Məhkəmə qərarları › İş №1(102)-3/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-3/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-3/2023 22.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Bəraət almış şəxs Məhkum və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Kərimov Siracəddin Allahverdi oğlunun iştirakları ilə xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, "xxxx " Mənzil Tikinti Kooperativinin sədri və faktiki rəhbəri olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 259.2.3, 259.2.4 və 308.1-ci maddələri ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyev Namiq Qadir oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli hökmü ilə (hakim Ə.S.Qəhrəmanov) Məhkum - Azərbaycan Respublikası CM-in 259.2.3, 259.2.4 və 308.1-ci maddələri ilə nəzərdə tutulan cinay ət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-in 259.2.3 və 259.2.4-cü maddələri ilə 7.000 (yeddi min) manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə 2.000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, ona təyin olunmuş cəzalar qismən toplanmaqla qəti olaraq 8.000 (səkkiz min) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli hökmü ilə (hakimlər: Z.B.Babayev (sədrlik edən), İ.A.İbrahimli və Z.A.Şirinov) apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayəti təmi n edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli hökmü ləğv edilərək, Məhkum Azərbaycan Respublikası CM-in 259.2.3, 259.2.4 və 308.1-ci maddələri ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 259.2.3, 259.2.4 və 308.1-ci maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddələrlə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui- istifadə etmiş, öz qulluq mövqeyindən istifadə edərək tamah niyyətilə külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacları qanunsuz olaraq kəsməklə (götürməklə) məhv etmişdir. Belə ki, Məhkum 10 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamentində **********1 VÖEN ilə qeydiyyatdan keçməklə tikinti müəssisəsi qismində fəaliyyət göstərən "xxxx" MTK-nin 03 fevral 2020-ci il tarixdən qanuni təmsilçilik funksiyasına malik sədr vəzifəsini icra edən, MTK-nin 10 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən təsdiq edilmiş Nizamnaməsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə Kooperativin cari fəaliyyətinə rəhbərlik etmək, onun işlərini aparma q, kooperativi təmsil etmək, kooperativin adından müqavilələr bağlamaq, rəsmi sənədləri imzalamaq, Nizamnaməyə uyğun olaraq kooperativin əmlakına sərəncam vermək, kooperativin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, təftiş komissiyasının (müfəttişin) apardığı yoxlamanın nəticələrinə baxmaq və müvafiq qərar qəbul qəbul etmək, qanunvericiliklə və kooperativin nizamnaməsi ilə ümumi yığıncağın Müşahidə Şurasının və Təftiş Komissiyasının (Müfəttişin) səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirmək,ümumi yığıncaq tərəfindən müəyyən edilmiş əmək haqqı almaq və qanunvericilikdə və nizamnamədə müəyyən edilmiş məsuliyyət daşımaq, ümumi yığıncağın qərarına və öz ərizəsinə əsasən vaxtından əvvəl vəzifədən a zad edilmək və sair səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, 09 dekabr 2020-ci il tarixli 73 saylı alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətindən 408.180 (dörd yüz səkkiz min bir yüz səksən) manata almış olduğu, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 19 fevral 2021-ci il tarixli ********** nömrə ilə qeydiyyata əsasən mülkiyyətində olan ünvan 2 ünvanınd a sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,6311 ha torpaq sahəsində yerləşən həyətyanı və bağ sahəsi hesab olunmayan, meşə fonduna daxil olmayan ağacların mövcud olduğu yaşıllıq hissəsində yenidənqurma işləri aparmaqla daha çox gəlir əldə etmək üçün ikimərtəbəli kotec tipli evlər tikmək və bununla da ərazidəki yaşıllıqların məhv edilməsi hesabına istifadə olunacaq sahənin artımı yolu ilə yüksək gəlirliliyə nail olmaq üçün tamah niyyətilə qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair ərizə ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qəsdən müraciət etməd ən və yaşıllığın götürülməsi vərəqəsini almadan həmin yaşıllıq sahəsində olan ağacların götürülməsi barədə göstəriş verməklə tikinti işlərinin aparılmasına şərait yaratmaq üçün 2021-ci ilin yanvar ayında ünvan 2 ünvanında istintaqla müəyyən edilməyən şəxs(lər)ə verdiyi tapşırığın icrası ilə əlaqədar torpaq sahəsində mövcud olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq ümumi dəyəri 3.600 manat məbləğində qiymətləndirilmiş 24 sm diametrində 3 ədəd tut ağacı, ümumi dəyəri 1.800 manat məbləğində qiymətləndirilmiş 32 sm diametrində 1 ədəd əncir ağacı, ümumi dəyəri 10.800 manat məbləğində qiymətləndirilmiş 32 sm diametrində 6 əd əd şam ağacı, ümumi dəyəri 1.800 manat məbləğində qiymətləndirilmiş 14 sm diametrində 2 ədəd ayland ağacı, ümumi dəyəri 12.600 manat məbləğində qiymətləndirilmiş 30 sm diametrində 7 ədəd ayland ağacı, ümumi dəyəri 1.500 manat məbləğində qiymətləndirilmiş 27 sm diametrində 1 ədəd ayland ağacı, ümumi dəyəri 1.080 manat məbləğində qiymətləndirilmiş 18 sm diametrində 1 ədəd ayland ağacının, ümumi dəyəri 33.180 manat məbləğində qiymətləndirilmiş 21 ədəd ağacın qanunsuz olaraq kökündən çıxarılmaqla və kökboğazından elektrik mişarı ilə kəsilməklə götürülüb məhvinə nail olaraq, ümumilikdə vahid niyyətlə 33.180 manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacları tamah niyyətilə məhv etmiş, ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsi, qorunması, bərpası və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlərdən ibarət yaşıllıqların mühafizəsinə zidd həmin əməlləri ilə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində bəraət hökmü çıxararkən ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları tədqiq etmədiyindən, işdəki sübutlar CPM-nin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən həmin hökm ləğv edilməlidir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, Məhkum tərəfindən ağacların kəsilməsinə dair hərəkətləri 2021-ci ilin yanvar ayında törədildiyi halda, həmin torpaq sahəsinə mülkiyyət hüququ Məhkum 19 fevral 2021-ci il tarixdə, ağacların yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı 21 dekabr 2021-ci il tarixdə verilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi S.Kərimovun və bəraət almış şəxs Məhkum çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya ins tansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protestdə qeyd edilir ki, Məhkum əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını və iş üzrə qəbul edilmiş apell yasiya instansiyası məhkəməsinin hökmünü kassasiya protestinin dəlillərinə münasibətdə qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsinə əsasən: “Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda“ cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 259.2-ci maddəsinə əsasən: “Eyni əməllər: 259.2.3. şəxs tərəfindən öz qu lluq mövqeyindən istifadə etməklə törədildikdə; 259.2.4. külli miqdarda ziyan vurmaqla törədildikdə yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsinə əsasən: “Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq nor ması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uy ğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olu nmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, m ümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum bəraət vermiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində qeyd edilən hallarla da əlaqədar bildirir ki, Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifay ət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası iş materiallarını qanunvericiliyin yuxarıda şərh olunan normalarının tələblərı nəzərə alınmaqla təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində baxışı zamanı Məhkum ittihamda onun "xxxx" MTK-nin 03 fevral 2020-ci il tarixdən qanuni təmsilçilik funksiyasına malik sədr vəzifəsini icra edən şəxs olması ilə əlaqələndirilsə də, "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçilərinin 03 fevral 2020-ci il tarixli qərarına əsasən, qanuni təmsilçilik funksiyasına malik sədr vəzifəsini müvəqqəti icra etmək səlahiyyəti Məhkum yalnız 03 fevral 2020-ci il tarixdən 03 fevral 2021-ci il tarixinədək tapşırılmışdır. Həmçinin, Məhkum Azərbaycan Respublikası CM-in 259.2.3, 259.2.4 və 308.1-ci maddələri ilə verilmiş ittihamda onun "xxxx" MTK-nin 03 fevral 2020-ci il tarixdən qanuni təmsilçilik funksiyasına malik sədri kimi ünvan 2 ünvanında istintaqla müəyyən edilməyən şəxs(lər)ə, torpaq sahəsində mövcud olmuş 21 ədəd ağacın qanunsuz olaraq kökündən çıxarılmaqla və kökboğazından elektrik mişarı ilə kəsilməklə götürülüb məhvinə nail olaraq, ümumilikdə vahid niyyətlə 33.180 manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan a ğacları tamah niyyətilə məhv etmək barədə tapşırığı 2021-ci ilin yanvar ayında verdiyi qeyd olunmuşdur. Halbuki istintaq orqanının Məhkum tərəfindən ağacların kəsilməsi ilə bağlı hər hansı şəxsə məhz 2021-ci ilin yanvar ayında göstəriş verməsi barədə cinayət işinin materiallarında heç bir sübut müəyyən edilməmişdir. Belə ki, Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə "xxxx" (VÖEN **********) MTK təsis edilmiş və o, 03 fevral 2020-ci il tarixdən həmin MTK-nın idarə heyətinin sədridir. MTK 4 təsis payından ibarətdir ki, payın 70 faizi anası X2 məxsusdur. 2017-ci ildə ünvan 1 ünvanında yerləşən təxminən 0,34 ha torpaq sahəsini anası Cəmilə Əliyevanın adına almış və orada ailəsi üçün 2 mərtəbəli ev inşa etmişdir. Torpaq sahəsi t əyinatına görə yaşayış məntəqələrinin torpaqlarına aid olmuşdur. 09 dekabr 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən təyinatına görə rabitə, sənaye və digər torpaqlara aid təxminən 0,63 ha torpaq sahəsini icarəyə götürmüş və torpaq sahəsi 19 fevral 2021-ci il tarixdə xüsusi mülkiyyətinə verilmişdir. Yaşayış sahəsində yaşlı və qurumuş ağaclar olduğundan həmin ağacları kəsmişdir. Həmin torpaq sahəsi onun şəxsi mülkiyyətindədir və kateqoriyasına görə yaşayış sahəsinə aid olmuşdur. 2021-ci ilin yanvar ayından göstərilən ünvanında tikinti işləri aparmış və plana əsasən həmin torpaq sahəsində 11 ev tikilmişdir. O, həmin evləri tikdikdən sonra satacaqdır. Evlərin hündürlüyü 12 metrdən aşağı olduğuna görə yerli icra hakimiyyətindən icazə almağa ehtiyac olmamışdır. Təxminən 12-13 fevral 2021-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları qeyd olunan ünvanında yerləşən yaşayış sahəsində monitorinq keçirmişlər. 15 fevral 2021-ci il tarixdə ona məlumat verilmişdir ki, 11 saylı RETSİ-nin əməkdaşları ünvan 3 ünvanında yerləşən torpaq sahəsində apardıqları monitorinq zamanı qanunsuz ağac kəsilməsini müəyyən etmişlər. 11 saylı RETSİ-nin əməkdaşları ona monitorinqdə iştirak etməyi təklif etsələr də, işi olduğundan iştirak etməkdən imtina etmişdir. Həmin torpaq sahəsini boşaldaraq evinin həyətinə birləşdirmək üçün orada olan 7 ədəd şam ağacını kəsmişdir. Buzovna qəsəbəsi, Dənizkənarı küçəsi, 11 A ünvanında yerləşən torpaq sahəsi onun mülkiyyətindədir və kateqoriyasına görə qeyri-yaşayış sahəsinə aid olmuşdur. Həmin torpaq sahəsini ilkin olaraq 2020-ci ilin dekabr ayı nda icarəyə götürmüş və həmin ay alqı-satqı edərək Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən almışdır. O, torpaq sahəsini aldığı zaman orada heç bir inkişafda olan bioloji ağac olmamışdır. Aşkar edilən ağac kökləri onun yaşayış evinin həyətyanı sahəsindən kəsdiyi ağacların kökü və budaqlarıdır. Bundan başqa həmin ərazidə 3 köhnə ağac kökü olmuşdur. O, torpaq sahəsini dövlətdən üzərində yaşıllıq, ağac və ya hər hansı bir tikili olmayan halda almışdır. Dənizkənarı küçəsi, 11 A ünvanında ağac kəsməmiş, ancaq tikinti işləri ilə məşğul olmuşdur. Bundan başqa, o, "xxxx" MTK-nın sədri olsa da, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsi 11 A ünvanında aparılan tikinti işlərinin MTK-ya heç bir aidiyyatı yoxdur. Həmin ərazidə aparılan tikinti şəxsən onun tərəfin dən aparılmışdır. Orada işləyən işçilər və texnika "xxxx" MTK-nın deyil, həmin şəxslər və texnikanı günəmuzd tutmuş və müvafiq pul qarşılığında xidmətlərindən istifadə etmişdir. Torpaq sahəsinin alınması barədə alqı-satqı onunla edilmişdir. Torpağın alqı-satqısına "xxxx" MTK-nın heç bir aidiyyatı yoxdur. 11 saylı RETSİ-nin əməkdaşları 16 fevral 2021- ci il tarixli, 69223 nömrəli aktda peyk görünütlərinə əsaslanıb əvvəllər 11 A ünvanında 21 ədəd bioloji inkişafda olan ağacların olduğu qənaətinə gəlmişlər. Təqsirinin olmadığını bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3-cü maddəsinin mənasından görünür ki, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıql arın, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini, eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə Cinayət Məcəlləsinin 259.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini, eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə isə Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Həmin maddənin Qeyd hissəsində göstərilmişdir ki,

1. Bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin ) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təsfir edilir. İş materialları ilə müəyyən e dilir ki, ünvan 4 ünvanında yerləşən 6311,1 kv.m torpaq sahəsi 19 fevral 2021-ci il tarixdə Məhkum xüsusi mülkiyyətinə verilmişdir. Həmin vaxt qeyd olunan torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsinin kateqoriyalarına aid olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin inzibati ərazisində xüsusi mülkiyyətdə olan bəzi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə” 17 dekabr 2021-ci il tarixli, 708s saylı Sərəncamına əsasən ünvan 5 ünvanlarında Məhkum mülkiyyətində olan 0,48156 hektar və 0,6311 hektar sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsinin kateqoriyalarına aid torpaq sahəsinin kateqoriyası dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilmiş, həmçinin Azərbaycan Resp ublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən 1,1127 ha yaşayış məntəqələri torpaq sahəsi 24 yanvar 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Məhkum xüsusi mülkiyyətinə verilmişdir. Avropa İnsan Hüquqları Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qər arı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, ünvan 4 ünvanında yerləşən 6311,1 kv.m torpaq sahəsi 19 fevral 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Məhkum xüsusi mülkiyy ətində olduğundan, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin inzibati ərazisində xüsusi mülkiyyətdə olan bəzi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə” 17 dekabr 2021-ci il tarixli, 708s saylı Sərəncamına əsasən ünvan 5 ünvanlarında Məhkum mülkiyyətində olan 0,48156 hektar və 0,6311 hektar sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsinin kateqoriyalarına aid torpaq sahəsinin kateqoriyası dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirildiyindən və 24 yanvar 2022-ci il tarixdə ünvan 6 ünvanında yerləşən 1,1127 ha yaşayış məntəqələri torpaq sahəsi kimi Məhkum xüsusi mülkiyyətində olduğuna görə, hazırki münasibətlərə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində nəzərdə tutulmuş mül kiyyətin toxunulmazlığına dair müddəanın tələbinə uyğun qiymət verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” 29 noyabr 2022-ci il tarixli Qərarında göstərilir ki,xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların kəsilməsi (götürülməsi) Cinayət Məcəlləsinin 259-cu maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinin yaranması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, ünvan 5 ünvanla rında Məhkum mülkiyyətində olan 0,48156 hektar və 0,6311 hektar sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsinin kateqoriyalarına aid torpaq sahəsinin kateqoriyası dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin inzibati ərazisində xüsusi mülkiyyətdə olan bəzi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə” 17 dekabr 2021-ci il tarixli, 708s saylı Sərəncamı qeyri-normativ hüquqi aktlara aid olsa da, həmin akt Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığına dair Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə uyğun olaraq qəbul edildiyindən, Sületman Əliyevin xüsusi mülkiyyətində olan torpaq sahəsindən dinc istifadə hüququnu bir daha tə sdiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3, 259.2.4 və 308.1-cü maddələri ilə irəli sürülmüş ittiham əsassız olaraq verildiyindən, ittiham tərəfinin ittihamı təsdiq etmək üçün təqdim etdiyi və birinci instansiya məhkəməsinin əsaslandığı yuxarıda sadalanan sübutlar, ona qarşı olan ittihamın əsasını təşkil edə biləcək mötəbər sübutlar kimi qəbul oluna bilməzlər. Beləliklə də məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri əsassız hesab edərək qeyd edir ki, cinayət işində məhkum edilmiş şəxs Məhkum yaşıllıq sahəsində olan ağacların götürülməsi barədə göstəriş verməklə tikinti işlərinin aparılmasına şərait yaratmaq üçün 2021-ci ilin yanvar ayında ünvan 2 ünvanında istintaqla müəyyən edilməyən şəxs(lər)ə ver diyi tapşırığın icrası ilə əlaqədar torpaq sahəsində mövcud olmuş ümumi dəyəri 33.180 manat məbləğində qiymətləndirilmiş 21 ədəd ağacın qanunsuz olaraq kökündən çıxarılmaqla və kökboğazından elektrik mişarı ilə kəsilməklə götürülüb məhvinə nail olaraq, ümumilikdə vahid niyyətlə 33.180 manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacları tamah niyyətilə məhv etməsi cinayətinin tərkibinin olmasını təsdiq edən məlumatlar mötəbər sübutlara əsaslanmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqla rının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsində qeyd edilir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Məhkəmə kollegiyası kas sasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum Azərbaycan Respublikası CM-in 259.2.3, 259.2.4 və 308.1-ci maddələri ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli hökmü əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2022-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mün

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar