Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2990/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli qərarı ilə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət ərizəsi əsasında Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2025-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim: X4) *(***)-***/**** saylı, ## ### 2025-ci il tarixli hökmü ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ## #### 1989-cu il tarixdə Saatlı rayonunda doğulmuş, Respublikasının Azərbaycan vətəndaşı, subay, himayəsində 2 azyaşlı uşağı olan, ali təhsilli, müğənni, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 1, Binəqədi Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikasının CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Məhkum üzərində qəti olaraq 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə Məhkum məhkum olunduğu 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının CM-in 68.1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılması və ona qəti olaraq 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Məhkum barəsində “həbs” qətimkan tədbiri seçilməsi, dərhal məhkəmə iclas zalından həbs edilməsi, Məhkumn barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəlinin hökm qəbul edildiyi andan, yəni ## ### 2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən xüsusi ittihamçı Xüsusi ittihamçı apelyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünün cəza təyin edilmə hissəsində dəyişdirilərək, təqsirləndirilən Məhkum Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən yuxarı həddində cəza təyin edilməsinə dair ittihamedici hökm çıxarılmasını xahiş etmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi5 apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünün ləğv edilməsini, Məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Verilmiş apellyasiya şikayətləri üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə) ## #### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə müdafiəçinin apelyasiya şikayəti təmin edilməmiş, xüsusi ittihamçının apelyasiya şikayəti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təyin edilmiş 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzaları qismən toplanmaq yolu ilə Məhkum qəti olaraq 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum Bakı Apellyasiya Məhkəməsinin ## ### 2025-ci il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmuş, bu cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki qərarla təyin edilmiş 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, təyin edilmiş cəzanın əvvəli ## ### 2025-ci il tarixdən hesablanması və hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 şikayətini onunla əsaslandırmışdır ki, Məhkum Azərbaycan Respublikasının CM-nin 147.2 yə 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onunla təsdiq olunur ki, o, ## ###### 2024-cü ildən bu şikayətin yazıldığı ## ###### 2024-cü ilə qədər müxtəlif tarixlərdə öz şəxsi “instagram”, “tiktok” və “facebook” sosial şəbəkə hesabında onun barəsində təhqiredici və böhtan xarakterli məlumatlar yaymış, onu ağır cinayət törətməkdə ittiham etmiş, barəsində yalan məlumaltar dərc etdirərək onu cəmiyyətdə nüfuzdan salmışdır. Belə ki, Məhkum tərəfindən paylaşılan və dərc edilmiş xəbər dəli tipli yazılarda barəsində heç bir sübut və dəlil əsas gətirilmədən, şərəf və ləyaqəti alçaldan, ağır cinayət törətməkdə əsassız yerə ittiham edən məlumatlar dərc edilmişdir. Məhkum tərəfindən törədilmiş cinayəti təfərrüatlı formada qeyd ediləcəkdir. Lakin ilk başda şəxsin onun barəsində bu əsassız məlumatları yayma səbəbini bildirməlidir. Belə ki, Məhkum ona müraciət edərək AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində hüquqlarının müdafiəsi müqavilə bağlamaq istədiyini bildirmişdir. Buna əsasən Məhkum ilə müqavilə bağlanmış və özü tərəfindən * saylı Vəkil Bürosunda büronun kassasına müqavilə ödənişi köçürülmüşdür. Bunun ardınca şəxsin vəkilliyini etməyə başlamışdır. Bu müddət ərzində şəxsə tam keyfiyyətli hüquqi yardım göstərilmişdir. Lakin bir müddət sonra Məhkum öz sosial şəbəkə hesablarından digər bir vəkili olan Emin Kiçikbəyovu təhqir etməyə başlamışdır. Bunun ardınca da X7 Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət etmişdir. Məhkum isə ondan həmin işdə onun vəkilliyini etməsini tələb etmişdir. O isə onunla həmin hissədə müqaviləsinin olmadığını, ümumiyyətlə bu etdiklərinin etikaya və qanuna zidd olduğunu, tez bir zamanda bu tip hərəkətlərini dayandırmalı olduğunu bildirmişdir. Bunun ardınca isə Məhkum sözün əsl mənasında onunla öz arasında prinsip yaradaraq eyni təhqir və böhtanları onun barəsində yazmağa başlamışdır. Barəsində yayılmış təhqiredici və böhtan xarakterli məlumatlar aşağıda qeyd edilmişdir. “10.000 manat pulumu, dələduzluq yolu ilə ələ keçirən vəkil barəsində, prokurorluq orqanlarında cinayət işinin başlanılması üçün qəbuldan keçdim”; Onunla olan yazışmasını paylaşır.– “Sizin şikayətləri heç kim ciddiyə almayacaq sözlərini, sən Askaya yedirtmək mən qıza borc olsun”; Barəsində verilən və veriləcək xüsusi ittiham şikayətlərinə münasibətdə yazır- “Binəqədi məhkəməsi bezib e bu dələduzların əlindən, gücləri xüsusi ittihama çatır”; Onun məhkəmə çıxışında çəkdirdiyi foto şəkli paylaşaraq üzərinə yazır- “Şərəfsiz”; Yenidən məhkəməyə müraciət etməməyilə hədə gəlir- “Dallı oğlan deyirəm versin barəmdə şikayət. Kimdən kimə şikayət edəcəklər. Bunları mən əbədi dəfn elədim.»; Ona məxsus foto şəkli paylaşaraq üzərinə yazır.- «Ora, bura deyirsən ki, mən Dəniz xanımla barışacam, imkan vermərəm problem olsun, gijdıllağ belə barışırsan? Sən bilmirsən kimin arxasında kimin dayandığını? Sənə deyirəm burnuvu soxma da, geri çəkil”; Yenidən şəklini paylaşaraq üzərinə yazır- «Peysər, bəs deyirdin sən Ceyhuna heç nə edə bilmərsən? Aa nə heç nə edə bilmərsən, siz həyatda məhv oldunuz e, sizin mantiyanın əyninizə dəyməyəcək, cırığlar, görün bunlar kiminlə rəqs etməyə çalışırdılar, qəhbələr.»; Daha sonra şəxsi instagram hesabında Ceyhun Yusifovun foto şəklini qoyaraq post paylaşımı edir- “Bildirirəm ki, mən müğənni Məhkum, vəkil X5 və vəkil Xüsusi ittihamçı mənə qarşı törətdiyi dələduz cinayət əməlləri ilə bağlı, Azərbaycan Respublikasının Prezidentinə və Vitse Prezidentinə, həmçinin Hüquq mühafizə orqanlarına, Vəkillər Kollegiyasına ##.##.2024-cü il tarixdə barələrində şikayət ərizələri ünvanlamışam. Belə ki, şikayət ərizəmdə hər iki vəkilin mənim külli miqdarda vəsaitimi ələ keçirmələrini, həmçinin Ceyhun Yusifovun və Xüsusi ittihamçı vəzifəsi ilə bağlı yol verdiyi qanunsuz hərəkətləri, habelə Ceyhun Yusifovun törətdiyi ağır cinayətə görə barəsində açılmış cinayət işinin qərarını, digər sübutları, rəsmi sənədləri bütün aidiyyatı təqdim etmişəm. Xahiş edirəm mənim sənət nümayəndəsi olaraq, şikayət ərizəmi xüsusi nəzarət götürərək, vəzifəli şəxslərin qanunsuz hərəkətlərini, həmçinin Ceyhun Yusifovun törətdiyi cinayət əməlinin ciddi araşdırılmasını, hüquqlarımın bərpa olunmasını, maddi zərərlərimin ödənilməsini, aidiyyəti orqanlara göstəriş verəsiniz.»; Yenidən onun şəklini paylaşaraq üzərinə təhqir yazır- “Sən s.kdirirsən Kollegiyadan, bunu sənə söz verirəm»; Eyni formalı təhqirlərini davam etdirir «Qəhbə qarşıma çıxma, səni s...m», “sən vəzifədə qalsan, mən bu həyatda Dəniz olmaram.”;- Yenidən ona məxsus foto şəkli paylaşır və təhqirlərə davam edir- “Hələ bu küçüyə baxın e, Ceyhun qarşok tutanı, nəsli qəhbə, sən o, adamları mənim vəkilim olaraq əlaqə yaradıb, sonra ələ keçmisən, o adamlar da yaxşı bilirlər ki, Dəniz siz götdərə babat pul xərcləyib, ay qəhbələr, məni görüşə çağırıb başıma dolanan, dost deyən qəhbələr. Allah mənə birinci günə qədər səbr versin, heç nə dəmirəm, sizin namusunuzu birər-birər qarşınıza qoyacağam.”; Onu nüfuzdan salmaq məqsədi ilə yazır- “Ceyhun Yusifovun, Xüsusi ittihamçı müvəkkilləri onlara inanmayın, onlarla vətəndaşlara pullar atırlar, sonra o vətəndaşlar şikayətçi olmağa çalışanda, şikayətlərinə baxılmaması üçün, sizin hüquqlarınızı müdafiə olunması üçün sizə kömək etməyəcəkər. Siz hüquq sahəsində detalları bilmirsiniz deyə, haqqınızı vəkildən tələb etmirsiniz, mən isə təhlil edirəm deyə, hər şeyi tələb edirəm”. Onunla yanaşı foto şəklini paylaşaraq onu və ailə üzvlərini təhqir edir- “Asim, heyif məndən, mənim yanımda sənin kimi anası qəhbə oğraş oturubmuş. Allah mənim dostlarımı, yaxşı insanları mənə çox görməsin, hamı zəng edir ki, Dəniz səbrli ol, döz, biz sənin yanındayıq.”; yenidən onunla yanaşı foto şəklini paylaşaraq yazır “bundan sonra sən də keçdin o tərəfə? Ay oğraş, sən məşhur müğənninin vəkili idin, o müğənni ki, o bu gün statusları paylaşacaq qız olmayıb, cəmiyyətdə hörmətli qızdır, onsuz hamı məni başa düşür ee, hamı sizi söyür, inanın Allaha heç kim məni qınamır.”; Onu işarə edərək hədə və təhqirlərini davam etdirir- “Bilin, agah olun. Mən elə bir adam tanımıram ki, zəng vursun desin ki, Dəniz xanım onu təhqir etmə və ya paylaşma, hələ mən o, povudu heç kimə verməmişəm. Hamı mənim xarakterimi bilir, mən mənə qarşı çaşan adamı mələdirəm! Ceyhun əbədi gedib, Asim də onun qucağında, ikisinə birlikdə lay-lay deyib, yola salacağam”; Onu və digər həmkarlarını işarə edərək yazır,- “Mənim vəkillərin, reket imiş, xəbərim yox imiş. Boyunuzu yerə soxum elə”; Onunla olan yazışmasını telefon nömrəsi açıq görüləcək şəkildə paylaşıb üzərinə yazır- “300 manatlıq çeklərinizi gətirib verərsiniz, mən də sizin ağzınıza lotu oğlumun qozunu qoyacam səbrli olun. Mən bu məsələlərdə keşsəm, Məhkum ad zad daşımaram, anası qəhbə, petux.”; Yenidən onunla olan yazışmasını telefon nömrəsi açıq görüləcək şəkildə paylaşıb üzərinə yazır- “Qəhbənin doğduğu Asim, məni bu yolla sizdən şikayət etməməyim üçün deyirdiniz ki, səni vəkillərindən şikayət edən kimi tanıyacaqlar, qəhbənin doğduğu vəkilə görmədiyi pul vermişəm ki, məni satsın, işləməsin? Hələ keçsin, ömrümə qəbuluna düşə bilməyəcəklər adamlarla dostluq eləsin, sənin namusun mənim oğlumun olsun, səni mənim adamların ağzına v....”. Eyni məzmunlu paylaşımlar Məhkum məxsus facebook və tiktok Hesablarından da edilmişdir. ödənilməsini, aidiyyəti orqanlara göstəriş verəsiniz.»; Yenidən onun şəklini paylaşaraq üzərinə təhqir yazır- “Sən s.kdirirsən Kollegiyadan, bunu sənə söz verirəm»; Eyni formalı təhqirlərini davam etdirir- «Qəhbə qarşıma çıxma, səni s...m», “sən vəzifədə qalsan, mən bu həyatda Dəniz olmaram.”; Yenidən ona məxsus foto şəkli paylaşır və təhqirlərə davam edir- “Hələ bu küçüyə baxın e, Ceyhun qarşok tutanı, nəsli qəhbə, sən o, adamları mənim vəkilim olaraq əlaqə yaradıb, sonra ələ keçmisən, o adamlar da yaxşı bilirlər ki, Dəniz siz götdərə babat pul xərcləyib, ay qəhbələr, məni görüşə çağırıb başıma dolanan, dost deyən qəhbələr. Allah mənə birinci günə qədər səbr versin, heç nə dəmirəm, sizin namusunuzu birər-birər qarşınıza qoyacağam.”; Onu nüfuzdan salmaq məqsədi ilə yazır- “Ceyhun Yusifovun, Xüsusi ittihamçı müvəkkilləri onlara inanmayın, onlarla vətəndaşlara pullar atırlar, sonra o vətəndaşlar şikayətçi olmağa çalışanda, şikayətlərinə baxılmaması üçün, sizin hüquqlarınızı müdafiə olunması üçün sizə kömək etməyəcəkər. Siz hüquq sahəsində detalları bilmirsiniz deyə, haqqınızı vəkildən tələb etmirsiniz, mən isə təhlil edirəm deyə, hər şeyi tələb edirəm”. Onunla yanaşı foto şəklini paylaşaraq onu və ailə üzvlərini təhqir edir- “Asim, heyif məndən, mənim yanımda sənin kimi anası qəhbə oğraş oturubmuş. Allah mənim dostlarımı, yaxşı insanları mənə çox görməsin, hamı zəng edir ki, Dəniz səbrli ol, döz, biz sənin yanındayıq.”; yenidən onunla yanaşı foto şəklini paylaşaraq yazır “bundan sonra sən də keçdin o tərəfə? Ay oğraş, sən məşhur müğənninin vəkili idin, o müğənni ki, o bu gün statusları paylaşacaq qız olmayıb, cəmiyyətdə hörmətli qızdır, onsuz hamı məni başa düşür ee, hamı sizi söyür, inanın Allaha heç kim məni qınamır.”; Onu işarə edərək hədə və təhqirlərini davam etdirir- “Bilin, agah olun. Mən elə bir adam tanımıram ki, zəng vursun desin ki, Dəniz xanım onu təhqir etmə və ya paylaşma, hələ mən o, povudu heç kimə verməmişəm. Hamı mənim xarakterimi bilir, mən mənə qarşı çaşan adamı mələdirəm! Ceyhun əbədi gedib, Asim də onun qucağında, ikisinə birlikdə lay-lay deyib, yola salacağam”; Onu və digər həmkarlarını işarə edərək yazır,- “Mənim vəkillərin, reket imiş, xəbərim yox imiş. Boyunuzu yerə soxum elə”; Onunla olan yazışmasını telefon nömrəsi açıq görüləcək şəkildə paylaşıb üzərinə yazır- “300 manatlıq çeklərinizi gətirib verərsiniz, mən də sizin ağzınıza lotu oğlumun qozunu qoyacam səbrli olun. Mən bu məsələlərdə keşsəm, Məhkum ad zad daşımaram, anası qəhbə, petux.”; Yenidən onunla olan yazışmasını telefon nömrəsi açıq görüləcək şəkildə paylaşıb üzərinə yazır- “Qəhbənin doğduğu Asim, məni bu yolla sizdən şikayət etməməyim üçün deyirdiniz ki, səni vəkillərindən şikayət edən kimi tanıyacaqlar, qəhbənin doğduğu vəkilə görmədiyi pul vermişəm ki, məni satsın, işləməsin? Hələ keçsin, ömrümə qəbuluna düşə bilməyəcəklər adamlarla dostluq eləsin, sənin namusun mənim oğlumun olsun, səni mənim adamların ağzına v....”. Eyni məzmunlu paylaşımlar Məhkum məxsus facebook və tiktok Hesablarından da edilmişdir. Göründüyü kimi Məhkum həm özünə məxsus olan «instagram» sosial şəbəkə hesabından, həm də müxtəlif xəbər portallarından əsassız və böhtan xarakterli məlumatlar yaymaqdadır. Həmçinin, məlumatların yayıldığı “instagram” sosial şəbəkə hesabı Məhkum özünə məxsusdur və hazırda 95.000-dən çox izləyicisi vardır. Hesabın hər kəsə açıq (yəni public) hesab olduğunu nəzərə aldıqda paylaşımların olduqca geniş bir auditoriyaya çatdığı bəlli olur. İlk başda guya ondan 10.000 manat, daha sonra isə 79.500 manat pul aldığını bildirməkdədir. Artıq bu hissədə belə tərəfin necə ziddiyyətli ifadələr işlətməsi, hətta həmən pul məbləğini belə təzadlı formada bir neçə fərqli miqdarda qeyd etməsi görünür. Lakin o həmin şəxsdən heç bir vaxt həmin məbləğdə pul almamışdır. Tərəflə rəsmi müqavilə bağlanmış və * saylı Vəkil Bürosunda özü rəsmi olaraq ödənişi etmiş, qəbzlərin də hamısı özünə təqdim edilmişdir. Şəxsə bu müddət ərzində yüksək keyfiyyətli hüquqi yardım göstərilmişdir. Buna baxmayaraq digər vəkili Emin Kiçikbəyovu təhqir etdiyi üçün barəsində xüsusi ittiham şikayəti verildiyi üçün onunla da münasibəti kəskinləşdirmiş, ondan məcburi olaraq həmin işdə onun vəkilliyini etməyini tələb etmişdir. Məhkum barəsində təhqiredici və böhtan xarakterli məlumatlar yayması da məhz bu dövrə təsadüf etmişdir. O, 5 ildən artıqdır ki, peşəkar hüquqşünas kimi fəaliyyət göstərir. Artıq iki ilə yaxındır ki, peşəkar vəkil kimi işləyir. Hər zaman fəaliyyət istiqaməti vətəndaşlara düzgün hüquqi yardım göstərmək olmuşdur. Lakin bu yayılan bu məlumatlar açıq-aşkar onu ağır cinayət törətməkdə ittiham etməkdədir. Nəzərə alınsa ki, hüquqşünas vəkil peşəsində ictimai nüfuz olduqca önəmlidir, ona qarşı bu cinayətin törədilməsinin məqsədyönlü bir qaralama kompaniyası olduğu başa düşülür. Dərc olunan xəbər yazısının başlığı belə öz başına bu tərkibi yaratmaqdadır. Bugünki gündə o və ailəsi barəsində bu tip əsassız xəbərlərin yayılması həyat və fəaliyyətinə ciddi surətdə mənfi təsir göstərməkdədir. Məlumatın yalan olması ilə bağlı isə onu bildirir ki, o heç bir vaxt hər hansı bir cinayət işində təqsirləndirilən şəxs qismində cəlb olunmamışdır, həmçinin barəsində də heç bir məhkəmə hökmü çıxarılmamışdır. Həmçinin şəxsə qarşı da heç bir cinayət əməli törətməmişdir. Belə olan halda ağır cinayətdə ittiham olunmağı qəbuledilməzdir. Yekun olaraq məlumatın yayılması hissəsinə dair bildirirmişdir ki, şəxsə məxsus “instagram» sosial şəbəkə hesabının 95.000-dən çox izləyicisi vardır və olduqca aktiv “public” bir hesabdır. Davamlı olaraq yüzlərlə, minlərlə şəxs hesabın paylaşımlarına baxır. Məhkum əməlindəki bir digər tərkib isə AR CM-nin 148-ci maddəsidir. Belə ki, başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Barəsində yazılmış paylaşımlarda olduqca ağır küçə söyüşləri vardır. Hansı ki, həmin söyüşlər foto şəklinin üzərinə, adının və şəxsi sosial şəbəkə hesabının yanına yazılaraq paylaşılmışdır. Həmin paylaşımlarda onunla yanaşı ailə üzvləri də ağır formada təhqir olunmuşdur. Bu da onun şərəf və ləyaqətini ağır formada alçaltmışdır. Barəsindəki bu tənqidedici yazılar dərc olunduqdan sonra ona saysız hesabsız zənglər gəlmiş, məsələ ilə əlaqədar soruşulmuş, bu isə onda olduqca ağır mənəvi stress yaratmışdır. Barəsində sadalanan təhqirləri bir daha təkrarlamağa zərurət görmür, lakin yuxarıda müfəssəl formada paylaşımların məzmunları qeyd olunmuş, həmçinin qoşma vasitəsi ilə əlavə olunan foto şəkillərdə də həmin təhqirlər mövcuddur. Həmçinin, cinayəti töıətmiş şəxsin şəxsiyyəti də məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkum dəfələrlə müxtəlif şəxslər barəsində eyni formada təhqir və böhtan xarakterli məlumatlar yayması səbəbindən barəsində şikayətlər olunmuşdur. Hətta bir dəfə AR CM-nin 178-ci maddəsində, bir dəfə də təhqir və böhtan cinayətinə görə Məhkum məhkum olunmuşdur. Dəfələrlə Binəqədi Rayon Məhkəməsində şəxsin barəsində xüsusi ittiham qaydasında hökmlər çıxmışdır. Hazırda da şəxs barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə dair axtarış elan olunmuşdur. Edilən paylaşımlarda da onun bugünki gündə də islah olunmaması, eyni əməllərə davam etməsi açıq-aşkar görünür. Hətta paylaşımlarda sanki meydan oxurmuşcasına bu hərəkətlərinə davam edəcəyini və sözün əsl mənasında ona heç kimin neç bir şey edə bilməyəcəyin bildirmişdir. Bu hərəkətlərin artıq qarşısı alınmalıdır. Həmçinin, Məhkum dəfələrlə hökümət nümayəndələrini, prokurorluq əməkdaşlarını və məhkəməni təhqir etmişdir. Buna dair video materiallar da təqdim edilmişdir. Beləliklə, Məhkum ona böhtan atmaqla və təhqir etməklə cinayət əməli törətmişdir və qanuna müvafiq şəkildə cəzalandırılması labüddür. Əks təqdirdə onun haqqında əsassız yaydığı məlumatlar cəzasız qalacaqdır ki, bu da cəmiyyətdə cəzəsızlıq mühiti yaradacaqdır. Bunun da nəticəsində həm həmin şəxslər, həm də başqaları bu cür əməl törətməkdə davam edəcəkdir. Kassasiya şikayətinin dəlilləri: Xüsusi ittihamçı kassasiya şikayətində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə təqsirləndirilən şəxs Məhkum barəsində təyin edilmiş cəza ədalətli və islahedici deyildir. Məhkəmə tərəfindən cəza Cinayət Məcəlləsinin müvafiq maddələrinin aşağı həddində müəyyən edilmiş, lakin bu zaman təqsirləndirilən şəxsin davranışı, şəxsiyyəti və əvvəlki məhkumluqları lazımi qaydada qiymətləndirilməmişdir. Belə ki, həm birinci instansiya, həm də apellyasiya məhkəməsində baxış zamanı Məhkum törətdiyi əməllərə görə peşmançılıq nümayiş etdirməmiş, əksinə, məhkəmə proseslərində qərəzli mövqe sərgiləmiş və hərəkətlərində qisasçılıq niyyətinin mövcudluğunu büruzə vermişdir. Bu hal onun islah olunma ehtimalının aşağı olduğunu göstərən mühüm amil kimi təqdim edilir. Şikayətdə həmçinin cəzanın hesablanması məsələsinə toxunularaq bildirilir ki, təyin edilmiş 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası qanunvericiliyə əsasən faktiki olaraq 6 ay azadlıqdan məhrumetmə cəzasına bərabərdir. Bu səbəbdən, sonradan cəzaların məcmusu qaydasında əlavə edilən 1 aylıq müddət ümumi cəzanı əhəmiyyətli dərəcədə ağırlaşdırmamış və nəticədə cəza həddindən artıq yüngül olmuşdur. Bundan başqa, cəza yalnız törədilmiş əmələ reaksiyadan ibarət olmayıb, eyni zamanda təqsirləndirilən şəxsin islah edilməsinə və yeni cinayətlərin qarşısının alınmasına xidmət etməlidir. Bu baxımdan, təyin olunmuş cəzanın müddəti kifayət qədər deyildir. Xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əvvəlki məhkumluqları geniş şəkildə sadalanmış və qeyd olunmuşdur ki, o, müxtəlif illərdə dələduzluq, böhtan və təhqir kimi cinayətlərə görə dəfələrlə məhkum edilmiş olsa da, məhkəmələr tərəfindən ona qarşı humanist yanaşma tətbiq olunmuşdur. Buna baxmayaraq, həmin şəxs yenidən eyni xarakterli cinayət əməlləri törətmişdir ki, bu da onun sabit kriminal meylliliyini və yüksək ictimai təhlükəliliyini göstərir. Nəticə etibarilə, kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin *(***)- ****/**** saylı, ## #### 2025-ci il tarixli hökmünü cəza təyin edilmə hissəsində dəyişdirərək təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən yuxarı həddində cəza təyin edilməsinə dair ittihamedici hökm qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra– “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət- Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. Kassasiya şikayəti vermiş xüsusi ittihamçı Xüsusi ittihamçı məhkum edilmiş Məhkum barəsində təyin edilmiş cəzanın yüngül olduğunu iddia etməklə kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin *** saylı, ## ###### 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra– “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinə yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № *****/**, § 45, # ##### 2020-ci il). Məhkəmə kollegiyası kassasiya şikayətində təsvir edilən, xüsusi ittihamçı Xüsusi ittihamçı oğlunun birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində istinad edilənlərlə eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, həmin şikayətin araşdırması nəticəsində qəbul edilən apellyasiya instansiyası məhkəməsinin qərarında müvafiq əsaslandırma təmin edilməklə bu dəlillərə bütövlükdə cavablandırma verilmişdir. Kassasiya şikayətlərinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Hazırki kassasiya şikayətində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin yekun qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə və formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, proses iştirakçılarına müdafiəsinin əlverişli qaydada təşkil etmələri və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim etmələri üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcudsübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, apellyasiya instansiyası məhkəməsi tam, obyektiv və əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən verilmiş hökmün cəza hissəsini qüvvədə saxlayan qərar qəbul etmişdir. Qeyd olunanlar həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi ilə ehtiva olunan hər hansı pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün digər əsasların olmadığını təsdiqləyir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2025-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDI: Xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)- ****/**** saylı, ## #### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-2990/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2990/2025
02.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver