri Nizami rayon məhkəməsinin 16 mart 2018-ci il tarixli hökmü ləğv edilmiş və Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət hökmü çıxarılmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs dəfələrlə təqsirləndirilən şəxs Məhkum tərəfindən döyülməsi Bakı Apellyasiya Məhkəməsində tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2019-cu il tarixli hökmünü qanunsuz və əsassız hesab edir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2019-cu il tarixli bəraə t hökmünün ləğv edilərək cinayət işinin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və onun nümayəndəsinin kassasiya şikayətini təmin edilməsini, müdafiəçi və dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2019-cu il t arixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Apellyasiya məhkəməsinin bəraət hökmündən görünür ki, həmin məhkəmə Məhkum bəraət verilməli olduğuna dair nəticəsinə gələrkən konkret sübutlara, işin faktiki hallarına əsaslanmışdır. İş materiallarından isə görünür ki, apellyasiya məhkəməsi sübutlarla ə laqədar mövqeyinin qanuniliyini şübhə altına almağa əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutlara hansı qiymət verilməsi, bunun səbəbləri şərh olunmaqla hökmdə göstərilmişdir. Həmin sübutları onlara apellyasiya məhkəməsi tərəfindən verilmiş qiymət baxımdan təhlil edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən apellyasiya məhkəməsi tərəfindən tamamilə düzgün olaraq bəraət verilmişdir. Odur ki, apellyasiya məhkəməsinin bu məsələlərlə bağlı mövqeyinin qanuniliyini şübhə altına almağa əsas yoxdu r, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində Məhkum əsassız olaraq bəraət verildiyi iddia edilməklə onun barəsində apellyasiya məhkəməsinin hökmünün ləğv olunması və cinayət işinin yenidən apellyasiya baxışına qaytarılması xahiş olunur və bununla bağlı bir sıra dəlillərə istinad edilir. Şikayətin bu dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini, yəni Məhkum təqsirliliyinin sübuta yetirilmədiyi üçün yuxarıda göstərilən maddə ilə bəraət verilməsinə dair nəticəni hökmündə işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin hökmündə bununla bağlı aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasi ya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 1(007)46/2018 saylı hökmü ləğv edilərək, təqsirləndirilən şəxs Məhkum əməmlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmü çıxarılmalıdır... İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 07 mart 2017-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvan 4 ünvanında xx.xx.2002-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan oğlu Zərərçəkmiş şəxs ilə “Samsung Galaxy Note-3” markalı mobil telefon aparatına görə aralarında məişət zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs özünə məxsus olan “Samsung Galaxy Note-3” markalı telefon aparatını ona qaytarmadığı üçü n o, bunu səbəb gətirərək oğlu Zərərçəkmiş şəxs yerə yıxdıqdan soıira sonuncunun bədəninin müxtəlif nahiyəsinə əli ilə qəsdən bir neçə dəfə zərbə vuraraq ona boynun ön səthinin aşağı şöbəsinin qançırı, alt çənə nahiyəsində solda qançır, sağ əlin arxa səthində cızığı, sağ bilək oynağının arxa səthində cızıqları, sol əlin arxa səthində cızığı, sol bazunun 1/3-nin ön bayır səthinin şişkinliyi və qançırı (hematoması) xəsarətləri ilə nəticələnən və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən zərər vurmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 1(103)-658/2018 saylı qərarı ləğv edərək yeni apellyasiya baxışına göndərməsini onunla əsaslandırm ışdır ki, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 07 mart 2017-ci il tarixdə evə gəlmiş, bir neçə dəqiqə sonra anası X3 evə gəlib heç bir səbəb olmadan onun üstünə qışqırmış, anasından onun üstünə qışqırmasının səbəbini soruşduqda anası ona nəyə görə mobil telefonunu götürdüyünü demişdir. O, anasına həmin telefonu götürmədiyini dedikdə anası onu küçə söyüşləri ilə söyüb təhqir etmiş və döymüşdür. Zərərçəkmiş şəxs ifadəsində 7 mart 2017-ci il tarixdə anasının mobil telefonunu götürmədiyini göstərsə də, işə əlavə olunmuş təqsirləndirilən şəxs Məhkum Nizami RPİ-nin 23 saylı Polis Bölməsinin rəisinə yazdığı 7 mart 2017-ci il tarixli ərizəsindən görünür ki, 7 mart 2017-ci il tarixdə saat 16.30 radələrində evə gəlmiş, telefonu “zaryadkaya” qoyub əlini yumaq üçün hamam otağına keçmiş, elə hə min müddətdə 15 yaşlı oğlu mobil telefonu oğurlayaraq atasına vermişdir. Deməli, təqsirləndirilən şəxs Məhkum ilə Zərərçəkmiş şəxs arasında mobil telefonun icazəsiz götürülməsi nəticəsində qeyd edilmiş hadisə baş vermişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkumnm doğma oğlu olması nəzərə alındıqda, ananın oğluna qarşı dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətin qəsdən yetirilməsi sübut edilməlidir. İstər ibtidai istintaq zamanı, istərsə də, məhkəmə istintaqları zamanı təqsirləndirilən şəxs Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək oğlunu döymədiyini, ona xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhər T TT Yardım Stansiyasında həkim işləyir. 07 mart 2017-ci il tarixdə “103” Xidmətinə Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi, ev 114 “B” ünvanından Zərərçəkmiş şəxs “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırış bir il bundan əvvəl olduğundan dəqiq yadında qalmamışdır. Əgər Zərərçəkmiş şəxs bədənində xəsarət görmüş olsaydı qeyd edərdi. Bakı şəhər TTT Yardım Stansiyası tərəfindən verilmiş 12 fevral 2018-ci il tarixli, 69 saylı məktubdan görünür ki, 07 mart 2017ci il tarixdə saat 18.57 radələrində “103” Xidmətinə Nizami rayonu, ünvan 3 ünvanından Zərərçəkmiş şəxs “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 6 saylı bölmənin həkimi X6 yerinə yetirərək, xəstəni müayinə etmiş və ona “Praktiki sağlam. Tibbi yardıma ehtiyacı yoxdur” diaqnozu qoyulmuşdur. Digər tərəfdən birinci instansiya məhkəməsinin sorğusu əsasında C.Naxçıvanski adına Hərbi Liseydən alınmış və iş materiallarına əlavə olunmuş 6 dekabr 2017-ci il tarixli, 1440 saylı məktubdan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təhsil aldığı müddətdə Liseyin Tibb məntəqəsinə müraciəti qeydə alınmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 10.03.2017-ci il tarixli, 12/187 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: boynun ön səthinin aşağı şöbəsində qançır, alt çənə nahiyəsində solda qançır, sağ əlin arxa səthində cızıq, sağ bilək oynağının arxa səthində cızıqlar, sol əlin arxa səthində cızıq, sol bazunun ort a ⅓- nin ön bayır səthində şişkinlik və qançır (hematoma). Qeyd edilən cızıqlar şiş uca malik əşyanın (əşyaların), digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, alınma müddətləri müayinədən 1-2 gün əvvələ uyğun gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inandırıcı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, qəsdən sağlmalığa yüngül zərərvurma cinayəti Məcəllənin şəxsiyyət əleyhinə olan cinayətlər bölməsinin həyat və sağlamlı q əleyhinə olan cinayətlər fəslində yer almaqla maddənin dispozisiyasına görə qəsdən sağlamlığa yüngül zərərvurma- sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmadır. Aparılmış araşdırma zamanı təqsirləndirilən şəxs Məhkum tərəfindən zərərçəkmiş şəxsə qarşı hər hansı xəsarət yetirilməsi öz təsdiqini tapmamaqla, zərər çəkmiş şəxs tərəfindən ibatidai istintaq və məhkəmə istintaqı zamanı verilmiş olduğu ifadələrin işin digər halları ilə ziddiyyət təşkil etməsi, onun tərəfindən verilmiş ifadənin mötəbərliyini şübhə altına alınmasına əsas verir. Belə ki, zərər çəkmiş şəxs ifadələrində anası tərəfindən onun baş nahiyyəsinə zərbələr endirilməsini göstərsə də, məhkəmə tibb ekspertizasının müayinəsi zamanı onun b ədən sətinin baş nahiyyəsində deyil, boyunun ön sətinin aşağı şöbəsində, alt çənə nahiyyəsində əl və bilək nahiyyələrində xəsarətlər müəyyən edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxs Məhkum tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibti dai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə yalnız sübutlara əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsi öz tələbini əsaslandırdığı hallar müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri İlə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyalarin həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin l45.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin l46.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Məhkəmə kollegiyası iş üzrə əldə olu nmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Məhkum ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən cinayət prosesini n gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 42.1.4- cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayə tin törədilməsinə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarır. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirlməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilkməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur k i, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Məhkum əməllərində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanın və buna əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir....”. Göründüyü kimi, apellyasiya məhkəməsi özünün iş üzrə mövqeyini (gəldiyi nəticəni) işin hallarına, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe (nəticə) iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayəti nin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya şikayətində elə bir dəlil göstərilməmişdir ki, apellyasiya məhkəməsinin iş üzrə mövqeyinin qanunsuz olduğunu göstərsin, buna dəlalət etsin və onun düzgün olmadığı nəticəsinə gəlməyə əsas versin. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri və apellyasiya məhkəməsinin hökmündə göstərilənlər baxımından bir daha təhlil edərək vurğulayır ki, ittihamın sübut edilməsində şübhələr mövcuddur. Belə şübhələrin olmasına apellyasiya məhkəməsinin 12 iyul 2018-ci il tarixli qərarı ləğv etmiş kassasiya instansiyasının (Ali Məhkəmənin) 27 may 2019-cu il tarixli qərarında istinad edilmişdir. Apellyasiya məhkəməsində işə yenidən baxılarkan da həmin şübhələrin (Zərərçəkmiş şəxs ona yetirilən xəsarətlər, onların yetir ən sahələrə dair ifadələri, ekspert rəyində göstərilənlərə uyğun olmadığı, ziddiyyət təşkil etdiyi, hadisə günü – hadisədən qısa müddət sonra müvafiq çağırışla əlaqədar Zərərçəkmiş şəxs olduğu mənzildə onu müayinə etmiş, Bakı şəhəri TTT yardım stansiyasının həkimi Şahin Çerpanovun “Zərərçəkmiş şəxs xəsarət qalmış olsaydı bunu qeyd edərdi” məzmunda ifadə verməsi, həmin vaxt Zərərçəkmiş şəxs “praktiki sağlam, tibbi yardıma ehtiyacı yoxdur” diaqnozunu qoyulduğuna dair həmin Yardım Stansiyasının 12 fevral 2018-ci il tarixli 69 saylı məktubu və sair amillər belə şübhələrin olduğuna dəlalət edir) aradan qaldırılması mümkün olmamış və həmin məhkəmə Azərbaycan Respublikası CPM-nin müvafiq normalarına riayət etməklə bu şübhələri Məhkum xeyrinə təfsir etmişdir. Bunları nəzərə alan məhkəmə kollegiyas ı hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirsizliyinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmi r, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsindən göründüyü kimi, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolver ilməzdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə bəraət almış Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2019-cu hökmü dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-299/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-299/2020
04.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver