Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-3/2021 26.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim T.X.Əkbərov) Məhkum (xxx xx xxx 1962-ci ildə ünvan2də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan3də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun cəzaçəkmə müddətinin qazancından tutulmalar aparıldığı vaxtdan hesablanması, hökmün icrasının Məhkum yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim V.Ə.Mursaqulov, hakimlər M.Ə.Abbasov və E.E.Rəhimovdan ibarət məhkəmə tərkibi) Məhkum və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum oglu məhkəmənin qanuni qüvvəyə minmiş qərardadını qərəzli olaraq icra etməmişdir. Belə ki, o, ünvan4 ərazisində 0,10 ha torpaq sahəsində aparılan tikinti işlərinin məhdudlaşdırılmasına dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli 2(003)-6069/2017 saylı qərardadı ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmiş, buna görə 24 iyul 2018-ci il tarixdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh edilsə də hərəkətlərindən nəticə çıxartmamış, dəfələrlə ona xəbərdarlıq edilməsinə baxmayaraq həmin sahədə tikinti işləri aparmış, hasar çəkmiş, ev tikmiş, evdə təmir işləri görmüş və qərəzli olaraq məhkəmənin qəradadını icra etməmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib qiymətləndirilməmiş, o cümlədən maraqlı şəxslərin Zərərçəkmiş şəxs, icra məmurlarının ifadələri mötəbər sübut kimi qəbul edilmiş, onun ifadələri və ittihamı təkzib edən digər sübutlar isə təhrif olunmuş və yaxud nəzərə alınmamış, nəticədə o, zərərçəkmiş Zərərçəkmiş şəxs torpağını zəbt etmədiyi, onun özünün inzibati-iqtisad məhkəməsində torpağın mənsubuyyəti ilə bağlı irəli sürdüyü, elcə də Zərərçəkmiş şəxs ona qarşı Xəzər Rayon Məhkəməsində qaldırdığı tarpaq sahəsindən çıxarılmasına dair iddialara mahiyyəti üzrə baxılmadığı, əslində torpaq sahəsinin Zərərçəkmiş şəxs deyil, “SOKAR”-a aid olduğu və şirkət tərəfindən ona Laçın rayonundan məcburi köçkün olduğu üçün hələ 2003-cü ildən torpaq sahəsində ev tikməyə şifahi raz ılıq verildiyi, yəni təqsirliliyi sübuta yetirilmədiyi və əməlində cinayət tərkibi olmadığı halda, müvəqqəti xarakter daşıyan məhkəmə qərardadının icra edilməməsinə görə - əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Məhkum kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.6-cı maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsini, bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cin ayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit e dilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiqi edilib-qiymətləndirilmədiyini, nəticədə əməlində cinayət tərkibi olmadığı halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilindiyini iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.6 - cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəz ərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkum təqsirli bilindiyi cinayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin dispozisiyasında “qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması qanuni qüvvəyə minmiş müvafiq məhkəmə aktının mövcudluğu və onun icrasından məhz qərəzli şəkildə boyun qaçırma ilə şərtləndirildiyindən, həmin hallar, o cümlədən əməlin qəsdən törədilməsi bu cinayətin obyektiv və subyektiv cəhətlərinin zər uri əlamətləri (sübutetmə predmetinə daxil olan mühüm hallar) kimi çıxış edirlər. Kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin olmadığını göstərən hallar kimi icra etməməkdə təqsirli bilindiyi məhkəmə aktının qərardad olmaqla müvəqqəti xarakter daşımasına, habelə tikinti işlərini apardığı torpaq sahəsinin zərərçəkmiş Zərərçəkmiş şəxs deyil, onun özünə ayrılmasına (dolayısı ilə CM-in 306.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün zəruri olan qəsdin formasının müəyyən edilməməsinə) istinad etmişdir. Lakin, Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin dispoziyasından göründüyü kimi, qanunverici həmin maddə ilə məsuliyyətin yaranmasını yalnız mülki iş üzrə çıxarılmış yekun məhkəmə aktının – qətnamənin deyil, həm də məhkəmə qərardadının qərəzli şəkildə icra edilməməsi ilə əlaqələndirm işdir. Bu da ondan irəli gəlir ki, hazırki işdə olduğu kimi məhkəmə qərardadı ilə də şəxsin müəyyən vəzifələri müəyyən edilə və onları yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırma ədalət mühakiməsi əleyhinə yönəlmiş davranış olmaqla qeyd olunan maddə ilə qorunan ictimai münasibətlərə zərər vura bilər. Hazırki iş üzrə isə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Məhkum qarşı qaldırdığı “zəbt olunmuş torpaq sahəsinin tamamilə boşaldılaraq istifadəyə qaytarılması və qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ilə əlaqədar Xəzər Rayon Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli 2(003)-6069/2017 saylı qərardadı ilə iddianın təmini tədbiri kimi Məhkum üçün mübahisə edilən torpaq sahəsində tikinti işlərini aparmaqdan çəkinmək vəzifəsi müəyyən edən tikinti işlərinin dayandırılması və məhkə mə aktının dərhal icra edilməsi haqqında qərar qəbul edilmişdir. Qərardad müvafiq icra vərəqəsi ilə həmin gün icraya yönəldilmiş, lakin görülmüş icra tədbirlərinə, hətta icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə İnzibati Xətəlar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilməsinə baxmayaraq, Məhkum qərardadda göstərilən ünvan5 ərazisində yeləşən 0,10 ha torpaq sahəsində tikinti işlərini davam etdirmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə qorunan obyektə - ədalət mühakiməsinə qəsd edən əməl törədilmişdir. Məhkum irəli sürdüyü ikinci (torpaq sahəsinin Zərərçəkmiş şəxs deyil, onun özünə ayrılmasına, yəni torpaq sahəsində tikinti işlərini aparmaq üçün subyektiv hüququnun olmasına dair) dəlilə gəldikdə, məhkəmə kollegiyası bununl a da razılaşmaq üçün əsas görmür. Belə ki, Məhkum kassasiya şikayətində qeyd etdiyi kimi, həqiqətən də cavabdeh Abşeron Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər Zərərçəkmiş şəxs və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı İdarəsinə) qarşı iddia ilə Sumqayıt İnzibati-İqtisad Məhkəməsinə müraciət edib Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamının Zərərçəkmiş şəxs ünvan6 ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin ayrılmasına dair hissədə ləğv edilməsini xahiş etmişdir. Həmin iddiaya bir neçə dəfə birinci və apellyasiya instansiyası məhkəmələrində baxıldıqdan (iddianın təmin edilməməsinə dair birinci iki məhkəmə aktı apellyasiya qaydasında ləğv edildikdən) sonra, artıq üçüncü icraatda Bakı İnzibati Məhkəməsi Məhk um sözügedən torpaq sahəsinə dair hər hansı hüququ olmadığı halda, hüquqlarının pozulduğunu iddia etməsi (torpaq sahəsinin Zərərçəkmiş şəxs ayrılması haqqında inzibati orqanın qərarının ləğv edilməsini tələb etməyə subyektiv hüququnun olmaması) haqqında nəticəyə gəlib 15 oktyabr 2020-ci il tarixli qərardadı ilə Məhkum (eləcə də onunla birlikdə müraciət etmiş X3) iddiasını mümkün saymamışdır. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qərardadı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2021-ci il tarixli qəradadı ilə, apellyasiya instansiyası məhkəməsinin qərardadı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 22 iyun 2021-ci il tarixli 2-1(102)-852/2021 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan hallar, Məhkum söz ügedən torpaq sahəsinə və onun üzərində tikinti işlərini aparmağa hüququnun olmasına (bunları ağlabatanlıqla güman etməsinə) dair dəlillərini təkzib etməklə, tikinti işlərinin dayandırılması haqqında Xəzər Rayon Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli qərardadını qəsdən və qərəzli olaraq icra etməyib tikinti işlərini apardığını, yəni onun əməlində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibinin subyektiv cəhətinə aid zəruri əlamətin də olduğunu göstərir. Məhkum əməlində ona isnad edilən cinayət tərkibinin bütün obyektiv və subyektiv əlamətlərinin olduğunu göstərən yuxarıda qeyd olunan və digər hallar qanuni prosedurlara, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış məhkəmə dinləmələrinin gedişində Azərbaycan Respublikası CPM-in müddəl arına, o cümlədən 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir (sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilib onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin və onunla razılaşmış apellyasiya instansiyası məhkəməsinin Məhkum qarşı irəli sürülmüş ittiham üzrə gəldikləri nəticələri, o cümlədən Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərardadını qərəzli olaraq icra etməmə cinayətinin tərkibinin olması, onun həmin maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Məhkum cəza təyin edilərkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verməmiş, birinci instansiya məhkəməsi Məhkum CM-in 306.1-ci maddəsilə islah işləri növündə cəza təyin etməklə, apellyasiya instansiyası məhkəməsi təyin olunmuş cəzanı dəyişdirilmədən saxlamaqla cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Qeyd olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəf indən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.2, 416.1.6-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayət i təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 15 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-3/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-3/2021
26.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver