Məhkəmə qərarları › İş №1(102)-2995/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2995/2025

27.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2995/2025 27.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, habelə məhkumlar Məhkum1nın və Məhkum2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 oktyabr 2025-ci il tarixli, 1(106)-521/2025 nömrəli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə mahi yyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 aprel 2025-ci il tarixli, 1(099)-37/2025 nömrəli hökmü ilə (sədrlik edən hakim N.H.Məmmədov, hakimlər C.Ş.Səfərli və E.Q.Məmədovadan ibarət məhkəmə tərkibi) Məhkum1 (xx xx xx 1981-ci il tarixdə ünvan3nda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum1 20 iyul 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 gün, 2 iyul 2023-cü il tarixdən 20 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 3 ay 18 gün, 31 yanvar 2024-cü il tarixdən 1 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 gün, 1 fevral 2024-cü il tarixdən 26 fevral 2024-cü il tarixədək ev dustaqlığında qaldığı 26 gün ona təyin olunmuş 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 4 il 1 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 26 mart 2024-cü il tarixdən hesablanması, narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi və onun ərazi narkoloji dispaserində qeydiyyata alınması qərara alınmışdır; Məhkum2 (xx xxxxxxx 1989-cu il tarixdə ünvan4nda anadan olmuş, Azərbaycan Respublikası vətəndaş ı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 1(008)-98/2019 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 1 il 9 ay 9 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə, himayəsində olan 25 dekabr 2013-cü il təvəllüdlü uşağının 14 yaşına çatmasına qədər hökmün icrası təxirə salınmış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 79.5-ci maddəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin 6 mart 2019-cu il tarixli, 1(008)98/19 nömrəli hökmü ilə Məhkum2 üzərində qəti olaraq saxlanılmış 1 il 9 ay 9 gün müddətə azadlıqdan məhrum etmə cəzasının onun himayəsində olan 25 dekabr 2013-cü il tarixdə anadan olmuş uşağı D.R.Süleymanovanın on dörd yaşına çatmasına qədər çəkilməsinin təxirə salınması ləğv olunmuş, həmin hökm ilə Məhkum2 üzərində qəti olaraq saxlanılmış və çəkilməmiş qalan 1 il 9 ay 9 gün azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edimiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum2 31 yanvar 2024-cü il tarixdən 1 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 gün və 1 fevral 2024-cü il tarixdən 26 fevr al 2024-cü il tarixədək ev dustaqlığında qaldığı 26 gün ona təyin olunmuş 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 4 il 5 ay 3 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsə alınmış, cəzaçəkmə müddətinin 26 mart 2024-cü il tarixdən hesablanması və onun ərazi narkoloji dispaserində qeydiyyata alınması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 oktyabr 2025-ci il tarixli, 1(106)-521/2025 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim P.V.Hacıyev, hakimlər E.İ.Xasməmmədov və C.R.Sultanovdan ibarət məhkəmə tərkibi) məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda ver ilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 aprel 2025-ci il tarixli, 1(099)-37/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 oktyabr 2025-ci il tarixli, 1(106)-521/2025 nömrəli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum1 satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda 3,554 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 20 iyul 2022-ci il tarixdə saat 08:45-də XXX14nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılar aq ünvan 4nında yerləşən XXX14nin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın (şortikin) sağ arxa cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü vəziyyətdə külli miqdarda 3,554 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmçinin, hökmə əsasən Məhkum2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib satışını həyata keçirmək üçün ünvan 6 ünvanında birlikdə yaşadığı rəfiqəsi Məhkum1 ilə razılığa gəldikdən sonra xx xx xx 2024cü il tarixdə XXX12na aid telefon nömrəsi üzərindən açılmış “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə XXX12 vətəndaşı kimi əvvəlcədən tanıdığı şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan kişi cinsli şəxsə zən g edib danışaraq narkotik vasitə və psixotrop maddə lazım olduğunu bildirmiş, aralarında olan razılaşmaya əsasən adı istintaqa və məhkəməyə məlum olmayan şəxs ona külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin verəcəyini və xx xx xx 2024-cü il tarixdə XX16na gedib götürə biləcəyini dedikdən sonra Məhkum1 ilə birlikdə xx xx xx 2024-cü il tarixdə Bakı şəhərindən çıxıb 31 yanvar 2024-cü il tarixdə səhər saatlarında XX16na çataraq narkotik vasitəni əldə edəcəyi şəxslə “whatsapp” vasitəsilə əlaqə saxlayıb narkotik vasitəni və psixotrop maddəni haradan götürəcəyini soruşmuş, həmin şəxs “whatsapp” vasitəsilə narkotik vasitə və psixotrop maddənin qoyulduğu yer barədə koordinat göndərdikdən sonra XX16 ərazisinə gəldikləri Şahid10 idarə etdiyi “XX12” markalı, **- xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə onları koordinatın göstərdiyi təyinat nöqtəsinə yəni, XX14nə aparmasını xahiş etmiş, sonuncu onları XX14nin giriş hissəsinə kimi gətirdikdən sonra Məhkum1 ilə birlikdə avtomobildən düşüb yolun kənarında bir ədəd qara rəngli idman çantasının içərisində gizlədilmiş külli miqdarda - 580 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd kağız paketdə külli miqdarda - 7,003 qram psixotrop maddə metamfetamini götürməklə əldə etmişlər, üzərində həmin çantada daşımaqla saxlamışlar, onlar avtomobilə əyləşmək istəyərkən XXX16nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 6 radələrində saxlanılaraq XXX16nin inzibati binasına aparılmışlar, baxış zamanı onun əlində olan həmin əl ç antasının içərisindən kağız paketdə üzəri yapışqan lentlə bağlanmış 1 (bir) ədəd qara rəngli polietilen torbada külli miqdarda - 580 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və kağız paketdə 1 (bir) ədəd bükümdə külli miqdarda - 7,003 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən, eləcə də apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə edib saxlaması, əməllərindən peşman olması, valideynlərinin vəfat etməsi və digər yaxın qohumlarının da olmaması nəz ərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmış, bununla da Cinayət Məcəlləsinin ədalət prinsipi və cəzanın təyini məsələlərini tənzimləyən maddələrinin tələbləri pozulmuşdur. Məhkum1 kassasiya şikayətində göstərilənlərə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 oktyabr 2025-ci il tarixli, 1(106)-521/2025 nömrəli qərarının dəyişdirilməsini, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılmasını xahiş edir. Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən, eləcə də apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə edib sax laması, əməllərindən peşman olması, iki azyaşlı uşaqlarına hal-hazırda onun anasının baxması nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmış, bununla da Cinayət Məcəlləsinin ədalət prinsipi və cəzanın təyini məsələlərini tənzimləyən maddələrinin tələbləri pozulmuşdur. Məhkum2 kassasiya şikayətində göstərilənlərə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 oktyabr 2025-ci il tarixli, 1(106)-521/2025 nömrəli qərarının dəyişdirilməsini, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı hədində cəzanın təyin edilməsini və ya təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin bir neçə ay azaldılmasını xahiş edir. Hüquqi məsələlər: Ka ssasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətlərində birinci instansiya məhkəməsinin onlara məsuliyyətini yüngülləşdirən halları nəzərə almadan həddindən artıq ağır cəza təyin etdiyini, buna baxmayaraq birinci instansiya məhkəməsinin hökmünün apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanıldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə cəzalarının yüngülləşdirilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPMin 41 6.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər. Odur ki, məhkəmə kollegiyası məhkumların kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 oktyabr 2025-ci il tarixli, 1(106)-521/2025 nömrəli qərarını kassasiya şikayətlərinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq e dilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). CM-in 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir h al təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi - CM-in 61.1.1-ci maddəsində, cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilməsi - CM-in 61.1.3-cü maddəsində təsbit edilmiş cəzanı ağırlaşdıran hallardır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsi residivə görə cəzanın müddətinin törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaq şərti ilə təyin edilməsini tələb edir. CM-in 79.5-ci maddəsinə əsasən şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir v ə ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Cinayət Məcəlləsinin hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi qaydasını təsbit edən 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdir ən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, əvvəla bu məsələlər üzrə məhkəmə qənaəti Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinin müddəaları ilə uzlaşsın, ikincisi də Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən digər məsələlər nəzərdən qaçırılmasın, yəni təyin olunan cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumlar Məhkum1 və Məhkum2 onlara həddindən artıq ağır və ədalətsiz cəzaların təyin edilməsi haqqında iddialarının əsassız olduğu müəyyən edilir. Belə ki, Məhkum1 və Məhkum2 cinayət əməllərini təşkil edən faktiki halların müəyyən edilməsi zamanı məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum1 ilə Məhkum2 təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmış, məhkəmələr Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum1 və Məhkum2 hərəkətlərində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətin tərkibinin olması, bu maddə ilə onların təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında qanuni və əsaslı nəticəyə gəlmişlər. Birinci instansiya məhkəməsi Məhkum1 təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında alternativsiz nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın (4 il 6 ay müddətə) cəza təyin etməklə, iş üzrə müəyyən edilmiş cinayətlərin təkrar və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi cəzanı ağırlaşdıran halları, cəzanı yüngülləşdirən halların isə olmamasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanın onun islah olunmasına təsiri və digər məqsədləri ilə birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) nəzərə almış, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Eynilə, birinci instansiya məhkəməsi Məhkum2 təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının CM-in 65.2-ci maddəsində təsbit edilmiş residivə görə cəzanın təyin edilməsi qaydasının yol verdiyi ən aşağı həddində (4 il müddətə) cəza təyin etməklə, CMin 79.5-ci maddəsin ə müvafiq olaraq əvvəlki - Sabunçu Rayon Məhkəməsinin 6 mart 2019-cu il tarixli hökmü ilə tətbiq edilmiş cəzaçəkmənin təxirə salınmasını ləğv edərək hökmlərin məcmusu üzrə cəza təyin edərkən də CM-in 67.1-ci maddəsində nəzərdə tutulmuş cəzaların birləşdirilməsi üsullarından daha güzəştlisini – qismən birləşdirmə üsulunu seçib qəti cəza müddətini 4 il 6 ay olaraq müəyyən etməklə iş üzrə müəyyən edilmiş təqsirkarın himayəsində azyaşlı uşaqların olması, ailə, maddi vəziyyətinin ağır olması kimi cəzanı yüngülləşdirən, habelə cinayətlərin residivi və cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi cəzanı ağırlaşdıran halları Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarı n şəxsiyyəti (xüsusilə, onun əvvəllər CM-in 79-cu maddəsində nəzərdə tutulmuş güzəştli institut tətbiq edilməklə məhkum edilməsi və hazırkı iş üzrə cinayət əməlini həmin cinayətə görə təyin olunmuş 1 il 9 ay 9 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin uşaq 14 yaşına çatanadək təxirə salındığı dövrdə törətməsi), cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, cəzanın digər məqsədləri ilə birlikdə götürməklə tarazlaşdırılmış şəkildə nəzərə almış, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Məhkumlar Məhkum1 və Məhkum2 apellyasiya şikayətləri ilə əlaqədar cinayət işinə baxan, o cümlədən cəzanın ədalətli olub-olmamasını araşdıran Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da onların cəzalarının yüngülləşdirilməsi üçün əsas tapmamışdır. Kassasiya şikayətində istinad olunan, lakin məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hallar qismində müəyyən edilməyən hallara gəldikdə, kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu səbəbdən kassasiya kollegiyası məhkumlara təyin olunmuş cəzalarla bağlı mübahisələndirilən məhkəmə qərarının qanuniliyini və əsaslılığını yoxl ayarkən məhkumların kassasiya şikayətində gətirdikləri, lakin birinci və apellyasiya instansiyası məhkəmələrinin müəyyən etmədikləri hallardan çıxış edə bilməz. Beləliklə, kassasiya şikayətlərinin dəlilləri birinci və apellyasiya instansiyası məhkəmələrinin qənaətlərini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan halları Məhkum1 və Məhkum2 cəzalarının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş və cəzanın təyin edilməsi məsələlərini tənzimləyən digər normalarının pozuntularına yol verməmişlər. Qeyd olunanlar məhkumları n kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində, o cümlədən şikayətlərlə ehtiva olunan 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair məhkumların və kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1nın və Məhkum2 barəsində olan 2 oktyabr 2025-ci il tarixli, 1(106)-521/2025 nömrəli qər arı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1nın və Məhkum2 barəsində olan 2 oktyabr 2025-ci il tarixli, 1(106)-521/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar