Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-3/2019 06.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, bəraət almış şəxs Məhkum, mülki iddiaçının nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 20 17-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə bəraət almasına dair Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 20 fevral 2018-ci il tarixli qərarından mülki iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş kassasiya şikayətinə və ona əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim S.Ə.Məmmədov) 25 dekabr 2017-ci il tarixli hökmü ilə xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, ali təhsilli, məhkum olunmamış, ünvan 1-da yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirinin sübuta yetiril məməsi əsası ilə həmin maddə ilə ona bəraət verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli hökmündən Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru x1 tərəfindən apellyasiya şikayəti, həmçinin Departamentin baş direktorunun müavini X2 tərəfindən həmin apellyasiya şikayətinə əlavə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2018-ci il tarixli qərarı ilə (hakimlər: Məmmədov Qail Fazil oğlunun (sədrlik edən və məruzəçi), Səfərov Rizvan Kamal oğlu və Abdinbəyov Abid Kamil oğlundan ibarət tərkibdə) verilmiş apellyasiya şikayəti və ona əlavə təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2018-ci il tarixli qərarından mülki iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti kassasiya şikayəti verərək qərarın ləğv edilərək, verilmiş mülki iddianın tam təmin edilməsini xahiş etmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum elan edilmiş ittihama görə o, “xxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən 2011-ci il üzrə cəmiyyətin əldə etdiyi gəlirləri 732755,41 manat, həmin gəlirin əldə edilməsi üçün çəkilmiş xərcləri 610629,51 manat, vergiyə cəlb olunan 122125,90 manat mənfəətdən keçmiş illərin 24481,61 manat zərəri çıxmaqla 20% dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 19528,86 manat olduğu halda, həmin il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamə sində cəmiyyətin 2011-ci il üzrə əldə etdiyi gəlirlərini 732755,41 manat, həmin gəlirlərin əldə edilməsi üçün çəkilmiş xərclərini 706315,83 manat, vergiyə cəlb olunan 26439,58 manat mənfəətdən keçmiş illərin 24481,61 manat zərəri çıxmaqla 20% dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisini 391,59 manat göstərərək 19137,27 manat; 2012-ci il üzrə cəmiyyətin əldə etdiyi gəlirləri 83103,34 manat, həmin gəlirin əldə edilməsi üçün çəkilmiş xərcləri 69252,76 manat, vergiyə cəlb olunan mənfəəti 13580,56 manat,20% dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 2770,11 manat olduğu halda, həmin il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində cəmiyyətin 2011-ci il üzrə əldə etdiyi gəlirlərini 83103,34 manat, həmin gəlirlərin əldə edilməsi üçün çəkilmiş xərclərini 73501,83 manat, ve rgiyə cəlb olunan mənfəətini 9601,51 manat, 20% dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisini 1920,30 manat göstərərək 849,81 manat, cəmi 19987,08 manat məbləğində hüquqi şəxsin mənfəət vergisini; 2011-ci ilin sentyabr ayı üzrə cəmiyyətin ƏDV tutulan dövriyyəsi 103728,05 manat, ƏDV 18671,10 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 24844,05 manat, ƏDV-ni 4471,93 manat göstərərək 14199,17 manat; 2011-ci ilin noyabr ayı üzrə cəmiyyətin ƏDV tutulan dövriyyəsi 86022,00 manat, ƏDV 15483,96 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 61691,11 manat, ƏDV-ni 11104,40 manat göstərərək 4379,56 manat; 2012-ci ilin iyul ayı üzrə cəmiyyətin ƏDV tutulan dövriyyəsi 14774,66 manat, ƏDV 2659,44 manat olduğu halda, vergi or qanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 8774,66 manat, ƏDV-ni 1579,44 manat göstərərək 1080,00 manat, cəmi 19658,73 manat ƏDV-ni az; 2011-ci ilin oktyabr ayı üzrə cəmiyyətin ƏDV tutulan dövriyyəsi 149733,39 manat, ƏDV 26952,01 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 162470,78 manat, ƏDV-ni 29244,74 manat göstərərək 2292,73 manat; 2011-ci ilin dekabr ayı üzrə cəmiyyətin ƏDV tutulan dövriyyəsi 105027,94 manat, ƏDV 18905,03 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 195505,66 manat, ƏDV-ni 35191,02 manat göstərərək 16285,99 manat; 2012-ci sentyabr ayı üzrə cəmiyyətin ƏDV tutulan dövriyyəsi olmadığı, dövlət büdcəsindən qaytarılmalı əlavə dəyər vergisi 36,72 manat olduğu halda, vergi orqanına tə qdim etdiyi əlavə dəyər vergisi bəyənnaməsində əlavə dəyər vergisi tutulan dövriyyəsini 5796,00 manat, ƏDV-ni 1043,28 manat, dövlət büdcəsindən qaytarılmalı əlavə dəyər vergisini 0,00 manat göstərərək, 1080,00 manat, cəmi 19658,72 manat ƏDV-ni isə artıq hesablamaqla, 0,01 manat ƏDV-ni; 2011-ci ilin 3-4-cü və 2012-ci ilin 1-ci rübləri üzrə cəmiyyətə göstərilmiş tikinti xidmətlərinə görə vergi orqanlarında uçotda alınmayan və VÖEN təqdim etməyən fiziki şəxslərə ödədiyi 74595,83 manat haqdan 14% dərəcə ilə 10443,42 manat məbləğində ödəmə mənbəyində tutulan vergi ödəməli olduğu halda, vergi orqanına bəyannamələr təqdim etməyərək, 2011-ci ilin 3-4-cü və 2012-ci ilin 1-ci rübləri üzrə 10443,42 manat məbləğində ödəmə mənbəyində tutulan vergini, ümumilikdə 30430,51 manat məbləğində vergiləri döv lət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya şikayətinin və ona əlavənin dəlilləri: Mülki iddiaçı kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası işin hallarını tam və hərtərəfli araşdırmadan, birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşaraq əsassız və qanunsuz qərar qəbul etmişdir, apellyasiya şikayətinin dəlillərinə öz münasibətini bildirməmişdir. Birinci instansiya məhkəmə baxışı zamanı ittiham tərəfinin vəsatəti əsasında təyin edilmiş komisyon məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2017-ci il tarixli, 25200 saylı rəyin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx” MMC-nin 01.07.2011 -ci il tarixdən 01.06.2014-cü il tarixədək olan fəaliyyət dövrü üzrə 2012-ci ildə 849,81 manat məbləğində mənfəət vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən olunur. Həmin məhkəmə baxışı zamanı ittiham tərəfinin vəsatəti əsasında təyin edilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2017-ci il tarixli, 22498 saylı rəyin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında ciddi hesabat sənədləri olan xərc sənədlərini öz əksini tapması və Vergi Məcəlləsinin tələblərinə əsasən həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınmalı olması müəyyən olunur. Bundan başqa qeyd edilir ki, həmin sənədlərin hər birində əks olunmuş m əbləğin ayrılıqda nə qədər olması, bu sənədlərin hansı vergi ödəyiciləri tərəfindən təqdim edilməsi (tərtib) və həmin sənədlərin hər birinin əks etdirdiyi təsərrüfat əməliyyatının məzmununun ayrılıqda nədən ibarət olması təqdim olunmuş materiallarda öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2017-ci il tarixli, 25200 saylı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2017-ci il tarixli, 22498 saylı rəyləri ilə razı deyilik. Belə ki, «Səyyar vergi yoxlaması» barədə **********791863 saylı 13.05.2015-ci il tarixli akta əsasən yoxlamaya sənədlər tam təqdim olunmadığı üçün, yoxlama digər məlumatlar əsasında (bank məlumatları, qarşılıqlı əməliyyatlar aparılmış müəssisələrdən alınmış sənədlər, b aza məlumatları və s.) keçirilmişdir. SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 08.0H.2014-CÜ il tarixli tələbnamə müəssisənin rəhbərinə təqdim edilməsinə baxmayaraq yoxlama aparılması üçün zəruri olan sənədlər yoxlamaya tam təqdim edilməmişdir. Bu barədə akt tərtib edilmişdir. Yoxlama zamanı Ticarət və Sənaye Palatasının «Azərekspertiza» İB-nin mütəxəssisi dəvət edilmiş və 29.03.2015-ci il tarixli rəy alınmışdır. Yoxlama ilə 30430,51 manat vergilərin (o cümlədən 19987,09 manat mənfəət vergisinin və ödəmə mənbəyindən tutulan verginin 10443/-1 manat) azaldılması müəyyən edilmişdir. Cinayət işinin materiallarından aydın olur ki, səyyar vergi yoxlaması keçirilərkən tələb olunan sənədlər yoxlamaya tam təqdim olunmamışdır. İbtidai istintaq zamanı təyin edilmiş məh kəmə mühasibatlıq ekspertizası üzrə 21.09.2015-ci il tarixli ekspert rəyində qeyd olunur: tədqiqat zamanı aydın olur ki, “xxxx" MMC 2011 -ci ildə mənfəət vergisinin ödəyicisi olmuş və bu məqsədlə vergi orqanına bəyannamə təqdim edilmişdir. Həmin bəyannamədə cəmi büdcəyə çatası mənfəət vergisi 391,59 manat məbləğində hesablanmışdır. Həm birinci instansiya həm də apellyasiya instansiyası məhkəməsi mütəxəssis rəyinə əsasən ÖMV hesablanmasının əsassız olduğunu qeyd etsə də, vergi orqanı tərəfindən tikinti işlərinin faktiki həcmində əmək haqqı məbləğinin hansı qaydada müəyyən edilməli olduğunu göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum elan edilmiş ittihamın 21 sentyabr 2015-ci- il tarixli 17129 №-li ekspert rəyi üzərində qurulduğunu qeyd edərək, məhkəmə ibtidai istintaqı zaman ı əldə edilmiş və məhkəmə baxışında təyin edilmiş ekspertizalar üzrə ekspert rəylərini müqayisəli qaydada tədqiq edərkən məhkəmə istintaqı zamanı iş üzrə əlavə, təkrar və komisyon məhkəmə-mühasibatlıq ekspertizalarının bilavasitə “xxxx” MMC -dən əldə edilmiş sənədlər əsasında keçirilməsini nəzərə alaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17.10.2016-cı il tarixli 17784 №-li, 24 aprel 2017-ci il tarixli, 25200 №-li və 22 noyabr 2017-ci il tarixli, 22498 №-li ekspert rəylərini daha mötəbər sübut kimi qəbul etmiş və Məhkum dövlət büdcəsinə ödəməkdən yayındırmış olduğu vergilərin məbləğini həmin rəylərdə göstərildiyi kimi, yəni 849,81 manat müəyyən etmişdir. Lakin məhkəmə “xxxx” MMC-dən əldə edilmiş sənədlərin nədən ibarət olmasına, həmçinin həmin sənədlər ə sasında “xxxx” MMC-nin xərclərinin müəyyən edilməsinin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması məsələsinə aydınlıq gətirməmişdir. Belə ki, məhkəmə ibtidai istintaqı zamanı əldə edilmiş və məhkəmə baxışında təyin edilmiş ekspertizalar üzrə əldə edilmiş ekspertlər rəyləri üzrə vergi ödəyicisinin xərcləri müəyyənləşdirilərkən “xxxx” MMC tərəfindən birtərəfli qaydada tərtib edilmiş alış aktları xərc sənədləri kimi qəbul edilmişdir. Halbuki qeyd olunan sənədlər vergi qanunvericiliyinin, həmçinin mühasibat uçotu haqqında qanunvericiliyin tələblərinə əsasən xərc sənədi kimi qəbul edilə bilməz. Kassasiya şikayətinə əlavədə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən mötəbər sübut növü kimi AR Ədliyyə Nazirliyi MEM-in 24 aprel 2017-ci il tarixli 25200 saylı e kspert rəyinə istinad etmiş, lakin öz qərarında həmin rəyi sübut kimi yoxlanılmamışdır. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin 20 fevral 2018-ci tarixli qərarının ləğv edilməsini iş üzrə mülki iddianın təmin edilərək 30.430,51 manat məbləğində vəsaitin Məhkum tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və ona əlavənin təmin edilməsi barədə mülki iddiaçının nümayəndəsinin və dövlət ittihamçısının, kassasiya şikayətinin təmin edilməməsi barədə bəraət almış şəxsin çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 20 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya müraciətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, hesab edir ki, kassasiya şikayəti və ona əlavə təmin edilməməlidir. İşin hallarına əsasən kollegiya qeyd edir ki, məhkəmələr tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilərək Məhkum Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi sübuta yetirilmədiyindən bəraətləndirici əsaslarla qərar qəbul edərək iş üzrə verilmiş mülki iddianı təmin etməmişlər. Məhkəmələrin gəldiyi nəticə işin obyektiv hallarına uyğundur. Məhkəmələr iş üzrə gəldikləri nəticəni, tədqiq etdikləri aşağıda şərh olunan sübutlarla əsaslandırmışlar. İş materiallarından gör ünür ki, Məhkum ona istinad edilmiş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdirki, 30.03.2009-cu il tarixdə “xxxx” MMC-ni təsis etmişdir. Həmin tarixdən etibarən cəmiyyətdə direktor vəzifəsini icra etmişdir. Vergi ödəyicisi kimi Bakı Vergilər Departamentində qeydiyyatda olmaqla, hüquqi ünvanı ünvan 2ction” MMC-nin əsas fəaliyyəti mülki təyinatlı inşaat işlərinin görülməsindən ibarət olmuşdur. Müəssisənin mühasibi vəzifəsində məhkum1 işləmiş, məhkum1 cəmiyyətin fəaliyyətindəki rolu onun göstərişləri və təqdim etdiyi sənədlər əsasında bəyannamələri tərtib edərək vergi orqanına təqdim etməkdəkdən ibarət olmuşdur. “xxxx” MMC-nin 07.07.2010-cu il tarixdən rəsmi olaraq 33 (otuz üç) faiz payla təsisçisi olmuş x1 cəmiyyətin fəaliyyəti haqqında təsis tarixindən heç bir məlumatı olmamışdır. Səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə müəssisəyə hesablanmış 19987,08 manat məbləğində hüquqi şəxsin mənfəət vergisi ilə razı olmamış, təqdim olunmuş xərc sənədləri yoxlama zamanı nəzərə alınmamışdır. Bundan başqa, müəssisədə yoxlanılan dövr üzrə 10443,42 manat məbləğində ödəmə mənbəyində tutulan vergi məbləğinin hesablanmasına əsas olmuş “Azərekspertiza” Birliyinin 29 mart 2015-ci il tarixli mütəxəssis rəyi ilə razı olmamışdır. Belə ki, “xxxx” MMC bəyannamələrlə təsdiq edilmiş və vaxtı vaxtında hesablanmış və dövlət büdcəsinə gəlir vergisi, mənbə vergisi, əmlak vergisi, yol vergisi, ƏDV və mənfəət vergilərinin və məcburi sosial sığorta ödənişlərinin artıqlaması ilə ödənilməsinin tərəfindən təmin edilməsinə baxmayaraq Vergilər Nazirliyi yanında Vergi Au diti Departamenti tərəfindən 2011-ci və 2012-ci illərə görə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərmiş və haqqında CM-nin 213.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Mülki iddiaçının əsaslandığı məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2015-ci il tarixli, 17129 №-li rəyindən görünür ki, “xxxx” MMC-nin 01.01.2011-ci il tarixdən 01.06.2014-cü il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə 19.987,09 manat məbləğində mənfəət vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən edilir. İstintaq tərəfindən “Azərekspertiza” Birliyinin 29.03.2015-ci il tarixli mütəxəssis rəyində göstərilən, yəni vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən yerinə yetirilmiş elektrik avadanlıqlarının quraşdırılması və təmir işlərinin yerinə yetirilməsi üzrə nəzəri qaydada hesablanmış 30579,15 adam/saat-a görə hesablanmış cəmi 95.578,83 manat məbləğində əmək haqqının faktiki olaraq neçə nəfər işçiyə ödənildiyi və ümumimiyyətlə həmin rəyin reallığı əks etdirildiyi və sübut növü kimi qəbul edildiyi, eləcə də hesablanmış əmək haqqının kimə ödənildiyi (şəxs) məlum olduğu halda, müəssisə tərəfindən hesablanmış 20.983,0 manat əmək haqqı nəzərə alınmaqla 10.443,41 manat (74.595,83 (95.578,8320.983,0) x 14%) məbləğində ödəmə mənbəyində tutulan verginin dövlət büdcəsinə az hesablanması təsdiq olunar, o cümlədən 2011-ci ilin 3-cü rübü üzrə 4677,69 manat, 2011ci ilin 4-cü rübü üzrə 5607,55 manat, 2012-ci ilin 1-ci rübü üzrə 158,17 manat. Həmçinin qeyd e dilmişdirki, müəssisənin şəxsi hesab vərəqindən göründüyü kimi, səyyar vergi yoxlamasının sonuna, yəni 08.05.2015-ci il tarixə dövlət büdcəsinə hesablanmış vergilər üzrə 7.279,17 manat məbləğində artıq ödəməli olmuşdur. Birinci instansiya məhkəmə baxışı zamanı ittiham tərəfinin vəsatəti əsasında əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə mühasibatlıq ekspertizası 17 oktyabr 2016-cı il tarixli, 18784 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə xərclərini təsdiq edən sənədlər yəni seriya və nömrəni, tarixi özündə əks etdirən ödəniş sənədləri, qəbzlər, çeklər, qaimə fakturaları, vergi hesab fakturaları və s. ciddi h esabat sənədləri iş materiallarında mövcuddur. Həmin sənədlər siyahl üzrə aşağıdakı kimi müəyyən olunur: qaimə-fakturalar; vergi hesab-fakturalar; forma 2 N-li işlərin görülməsinə dair qəbul aktları; material və texniki hesabatlar; əmək haqqı cədvəlləri; alış aktları; bank ödəniş sənədləri; ezamiyyə xərcləri; kassa mədaxil və məxaric orderləri. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən “xxxx” MMC-nin 01.07.2011-ci il tarixdən 01.06.2014-cü il tarixədək olan fəaliyyət dövrü üzrə 2012-ci ildə 849,81 manat məbləğində mənfəət vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən olunur. Qeyd edilir ki, hazırki ekspertizanın nəticəsi ilə səyyar vergi yoxlaması aktının nəticəsi arasında fərq vardır. Bu fərqin nə ilə izah olunması rəyin ikinci-üçüncü suallarının tədqiqat hissəsində ətraflı şərh edilmişdir. İttiham tərəfinin vəsatəti təmin edilərək təyin edilmiş komisyon məhkəmə mühasibatlıq ekspertizasının 24 aprel 2017-ci il tarixli, 25200 №-li rəyin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “xxxx” MMC-nin 01.07.2011-ci il tarixdən 01.06.2014-cü il tarixədək olan fəaliyyət dövrü üzrə 2012-ci ildə 849,81 manat məbləğində mənfəət vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən olunur. Qeyd edilir ki, hazırki ekspertizanın nəticəsi ilə səyyar vergi yoxlaması aktının nəticəsi arasında fərq vardır. Bu fərqin nə ilə izah olunması rəyin ikinci-üçüncü suallarının tədqiqat hissəsində ətraflı şərh edilmişdir. İttiham tərəfinin vəsatəti əsasında təyin edilmiş komisyon məhkəmə-mühasibatlıq ekspertizasının 24 aprel 2017-ci il tarixli 2500 saylı rəyinin nəticə hissəsində təsdiq olunur ki,”xxxx” MMC-nin 01.07.2011-ci il tarixdən 01.06.2014-cü il tarixədək olan fəaliyyət dövrü üzrə 2012-ci ildə 849,81 manat məbləğində mənfəət vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən olunur. İttiham tərəfinin vəsatəti əsasında təyin olunması və təkrar məhkəmə mühasibatlıq ekspertizasının 22 noyabr 2017-ci il tarixli,22498 saylı rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında ciddi hesabat sənədləri olan xərc sənədləri öz əksini tapması və vergi Məcəlləsinin tələblərinə əsasən həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınmalı olması müəyyən olunur. Həmin sənədlərin hər birində əks olunmuş məbləğin ayrılıqda nə qədər olması, bu sənədlərin hansı vergi ödəyiciləri tərəfindən təqdim edilməsi və həmin sənədlərin hər birinin əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunun ayrılıqda nədən ibarət olması təqdim olunmuş materiallarda öz əksini tapmışdır. Kassasiya şikayətində məhkəmə-mühasibatlıq ekspertizasının 24 aprel 2017-ci il tarixli 25200 №-li rəyinin əsaslılığı şübhə altına alınsa da, hər hansı bir dəlilə istinad edilməmişdir ki, həmin rəyin əsassız olduğu, kifayət qədər dolğun olmadığı qənaətinə gəlməyə əsas versin. Həmin rəydə qeyd edilənlərin işdə olan məlumatlarla birlikdə təhlili də göstərir ki, bu rəyin qanuniliyini şübhə altına almağa əsas yoxdur. Bu məsələ ilə əlaqədar qeyd olunmalıdır ki, həmin rəy digər sübutlarla yanaşı məhkəmə iclasında tədqiq edilərək yoxlanılmış, belə məsələləri tənzimləyən Azərbaycan Respublikası CPM-nin 331ci maddəsinin tələb lərinə riayət olunmuş, Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə uyğun olaraq qiymətləndirilmişdir. Bununla bağlı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir.. Şahid-Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iqtisadi ekspertizalar şöbəsinin ekspertiSəfərov Elgün Hafiz oğlu ifadəsində göstərmişdirki, səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə xərclərini təsdiq edən sənədlər, yəni seriya və nömrəni, tarixi özündə əks etdirən ödəniş sənədləri, qəbzlər, çeklər, qaimə fakturaları, vergi hesab fakturaları ciddi hesabat sənədləri iş materiallarında mövcüddur. İş materiallarında olan sənədlər onun tərəfindən tətqiq olunub və həmin sənədlər nəticəyə gəlmək üçün ona kifayət etmiş, ona təqdim olunan sənədlər əsasında rəy vermişdir. Rəyin tətqiqat hissəsində göstərilənlərə əsasən “xxxx” MMC-nin 01.07.2011-ci il tarixdən 01.06.2015-cü il tarixədək olan fəaliyyət dövrü üzrə 2012-ci ildə 849,81 manat məbləğində mənfəət vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən edilmişdir. İş materiallarından görünür ki, səyyar vergi yoxlaması keçirilərkən tələb olunan sənədlər yoxlamaya tam təqdim olunmamışdır. İbtidai istintaq zamanı təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının21 sentyabr 2015-ci il tarixli rəyində qeyd olunur ki, müəssisə üzrə növbəti səyyar vergi yoxlamasınınm əhatə etdiyi dövrdə gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlərin təqdim olunmaması şəraitinə uyğun olaraq dövlət büdcəsinə ödənməli olan mənfəət vergisinin xərclərini şərti rentabelliyin 20% qəbul edilməklə hesablanmalıdır. İş materialların dan görünür ki, komisyon məhkəmə mühasibatlıq ekspertizası keçirilən zaman. Ekspert tərəfindən məhkəməyə göndərilmiş “əlavə materialların təqdim edilməsi barədə” vəsatəti təmin edilərək, Məhkum tərəfindən ekspertizaya 2011-2014-cü illər üzrə “xxxx”MMC-nin səyyar vergi yoxlamasını əhatə edən dövrə dair ilkin mühasibatlıq sənədlərini təqdim etmişdir. Göründüyü kimi Məhkum elan edilmiş ittiham 21 sentyabr 2015-ci il tarixli 17129 №li ekspert rəyi üzərində qurulmuş, məhkəmələr ibtidai istintaq zamanı əldə edilmiş və məhkəmə baxışında təyin edilmiş ekspertizalar üzrə ekspert rəylərini müqaisəli qaydada tədqiq edərkən məhkəmə istintaqı zamanı iş üzrə əlavə, təkrar və komisyon məhkəməmühasibatlıq ekspertizalarının bilavasitə “xxxx” MMC-dən əldə edilmiş sənədlər əsasında keçirilməsini nəzərə alara q Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17.10.2016-cı il tarixli 17784 №-li, 24 aprel 2017-ci il tarixli, 25200 №-li və 22 noyabr 2017-ci il tarixli, 22498 №-li ekspert rəylərini daha mötəbər sübut kimi qəbul etmiş və Məhkum dövlət büdcəsinə ödəməkdən yayındırmış olduğu vergilərin məbləğini həmin rəylərdə göstərildiyi kimi, yəni 849,81 manat müəyyən etmişdir. Apellyasiya instansiyası Məhkəməsi iş üzrə toplanmış, tədqiq edilmiş sübutlara obyektiv hüquqi qiymət verərək, əsaslı olaraq Məhkum ibtidai istintaq orqanı tərəfindən elan edilmiş AR CM-nin 213.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi sübuta yetirilmədiyindən ona bəraət vermişdir. Mülki iddiaçı Azərbaycan Pespublikası Vergilər Nazirliyi yanında Bakı vergi Departamentinin dövlət büdcəsinə ödə məkdən yayındırılmış 30430,51 manat məbləğində ziyanın mülki cavabdehdən tutulması iddiası bilavasitə Məhkum verilmiş ittihamla əlaqəli olduğundan və həmin ittiham üzrə ona təqsirliliyi sübuta yetirilmədiyindən təmin edilməmişdir. Kassasiya müraciətlərinin dəlilləri barədə qeyd olunmalıdır ki, belə dəlillər apelyasiya şikayətində də göstərilmiş, apellyasiya məhkəmisi həmin dəlilləri təhlil edərək qəbul etməməmiş və bu barədə əsaslandırılmış qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyin dən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı:. Məhkum Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2018ci il tarixli qərarı mülki iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya müraciətləri təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-3/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-3/2019
06.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver