Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-3/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxxxxx 1963-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhk um Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2021-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsinə dair Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 1(101)-107/2021 saylı hökmü ilə (hakimlər: F.Ə.Qəniyev (sədrlik edən), M.A.Xankişiyev və İ.A.Mahmudov) Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törə tməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həbsdə olduğu 3 ay 15 gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 8 (səkkiz) il 8 (səkkiz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 1(101)-107/2021 saylı hökmündən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 1(103)-865/2021 saylı qərarı ilə (hakimlər: H.Ç.Məmmədov, (sədrlik edən), İ.M.Murquzov və H.H.Əhmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 1(101)-107/2021 saylı hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətləri verilmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayəti ilə yanaşı kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatət ilə də müraciət edərək, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 1(103)-865/2021 saylı qərarı ilə (hakimlər: H.Ç.Məmmədov, (sədrlik edən), İ.M.Murquzov və H.H.Əhmədov) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 1(103)-865/2021 saylı qərarı ndan zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 5 sentyabr 2023cü il tarixli, 1(102)-182/2023 saylı qərarı ilə (hakimlər: R.M.Abdulov (sədrlik edən), Ş.Y.Yusifov və Ə.Ə.Novruzov) Məhkum müdafiəçisi tərədindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 1(103)-865/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 1(103)-865/2021 saylı qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə həmin qərarının ləğv edilməsi və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.2-ci maddəsinə əsasən (CPM-nin 15 iyul 2020-ci il tarixə qədər qüvvədə olan redaksiyası) kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bəraət hökmündən və ya cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayə t üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı gündən 6 (altı) ay müddətində verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: “411.2.1. bu Məcəlləni n 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkə mə tərkibi) tərəfindən həll edilir. Həmin Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya protesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya protesti verilərsə, prosessual müddətin bərpasına dair vəsatət də verilməlidir. Kassasiya şikayətinin (protestinin ) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (protestini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas, ya zərərçəkmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalıdır. Yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməsi kassasiya şikayəti verilməsi müddətinin bərpas ının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 1(103)-865/2021 il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası edilməsinə dair vəsatət 15 avqust 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs vəsatətdə göstərmişdir ki, o, məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayətinin verilməsi ilə bağlı bildirişi aldıqdan sonra kassasiya şikay əti vermək qərarına gəlmiş və bu səbəbdən də kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulan müddəti ötürmüşdür. Bu halları əsas götürərək kassasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə vəsatətin təmin edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətini 6 ay ərzində, yəni 30 yanvar 2022-ci ilədək olan dövrdə verməli olduğu halda, həmin müddəti üzrsüz səbəbdən ötürərək 15 avqust 2022-ci il tarixdə kassasiya şikayəti vermiş, həmin şikayət və vəsatət 19 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsnun Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 1(103)865/2021 saylı qərarından kassasiya şikayəti nin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti əsassızdır və həmin müddət bərpa edilməməlidir. Məhkəmə kollegiyası bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2021-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsinə dair Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-3/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-3/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver